ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
1827
26 Jul 2024 | 16:24

ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi

Bu gün ADP sədri Sərdar Cəlaloğlu 01 sentyabr 2024-cü ildə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizəd olduğu 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən namizədliyini geri çəkməsi ilə bağlı qərar qəbul edib.
 
Bu barədə Moderator.az-a ADP-nin mətbuat xidmətindən məlumat verilib.
 
Qərarda deyilir: “ADP tərəfindən namizədliyimin irəli sürüldüyü 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən olan seçicilərin gözləntilərinə seçiləcəyim təqdirdə indiki xarici və daxili şərtlərdə cavab verə bilməyəcəyimi və bunun da milli maraqlara uyğun olmayacağını nəzərə alaraq partiya rəhbər strukturlarının razılığı əsasında seçkilərin bundan sonrakı mərhələsində iştirak etməkdən imtina ilə bağlı qərar verirəm. Seçkilərdə iştirak edən partiyanın digər üzvlərinə isə uğurlar arzulayıram.”
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər