İkinci Şuşa Qlobal Media Forumu dünya mətbuatının diqqət mərkəzindədir
Siyasət
Oxunub: 375
18:06, Bu gün
İkinci Şuşa Qlobal Media Forumu dünya mətbuatının diqqət mərkəzindədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər, dünyanın müxtəlif ölkələrində jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablar dünya mediasının diqqət mərkəzində olub.
 
AZƏRTAC xəbər verir ki, dünyanın nüfuzlu nəşrlərindən olan "Reuters" və "Politico" Prezident İlham Əliyevin Forumdakı çıxışında Fransanın müstəmləkə altında saxladığı ərazilərlə bağlı fikirlərinə geniş yer verib.
Xəbərlərdə vurğulanıb ki, Prezident İlham Əliyev kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyini, Qəmər adaları, Mayot adası kimi ərazilərin hələ də kolonial idarəçilik altında olduqlarını deyib. Yazılarda dövlətimizin başçısının "Azərbaycan bu ölkələrə kömək etmək istəyir ki, onlar keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər", fikri də oxuculara çatdırılıb.
 
Dövlətimizin başçısının fikirləri Türkiyənin aparıcı media orqanları tərəfindən də geniş işıqlandırılıb.
 
"TRT Haber", "Akit", "Star", "Aydınlık" portalları yazıb ki, Prezident İlham Əliyev Ersin Tatarın Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Şuşa Zirvə görüşündə iştirakının Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınmasına doğru atılan önəmli bir addım olduğunu bildirib. Deyib ki, biz hər zaman kiprli qardaşlarımızla birlikdə olacağıq.
Anadolu Agentliyi, "Haberler" saytı isə Azərbaycan Prezidentinin İsrail-Fələstin münaqişəsi ilə bağlı fikirlərinə diqqət çəkib. Qeyd olunub ki, Azərbaycanın dövlət başçısı Yaxın Şərqdə sülhün təmin edilməsi baxımından iki dövlətli həll yolunun yeganə çıxış yolu olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Fələstin dövlət qurmalı və Şərqi Qüds onun paytaxtı olmalıdır.
 
"Akşam" portalı, "TRT Avaz" kanalının saytı isə dövlətimizin başçısının "Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik" fikrini oxucuların diqqətinə çatdırıb. Qardaş ölkənin digər mətbuat orqanları da Azərbaycan Prezidentinin fikirlərini geniş oxucu kütləsinə təqdim edib.
 
Almaniyanın "Berliner-zeitung" nəşrində yayımlanan məqalədə Prezident İlham Əliyevin Forumun açılışında COP29-da Azərbaycanın prioritetləri barədə qısa məlumat verdikdən sonra ştirakçıların suallarını cavablandırdığı qeyd olunub. Bildirilib ki, Azərbaycanın COP29 təşkilatçılarının diqqəti formatın səmərəliliyini artırmağa yönəlib. COP29-da ən kritik açıq suallardan biri iqlim-neytral qlobal iqtisadiyyata çevrilmə ilə bağlı yüklərin bölüşdürülməsi olacaq. Gözlənilən xərclər milyardlarla məhdudlaşmayacaq, trilyonlarla dollar tələb edəcək. İnkişaf etmiş və az inkişaf etmiş ölkələr arasında maliyyələşmə və yüklərin ədalətli bölüşdürülməsi yolları tapılmalıdır. Azərbaycan, eyni zamanda, "Troyka" formatını təqdim edib.
 
Pakistanın "Associated Press" nəşri yazır ki, Forumdakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev Pakistan mediasının daha geniş əməkdaşlığa kömək etmək və dezinformasiyaya qarşı mübarizə aparmaq üçün birgə media təşəbbüsünə zəmin hazırlayan dəstəyini yüksək qiymətləndirib. Portal dövlətimizin başçısının bu fikrinə diqqət çəkib: "Biz birgə media işçi qrupu da yarada bilərik ki, bir-birimizi müxtəlif istiqamətlərdə dəstəkləyək".
 
Məqalədə, həmçinin iki ölkə arasında münasibətlərə toxunulub, Azərbaycanın və Pakistanın gələcək illərdə də tərəfdaşlıqlarını gücləndirməyə hazır olduqları vurğulanıb, Prezident İlham Əliyevin İslamabada son səfəri zamanı müxtəlif məsələlərin müzakirə olunduğu, 17 müqavilənin mübadiləsinin həyata keçirildiyi diqqətə çatdırılıb.
İtaliyanın media orqanları da Azərbaycan Prezidentinin Şuşa Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlərə geniş yer ayırıb.
 
Ölkənin "Color News", "Agenzia Nova", "Avia-pro", "MarketScreener" kimi xəbər portallarında yayımlanan materiallarda Azərbaycan Prezidentinin müxtəlif ölkələrdən jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablar diqqət mərkəzində saxlanılıb.
 
Yazılarda Azərbaycanla Ermənistan arasında sülh prosesinə dair Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən sitatlar gətirilib: "Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası "Dağlıq Qarabağ"ın birləşməsindən söhbət gedir. Yəni, bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil. Bir daha demək istəyirəm ki, məni hər kəs yaxşı başa düşsün. Ermənistanın daxili işlərinə bizim hər hansı müdaxiləmizdən söhbət gedə bilməz. Ancaq konstitusiyada belə bir maddənin olması sülh sazişini mümkünsüz edir. Çünki konstitusiya hər hansı bir beynəlxalq müqavilədən üstün sənəddir".
Bundan başqa, materiallarda Azərbaycan Prezidentinin ölkəmizin Fransa müstəmləkə ərazilərinə öz müstəqilliyini təmin etməyə kömək edəcəyini bildirdiyi qeyd olunub. Bir çox ölkənin keçmişdə kolonializmin qurbanı olduğunu və hələ də bundan əziyyət çəkdiyini vurğulayan ölkəmizin başçısının bu fikirlərinə yer verilib: "Məsələn, Qəmər adaları, Mayot adası. Hələ də onlar kolonial idarəçilik altındadır. Biz bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər".
 
Həmçinin yazlarda Azərbaycanın Rusiya təbii qazının Ukrayna üzərindən Avropaya tranzit nəqlinin davam etdirilməsinə nikbin baxdığı qeyd olunub. Prezident İlham Əliyevin ölkəmizin bu məsələ ilə bağlı Rusiya ilə danışıqlar apardığını, Azərbaycanın burada yardımçı olmaq istədiyini və müqavilənin uzadılmasının mümkünlüyünü qeyd etdiyi bildirilib.
 
Materiallarda, eyni zamanda, Azərbaycan Prezidentinin ölkəmiz ilə Rusiya arasındakı ikitərəfli münasibətlərdə həll oluna bilməyən məsələnin mövcud olmadığını, bütün məsələlərin qarşılıqlı anlaşma, hörmət, maraqlar və xalqlarımızın münasibətlərinin çoxəsrlik tarixi nəzərə alınmaqla nizamlandığını bildirdiyi qeyd olunub.
 
Rusiya mediası da Azərbaycan Prezidentinin Forumdakı fikirlərini diqqət mərkəzində saxlayıb.
 
TASS, "İnterfax" agentlikləri, "Vestikavkaza", "Aif", "Ren.tv", "News.ru" və digər mətbu orqanlarında dərc olunan informasiyalarda dövlətimizin başçısının müxtəlif mövzularla bağlı fikirləri təqdim olunub.
 
TASS agentliyi Azərbaycan Prezidentinin Avropaya qaz təchizatı ilə bağlı bu fikrini sitat olaraq gətirib: "Bu gün Avropanın bizim qaza böyük ehtiyacı var. Mən nəyə görə dedim ki, gəlin riyakarlığa son qoyaq?! Bir tərəfdən Avropa bizdən xahiş edir ki, hasilatı artıraq və onu Avropaya nəql edək. Çünki onların buna ciddi ehtiyacı var. Digər tərəfdən, onlar bunu maliyyələşdirmirlər".
 
Agentlik dövlətimizin başçısının Rusiya Prezidenti ilə görüşləri, həmçinin ABŞ-da keçiriləcək prezident seçkilərinə dair fikirlərini də oxucularına çatdırıb.
 
"İnterfax" isə yazır ki, Prezident İlham Əliyev Rusiya ilə münasibətlərə dair fikirlərini belə ifadə edib: "İkitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil və uzun müddətdir ki, belədir. Düşünürəm ki, hətta müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədən əvvəl də belə idi. Prinsip etibarilə biz bütün məsələləri qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və xalqlarımızın münasibətlərinin çoxəsrlik tarixi nəzərə alınmaqla nizamlamışıq".
 
"Vestikavkaza"da dərc olunan materialda isə dövlətimizin başçısına istinadla qeyd edilir: "Cənubi Qafqaz ölkələrinin hər birində çox ciddi siyasi və xarici siyasi transformasiyalar baş vermişdir və baş verməkdədir. Hətta deyərdim ki, kəskin dəyişikliklərə yaxın transformasiyalar baş vermişdir və bu da Cənubi Qafqazda yeni vəziyyətin üzə çıxması deməkdir və biz bunu dərindən başa düşməliyik. Əlbəttə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, - bu, ötən ilin sentyabrında baş verdi, - ən mühüm hadisədir".
"News.ru" portalı isə yazır ki, Azərbaycanın dövlət başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın Britaniyada Cənubi Qafqazda böhranın həlli üzrə danışıqlardan imtina etməsinin sülh sazişinin imzalanmasının mümkünlüyünə zərbə vurduğunu bildirib.
 
Ukraynanın "RBK-Ukrayna", UNIAN, "Yevropeyskaya Pravda", "UKR.net", "ZN.ua", "Uanews.ua" və digər informasiya agentlikləri, xəbər portallarında dərc olunan məqalələrdə dövlətimizin başçısının Azərbaycanın Avropanın enerji, təbii qaz təchizatındakı rolu, kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləyəcəyinə dair fikirləri yer alıb.
 
"RBK-Ukrayna" agentliyi yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyini, əlindən gələni əsirgəməyəcəyini vəd edib. O deyib ki, Qəmər adaları, Mayot adası hələ də kolonial idarəçilik altındadır. Azərbaycan bu ölkələrə keçmişin bu iyrənc qalığından özlərini azad edə bilmələri üçün kömək etmək istəyir.
 
"RBK-Ukrayna" saytında dərc edilən digər məlumatda isə dövlətimizin başçısının Azərbaycan qazının Avropaya nəqlinə dair danışıqların aparılması barədə fikirləri yer alıb.
"Yevropeyskaya Pravda" nəşrinin məqaləsində yazılır ki, Prezident İlham Əliyev Ukrayna və Avropa İttifaqının Azərbaycandan Rusiya ilə mövcud tranzit müqaviləsi başa çatdıqdan sonra təbii qazın tədarükünə dair yeni sazişin bağlanmasına kömək göstərməyi xahiş etdiyini vurğulayıb. Bu saytda dərc edilən digər məqalədə isə, dövlətimizin başçısının kolonializmdən əziyyət çəkən bütün xalqlara dəstəyinə dair fikirlər oxucuların diqqətinə çatdırılıb.
 
UNIAN, "UKR.net", "ZN.ua", "Uanews.ua" və digər xəbər portallarında dərc olunan məqalələrdə də bu mövzulara diqqət yetilirib.
 
Ərəb mətbuatı da Şuşa Forumu barədə məlumatları geniş işıqlandırıb.
Misirin "Mena" xəbər agentliyinin, "akhbarelyom", "amanataljouf" portallarının yaydıqları materiallarda Prezident İlham Əliyev iqlim dəyişikliyi nəticəsində yaranan fəsadlara qarşı mübarizə yolları ilə bağlı məsələlərdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin mövqelərində etimad boşluğunu azaltmaq üçün ölkəsinin səylərini diqqətə çatdırdığı vurğulanıb. Bildirilib ki, Azərbaycanın bu il ev sahibliyi edəcəyi COP29 bu ölkənin təmiz enerjinin inkişafı planlarının həyata keçirilməsinin davam etdirilməsi ilə bağlı qlobal tendensiyanı dəstəklədiyini göstərir.
 
Yazıda dövlətimizin başçısının zəngin ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin yaratdığı fəsadlarla mübarizə aparmağa kömək etməli olmaları ilə bağlı fikirləri də əksini tapıb.
 
Vurğulanıb ki, Prezident İlham Əliyev xarici mətbuatda Azərbaycanla bağlı çoxlu yalan məlumatın və xəbərlərin dərc olunduğuna diqqət çəkərək bildirib: "Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur - yəni, faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi". Dövlət başçısı xarici medianın obyektivliyə riayət edəcəyinə ümidvarlığını da bildirib.
 
Məqalələrdə, eyni zamanda, dövlətimizin başçısının Cənubi Qafqaz regionuna gəldikdə deyə bilərəm ki, biz tarixi transformasiyanın şahidiyik, tarixi, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Əlbəttə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, - bu, ötən ilin sentyabrında baş verdi, - ən mühüm hadisədir" fikirləri də misirli oxucuların diqqətinə çatdırılıb.
 
Birləşmiş Ərəb Əmirliklərinin "WAM" agentliyi də Şuşa Forumuna yer ayırıb. Qeyd olunub ki, forumda inkişafa və qlobal sabitliyə ən mühüm təhlükələrdən biri olan yalan məlumatların müasir informasiya mühitində sürətlə yayılması araşdırılır, müxtəlif media orqanlarında texnologiyanın təqdim etdiyi çoxsaylı imkanlar, davamlı artım nəzərdən keçirilir, informasiya kanallarında və düzgün ictimai məlumat üçün sistemlərin formalaşdırılması ilə bağlı yeni yanaşmalara, alətlərə və mexanizmlərə ehtiyacla bağlı müzakirələr aparılır.
 
Bildirilib ki, Forum iştirakçıları rəqəmsal əsrdə dezinformasiyanın yaratdığı çətinliklərlə mübarizə aparmaq üçün innovativ metodları və proaktiv strategiyaları araşdırmağa, bu istiqamətdə qarşılıqlı əməkdaşlığı dəstəkləməyə və genişləndirməyə çalışırlar.
 
Qırğızıstanın "turktoday.info" informasiya agentliyi də Qlobal Media Forumundan yazıb.
Agentlik Azərbaycanın dövlət başçısının Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatarın bu yaxınlarda Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı ilə bağlı fikirlərinə xüsusi diqqət çəkib.
 
Azərbaycan Prezidentinin Kipr türklərinə dəstək bəyanatının Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhün təmin edilməsi üzrə əməliyyatının başlanmasının 50-ci ildönümündə səsləndirildiyi vurğulanıb.
 
Dövlətimizin başçısının Türk Dövlətləri Təşkilatının inkişaf perspektivləri ilə bağlı fikirləri də yüksək qiymətləndirilib. Yaxın Şərqdəki vəziyyətə, xüsusilə Fələstin dövlətinə münasibətdə Azərbaycan liderinin sözlərinə xüsusi diqqət yetirilib.
 
Bundan əlavə, qeyd olunub ki, Prezident, həmçinin Pakistan mediasında da hər zaman qardaş dəstəyi gördüyünü vurğulayıb.
 
Prezident İlham Əliyevin "Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 həmrəylik tədbiri olsun" fikri də qırğız oxucuların diqqətinə çatdırılıb.
 
Şuşa Forumu Gürcüstan portalları tərəfindən də geniş işıqlandırılıb. Bu ölkənin "interpress.ge", "aktual.ge", "realnews.ge" informasiya portalları, "1tv.ge" televiziya kanalı Azərbaycan Prezidentinin dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin suallarını cavablandırdığını qeyd edib.
 
Əsasən AZƏRTAC-a istinadla yayılan xəbərlərdə dövlətimizin başçısının xüsusilə Cənubi Qafqaz regionunun inkişafı, sülh prosesi, Azərbaycanla bağlı həqiqətlərin düzgün, qərəzsiz işıqlandırılmasının vacibliyi barədə fikirləri əksini tapıb.
 
"Aktual.ge" portalı dövlətimizin başçısının bu fikrini sitat gətirib: "Biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq. Biz və bizim gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək".
Rumıniyanın "Gandul", Bolqarıstanın "Episentr", "Seqa" və digər nəşrləri də Prezident İlham Əliyevin Azərbaycanın Qlobal Şimal ilə Qlobal Cənub arasında körpülər qurmasını, Qoşulmama Hərəkatına sədrliyini, eyni zamanda, ölkəmizin ABŞ-la münasibətlərinə dair fikirlərini geniş oxucu kütləsinə təqdim ediblər.
 
Yazılarda xüsusilə Azərbaycan-Fransa münasibətləri təhlil olunub. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışında Qoşulmama Hərəkatının bir çox üzvünün keçmişdə kolonializmin qurbanı olduğunu deyib. Dövlət başçısı deyib ki, Azərbaycan bu ölkələrə keçmişin iyrənc qalığından özlərini azad edə bilmələri üçün kömək etmək istəyir. Bu ölkələr Fransadan minlərlə kilometr uzaqda yerləşir, onları assimilyasiya etməyə çalışırlar, təhqir edirlər. Sonuncu hadisələrdə Yeni Kaledoniyada yeddi insan həlak olub. Bu, Fransanın və onun prezidentinin əməli nəticəsində baş verib.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin fikrindən bu sitat gətirilib: "Biz kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyik, əlimizdən gələni edəcəyik".
 
Özbəkistanın milli xəbər agentliyində (UZA) dərc olunan "Dünya mediası Azərbaycanda dezinformasiyaya qarşı mübarizə məsələlərini müzakirə edir" sərlövhəli materialda Şuşada keçirilən 2-ci Qlobal Media Forumunda 50-dən çox ölkədən media nümayəndələrinin iştirak etdikləri bildirilib. Vurğulanıb ki, Azərbaycan Prezidenti çıxışında süni intellekt məsələsinə toxunub, bəzi ölkələrin süni intellekt tərəfindən manipulyasiyaya məruz qala biləcəyini söyləyib. Onun bir tərəfdən müxtəlif sahələrdə işləri asanlaşdırdığını, lakin, eyni zamanda, bir sıra şəxsləri qurbana çevirə biləcəyini diqqətə çatdırıb. Qeyd edilib ki, Prezident İlham Əliyev bunun çox ciddi təhdid olduğunu deyib, buna son qoyulması üçün beynəlxalq səviyyədə, BMT səviyyəsində, yaxud da "Böyük 20"lik tərəfindən təşəbbüslər irəli sürülə biləcəyini vurğulayıb.
"Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur - yəni, faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər". Dövlətimizin başçısının bu fikirləri isə Qazaxıstanın "Kazinform" agentliyində Şuşa Forumu ilə bağlı dərc olunan məqalədə yer alıb. Yazıda Prezident İlham Əliyevin Azərbaycanın Qlobal Şimal ilə Qlobal Cənub arasında körpülər qurması, Qoşulmama Hərəkatına sədrliyi, eyni zamanda, ölkəmizin ABŞ-la münasibətlərinə dair fikirlər geniş oxucu kütləsinə təqdim olunub.
 
Bundan əlavə, Avstriyanın "ORF", Səudiyyə Ərəbistanının "Argaam", Yunanıstanın "Power Game", Makedoniyanın "MİA", Polşanın "GEOPOLITYKA.ORG" informasiya portalları Azərbaycan Prezidentinin Rusiya Qazının Ukrayna ərazisi ilə Avropaya çatdırılması imkanlarına dair fikirlərinə xüsusi diqqət ayırıb.
 
Qeyd edək ki, dünya mediası "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumundan yazmaqda davam edir.
Oxşar xəbərlər
20:53, Bu gün
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
20:37, Bu gün
Ermənistan Gorus hava limanını işə sala bilmir
20:14, Bu gün
ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib
20:11, Bu gün
Paytaxtda xırda pul problemi: Satıcılar qəpikləri niyə qəbul etmirlər?
19:26, Bu gün
"Prezident İlham Əliyev Şuşada Azərbaycanın hazırkı gündəliyini və qlobal missiyasını açıqladı"
19:23, Bu gün
Bakıda ticarət mərkəzində YANĞIN
19:12, Bu gün
"Ölkəmizə qarşı dezinformasiyalar geniş şəkildə ifşa edilir"
19:00, Bu gün
Nüfuzlu şəxslərin adından saxta məlumatlar yayılır - AÇIQLAMA
18:59, Bu gün
Qusman: "Ermənistan konstitusiyasına dəyişiklik edilməsinin zəruriliyi ilə bağlı mövqe düzgündür"
18:50, Bu gün
Xoşməramlı jest: Bakı İrəvanı COP29-a dəvət etdi
18:33, Bu gün
"Moskvaya qarşı "qamçı və kökə" siyasəti yeritmək gərəkdir" - Boris Conson 
18:31, Bu gün
"Mətbuat millətimizin imzasıdır"
18:06, Bu gün
ABŞ-də ziyafətdə atışma olub, ölənlər var
18:06, Bu gün
İkinci Şuşa Qlobal Media Forumu dünya mətbuatının diqqət mərkəzindədir
18:01, Bu gün
Rusiyada sanatoriyada 25 uşaq zəhərləndi
17:56, Bu gün
Hollivudun iki nəhəngi bir-birinə nifrət edi
17:51, Bu gün
92 yaşlı kişi faciəli şəkildə öldü
17:46, Bu gün
Müharibənin qorxunc fəsadları: Rusiyada insan qıtlığı yaranıb - DETALLAR
17:40, Bu gün
Bu məhsullarla çay içmək olmaz
17:34, Bu gün
Həzmi yaxşılaşdıran və bağırsaqları sağaldan ÇAY
17:28, Bu gün
Baydenin yerinə namizəd Klinton olacaq - Puşkov
17:22, Bu gün
Cəlilabadda yaşayış evi yanaraq kül olub
17:19, Bu gün
Ərdoğan nazir və deputatlarla basketbol oynadı
17:17, Bu gün
Sumqayıtda mənzildə 59 yaşlı kişinin meyiti aşkarlanıb
17:12, Bu gün
Yedditəpə kurqanlarınından yaştəyini üçün nümunələr götürülüb
17:06, Bu gün
Ayda mağaralar kompleksi tapıldı: Baza qurulacaq
17:01, Bu gün
Türkiyə dəhşətli istilər: Asfalt əriyir...
16:56, Bu gün
İsti havada linza taxmağa icazə verilirmi?
16:51, Bu gün
II Qlobal Media Forumunda iştirak edən xarici qonaqlar üçün Şuşada gəzinti təşkil edilib
16:44, Bu gün
İsraildən Yəmənə HAVA ZƏRBƏSİ: ölənlər var
16:38, Bu gün
Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
16:32, Bu gün
II Şuşa Qlobal Media Forumu dezinformasiyalara qarşı mübarizədə yeni mərhələnin başlanğıcı olacaq
16:31, Bu gün
Təhlükəli virusa qarşı peyvəndə başlanıldı
16:26, Bu gün
Faktiki hava açıqlandı
16:20, Bu gün
Şuşada ATNA-nın İcraiyyə Komitəsinin 1-ci iclası keçirilib
16:15, Bu gün
Parlaq və güclü saçların sirri açıqlandı - FOTO
15:38, Bu gün
"O, təkcə yaxşı namizəd deyil, həm də ən səriştəli siyasətçilərdən biridir..."
15:17, Bu gün
Ərdoğan Ersin Tatarın Zirvə görüşünə qatılmasından DANIŞDI
15:14, Bu gün
Şəmkirdə 2 avtomobil toqquşub, xəsarət alanlar var
15:10, Bu gün
Ayətullah Xamnəi Pezeşkiana xeyir-dua verdi: Prezidentin uğuru hamımızın uğurudur
15:09, Bu gün
ABŞ F-35 qırıcılarının istehsalını çatdırmır
14:27, Bu gün
6 lotereya bileti aldı, hamısını uddu
14:24, Bu gün
Kliçko: "Ukraynada referendum keçirilməlidir"
14:16, Bu gün
"Kəpəz" albaniyalı futbolçu ilə müqavilə BAĞLADI
14:04, Bu gün
Blogerləri jurnalist saymıram - Mixail Qusman
13:48, Bu gün
Hərbi liseylərə qəbul imtahanı başa çatıb
13:47, Bu gün
Husilər İsrailə hücum etdilər
13:15, Bu gün
Hikmət Hacıyev: "İlham Əliyev peşəkar medianın rolunu həmişə yüksək qiymətləndirib"
13:01, Bu gün
Şuşadakı seysmik stansiyadan məlumatların ötürülməsinə BAŞLANILDI
12:56, Bu gün
BŞDYPİ mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
12:46, Bu gün
İyulun 22-nə gözlənilən hava proqnozu açıqlanıb
12:44, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
12:30, Bu gün
Tramp Putinə sadiqdir, güzəştə gedəcək - Bolton
12:28, Bu gün
Minimum əməkhaqqı nə zaman artırılacaq?
12:18, Bu gün
Rusiyanın ən müasir qırıcıları necə hazırlanır? - VİDEO
12:13, Bu gün
B-52H Rusiya sərhədinə yaxınlaşdı, MiQ-lər qaldırıldı
12:11, Bu gün
Türkiyəli məşhur aktyor vəfat etdi
12:03, Bu gün
Sülh müqaviləsi bağlamamışdan əvvəl Azərbaycanın Ermənistana təklifi nədir? - RƏSMİ AÇIQLAMA
12:01, Bu gün
Ukrayna səmasında 35 “Şahid” məhv edildi
11:50, Bu gün
"İnter Mayami" Messinin 45-ci titulunu təmtəraqla qeyd etdi
11:42, Bu gün
"Azərbaycan COP29 ərəfəsində dezinformasiya dalğası ilə üzləşsə də, bu bizə mane olmayacaq"
11:20, Bu gün
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA
11:18, Bu gün
Şəkidə QƏZA: Bir ailənin üç üzvü olmaqla beş nəfər xəsarət aldı
11:16, Bu gün
Hikmət Hacıyev: "Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır"
10:57, Bu gün
Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi
10:43, Bu gün
“Kəlbəcərdəki hərbi insident Londonda baş verənlərə cavabdır”
10:41, Bu gün
Prezidentin köməkçisi: "Azərbaycan dəfələrlə dezinformasiya qurbanı olub"
10:37, Bu gün
Paşinyan azərbaycanlı jurnalisti belə salamladı - FOTO
10:34, Bu gün
Basketbolçularımız bu gün Ermənistanla QARŞILAŞACAQ
10:32, Bu gün
Hikmət Hacıyev: "Dezinformasiya xəbərlərlə manipulyasiya etməyə imkan verir"
10:16, Bu gün
Ata son anda iki oğlunun xilaskarına çevrildi
10:13, Bu gün
“İndi bir adamın 4-5 evi var”
10:09, Bu gün
ABŞ Rusiya və Çin peyklərini sıradan çıxaracaq
10:07, Bu gün
Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcək
10:05, Bu gün
"Fransa mediadan istifadə edərək bizi onların daxili işlərinə qarışmaqda ittiham edir"
10:04, Bu gün
İtkin düşən Şirvan sakini Bakıda tapıldı
09:51, Bu gün
Şuşada II Qlobal Media Forumunun ikinci iş günü başlayıb
09:49, Bu gün
Bu gün hərbi liseylərə qəbul imtahanı keçiriləcək
09:47, Bu gün
Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulub
09:25, Bu gün
İranda zəlzələ baş verdi
09:00, Bu gün
Qvatemalada güclü zəlzələ qeydə alınıb
08:42, Bu gün
Bunu hər gün edin - Görmə qabiliyyətiniz 99 yaşında da mükəmməl olacaq
08:40, Bu gün
"Rusiya döyüşə son tanklarını atır..."-EKSPERT
08:39, Bu gün
İtlər niyə öz sahiblərinə bənzəyirlər?
08:23, Bu gün
Azərbaycanlı modeldən 18 + FOTOLAR - "Əsas yerim bağlıdır" 
08:11, Bu gün
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
08:05, Bu gün
Doğru qarpızı necə seçək? -FOTO İLƏ İZAHI 
07:54, Bu gün
Məhərrəmlikdə toy edən ailələrin uşaqları şikəst doğulur?..- SUAL-CAVAB
07:45, Bu gün
Səhər yumurta yeməyin təhlükələri barədə XƏBƏRDARLIQ
07:33, Bu gün
“Onlarla məcburi əl sıxışırdım” - Prezident o görüşlərdən DANIŞDI
07:22, Bu gün
İsrail qırıcıları “Hizbullah”ın silah anbarlarını bombalayıb
00:17, Bu gün
Bakıda iki nəfər dənizdə bataraq ölüb
20 Jul 2024 | 23:25
Bodrumda +45 dərəcə: Asfalt əridi
20 Jul 2024 | 23:19
Çinli kişi dron sayəsində həyat yoldaşının öz rəisi ilə ona xəyanət etdiyini üzə çıxarıb
20 Jul 2024 | 23:15
Ərdoğan: "Şimali Kipr Türkiyənin göz bəbəyidir"
20 Jul 2024 | 23:10
Arıqlamağa kömək edəcək 3 gündəlik vərdiş
20 Jul 2024 | 23:05
Evləri külə dönən ailə 16 gündür çöldə gecələyir
20 Jul 2024 | 22:58
Şuşada qonaqlara maraqlı sürpriz
20 Jul 2024 | 22:50
Stres keçirən hər kəs xərçəngə tutulur? – ARAŞDIRMA
20 Jul 2024 | 22:44
"Qlobal xəta bütün dünyanın həssas olduğunu göstərib" - "Bloomberg"
GÜNLÜK
20 Jul 2024 | 22:50
Stres keçirən hər kəs xərçəngə tutulur? – ARAŞDIRMA
20 Jul 2024 | 23:10
Arıqlamağa kömək edəcək 3 gündəlik vərdiş
20 Jul 2024 | 22:25
Aysel Şükür üçüncü dəfə ərə getdi - FOTO
20 Jul 2024 | 21:30
Dünyanın ən faydalı bitkisi - Xərçəngin dərmanı
20 Jul 2024 | 22:18
Dünyanın ən yaxşı baş məşqçiləri - Qurban Qurbanov neçənci yerdədir?
20 Jul 2024 | 22:30
Qocalmanı gecikdirmək üçün yay mövsümündən yararlanın! - Alimlərdən məsləhət
20 Jul 2024 | 22:11
Kolera: 1 milyard insanı gözləyən TƏHLÜKƏ
20 Jul 2024 | 22:44
"Qlobal xəta bütün dünyanın həssas olduğunu göstərib" - "Bloomberg"
08:42, Bu gün
Bunu hər gün edin - Görmə qabiliyyətiniz 99 yaşında da mükəmməl olacaq
20 Jul 2024 | 23:19
Çinli kişi dron sayəsində həyat yoldaşının öz rəisi ilə ona xəyanət etdiyini üzə çıxarıb
HƏFTƏLİK
16 Jul 2024 | 07:34
Separatçı rejimin ləğvindən sonra Qarabağda qalmış bahalı avtomobil kimə hədiyyə edildi?..- “333 OD 33” nömrəli- FOTO
19 Jul 2024 | 11:24
Daha bir Azərbaycan jurnalisti Makronu "şillə"lədi - Oksfordda hesab günü - VİDEO
17 Jul 2024 | 08:34
Taksilərdə sui-istifadə artdı: Bu sürücülər artıq pul alır
16 Jul 2024 | 00:09
Aşıq Ələsgərin 10 aydır hazır olan heykəli niyə ucaldılmır?- “Ailəsi olaraq bizə məlum deyil”-Nazirlikdən AÇIQLAMA-ÖZƏL
16 Jul 2024 | 12:12
Ərdoğan “bozqurd” işarəsi göstərən Azərini alqışladı - FOTO/VİDEO
18 Jul 2024 | 13:58
“Atam rəhmətə gedəndə həmin dükan sahibi gəlib dedi ki, məndən gödəkçə alıb, amma”-Telman Adıgözəlovun oğlu-ÖZƏL
15 Jul 2024 | 18:47
ABŞ və Avropada niyə qarabaşaq yarması yemirlər? – SƏBƏB
16 Jul 2024 | 08:30
Təhsilimizdə ciddi çatışmazlıq Yararsız diplomların yaranma səbəbləri-TƏHLİL
15 Jul 2024 | 11:23
Nuran Abdullayev: Biz yola inananlarla davam edirik - MÜSAHİBƏ
16 Jul 2024 | 08:14
Paşinyan buna görə İlham Əliyevdən daha iki il vaxt istədi...-O da razılaşdı?..-İDDİA
AYLIQ
20 Jul 2024 | 22:50
Stres keçirən hər kəs xərçəngə tutulur? – ARAŞDIRMA
20 Jul 2024 | 23:10
Arıqlamağa kömək edəcək 3 gündəlik vərdiş
20 Jul 2024 | 22:25
Aysel Şükür üçüncü dəfə ərə getdi - FOTO
20 Jul 2024 | 21:30
Dünyanın ən faydalı bitkisi - Xərçəngin dərmanı
20 Jul 2024 | 22:18
Dünyanın ən yaxşı baş məşqçiləri - Qurban Qurbanov neçənci yerdədir?
20 Jul 2024 | 22:30
Qocalmanı gecikdirmək üçün yay mövsümündən yararlanın! - Alimlərdən məsləhət
20 Jul 2024 | 22:11
Kolera: 1 milyard insanı gözləyən TƏHLÜKƏ
20 Jul 2024 | 22:44
"Qlobal xəta bütün dünyanın həssas olduğunu göstərib" - "Bloomberg"
08:42, Bu gün
Bunu hər gün edin - Görmə qabiliyyətiniz 99 yaşında da mükəmməl olacaq
20 Jul 2024 | 23:19
Çinli kişi dron sayəsində həyat yoldaşının öz rəisi ilə ona xəyanət etdiyini üzə çıxarıb