Bu şəxslər İFŞA EDİLƏCƏK - Pul qazanmaq üçün namizəd olanlar.... - ŞOK FAKTLAR
Siyasət
Oxunub: 512
11:05, Bu gün
Bu şəxslər İFŞA EDİLƏCƏK - Pul qazanmaq üçün namizəd olanlar.... - ŞOK FAKTLAR
Seçkiyə qatılan partiya sədrləri danışdı: “Belələri prosesi kölgələyə bilməzlər...”
 
Bu il sentyabrın 1-nə təyin olunmuş seçkilərin imzatoplama kampaniyası hazırda davam edir. Tanınan, tanınmayan, şanslı, şanssız xeyli adam prosesə qoşulub. Maraqlıdır ki, hətta bir çoxları seçilmək üçün zərrə şansa malik olmadıqları və seçilməyəcəklərini bu başdan bildikləri halda, yenə də seçkiyə qatılıblar. Niyə bu addımı atıblar? Əksəriyyət bu qəbildən olanlar gənc də deyillər ki, deyəsən, özlərini tanıdıb arenaya çıxmaq istəyirlər. Əksəriyyəti deyilən kimi “qos-qoca”, saç-saqqal ağartmış, saç tökmüş adamlardır. Bəs niyə gedirlər? Tanınmış politoloqlarımızdan biri bu yöndə araşdırmalar apardığını deyib. “Hələ tam adlar açıqlamayacağam. İmza kampaniyası bitsin, görək kimlər qalır, kimlər gedir”. Politoloq əmindir ki, heç bir şansı olmayan, tanınmış, seçilməyəcəyini bu başdan bilən iddialılar  ancaq həmin dairədəki varlı və keçərli namizədlərdən pul qoparmaq üçün seçkiyə qatılıblar.
 
Politoloq avqustun ilk on günlüyündə, yəni namizədlərin qeydiyyat mərhələsi bitəndən sonra araşdırmalarını ictimaiyyətə təqdim edəcəyini bildirib (mənbə: Bakı-xeber.com). 
 
Müxtəlif seçki dairələrindən deputatlığa namizədliyi irəli sürülmüş partiya sədrlərinin gündəmə gətirilən məsələyə münasibətini, onların da dairəsində dələduz namizədlərin olub-olmadığını öyrənməyə çalışdıq.
 
Tural Abbaslı
 
AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, bu, bir az subyektiv məsələdir. Kim nə üçün seçkidə namizədliyini verir, kimin məqsədi nədir, onu həmin şəxslərin özləri dəqiq bilirlər: “Namizədliyini irəli sürənlərin içərisində hər cür insan olur. Seçilmək istədiyi üçün seçkiyə gedən də, ola bilsin alver eləmək istəyən də, təcrübə yığmaq istəyən də, özünü tanıtmaq istəyən də ola bilir. Nüfuzu olmayıb seçkiyə sırf varlı namizəddən pul qoparmaq üçün qatılanlar varsa, imkanlı namizəd niyə nüfuzu olmayana pul verməlidir ki? Burada bir məntiq də yoxdur. Odur ki, bu məsələlərin müzakirəsi yanlışdır. Dünyanın bütün ölkələrində əslində "feyk namizədlər" olur. Bu, həm də sübutu elə də asan olmayan bir məsələdir. Mən bu günə qədər xeyli seçkidə iştirak etmişəm. Şəxsən öz dairəmdə heç bir namizədə o cür yanaşmamışam. Əgər adam namizədliyini verirsə və imzalarını toplayıb qeydə alınırsa, qalanları onun şəxsi işidir". 
 
 
Akif Nağı 
 
Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, adamlar seçkilərə müxtəlif niyyətlərlə qatılırlar:  “On illərdir seçkilərdə iştirak edirik, hər şey görmüşük orada. Amma mən istərdim ki, seçkilərlə bağlı mənfi rəy formalaşmasın. Seçkidə cılız məqsədləri üçün iştirak etmək istəyənlər həmişə olub. Dələduzlar hər yerdə var, girəvə zəlilləri məqamdan istifadə eləyib nəsə qazanmağa çalışırlar, kiminsə gözünə girməyə çalışırlar. Seçkilərdə də belə adamlar olur. Eşitdiyimə görə, bəzi adamlar da seçkiyə ona görə qatılırlar ki, maddi imkanı yüksək olan namizədlərdən nəsə qoparsınlar.  Seçkilərə bu şəkildə kölgə salınması düzgün deyil. Bir dairədən nə qədər sayda namizəd olsa da, bir nəfər seçiləcək. Mənim tanıdığım adamların içərisində təcrübə qazanmaq üçün seçkiyə qatılanlar daha çoxdur. Başa düşürlər ki, birinci yeri qazanmaq çətindir, rəqiblər güclüdür, ən azından təcrübə qazanmaq olar. Partiyalardan qoşulanlar isə ən azından partiyalarının ideologiyasını təbliğ etmək, tanıtmaq üçün seçkiyə qoşulurlar. Hər kəs təbii ki, deputat seçilmir”.  
 
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə qeyd etdi ki, parlament seçkilərində müxtəlif vasitələrlə başqa namizədlərdən pul qoparmaq istəyənlər həmişə olub, indi də ola bilsin var: “Hətta sizin də tanıdığınız siyasi partiyalardakı bəzi adamların içərisində belələri az olmayıb. Konkret bu gün mənim namizədliyimi verdiyim seçki dairəsində o cür namizədlərin olub-olmadığı ilə maraqlanmamışam”. 
 
Qeydə alınan namizədlərin sayı isə hər gün artır. İyulun 24-nə olan məlumata görə, 31 nəfərin namizədliyi qeydə alınıb.
 
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, 1200-ə yaxın müraciət var. Onların çoxu artıq təsdiq olunub. 950-yə yaxın müşahidəçi qeydə alınıb. 26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edir. Onların 600-ə yaxın səlahiyyətli nümayəndəsi qeydə alınıb.
 
M.Pənahov həmçinin deyib kİ, ATƏT-in uzunmuddətli müşahidəçiləri seçkilərlə bağlı Azərbaycana gələcək. O qeyd edib ki, nümayəndə heyəti bu ayın sonunda Azərbaycanda olacaq. 
 
Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsinə həsr olunan layihə reallaşdırılıb. Bu gün Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə layihəsi çərçivəsində dəyirmi masa təşkil edilib.
 
Mərkəzi Seçki Komissiyasının müxtəlif statuslu seçki iştirakçılarını əhatə edən genişmiqyaslı maarifləndirmə proqramı əsasında gerçəkləşdirilən layihə cəmiyyətdəki aktiv mövqeyi, məqsədyönlü fəaliyyətləri günbəgün güclənən Azərbaycan qadınlarının qarşıdan gələn seçkilərdə fəallıqlarının daha da yüksəldilməsi üçün yaradılan geniş və hərtərəfli imkanların müzakirəsinə həsr olunub.
 
 
Məzahir Pənahov
 
Tədbirdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurumlararası sıx əməkdaşlıq sayəsində ərsəyə gələn müxtəlif layihələrin qadınların seçkilərdə azad və sərbəst fəaliyyətinin təkmilləşdirilməsi, məlumatlılığının artırılması və fəallığı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
 
MSK sədri Məzahir Pənahov bildirib ki, Azərbaycanda seçicilərin daha çoxu qadınlardır. O qeyd edib ki, 40 minə yaxın komissiya üzvünün də əksəriyyəti qadınlardır: “Biz səsvermə günü qadın seçicilərin aktivliyinə önəm veririk. Bu məsələdə qadınların rolu kişilərə nisbətdə daha yüksəkdi”.
 
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi  ilə birgə layihəsi çərçivəsində iyulun 24-dən etibarən regional seminar-müşavirələrə başlanılıb.
 
İlk tədbir iyulun 24-də MSK və DİN təmsilçilərinin də iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində təşkil olunub.
 
Milli Məclisə seçkilərdə polis əməkdaşlarının xidməti fəaliyyətinə həsr olunan seminar-müşavirələrdə ölkə üzrə bütün seçki dairələri dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələrinin iştirakı nəzərdə tutulur.
 
Tədbirlərdə MSK-nın üzvləri, Komissiya Katibliyinin əməkdaşları və DİN-in müvafiq qurumlarının nümayəndələri tərəfindən Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsində, seçkiqabağı təşviqat dövründə, habelə səsvermə günü və ondan sonrakı proseslərdə polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələri barədə təqdimatlar keçiriləcək, çıxışlar dinləniləcək və müzakirələr aparılacaq. Maarifləndirmə və məlumatlandırma xarakterli seminar-müşavirələr növbəti mərhələdə iyulun 25-də Gəncədə, iyulun 26-da Şəkidə, iyulun 29-da Şirvanda və iyulun 30-da Naxçıvanda keçiriləcək.
 
Etibar SEYİDAĞA
 
 
 
 
 
Oxşar xəbərlər
18:45, Bu gün
Yayın dadlı trendi - Dondurmaları necə seçək?
18:40, Bu gün
Yıldız tamaşaçıların gözü önündə paltarını yırtdı
18:34, Bu gün
Dadsız qarpızdan dadlı limonad necə hazırlamaq olar?
18:30, Bu gün
9 mərtəbəli binanın damından yıxılan 10 yaşlı qız möcüzəvi şəkildə sağ qaldı
18:24, Bu gün
Bu pivənin istehsalı dayandırıldı - Nöqsanlar aşkarlanıb
18:16, Bu gün
Vaşinqtonda ABŞ bayrağını yandırdılar
18:10, Bu gün
Kitab oxumağın uğurlu insan olmağımızda rolu
18:06, Bu gün
DGK "McDonalds"ı nədə ittiham edir?
18:00, Bu gün
Cüdoçularımızın rəqibləri müəyyənləşdi
17:55, Bu gün
Kamran Əliyev ŞƏT ölkələrinin baş prokurorlarını COP29-a dəvət edib - FOTO
17:51, Bu gün
8 Noyabr prospektinin bir hissəsi bağlanır
17:47, Bu gün
İşğaldan azad edilmiş ərazilərə səfər edən şəxslər üçün yaddaş kitabçası hazırlandı - FOTO
17:42, Bu gün
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: "Ermənistan və onun havadarları..."
17:38, Bu gün
"MTV Azərbaycan"da YENİ TƏYİNAT
17:33, Bu gün
Bakının mərkəzi küçələrindən biri üç gün bağlı olacaq - SƏBƏB
17:27, Bu gün
“Gərək yerə yıxardı, qolunu tutardı…” — Manaf Ağayevdən Ağadadaşın döyülməsinə REAKSİYA
17:22, Bu gün
Pəncərəni yumruqlaması ölümünə səbəb oldu
17:18, Bu gün
Siqaretlərin qiyməti BU SƏBƏBDƏN QALXDI- Ekspert AÇIQLADI
17:16, Bu gün
"Rusiya təcavüzünə birbaşa cavab" - Polşa hərbi əməliyyata başlayır
17:10, Bu gün
Naxçıvanbank bu SƏBƏBDƏN BAĞLANDI - DETALLAR
17:05, Bu gün
UEFA Konfrans Liqası: "Makkabi" - "Sabah" oyununa cəmi 300 bilet satılıb -
17:00, Bu gün
Azərbaycan millisi paralimpiadada ilk dəfə 7 idman növündə təmsil olunacaq
16:55, Bu gün
Hərbi liseylərə qəbul imtahanının NƏTİCƏLƏRİ
16:50, Bu gün
“Bunun kimilərə edam cəzası verilməlidir” – ŞOK TƏLƏB
16:46, Bu gün
“Azərbaycan ərazisi ilə daşınan tranzit yüklərin həcmi 14 % artıb” - Cavid Qurbanov
16:41, Bu gün
“Medera”nın sahibi klinikasından imtina etdi
16:36, Bu gün
Xalq artisti geyimi ilə GÖZ OXŞADI - VİDEO
16:30, Bu gün
MSK Polad Bülbüloğlunun namizədliyini təsdiqlədi
16:25, Bu gün
Ermənilər Tovuzda havaya PUA qaldırdılar - RƏSMİ
16:20, Bu gün
Polkovnik rektor təyin edildi
16:15, Bu gün
““Prime mobile” şirkəti qaçaq yolla gətirdikləri telefonu vergilər və gömrükdən qeydiyyatdan keçirmədən mənə satıb” - İDDİA-ŞİKAYƏT
16:09, Bu gün
Xırdalandakı qalmaqallı bağça ilə bağlı daha bir ŞİKAYƏT: “Korrupsiyaya görə direktor çıxarılandan sonra övladımı rus sektoruna götürmürlər...” - ÖZƏL
16:04, Bu gün
Siqaretlərin qiyməti nə qədər artacaq? – İQTİSADÇI AÇIQLADI
15:58, Bu gün
“İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun iclası keçirilib - FOTO
15:52, Bu gün
BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
15:47, Bu gün
Dövlət hesabına xaricdə təhsil alacaq şəxslərin ilkin siyahısı təsdiqləndi
15:42, Bu gün
Ceyhun Bayramov gənc diplomatlar ilə görüşdü
15:37, Bu gün
Azərbaycanda kişini qəbiristanlıqda döyüb öldürdülər - tutulan var
15:32, Bu gün
Mehriban Xanlarovaya AĞIR İTKİ üz verdi
15:27, Bu gün
"Çin özünü "qlobal sülhməramlı" kimi göstərir, lakin kimə dəstək verdiyi barədə seçim edib" - "The Wall Street Journal"
15:21, Bu gün
Yaxın Şərq və ərəb “NATO”su arzuları – qəbul olunmayacaq duaya “amin” deyilməz - TƏHLİL + FOTO
15:15, Bu gün
Dilarə Əliyevadan qızı ilə bağlı paylaşım - FOTO
15:10, Bu gün
Polad Bülbüloğlu namizədliyini verdi - YAP-dan rəqibi...
15:04, Bu gün
Kanalda batan yeniyetmənin axtarışları davam edir
14:59, Bu gün
Canluici Buffon İtaliya millisinin idman direktoru təyin olundu
14:53, Bu gün
"Azərbaycan yaxın gələcəkdə Serbiyaya qaz tədarükünü artıra bilər" - Sahil Babayev
14:47, Bu gün
“Vitse-spiker olacağım barədə indidən nəsə demək doğru deyil” – FAZİL MUSTAFA
14:41, Bu gün
Prezident fərman imzaladı
14:36, Bu gün
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
14:30, Bu gün
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
14:26, Bu gün
Əli Əsədov Türkiyə Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü - FOTO
14:20, Bu gün
Amerikalı səyyah: "Biz regionun tarixi haqqında çox şey öyrəndik"
14:14, Bu gün
Fermerlərin ucuz məhsullarını əhaliyə baha satan DƏLLALLAR - Ekspert DETALLARI AÇIQLADI
14:08, Bu gün
Azərbaycan stolüstü tennisçiləri Çinə yollanıblar
14:02, Bu gün
Milli Qəhrəman Natiq Qasımovun anasına mənzil verildi - FOTO
13:57, Bu gün
Bakıdakı hotellərdə gecələyənlərin SAYI ARTIB
13:52, Bu gün
Olaf Şolts Rusiya ordusunun Ukraynaya qarşı müharibəsində itkilərini AÇIQLADI
13:47, Bu gün
HDQ kursantları gəmiləri döyüşə hazır vəziyyətə gətirdi - VİDEO
13:41, Bu gün
Əkin sahəsinə görə kəndlini döydülər - saxlanılan var - FOTO
13:35, Bu gün
Nürnberq prosesində nasistlərin güvəndiyi sovet prokuroru – onun müəmmalı ölümündə Stalinin də adı hallanıb
13:29, Bu gün
Avqustun 1-dən QAYDALAR DƏYİŞİR
13:27, Bu gün
Fransa olimpiyadaya yollanan idmançıları qida ilə təmin edə bilmir
13:22, Bu gün
BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalandı
13:17, Bu gün
Azərbaycan dövlətinin İrpendəki akademik Zərifə Əliyeva adına liseyə növbəti yardımı çatdırıldı - FOTO
13:12, Bu gün
Leysan yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
13:06, Bu gün
Şuşada zəlzələ sensorları yerləşdirildi - VİDEO
13:00, Bu gün
Xaçmazda eyni yerdə iki ağır yol qəzası: Səkkiz nəfər xəsarət aldı
12:56, Bu gün
Ağadadaş Ağayevin insidentdən sonra ilk fotosu 
12:55, Bu gün
Okeanda 438 gün sağ qalan adam haqqında ŞOK İDDİA-ADAM YEYİB? 
12:51, Bu gün
Kəlbəcərdə yeni tikilən evlərin görüntüsü - FOTO/VİDEO
12:47, Bu gün
Baş nazir qərar imzaladı - Uşaqlara pulsuz oldu
12:42, Bu gün
Bu şəxslərə pulsuz hüquqi yardım göstəriləcək
12:36, Bu gün
Əli Əsədov qərar imzaladı
12:32, Bu gün
Ağadadaş Ağayevin vəkili şok faktlar açıqladı - "Gözətçi əvvəllər..."
12:27, Bu gün
Kəndlərə hücum nəticəsində 20-dən çox adam ölüb: uşaqlar pala ilə öldürülüb, qızlar zorlanıb
12:26, Bu gün
İqbal Əbilovun həbsinin DETALLARI - Ermənistanla gizli sövdələşmələr və…
12:21, Bu gün
Beynəlxalq səyyahlardan ibarət heyət Şuşadadır - YENİLƏNİB + FOTO
12:16, Bu gün
Azərbaycanda vəzifəli şəxs xidməti otağında ÖLDÜ
12:12, Bu gün
Türkiyə Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan normallaşma prosesi müzakirə olunacaq
12:07, Bu gün
Təzə gəlin rəfiqəsi ilə birlikdə faciəvi şəkildə öldü - FOTO
12:05, Bu gün
Bakının Parlament prospektində təmir işləri yekunlaşıb - VİDEO
12:02, Bu gün
"Trampa atəş açan Con Kennedinin qətlinin detallarını öyrənib" - ABŞ Federal Təhqiqat Bürosu
11:58, Bu gün
“Əl-Qaidə”nin azərbaycanlı üzvü həbs edildi
11:53, Bu gün
Emin Ağalarov bacısının nişanlısını belə təqdim etdi
11:52, Bu gün
İki ali təhsil müəssisəsində nöqsanlar aşkarlandı
11:48, Bu gün
Minbir dərdə dərman olan yemişan sirkəsini bir də belə hazırlayın
11:45, Bu gün
Tezliklə şans üzünə güləcək 3 bürc: Yeni mülk ala bilərlər...
11:43, Bu gün
Naxçıvanda qadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin işi məhkəməyə göndərilib
11:41, Bu gün
"Deyirdi ki, dünyəvi dövlətə etiraz et..." - "Kərimə" işində şok detallar
11:38, Bu gün
Rusiyada “Instagram”ın fəaliyyəti bərpa olunacaq?
11:33, Bu gün
Abşeronda körpə qızdırmadan öldü
11:32, Bu gün
Səyahət edənlərin nəzərinə! - Bu infeksiyalara yoluxa bilərsiz...
11:28, Bu gün
Bu bankın lisenziyası ləğv edildi - FOTO
11:25, Bu gün
Ev almaq istəyənlər, xəbəriniz olsun: Bazarda gözlənilməz hərəkətlənmə...
11:23, Bu gün
“Zəngəzur boşaldılıb Rusiya “FSB”-sinin nəzarətinə verilməlidir ki, tranzit işləsin...”
11:22, Bu gün
Azərbaycanda altı ayda 42 min abort qeydə alınıb
11:16, Bu gün
Moldovanın maliyyə naziri istefa verib
11:15, Bu gün
Dövlət Komitəsində italiyalı memarla görüş olub - FOTO
11:11, Bu gün
Tələbələrin köçürülməsinə başlanılıb
11:10, Bu gün
Sərnişinlərin təhlükəsizliyi və sağlamlığı üçün CİDDİ TƏHDİD: “Əl qoymağa yer yoxdur, tavan başımıza uçur…”
GÜNLÜK
24 Jul 2024 | 22:10
"Atam olsaydı, ərim tərəf heç vaxt məni əzə bilməzdi" - VİDEO
24 Jul 2024 | 22:45
“Yadplanetli mumiyalarda” barmaq izi analizi! — Nəticə şoka saldı (FOTO)
24 Jul 2024 | 22:03
Kəramətdən Ağadadaşa SƏRT SÖZLƏR: “Ağadadaşın beyni xəstədi…”
24 Jul 2024 | 21:17
Dörd qolu, dörd ayağı və iki üzü olan KÖRPƏ DOĞULUB – FOTO
24 Jul 2024 | 19:40
Bu qidaları təkrar qızdırmayın
24 Jul 2024 | 23:00
Azərbaycanda nağdsız ödənişlərdə PROBLEM
24 Jul 2024 | 20:26
Rusiyada avtomobili partladan şəxs Türkiyədə ələ keçdi
24 Jul 2024 | 20:31
DYP sürücülərə müraciət ETDİ
24 Jul 2024 | 21:30
Məşhur Məmmədovun biznesi və şansları necə “əriyir?” — Mandatını “yeniləməyə” hazırlaşan oliqarx üçün “LABİRİNT”
24 Jul 2024 | 21:24
Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən GÖRÜNTÜLƏR
HƏFTƏLİK
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
19 Jul 2024 | 11:24
Daha bir Azərbaycan jurnalisti Makronu "şillə"lədi - Oksfordda hesab günü - VİDEO
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
21 Jul 2024 | 20:53
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:42
Bunu hər gün edin - Görmə qabiliyyətiniz 99 yaşında da mükəmməl olacaq
23 Jul 2024 | 23:00
Xalq artistinin qulağını necə zədələdiyi bilindi - İçkili halda...
21 Jul 2024 | 17:46
Müharibənin qorxunc fəsadları: Rusiyada insan qıtlığı yaranıb - DETALLAR
23 Jul 2024 | 14:46
Ağadadaş Ağayevin törətdiyi hadisənin görüntüləri yayıldı – ŞOK VİDEO
AYLIQ
24 Jul 2024 | 22:10
"Atam olsaydı, ərim tərəf heç vaxt məni əzə bilməzdi" - VİDEO
24 Jul 2024 | 22:45
“Yadplanetli mumiyalarda” barmaq izi analizi! — Nəticə şoka saldı (FOTO)
24 Jul 2024 | 22:03
Kəramətdən Ağadadaşa SƏRT SÖZLƏR: “Ağadadaşın beyni xəstədi…”
24 Jul 2024 | 21:17
Dörd qolu, dörd ayağı və iki üzü olan KÖRPƏ DOĞULUB – FOTO
24 Jul 2024 | 19:40
Bu qidaları təkrar qızdırmayın
24 Jul 2024 | 23:00
Azərbaycanda nağdsız ödənişlərdə PROBLEM
24 Jul 2024 | 20:26
Rusiyada avtomobili partladan şəxs Türkiyədə ələ keçdi
24 Jul 2024 | 20:31
DYP sürücülərə müraciət ETDİ
24 Jul 2024 | 21:30
Məşhur Məmmədovun biznesi və şansları necə “əriyir?” — Mandatını “yeniləməyə” hazırlaşan oliqarx üçün “LABİRİNT”
24 Jul 2024 | 21:24
Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən GÖRÜNTÜLƏR