XİN-dən Livanda yaşayan vətəndaşlarımıza XƏBƏRDARLIQ
Siyasət
1514
03 Aug 2024 | 15:50

XİN-dən Livanda yaşayan vətəndaşlarımıza XƏBƏRDARLIQ

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları Livana səfər etməməyə və orada yaşayanları qısa müddətdə ölkədən çıxmağa çağırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
 
Qeyd olunub ki, Livanın yerləşdiyi regionda surətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə Livan Respublikasına səfər etməmək, həmin ölkədə yaşayan və ya səfərdə olan vətəndaşlara isə mümkün qədər qısa müddət ərzində oranı tərk etmək tövsiyə olunur.
 
"Eyni zamanda, hazırda Livanda olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri xahiş olunur", - məlumatda vurğulanıb.
 
Link kopyalandı!
Son xəbərlər