Vətəndaş müharibəsi riski: ABŞ tarixinin ən qalmaqallı seçkisindən birinə hazırlaşır
Siyasət
Oxunub: 447
21 Jul 2024 | 22:21
Vətəndaş müharibəsi riski: ABŞ tarixinin ən qalmaqallı seçkisindən birinə hazırlaşır
Birləşmiş Ştatlar tarixinin ən qalmaqallı və gərgin seçkisindən birinə hazırlaşır. Budəfəki seçki kampaniyasının ən ciddi hadisəsi şübhəsiz ki, Donald Trampa atılan güllə oldu. "Trampı yaralayan, Baydeni "öldürən" güllə". Əksəriyyət tərəfindən baş verənlər məhz bu cür qiymətləndirilir. Məsələ burasındadır ki, sui-qəsd cəhdindən sonra Trampın reytinqi görünməmiş həddə çatıb. Elə bu səbəbdən də iyunun 15-də respublikaçıların qurultayında Ağ Evin keçmiş rəhbəri əsl qəhrəman kimi qarşılanıb, prezidentliyə namizəd kimi rəsmən təsdiq olunub. 13 iyul sui-qəsd cəhdindən sonra Ağ Evin keçmiş rəhbəri tədbirə sadəcə mühafizəkarların lideri kimi deyil, az qala ABŞ qəhrəmanı kimi gəlib. Sui-qəsd cəhdindən sonra onun özünü aparma tərzi ciddi rezonans doğurub. Bu hadisə Prezident Bayden və onun seçki komandasının üzərinə əlavə yük qoyub. Hətta demokratların kampaniya reklamlarına da ara verilib.
 
"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
 
Trampa qarşı sui-qəsddə İran izi?
 
Sui-qəsd cəhdi ilə bağlı indiyə qədər ən müxtəlif versiyalar səslənib. Bura İran da daxil edilib. ABŞ-nin milli təhlükəsizlik üzrə rəsmiləri bildiriblər ki, Trampın müdafiəsi hadisədən bir neçə həftə əvvəl gücləndirilibmiş. Buna səbəb isə İranın onu öldürmə planının olması ilə bağlı iddiaların ortaya çıxması olub. Bununla belə, rəsmilər hələlik sui-qəsd cəhdi ilə İran arasında hər hansı əlaqəni sübut edən faktın olmadığını deyiblər. Mənbələrin bildirdiyinə görə, hələ iyun ayında İrandan mümkün təhlükənin olması ehtimalı ilə bağlı Məxfi Xidmət ciddi rejimə keçib və Trampın mühafizəsinə əks-hücum və antisnayper casusları, eləcə də dron və robot itlər cəlb edilib. Tramp və keçmiş dövlət katibi Mayk Pompeo da daxil olmaqla, bir sıra rəsmilər 2020-ci ildə İranın Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin İraqda öldürülməsindən sonra rəsmi Tehran tərəfindən təhdidlərlə üzləşiblər. İranın BMT-dəki missiyası yayılan xəbərləri "əsassız və pis niyyətli" adlandırıb. İranlı nümayəndə əlavə edib ki, Tramp "cinayətkar olub və buna görə qanun qarşısında mühakimə edilməli və cəzalandırılmalıdır".
Sıradan hadisə deyil
 
Ümumilikdə bu sui-qəsd cəhdi sıradan hadisə deyil. İlkin versiyalarda hadisənin Trampın rəqiblərinin təşkil etdiyi də bildirilir. Tramp Aİ və digər ölkələrlə inteqrasiya əleyhdarıdır. Ehtimal edilir ki, bu inteqrasiya prosesini gücləndirmək istəyənlər, onun iqtisadi siyasəti ilə razılaşmayanlar, Rusiya ilə münasibətləri normallaşdırma siyasətini bəyənməyənlər, yəni Trampın rəqibləri - Demokratlar Partiyası, bu partiyanın dəstəkçiləri sui-qəsd ssenarisini cızıblar. Çünki onlar Trampı fərqli üsullarla - barəsində cinayət işi açaraq, Floridada 11 qərargah üzvünü tutaraq, Arizonada ilkin seçkiyə buraxmayaraq seçki prosesindən uzaqlaşdırmağa çalışdılar.
 
Trampın milli, cinsi, irqi azlıqlar tərəfindən hücuma məruz qala biləcəyi ehtimalı da var. O, xüsusilə miqrantlara qarşı sərt siyasət yürüdüb. Ola bilsin, sui-qəsd Trampa xüsusi kin-küdurət bəsləyən bu kəsimlərdən birinin nümayəndəsi tərəfindən həyata keçirilib.
 
Trampın partiyadaxili müxalifətin planı ilə sui-qəsdə məruz qalması da mümkündür. Məsələ burasındadır ki, Respublikaçılar Partiyası Trampın namizədliyinin qarşısını ala bilmədi. Ancaq onu fiziki olaraq məhv etsəydilər, partiya yerinə başqa namizəd irəli sürə bilərdi. İstənilən halda, sui-qəsd cəhdi Trampın özünə xeyir versə də, ümumi anlamda ABŞ üçün müsbət heç nə vəd etmir.
Vitse-prezidentliyə qalmaqallı namizəd
 
Seçki prosesinə gəldikdə, respublikaçıların qurultayının ən maraqlı hadisələrindən biri Donald Trampın vitse-prezidentliyə namizədi elan etməsi oldu. O, Ohayodan olan 39 yaşlı senator Ceyms Devid Vensi bu posta irəli sürüb. Respublikaçıların vitse-prezidentliyə namizədi haqqında nə məlumdur? Ohayo ştatından olan Vens 2022-ci ilin payızında ABŞ Konqresinə əvvəlki seçkidə seçilib və yalnız ötən ilin yanvarında vəzifəsinin icrasına başlayıb. Avtobioqrafik kitabı ilə bütün ABŞ-də məşhurlaşan bu siyasətçi səkkiz il əvvəl Trampa rəqib olub. İndi isə respublikaçıları təmsil edir. Siyasi karyerasının əvvəlində o, Trampın əleyhinə olub. 2016-cı ildə hətta onu "axmaq" adlandırıb və Hitlerə bənzədib. Onun fikirlərini dəyişməsinə nə vadar etdiyi əslində aydın deyil - yəqin ki, Trampın prezidentliyi dövründə izlədiyi xətti bəyənib. Vens Ukrayna münaqişəsinə son qoyulmasının tərəfdarıdır. Keçən il o, Prezident Co Baydeni gələcək dəstək paketlərini bloklamaqla hədələyərək Ukraynaya "məhdudiyyətsiz yardımı" dayandırmağa çağıran respublikaçı qanunvericilərdən biri idi.
 
Trampın adamı NATO-nu məhv edəcək?
 
Trampın Vensi vitse-prezidentliyə namizəd kimi göstərməsi Avropada ciddi narahatlıq yaradıb. Bu barədə "Financial Times" yazır. Belə ki, bu qərar Trampın prezidentlik müddətində transatlantik təhlükəsizlik əlaqələrinin kəskin şəkildə zəifləyəcəyi, tariflərin qalxacağı və ABŞ-nin Ukraynaya mühüm dəstəyinə son qoyulacağı anlamına gəlir. "Əgər Tramp seçilərsə və Vensin üstünlük verdiyi siyasət davam edərsə, o, NATO-nun məhv olduğunu və ya ən azından ABŞ-nin alyans üzərində himayəsinin sona çatdığını elan edə bilər", - məqalədə vurğulanıb.
 
Beləliklə, ABŞ seçkisi bir güllə ilə tamamilə dəyişmiş olub desək, yanılmarıq. Proseslərin gedişi ölkədə ciddi təlatüm yaratmaqla yanaşı, qütbləşməni dərinləşdirə, hətta vətəndaş müharibəsinə gətirib çıxara bilər.
Oxşar xəbərlər
00:28, Bu gün
Azərbaycanda Milli Mətbuat Günüdür
21 Jul 2024 | 23:52
Kədərli rekord: ABŞ-da məhkəmə 43 il həbsdə olan qadını təqsirsiz hesab edib
21 Jul 2024 | 23:43
Qurban Qurbanov: “Kadiyə görə üzülmədim”
21 Jul 2024 | 23:32
Təxribatçı keşiş HƏRƏKƏTƏ KEÇDİ - Sentyabrın əvvəlində...
21 Jul 2024 | 23:30
Tramp Baydenin prezidentlik yarışından geri çəkilməsinə münasibət bildirib
21 Jul 2024 | 23:28
ABŞ prezident seçkilərində Baydeni kim əvəz edə bilər? - Siyahı
21 Jul 2024 | 23:17
Başa bəla miqren – Daha bir səbəbi tapıldı
21 Jul 2024 | 23:06
Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibətilə paylaşım edib
21 Jul 2024 | 22:59
Bayden prezident seçkisində kimi dəstəkləyəcəyini AÇIQLADI
21 Jul 2024 | 22:21
Vətəndaş müharibəsi riski: ABŞ tarixinin ən qalmaqallı seçkisindən birinə hazırlaşır
21 Jul 2024 | 22:17
Dördüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsi yekunlaşıb
21 Jul 2024 | 22:12
Bayden prezidentliyə namizədliyini geri götürüb
21 Jul 2024 | 20:53
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
21 Jul 2024 | 20:37
Ermənistan Gorus hava limanını işə sala bilmir
21 Jul 2024 | 20:14
ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib
21 Jul 2024 | 20:11
Paytaxtda xırda pul problemi: Satıcılar qəpikləri niyə qəbul etmirlər?
21 Jul 2024 | 19:26
"Prezident İlham Əliyev Şuşada Azərbaycanın hazırkı gündəliyini və qlobal missiyasını açıqladı"
21 Jul 2024 | 19:23
Bakıda ticarət mərkəzində YANĞIN
21 Jul 2024 | 19:12
"Ölkəmizə qarşı dezinformasiyalar geniş şəkildə ifşa edilir"
21 Jul 2024 | 19:00
Nüfuzlu şəxslərin adından saxta məlumatlar yayılır - AÇIQLAMA
21 Jul 2024 | 18:59
Qusman: "Ermənistan konstitusiyasına dəyişiklik edilməsinin zəruriliyi ilə bağlı mövqe düzgündür"
21 Jul 2024 | 18:50
Xoşməramlı jest: Bakı İrəvanı COP29-a dəvət etdi
21 Jul 2024 | 18:33
"Moskvaya qarşı "qamçı və kökə" siyasəti yeritmək gərəkdir" - Boris Conson 
21 Jul 2024 | 18:31
"Mətbuat millətimizin imzasıdır"
21 Jul 2024 | 18:06
ABŞ-də ziyafətdə atışma olub, ölənlər var
21 Jul 2024 | 18:06
İkinci Şuşa Qlobal Media Forumu dünya mətbuatının diqqət mərkəzindədir
21 Jul 2024 | 18:01
Rusiyada sanatoriyada 25 uşaq zəhərləndi
21 Jul 2024 | 17:56
Hollivudun iki nəhəngi bir-birinə nifrət edi
21 Jul 2024 | 17:51
92 yaşlı kişi faciəli şəkildə öldü
21 Jul 2024 | 17:46
Müharibənin qorxunc fəsadları: Rusiyada insan qıtlığı yaranıb - DETALLAR
21 Jul 2024 | 17:40
Bu məhsullarla çay içmək olmaz
21 Jul 2024 | 17:34
Həzmi yaxşılaşdıran və bağırsaqları sağaldan ÇAY
21 Jul 2024 | 17:28
Baydenin yerinə namizəd Klinton olacaq - Puşkov
21 Jul 2024 | 17:22
Cəlilabadda yaşayış evi yanaraq kül olub
21 Jul 2024 | 17:19
Ərdoğan nazir və deputatlarla basketbol oynadı
21 Jul 2024 | 17:17
Sumqayıtda mənzildə 59 yaşlı kişinin meyiti aşkarlanıb
21 Jul 2024 | 17:12
Yedditəpə kurqanlarınından yaştəyini üçün nümunələr götürülüb
21 Jul 2024 | 17:06
Ayda mağaralar kompleksi tapıldı: Baza qurulacaq
21 Jul 2024 | 17:01
Türkiyə dəhşətli istilər: Asfalt əriyir...
21 Jul 2024 | 16:56
İsti havada linza taxmağa icazə verilirmi?
21 Jul 2024 | 16:51
II Qlobal Media Forumunda iştirak edən xarici qonaqlar üçün Şuşada gəzinti təşkil edilib
21 Jul 2024 | 16:44
İsraildən Yəmənə HAVA ZƏRBƏSİ: ölənlər var
21 Jul 2024 | 16:38
Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
21 Jul 2024 | 16:32
II Şuşa Qlobal Media Forumu dezinformasiyalara qarşı mübarizədə yeni mərhələnin başlanğıcı olacaq
21 Jul 2024 | 16:31
Təhlükəli virusa qarşı peyvəndə başlanıldı
21 Jul 2024 | 16:26
Faktiki hava açıqlandı
21 Jul 2024 | 16:20
Şuşada ATNA-nın İcraiyyə Komitəsinin 1-ci iclası keçirilib
21 Jul 2024 | 16:15
Parlaq və güclü saçların sirri açıqlandı - FOTO
21 Jul 2024 | 15:38
"O, təkcə yaxşı namizəd deyil, həm də ən səriştəli siyasətçilərdən biridir..."
21 Jul 2024 | 15:17
Ərdoğan Ersin Tatarın Zirvə görüşünə qatılmasından DANIŞDI
21 Jul 2024 | 15:14
Şəmkirdə 2 avtomobil toqquşub, xəsarət alanlar var
21 Jul 2024 | 15:10
Ayətullah Xamnəi Pezeşkiana xeyir-dua verdi: Prezidentin uğuru hamımızın uğurudur
21 Jul 2024 | 15:09
ABŞ F-35 qırıcılarının istehsalını çatdırmır
21 Jul 2024 | 14:27
6 lotereya bileti aldı, hamısını uddu
21 Jul 2024 | 14:24
Kliçko: "Ukraynada referendum keçirilməlidir"
21 Jul 2024 | 14:16
"Kəpəz" albaniyalı futbolçu ilə müqavilə BAĞLADI
21 Jul 2024 | 14:04
Blogerləri jurnalist saymıram - Mixail Qusman
21 Jul 2024 | 13:48
Hərbi liseylərə qəbul imtahanı başa çatıb
21 Jul 2024 | 13:47
Husilər İsrailə hücum etdilər
21 Jul 2024 | 13:15
Hikmət Hacıyev: "İlham Əliyev peşəkar medianın rolunu həmişə yüksək qiymətləndirib"
21 Jul 2024 | 13:01
Şuşadakı seysmik stansiyadan məlumatların ötürülməsinə BAŞLANILDI
21 Jul 2024 | 12:56
BŞDYPİ mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
21 Jul 2024 | 12:46
İyulun 22-nə gözlənilən hava proqnozu açıqlanıb
21 Jul 2024 | 12:44
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
21 Jul 2024 | 12:30
Tramp Putinə sadiqdir, güzəştə gedəcək - Bolton
21 Jul 2024 | 12:28
Minimum əməkhaqqı nə zaman artırılacaq?
21 Jul 2024 | 12:18
Rusiyanın ən müasir qırıcıları necə hazırlanır? - VİDEO
21 Jul 2024 | 12:13
B-52H Rusiya sərhədinə yaxınlaşdı, MiQ-lər qaldırıldı
21 Jul 2024 | 12:11
Türkiyəli məşhur aktyor vəfat etdi
21 Jul 2024 | 12:03
Sülh müqaviləsi bağlamamışdan əvvəl Azərbaycanın Ermənistana təklifi nədir? - RƏSMİ AÇIQLAMA
21 Jul 2024 | 12:01
Ukrayna səmasında 35 “Şahid” məhv edildi
21 Jul 2024 | 11:50
"İnter Mayami" Messinin 45-ci titulunu təmtəraqla qeyd etdi
21 Jul 2024 | 11:42
"Azərbaycan COP29 ərəfəsində dezinformasiya dalğası ilə üzləşsə də, bu bizə mane olmayacaq"
21 Jul 2024 | 11:20
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA
21 Jul 2024 | 11:18
Şəkidə QƏZA: Bir ailənin üç üzvü olmaqla beş nəfər xəsarət aldı
21 Jul 2024 | 11:16
Hikmət Hacıyev: "Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır"
21 Jul 2024 | 10:57
Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi
21 Jul 2024 | 10:43
“Kəlbəcərdəki hərbi insident Londonda baş verənlərə cavabdır”
21 Jul 2024 | 10:41
Prezidentin köməkçisi: "Azərbaycan dəfələrlə dezinformasiya qurbanı olub"
21 Jul 2024 | 10:37
Paşinyan azərbaycanlı jurnalisti belə salamladı - FOTO
21 Jul 2024 | 10:34
Basketbolçularımız bu gün Ermənistanla QARŞILAŞACAQ
21 Jul 2024 | 10:32
Hikmət Hacıyev: "Dezinformasiya xəbərlərlə manipulyasiya etməyə imkan verir"
21 Jul 2024 | 10:16
Ata son anda iki oğlunun xilaskarına çevrildi
21 Jul 2024 | 10:13
“İndi bir adamın 4-5 evi var”
21 Jul 2024 | 10:09
ABŞ Rusiya və Çin peyklərini sıradan çıxaracaq
21 Jul 2024 | 10:07
Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcək
21 Jul 2024 | 10:05
"Fransa mediadan istifadə edərək bizi onların daxili işlərinə qarışmaqda ittiham edir"
21 Jul 2024 | 10:04
İtkin düşən Şirvan sakini Bakıda tapıldı
21 Jul 2024 | 09:51
Şuşada II Qlobal Media Forumunun ikinci iş günü başlayıb
21 Jul 2024 | 09:49
Bu gün hərbi liseylərə qəbul imtahanı keçiriləcək
21 Jul 2024 | 09:47
Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulub
21 Jul 2024 | 09:25
İranda zəlzələ baş verdi
21 Jul 2024 | 09:00
Qvatemalada güclü zəlzələ qeydə alınıb
21 Jul 2024 | 08:42
Bunu hər gün edin - Görmə qabiliyyətiniz 99 yaşında da mükəmməl olacaq
21 Jul 2024 | 08:40
"Rusiya döyüşə son tanklarını atır..."-EKSPERT
21 Jul 2024 | 08:39
İtlər niyə öz sahiblərinə bənzəyirlər?
21 Jul 2024 | 08:23
Azərbaycanlı modeldən 18 + FOTOLAR - "Əsas yerim bağlıdır" 
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
21 Jul 2024 | 08:05
Doğru qarpızı necə seçək? -FOTO İLƏ İZAHI 
21 Jul 2024 | 07:54
Məhərrəmlikdə toy edən ailələrin uşaqları şikəst doğulur?..- SUAL-CAVAB
GÜNLÜK
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
21 Jul 2024 | 08:42
Bunu hər gün edin - Görmə qabiliyyətiniz 99 yaşında da mükəmməl olacaq
21 Jul 2024 | 08:23
Azərbaycanlı modeldən 18 + FOTOLAR - "Əsas yerim bağlıdır" 
21 Jul 2024 | 08:05
Doğru qarpızı necə seçək? -FOTO İLƏ İZAHI 
21 Jul 2024 | 10:43
“Kəlbəcərdəki hərbi insident Londonda baş verənlərə cavabdır”
21 Jul 2024 | 08:40
"Rusiya döyüşə son tanklarını atır..."-EKSPERT
21 Jul 2024 | 07:33
“Onlarla məcburi əl sıxışırdım” - Prezident o görüşlərdən DANIŞDI
21 Jul 2024 | 10:37
Paşinyan azərbaycanlı jurnalisti belə salamladı - FOTO
21 Jul 2024 | 07:45
Səhər yumurta yeməyin təhlükələri barədə XƏBƏRDARLIQ
21 Jul 2024 | 07:54
Məhərrəmlikdə toy edən ailələrin uşaqları şikəst doğulur?..- SUAL-CAVAB
HƏFTƏLİK
16 Jul 2024 | 07:34
Separatçı rejimin ləğvindən sonra Qarabağda qalmış bahalı avtomobil kimə hədiyyə edildi?..- “333 OD 33” nömrəli- FOTO
19 Jul 2024 | 11:24
Daha bir Azərbaycan jurnalisti Makronu "şillə"lədi - Oksfordda hesab günü - VİDEO
17 Jul 2024 | 08:34
Taksilərdə sui-istifadə artdı: Bu sürücülər artıq pul alır
16 Jul 2024 | 00:09
Aşıq Ələsgərin 10 aydır hazır olan heykəli niyə ucaldılmır?- “Ailəsi olaraq bizə məlum deyil”-Nazirlikdən AÇIQLAMA-ÖZƏL
16 Jul 2024 | 12:12
Ərdoğan “bozqurd” işarəsi göstərən Azərini alqışladı - FOTO/VİDEO
18 Jul 2024 | 13:58
“Atam rəhmətə gedəndə həmin dükan sahibi gəlib dedi ki, məndən gödəkçə alıb, amma”-Telman Adıgözəlovun oğlu-ÖZƏL
15 Jul 2024 | 18:47
ABŞ və Avropada niyə qarabaşaq yarması yemirlər? – SƏBƏB
16 Jul 2024 | 08:30
Təhsilimizdə ciddi çatışmazlıq Yararsız diplomların yaranma səbəbləri-TƏHLİL
15 Jul 2024 | 11:23
Nuran Abdullayev: Biz yola inananlarla davam edirik - MÜSAHİBƏ
16 Jul 2024 | 08:14
Paşinyan buna görə İlham Əliyevdən daha iki il vaxt istədi...-O da razılaşdı?..-İDDİA
AYLIQ
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
21 Jul 2024 | 08:42
Bunu hər gün edin - Görmə qabiliyyətiniz 99 yaşında da mükəmməl olacaq
21 Jul 2024 | 08:23
Azərbaycanlı modeldən 18 + FOTOLAR - "Əsas yerim bağlıdır" 
21 Jul 2024 | 08:05
Doğru qarpızı necə seçək? -FOTO İLƏ İZAHI 
21 Jul 2024 | 10:43
“Kəlbəcərdəki hərbi insident Londonda baş verənlərə cavabdır”
21 Jul 2024 | 08:40
"Rusiya döyüşə son tanklarını atır..."-EKSPERT
21 Jul 2024 | 07:33
“Onlarla məcburi əl sıxışırdım” - Prezident o görüşlərdən DANIŞDI
21 Jul 2024 | 10:37
Paşinyan azərbaycanlı jurnalisti belə salamladı - FOTO
21 Jul 2024 | 07:45
Səhər yumurta yeməyin təhlükələri barədə XƏBƏRDARLIQ
21 Jul 2024 | 07:54
Məhərrəmlikdə toy edən ailələrin uşaqları şikəst doğulur?..- SUAL-CAVAB