Şah rejiminin bərpası, sürgünlər, DAR AĞACLARI Pişəvəri hərakatının SÜQUTU
Siyasət
Oxunub: 388
08:41, Bu gün
Şah rejiminin bərpası, sürgünlər, DAR AĞACLARI – Pişəvəri hərakatının SÜQUTU
İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Azərbaycan tarixində görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyevin ictimai və siyasi fəaliyyətinə həsr olunan “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı işıq üzü görüb.
 
Moderator.az xəbər verir ki, Medianews.az müəllifin icazəsi ilə “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabından müəyyən hissələri oxucularla bölüşür.
Yazının əvvəli 5 avqust 2024-cü ildə Medianews.az saytında dərc olunub.
 
Beləliklə, dekabrın 20-də Cənubi Azərbaycanda Şah rejimi bərqərar olundu. On minlərlə ailə İranın cənubuna sürgün edildi. Sonrakı aylar Azərbaycan şəhərlərinin meydanlarında üsyançıların asıldığı dar ağacları quruldu.
 
Cənubi Azərbaycanda milli hərakat süquta uğrasa da Bağır Seyidzadə Təbrizdə fəaliyyətini davam etdirirdi. O, M.C.Bağlrovun tövsiyyəsi ilə və milli xəttin nümayəndəsi kimi Təbrizdə Baş Konsulluğ bağlanana (1949-cu il) kimi diplomatik fəaliyyətini davam etdirir. Bax bu dövrlə də bağlı Bağır Seyidzadənin şəxsi qeydləri çox maraqlıdır: “Demokratik təşkilatlara, mütərəqqi fikirli şəxslərə qarşı kütləvi repressiyalar nümayişkaranə şəkildə təşviq edilməyə başlanılmışdı. İrandakı demokratik təşkilatlar – İran Xalq Partiyası, Həmkarlar İttifaqları Mərkəzi Şurası, Azərbaycan Demokrat Partiyasını gözdən salmaq üçün Tehran qəzetləri əllərindən gələni edirdilər. Azərbaycanda Azərbaycan Demokrat Partiyasının üzvlərinə və onlara rəğbət bəsləyənlərə qarşı vəhşi repressiyalar həyata keçirilirdi.
 
Elə ilk gündən Tehranda çıxan rəsmi qəzetlər Təbrizdə 600-dən çox azərbaycanlı demokratın öldürüldüyünü və minlərlə insanın həbsindən yazırdı. Hələ qoşunlar gəlməmişdən əvvəl Ərdəbil şəhərini tutan şahsevənlər 40-dan çox azərbaycanlı demokratı asmış, bir çoxlarını güllələmişdilər. 1947-ci il yanvarın 6-da “Etteliaat” Azərbaycan demokratlarına qoşulmuş İran ordusunun 23 zabitinin hərbi məhkəmə hökmü əsasında edam edilməsindən, ertəsi gün isə Azərbaycanın görkəmli simalarından biri olan Kəbirinin edam edilməsindən xəbər verirdi.
 
Həmin qəzet Səttarxanın və Bağırxanın abidələrinin vəhşicəsinə dağıdılmasını, Azərbaycan dilində olan kitab və qəzetlərin odda yandırılmasını məmnunluqla təsvir edirdi. Tehrana gətirilən Azərbaycanın keçmiş general-qubernatoru doktor Cavid, vilayət əncümənlərinin sədri Şəbüstəri, Qazi Məhəmməd, Seyf Qazi və bir neçə digər liderlər həbs edildi. Tehran qəzetləri Azərbaycan məsələsində Qəvamın xidmətlərini hər cür şişirdir və “İranı xilas etdiklərini” sübut etməyə çalışırdılar”.
 
Maraqlıdır ki, İran Jurnalistlər Cəmiyyəti dekabrın 24-də Azərbaycanın işğalı ilə bağlı ziyafət təşkil edir və bu ziyafətdə hərbi nazir general Əhmədi, Baş Qərargah rəisi general Rəzmara və digər nazirlər iştirak edirlər.  Qəbulda baş qərargah rəisi general Rəzmara çıxış edərək bildirir ki, (ARDA.F1.siy.4,s.v.81,vər.1-31) “Azərbaycan demokratları bütün İranı ələ keçirmək istəyirlərdi və bunun üçün çoxlu sayda silah-sursat yığmışdılar, 100 mindən çox insana hərbi işlərdə təlim keçiblər.  Onlar öz adamlarını hətta xaricə hərbi təlim üçün göndərirdilər. Bu vəziyyət 2 ildə  davam etsə idi, bütün İranı ələ keçirə biləcəkdilər”.
 
“Ettelaat”ın məlumatına görə, qoşunlar dekabrın 27-dək Azərbaycanın hər yerindən 6 milyon patron, 20 min tüfəng, çoxlu ağır və yüngül pulemyot və 200 yük maşını toplayıblar.
 
Bağır Seyidzadənin şəxsi qeydləri: “Azərbaycanda Pişəvəri hərakatının süqutundakı “xidmətlərinə” və “parlaq qələbə” ilə əlaqədar olaraq şah Qəvama və baş qərargah rəisi general Rəzmərə (və onun şəxsində orduya) yazılı şəkildə xüsusi təşəkkürünü bildirdi.
 
Azərbaycan demokratlarına qarşı mübarizə aparan mürtəce dəstələrin başçıları – Zülfağari, Yamini və Əslahedərbami, o cümlədən 20 zabit orden və medallarla təltif edildi, rütbələri yüksəldildi. Baş Qərargah şahsevənlərə (tayfa) xüsusi minnətdarlığını bildirdi.
 
Dekabrın 22-də Tehranda “milli qəhrəmanlar” rütbəsinə yüksəldilmiş Zülfəqari dəstələri tərəfindən açılan qoşunların paradı oldu. İran ordusunun baş komandanı, İran şahı Məhəmməd Rza Pəhləvi hərbi yolla Azərbaycanda Pişəvəri hökümətinin ləğv etməsinə görə Zülfəqari ordeni ilə təltif edilir. Şah Baş Qərargah rəisi general Razmara İran Jandarma İdarəsinin rəisinin müşaviri amerikalı general Şvartskopfa xüsusi təşəkkür məktubu ünvanlayır və orada şəxsən Şvartskopf, eləcə də zabit və bütün şəxsi heyətə Azərbaycanbaycanda ordu ilə birgə əməliyyatlarda iştirak etdiyinə görə minnətdarlığını bildirir”.
 
Yeri gəlmişkən, bu o demək idi ki, İran jandarmiyası təkcə formal deyil, həm də faktiki olaraq amerikalıların tam nəzarəti və rəhbərliyi altında idi.
 
Azərbaycan demokratlarına qarşı yeni yalanlar dalğası təşkil etmək məqsədilə 1946-cı il dekabrın 21-də “Etteliaat”da (ARDA.F.28,siy.4,s.v.81,vər.1-31) dərc olunmuş yazıda deyilirdi ki, “Heç bir din və ideya ilə bağlı olmayan bir qrup şəxs bir il ərzində İranın ən yaxşı vilayətlərini qarət edib, onları soyqırımına qərq etdilər. Şəhərlər məktəblərdən, xəstəxanalardan, həkimlərdən və dərmanlardan tamamilə məhrum idi (Bu lap ağ yalan idi. A.M.)”.
 
Digər Mehre İran qəzeti (ARDA. F.28, siy.4, s.v.81, vər.1-31) 30 Dekabr 1946-cı il sayında bildirirdi. Azərbaycan hadisələri nəticəsində Azərbaycanın itkiləri 200 milyon tumən, hökumətin itkiləri isə 100 milyon tumandən artıqdır. Azərbaycan demokratik hərəkatına çamur ataraq, qəzet onu da təxribatla qeyd edirdi ki, guya Pişəvəri Kənd Təsərrüfatı Bankının Təbriz şöbəsindən 300 min tümən, Azərbaycan bankından və əhalinin vəsaitindən 600 min tüməndən çox pul götürüb”.
 
Bununla bağlı Bağır Seyidzadənin şəxsi qeydləri: ADP rəhbərlərini gözdən salmaq və sadə insanlar arasında onların mənfi obrazını yaratmaq üçün İran mətbatı guya Pişəvərinin Kənd Təsərrüfatı Bankının Təbriz şöbəsindən 300 min tümən, Azərbaycan bankındakı  əhalinin vəsaitindən 600 min tüməndən çox pul götürməsi bağlı tam yalan  yazılar dərc edirdi. (Yəqin elə Təbrizə girən Şah qüvvələri bu pulları mənimsəyərək, ölkəni tərk edən demokratların ayağlarına yazırdılar-A.M.)”.
 
1947-ci ilin yanvarından başlayaraq Təbrizdə mürtəce  İran Demokratik Partiyasının təşkilatları yaradılır və bir neçə mərkəzi hakimiyyətə bağlı başqa partiyalar fəaliyyətə başlayır. Bu partiya nümayəndələri olan gənclər  Təbriz universitetinin qarşısında toplaşaraq qışqırırdılar ki: “Biz Pişəvərinin yaratdığı universiteti  istəmirik. Azərbaycan Demokrat Partiyasının yaratdığı hər şey ləğv edilməlidir”.
 
İranın hakim dairələri bununla da Azərbaycan milli hərəkatını darmadağın etməyə və Cənubi Azərbaycanda mürtəce nizamı bərpa etməyə çalışırdılar. Lakin onlar Azərbaycan demokratlarına qarşı vəhşi repressiyaları ilə Azərbaycan xalqının yalnız nifrətini qazandılar. Şübhəsiz ki, bütün bunlar azərbaycanlıların irticaya qarşı gələcək mübarizəsində öz əksini tapacaqdı.
 
İranın hakim dairələri Azərbaycan hərəkatını dəstəkləyən, irticaya qarşı yorulmadan mübarizə aparan, onun xalqa qarşı planlarını ifşa edənləri həbslərə atsalar da, Azərbaycan Demokrat Partiyası və onun səyləri ilə yaradılan milli hökümət mövcud olduğu bir ildən artıq müddətdə İranın hakim fars rejiminə və onların xarici ağalarına qarşı çox ciddi fəaliyyət göstərdilər.
 
Öz fədakar mübarizəsi və həqiqi azadlıq ideallarına sədaqəti ilə onlar Azərbaycan dilli məktəblər, teatrlar, qəzetlər, dərgilər, radio və universitet açaraq xalqın dərin hörmət və rəğbətini qazandılar.  Bütün bunlar heç bir halda İran mürtəcelərini  şovinist assimilyasiya  planlarına uyğun gəlmirdi.
Oxşar xəbərlər
12:05, Bu gün
Qoyunları oğurlayan çoban gecə klubunda saxlanıldı
12:00, Bu gün
İsrail müdafiə nazirini istefaya göndərir?
11:58, Bu gün
Bu məktəblərdə təhsilhaqları artırıldı - VİDEO
11:52, Bu gün
Avqustun 7-nin ən xoşbəxt BÜRCÜ: Uğurlu gününüz xoş keçsin!
11:48, Bu gün
Adil Qeybulla da deputatlığa namizəd oldu
11:45, Bu gün
İran yaxın günlərdə İsrailə zərbə endirməyə hazırlaşır?
11:42, Bu gün
Zahid Oruc Seçki Platforması “Xüsusi Buraxılış”la seçicilərə paylanacaq
11:38, Bu gün
Bəstəkar Sevinc Tofiqqızına "Fəxri doktor" adı verildi
11:35, Bu gün
BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə
11:31, Bu gün
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq
11:25, Bu gün
Azərbaycan nefti ucuzlaşdı
11:22, Bu gün
Qüdrət Həsənquliyevdən sülh açıqlaması: “Türkiyə və Rusiyaya deyə bilmərik ki…”
11:19, Bu gün
Bu ölkənin lideri “WhatsApp”dan imtina etdi
11:12, Bu gün
Balıq yağı geniş yayılmış bu xəstəliyin qarşısını alır
11:05, Bu gün
İlham Əliyev Sergey Şoyqunu qəbul edib - FOTO
10:58, Bu gün
Kürdəmirdə yük avtomobili yanıb
10:50, Bu gün
“Gənclik” metrostansiyasının iş rejimi dəyişdirilir
10:42, Bu gün
UEFA Çempionlar Liqası: “Qarabağ” “Ludoqorets”ə qarşı
10:35, Bu gün
Binəqədidə müşavirə - xidmətlərin işi tənqid edildi
10:29, Bu gün
Göyçayda iki gün əvvəl ağacdan yıxılan kişi ölüb
10:21, Bu gün
Lənkəranda körpünü sel apardı, 4 kəndlə əlaqə kəsildi
10:13, Bu gün
Küləkli hava ilə bağlı sarı XƏBƏRDARLIQ
10:11, Bu gün
“Əgər Rusiya dolayısıyla Azərbaycan vasitəsilə Zəngəzurda erməniləri qırdırmağa çalışırsa, bu, bizə lazımdırmı?..”
10:05, Bu gün
"Mançester Siti" 90 milyonluq hücumçusunu bu qiymətə satır
09:59, Bu gün
Köhnə dilənçidən yeni şüar: “Kiçik ianələr böyük fərq yaradır!”
09:57, Bu gün
Paris-2024: Güləşçimiz bürünc medal uğrunda güləşəcək - VİDEO - FOTO
09:50, Bu gün
“Yeddi günə yetmiş il yaşlanan qızım”
09:42, Bu gün
Bakı və Sumqayıtın bir hissəsində qaz olmayacaq
09:34, Bu gün
“Bayraktar Kızılelma”nın yeni mühərriki işə salındı 
09:29, Bu gün
Xoşbəxtliyin sadə resepti: 10 nəsnədən xilas olun...
09:27, Bu gün
Zabratda avtomobil piyadanı vuraraq öldürdü
09:19, Bu gün
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
09:11, Bu gün
Kişi-qadın münasibətlərinin 10 sirri
09:03, Bu gün
6 avqust 1945 Xirosima, 6 avqust 2024..? İran, yoxsa İsrail?
08:55, Bu gün
DİQQƏT: Bir sıra dövlət qurumlarında iş rejimi dəyişəcək – RƏSMİ + SİYAHI
08:47, Bu gün
İbn Sinanın ağır xəstəlikləri müalicə edən MÖCÜZƏVİ RESEPTİ
08:41, Bu gün
Şah rejiminin bərpası, sürgünlər, DAR AĞACLARI Pişəvəri hərakatının SÜQUTU
08:33, Bu gün
"İran Yaxın Şərqdə böyük müharibə törədilməsinə can atmır" - İran XİN nümayəndəsi
08:32, Bu gün
Müharibə təhlükəsi böyüyür: İlk döyüş bu ərazidə olacaq
08:24, Bu gün
Sevdiyiniz meyvələr sizin haqqınızda nə deyir?
08:16, Bu gün
Sevgiliniz sizə nə dərəcədə uyğundur?
08:08, Bu gün
Niyə səhərlər pendir, axşamlar banan yemək daha yaxşıdır? – SƏBƏB
08:00, Bu gün
“Kinoda bəxtim az gətirdi”
07:44, Bu gün
"İran İsraili 1500-ə qədər raket və dronla vura bilər..."-Yəhudi hərbi ekspert
07:44, Bu gün
Qadınların xəyanətinin SƏBƏBİ AÇIQLANDI
07:30, Bu gün
Soyuq duş qəbul etməyin faydaları nələrdir?
07:19, Bu gün
İnsanları 198 dərəcədə dondururlar – Artıq 650 müştəri var
06:56, Bu gün
"Qəzzada 2 milyon insanın aclıqdan öldürülməsi haqlı və mənəvi ola bilər..."-RƏZALƏT
05 Aug 2024 | 23:08
Arı deputatı öldürdü
05 Aug 2024 | 23:03
"Ukraynada 800 min kişi orduya çağırışdan yayınmağa cəhd edir" - "Financial Times"
05 Aug 2024 | 23:00
Bu meyvənin suyu min dərdin dərmanıdır
05 Aug 2024 | 22:53
Paris-2024: Sənan və Stadnikin rəqibi bəlli oldu
05 Aug 2024 | 22:45
Drift edən sürücüyə 2500 manata yaxın cərimə yazıldı
05 Aug 2024 | 22:37
Yaşlılar üçün ən yaxşı şirniyyat: sümükləri gücləndirir, qan təzyiqini aşağı salır və xolesterini normallaşdırır...
05 Aug 2024 | 22:30
Hücum əməliyyatlarımız üçün bütün bölmələr gözləmə rejimindədir - İsrail zabiti
05 Aug 2024 | 22:24
İran prezidenti: "ABŞ-ın dünyada liderlik dövrü başa çatıb"
05 Aug 2024 | 22:18
Bu oteldə qalmaqal: 42 min avro dəyərində...
05 Aug 2024 | 22:10
Soda ürəyə necə təsir edir? - HƏKİM
05 Aug 2024 | 22:00
Paris Olimpiyasının çempionu parkda yatdı
05 Aug 2024 | 21:51
Stress həzm sistemi orqanlarına necə təsir edir?
05 Aug 2024 | 21:40
"8 gün mənə 80 il kimi gəldi" - Dürdanə Ağayevanın tükürpədici həyat hekayəsi - VİDEO
05 Aug 2024 | 21:32
Məşhur aktrisa vəfat etdi
05 Aug 2024 | 21:23
İsrail qırıcıları Livanın paytaxtına girdi
05 Aug 2024 | 21:15
Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərdi - FOTO
05 Aug 2024 | 21:08
Gec yeyilən axşam yeməyi nələrə səbəb olur?
05 Aug 2024 | 20:58
Polşa və Norveç Ukrayna hərbçilərinə  təlim keçməyə başlayıb
05 Aug 2024 | 20:50
Rəqəmsal faşizmlə qarşı-qarşıyayıq - Ərdoğan
05 Aug 2024 | 20:41
21 yaşlı gənc intihar etdi
05 Aug 2024 | 20:33
Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi ilə oyunlarının vaxtı bəlli olub
05 Aug 2024 | 20:21
Qəzəblənən britaniyalılar məscidləri dağıdır, islamçıların otellərini yandırır
05 Aug 2024 | 20:13
Mədə-bağırsaq problemləriniz varsa nə yeyə bilərsiniz?
05 Aug 2024 | 20:05
Daha bir insan beyninə çip yerləşdirildi
05 Aug 2024 | 19:58
"Yatmazdan əvvəl daha yaxşı xatırlayırıq" - Yaddaşı gücləndirməyin SADƏ ÜSULLARI
05 Aug 2024 | 19:48
Niyə səhərlər pendir, axşamlar banan yemək daha yaxşıdır? - SƏBƏB
05 Aug 2024 | 19:40
Tikinti bazarında sement bahalaşdı
05 Aug 2024 | 19:28
Rəsmi Bakıdan Toivo Klaarın iddialarına CAVAB
05 Aug 2024 | 19:20
"Game of Thrones" sevənlərinə şad xəbər
05 Aug 2024 | 19:10
Yulaf böyrək xəstəliklərinə kömək edirmi? - Alimlərdən CAVAB
05 Aug 2024 | 19:05
Ağızdan gələn pis qoxunun qarşısını necə alaq?
05 Aug 2024 | 18:58
Türkiyəli general Azərbaycan Hərbi Dəniz Qüvvələrindən DANIŞDI: "Xəzərdə dövlətin təhlükəsizliyi..."
05 Aug 2024 | 18:57
İlham Əliyev: Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra Fransa əsl simasını nümayiş etdirdi
05 Aug 2024 | 18:54
“Azərbaycanlı tələbə qız nümayişlərdə iştirak etdiyinə görə edam olundu…”
05 Aug 2024 | 18:45
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti yarımfinala yüksəldi
05 Aug 2024 | 18:37
Qeybət etməyi sevən 5 bürc: Onlardan uzaq durun
05 Aug 2024 | 18:31
Ermənistan Türkiyə ilə sərhədi açmağa hazırlaşır
05 Aug 2024 | 18:23
Böhran dərinləşir: Aİ Maduronın qələbəsini tanımır
05 Aug 2024 | 18:18
Gömrük Akademiyası elmi tədqiqat potensialının artırılması üzrə beynəlxalq təlimdə təmsil olunub - FOTO
05 Aug 2024 | 18:15
Üzməyi bilməyən jurnalist ÜÇ NƏFƏRİ XİLAS ETDİANBAAN VİDEO
05 Aug 2024 | 18:07
Dəniz yatağında yuxuya gedən turist sahildən  xeyli uzaqlaşdı
05 Aug 2024 | 18:02
Paris-2024: Murad Məmmədov məğlub oldu
05 Aug 2024 | 17:57
“Seçkiləri boykot qərarının heç bir effekti yoxdur...”
05 Aug 2024 | 17:52
Nazirlik hərəkətə keçdi: Bakıdakı bütün “kupçasız” evlər söküləcək?
05 Aug 2024 | 17:45
Paris-2024: Güləşçimiz Sabah Şəriəti turnirə qələbə ilə başladı
05 Aug 2024 | 17:40
DİQQƏT! COP29-a görə bu qurumlarda iş rejimi DƏYİŞƏCƏK - QƏRAR
05 Aug 2024 | 17:35
XİN xəbərdarlıq etdi: Bu ölkəyə getməyin
05 Aug 2024 | 17:30
Mirzə Babayevin nəvəsi: "Brilliant Dadaşova babamdan istifadə edirdi" - MÜSAHİBƏ
05 Aug 2024 | 17:26
İlham Əliyev Avstraliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
05 Aug 2024 | 17:24
Bu il peşə təhsilinə müraciət rekord həddə çatdı: 1 həftədə 16000-dən çox…
05 Aug 2024 | 17:20
Sergey Şoyqu İrana səfərə gəlib
05 Aug 2024 | 17:15
XİN vətəndaşları Fələstinə səfər etməməyə çağırdı
GÜNLÜK
05 Aug 2024 | 22:37
Yaşlılar üçün ən yaxşı şirniyyat: sümükləri gücləndirir, qan təzyiqini aşağı salır və xolesterini normallaşdırır...
05 Aug 2024 | 12:37
“Mən bu sualın cavabını bilirəm. Ancaq qərarı ölkə başçısı verməlidir...”
05 Aug 2024 | 18:54
“Azərbaycanlı tələbə qız nümayişlərdə iştirak etdiyinə görə edam olundu…”
05 Aug 2024 | 12:30
Qorbaçovu “küçə siyasətçisi” adlandıran nazir – Onun əqidəsini həbsxana həyatı da dəyişməyib
05 Aug 2024 | 17:10
İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapıldı
05 Aug 2024 | 12:20
Türkiyənin “sultanı”-nın Moderator.az-a MÜSAHİBƏSİ: “Azərbaycanda filmə çəkilmək istərdim”
05 Aug 2024 | 14:07
Qadınlar 60 yaşda pensiyaya çıxa bilər: Bu ölkənin təcrübəsi gətirilir
05 Aug 2024 | 13:02
Azərbaycanda sabiq deputat vəfat etdi - FOTO
05 Aug 2024 | 19:05
Ağızdan gələn pis qoxunun qarşısını necə alaq?
05 Aug 2024 | 13:51
"Putin unikal beyinə malikdir" - Peskov
HƏFTƏLİK
04 Aug 2024 | 15:50
Pensiya yaşının daha 3 il artırılması qərara alındı - Avqustun 6-dan...
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
02 Aug 2024 | 08:40
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
04 Aug 2024 | 18:32
SSRİ-dən qalma bu şeylərə çoxlu pul verirlər: 1 000 000
03 Aug 2024 | 22:09
Min bir dərdin DƏRMANI- DƏFNƏ YARPAĞI 
04 Aug 2024 | 11:59
Bu ölkədə Türkiyə bayrağının üzərində İsrail bayrağı qaldırıldı VƏ... - FOTO
05 Aug 2024 | 22:37
Yaşlılar üçün ən yaxşı şirniyyat: sümükləri gücləndirir, qan təzyiqini aşağı salır və xolesterini normallaşdırır...
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
31 Jul 2024 | 08:09
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
04 Aug 2024 | 11:00
Zaxarovanın Parislə bağlı zarafatı Fransada OLAY OLDU 
AYLIQ
05 Aug 2024 | 22:37
Yaşlılar üçün ən yaxşı şirniyyat: sümükləri gücləndirir, qan təzyiqini aşağı salır və xolesterini normallaşdırır...
05 Aug 2024 | 12:37
“Mən bu sualın cavabını bilirəm. Ancaq qərarı ölkə başçısı verməlidir...”
05 Aug 2024 | 18:54
“Azərbaycanlı tələbə qız nümayişlərdə iştirak etdiyinə görə edam olundu…”
05 Aug 2024 | 12:30
Qorbaçovu “küçə siyasətçisi” adlandıran nazir – Onun əqidəsini həbsxana həyatı da dəyişməyib
05 Aug 2024 | 17:10
İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapıldı
05 Aug 2024 | 12:20
Türkiyənin “sultanı”-nın Moderator.az-a MÜSAHİBƏSİ: “Azərbaycanda filmə çəkilmək istərdim”
05 Aug 2024 | 14:07
Qadınlar 60 yaşda pensiyaya çıxa bilər: Bu ölkənin təcrübəsi gətirilir
05 Aug 2024 | 13:02
Azərbaycanda sabiq deputat vəfat etdi - FOTO
05 Aug 2024 | 19:05
Ağızdan gələn pis qoxunun qarşısını necə alaq?
05 Aug 2024 | 13:51
"Putin unikal beyinə malikdir" - Peskov