Azərbaycan iqtisadi-siyasi cəhətdən bir-birinə əks olan mərkəzlərlə çox ustalıqla əməkdaşlıq edir - TƏHLİL + FOTO
Siyasət
Oxunub: 353
12:22, Bu gün
Azərbaycan iqtisadi-siyasi cəhətdən bir-birinə əks olan mərkəzlərlə çox ustalıqla əməkdaşlıq edir - TƏHLİL + FOTO
Azərbaycan istər iqtisadi, istərsə də siyasi cəhətdən bir-birinə əks mövqedə dayanan mərkəzlərlə əməkdaşlığı çox ustalıqla həyata keçirir. Bu siyasətin əsasında ölkənin ali rəhbərliyinin üstün diplomatik bacarığa və zəkaya sahib olması dayanır.
 
Moderator.az "Kaspi" qəzetinin məqaləsini təqdim edir.
 
Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam təmin etməsinin bir çox yeni imkanlar açdığı şəksizdir. Bu, qələbə nəticəsində bölgəmizdə yaradılan yeni reallıqlar fonunda yürüdülən siyasətin müxtəlif konturlarında da açıq şəkildə özünü büruzə verir. Xüsusilə də regional və qlobal əməkdaşlıq sahəsində.
 
Bakının yeni hədəfləri
 
Son bir ayda Azərbaycan ali rəhbərliyinin iştirakı ilə istər ikitərəfli, istərsə də çoxtərəfli platformalarda mühüm görüşlər və müzakirələr aparılıb. Son olaraq Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısında iştirak edib. Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidentinin Almaniya, Böyük Britaniya, Çexiya, Macarıstan və digər ölkələrin dövlət və hökumət başçıları, NATO, Avropa İttifaqı rəhbərləri ilə ikitərəfli görüşləri reallaşıb. Bu görüşlərdə bir daha ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyinin təminindəki rolu xüsusi qeyd edilib, Azərbaycanın Cənubi Qafqazda reallaşdırdığı sülh gündəliyinə dəstək ifadə olunub. Zirvə toplantısı çərçivəsində "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırıb. Bu, çox böyük məsuliyyətdir: "Əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim hədəfimizdir. Bizim resurslarımız və infrastrukturumuz var. Yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq".
 
 
Dövlət başçısı deyib ki, bizim enerji layihələrinə gəlincə, Azərbaycan etibarlı təchizatçı olub. "İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik. Bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 və ya daha çox faizini təşkil edir", - Prezident İlham Əliyev bildirib.
 
Beləliklə, bu səfər çərçivəsində növbəti dəfə ölkənin milli maraqlarına xidmət edən Bakının xarici siyasət konsepsiyasının beynəlxalq səviyyədə artıq qəbul edildiyinin şahidi olduq.
 
 
Qərblə Şərqi birləşdirən mərkəz
 
Prezident İlham Əliyevin Böyük Britaniya səfəri Bakının siyasi rəhbərliyinin yaxın keçmişdəki beynəlxalq və regional təmasları fonunda dəyərləndirildikdə ölkəmizin diplomatik fəallığının miqyasının genişliyi xüsusilə nəzərə çarpır. Qeyd edək ki, son bir ayda Prezident İlham Əliyev ikinci dəfə ali qonaq qismində Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən zirvə toplantısına qatılıb. Bu səfər Bakının tək Qərbin yox, eləcə də Şərqin geosiyasi və qlobal planlarında mühüm mövqeyə malik olduğunun təsdiqidir. Hazırda dünya siyasətini formalaşdıran əsas siyasi və iqtisadi güc mərkəzlərindən hesab edilən Çinlə Azərbaycanın strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalaması ölkəmizin beynəlxalq platformalardakı mövqeyini daha da sağlamlaşdırır. Bakının istər regional, istərsə də beynəlxalq təşəbbüslərinə dünya miqyasında dəstəyin yeni bir mərhələyə qədəm qoyduğunu söyləməyə əsas verir.
 
 
Yeni əməkdaşlıq platforması
 
Bu siyahıya Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü və Qarabağ Bəyannaməsinin imzalanmasını, Azərbaycan Prezidentinin bu günlərdə müsəlman dünyasında yeganə nüvə gücü olan Pakistana dövlət səfərini də əlavə edə bilərik. Əslində bu iki proses Azərbaycanın xarici siyasətində yeni əməkdaşlıq platformasının qurulması istiqamətində növbəti təşəbbüs kimi qiymətləndirilə bilər. Astanada Pakistan-Türkiyə-Azərbaycan üçlü müzakirələrinin ardınca Prezident İlham Əliyevin İslamabada səfəri zamanı Orta Dəhlizin tranzit imkanlarının müzakirəsi Türkiyə-Azərbaycan-Mərkəzi Asiya-Pakistan platformasının nəzərdən keçirildiyini söyləməyə əsas verir.
 
Diplomatik bacarıq və üstün zəka
 
Bakı indi də iqtisadi cəhətdən dünyanın sürətlə inkişaf edən, qlobal ticarət zəncirində payını əhəmiyyətli dərəcədə artıran BRİKS-lə münasibətlərinin gücləndirilməsi imkanlarını araşdırır, bu təşkilata üzvlükdə maraqlı olduğunu bəyan edir. Göründüyü kimi, Azərbaycan qərblə ənənəvi enerji əməkdaşlığını inkişaf etdirməklə yanaşı, həm də iqtisadi cəhətdən yeni bazarlara çıxış üçün tam əks istiqamətdə fəaliyyətini genişləndirir. Burada diqqət yetirilməli olan xüsusi məqam ondan ibarətdir ki, rəsmi Bakı istər iqtisadi, istərsə də siyasi cəhətdən bir-birinə əks mövqedə dayanan bu mərkəzlərlə əməkdaşlıq kursunu çox ustalıqla, maraqların toqquşmasına imkan vermədən həyata keçirir. Bu siyasətin əsasında isə Azərbaycanın ali rəhbərliyinin diplomatik bacarıq və üstün zəkaya sahib olması dayanır. Buraya regional əməkdaşlıq istiqamətində atılan addımları da əlavə edərik. İranda səfirliyimizin yenidən fəaliyyətə başlaması, Tehranla əməkdaşlıqda yeni bir səhifənin açılması da diqqətəlayiqdir.
 
Qarşıda COP29 var
 
Göründüyü kimi, son dörd ildə Azərbaycan artıq tam müstəqil xarici siyasət həyata keçirir. Bu istiqamətdə qarşısındakı ən böyük əngəl sayılan 30 illik işğal faktına son qoyulması Bakının sahib olduğu istər iqtisadi, istərsə də siyasi potensialını geniş miqyasda dünyaya təqdim etməsi ayrı-ayrı beynəlxalq güc mərkəzləri tərəfindən də təqdirlə qarşılanır. İndi isə qarşıda COP29 sammiti dayanır. Bu sammitin əsas gündəliyi və şüarı da elə Bakının həyata keçirdiyi beynəlxalq əməkdaşlıq kursuna tam uyğundur: Qlobal şimalla qlobal cənub arasında konsensusun əldə edilməsi. Dünyanın BMT-dən sonra ən böyük beynəlxalq təşkilatı sayılan Qoşulmama Hərəkatına sədrlik zamanı nümayiş etdirilən liderlik keyfiyyəti COP29 çərçivəsində qarşıya qoyulan hədəflərə də nail olunacağını söyləməyə əsas verir.
 
 
 
 
 
 
Oxşar xəbərlər
17:27, Bu gün
Səidə dəyişdi - FOTOLAR
17:26, Bu gün
Bank kartlarına kiber hücumlar edən şəbəkə üzvləri həbs edilib - VİDEO
17:23, Bu gün
Vətən Müharibəsi Qəhrəmanı rəis TƏYİN EDİLDİ - FOTO
17:19, Bu gün
"Biz nə işğalı, nə verdiyimiz qurbanları, nə də Qələbəmizi heç zaman unutmayacağıq" - Prezident
17:14, Bu gün
Zəngəzur gündəmi dəyişdi - ABŞ və Britaniya yeni planla hərəkətə keçdi
17:08, Bu gün
"Halal" standartları ilə bağlı uyğunluğu yoxlayan şirkətlərdən TƏLƏB
17:00, Bu gün
Dərmanların qeydiyyatı ilə bağlı qərar imzalandı
16:55, Bu gün
Prezident: "İstərdik, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın"
16:51, Bu gün
Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında 19 terrorçunu zərərsizləşdirib
16:50, Bu gün
Dərman vasitələrinin təqib və izləmə sistemi yaradılacaq
16:48, Bu gün
Azərbaycan Prezidenti: "Rusiya ilə İkitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil"
16:41, Bu gün
Piterdə Priqojinin heykəli təhqir edilib - VİDEO
16:33, Bu gün
İlham Əliyev: "Biz uzun illər ərzində faktların manipulyasiyasının qurbanı olmuşuq"
16:26, Bu gün
Prezident: "Biz Cənubi Qafqaz regionunda tarixi transformasiyanın şahidiyik"
16:20, Bu gün
ARAF kuboku uğrunda konkur yarışları başa çatıb
16:10, Bu gün
Hökumət gənclər arasında sorğu keçirdi: Niyə evlənmirsiniz?
16:05, Bu gün
Prezident İlham Əliyev Şuşada II Qlobal Media Forumunda çıxış edir - CANLI
16:04, Bu gün
Pasinyan London küçələrində  də velosiped sürdü...-VİDEO
15:58, Bu gün
Azərbaycanı Paris-2024-də təmsil edəcək daha bir idmançı müəyyənləşdi
15:52, Bu gün
Ən zəngin planet: Almaz cənnətidir
15:45, Bu gün
İrəvana sərt xəbərdarlıq: "Bu xəyanət cavabsız qalmayacaq"
15:38, Bu gün
Bayden gələn həftədən seçkiöncəsi kampaniyasını davam etdirəcək
15:32, Bu gün
“Paşinyanın İlham Əliyevlə görüşdən imtinasını Qərbin guya Ermənistanı müharibəyə təhrik etməsi ilə bağlamaq qeyri-ciddidir...”
15:30, Bu gün
Sülhü yox, silahlanmanı seçənlər - İrəvan ikitərəfli görüşdən niyə qaçdı?
15:24, Bu gün
75 yaşlı Xalq artisti: "Altı rejissor işdən çıxarıldı, nazirlik isə buna səssiz yanaşdı" - MÜSAHİBƏ + FOTO
15:17, Bu gün
Nəhəng siyasətçinin “nəhəng” menyusu – sağlam həyat tərzindən uzaq olan Çörçillin mətbəx sevgisi...  
15:11, Bu gün
Bayılda köməksiz vəziyyətdə qalan vətəndaşla bağlı RƏSMİ AÇIQLAMA
15:05, Bu gün
Əməkdar artistdən şok sözlər: "Hər şeydən bezmişəm, ölmək istəyirəm"
14:58, Bu gün
Ərdoğan Kipr məsələsindən danışdı: "Problemin həlli..."
14:52, Bu gün
Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək
14:46, Bu gün
Dünyanın ən faydalı bitkisi - Xərçəngin dərmanı
14:40, Bu gün
Qəzza zolağında ölənlərin sayı açıqlandı
14:34, Bu gün
YAP Mərkəzi Aparatında müşavirə keçirildi - FOTO
14:28, Bu gün
UNEC qlobal reytinqdə yenə BİRİNCİDİR
14:22, Bu gün
"Bank kart məlumatları verməyin, risklidir" – DİN-dən vətəndaşlara ÇAĞIRIŞ
14:16, Bu gün
"Tramp qalib gələcəyi təqdirdə ABŞ-ın dəstəyi olmadan Ukrayna tab gətirə biləcəkmi?" - Blinken
14:09, Bu gün
“Boşanmışların adı var elə, ərli qadınlar min oyundan çıxır” - VİDEO
14:02, Bu gün
İlham Əliyev harda varsa, orda Azərbaycana böyük diqqət və qiymət var - London Zirvəsi növbəti sübut
13:56, Bu gün
Bu ixtisasların keçid balında artım gözlənilir - "Plan yerlərinin çoxalmasına rəğmən..."
13:50, Bu gün
XİN Kolumbiyanın Müstəqillik Gününü təbrik etdi - FOTO
13:45, Bu gün
"Şamaxı" heyətini belçikalı futbolçu ilə gücləndirdi - FOTO
13:41, Bu gün
Tolik rekord qırdı: Dünya kəşfetinə düşdü - VİDEO
13:36, Bu gün
Uzman doktordan göz xəstəlikləri ilə bağlı XƏBƏRDARLIQ
13:33, Bu gün
Saxta general dələduzluğa görə saxlanıldı
13:27, Bu gün
Məşhur şirkətin əməkdaşı vida məktubu yazıb özünə qəsd etdi: "İşdə mənə..."
13:20, Bu gün
Hikmət Hacıyev Şuşadan paylaşım etdi: "30 illik ayrılıq və ağrı-acıdan sonra..." - VİDEO
13:13, Bu gün
Tale bu bürclərə xüsusi bir insan göndərəcək
13:06, Bu gün
II Şuşa Qlobal Media Forumunun xarici qonaqları Füzulidəki dağıntılarla tanış olub
13:00, Bu gün
“Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilənlər təlimlərə cəlb edildi - FOTO
12:55, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
12:49, Bu gün
Bakıda 1 gecədə 2 qətl – zorakılığa meyllənmə niyə artıb?  
12:43, Bu gün
Asim Xudiyev Konfrans Liqasına təyinat aldı
12:37, Bu gün
ANAMA Kəlbəcərdəki mina partlayışından sonra əhaliyə növbəti çağırış etdi
12:32, Bu gün
Azərbaycanlı müğənninin transparan geyimi müzakirə yaratdı - VİDEO
12:27, Bu gün
FIFA İsraillə bağlı qərarını təxirə saldı
12:22, Bu gün
Azərbaycan iqtisadi-siyasi cəhətdən bir-birinə əks olan mərkəzlərlə çox ustalıqla əməkdaşlıq edir - TƏHLİL + FOTO
12:17, Bu gün
Dünyanın ən güclü məşqçilərinin siyahısı açıqlanıb, Qurban Qurbanov geriləyib
12:12, Bu gün
2-ci Şuşa Qlobal Media Forumu işə başlayır - YENİLƏNİB + VİDEO
12:07, Bu gün
Jurnalistlər arasında Zəfər Kuboku başladı - FOTO
12:02, Bu gün
Bakıda Özbəkistan Kinosu Günləri keçiriləcək
12:01, Bu gün
“İranın Rusiya və Çinlə münasibətlərində ciddi dəyişiklik gözləmək olmaz...”-Sabiq səfir
11:57, Bu gün
Putin Lukaşenkonu prezidentliyinin 30 illiyi münasibətilə təbrik edib
11:52, Bu gün
Ermənistanda İraq vətəndaşı özünü və iki polisi güllələyib
11:47, Bu gün
Leysan xarakterli yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
11:44, Bu gün
Sağlam şəkildə necə kökələk?- Ekspert AÇIQLADI
11:40, Bu gün
Bu ilin altı ayında övladlığa verilən uşaqlarla bağlı 342 monitorinq keçirilib
11:36, Bu gün
Xəzər dənizi ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO
11:33, Bu gün
Azərbaycanın üzgüçüsü Bolqarıstanda gümüş medal qazanıb - FOTO
11:28, Bu gün
Alimlər kökəlmənin səbəbini araşdırdı - bu vitamin ÇATIŞMIR
11:27, Bu gün
Cinayətkarlıqla mübarizə - dövlətin sistemli fəaliyyətidir
11:25, Bu gün
Bu şəxslər seçkidə uduzacaq: 25-30 faiz... – Zirəddin proqnoz verdi
11:23, Bu gün
Uğursuz dönmə əməliyyatı dəhşətli qəzaya səbəb oldu - VİDEO
11:17, Bu gün
Balakəndə sərxoş vəziyyətdə idarə etdiyi motosikletlə qəza törədən şəxs ölüb
11:11, Bu gün
Bakıda hoteldə oğurluq olub, işçi saxlanılıb
11:06, Bu gün
Rüfət Quliyev növbədənkənar parlament seçkilərində iştirak etməyəcək
11:03, Bu gün
“Sükan arxasında özü olsaydı bəlkə də...”-  Tanınmış müğənni avtomobil qəzasında itirdiyi övladından danışdı-ÖZƏL+FOTO
10:56, Bu gün
Aktyoru “ÖLDÜRƏN”-LƏR - Yaş senzi ilə bağlı rəsmi AÇIQLAMA: “Bu teatr direktoru tərəfindən uzadıla bilər”- ÖZƏL
10:55, Bu gün
Rayonda ot presi yığan kişi faciəvi şəkildə öldü
10:52, Bu gün
Tanınmış xanəndə buna görə efirlərə çıxmır: “O müğənnilərlə bir verilişdə otura bilmərəm”-FOTO+ÖZƏL
10:50, Bu gün
"Mətanət A" şirkətində işıq dirəyi aşıb, iki nəfər xəsarət alıb
10:44, Bu gün
Bu məşhur adada turistlər üçün vergi tətbiq edildi
10:38, Bu gün
Qripə qarşı universal peyvənd yaradıldı
10:33, Bu gün
Prezidentin Şuşada Forum iştirakçıları ilə görüşü canlı yayımlanacaq
10:28, Bu gün
Azad olunan ərazilərdə pulemyot, avtomat və qumbaralar tapılıb
10:23, Bu gün
Günayın qızmar İtaliya tətili - FOTO
10:18, Bu gün
Şirvanda yeniyetmə qız intihar məktubu yazıb itkin düşdü
10:13, Bu gün
Bakının bu ərazilərində su olmayacaq
10:08, Bu gün
Qaradağda 57 yaşlı qadın qətlə yetirilib, şübhəli bilinən oğlu saxlanılıb
10:03, Bu gün
Çində körpünün uçması nəticəsində 11 nəfər öldü
09:57, Bu gün
İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxs həbs olunub
09:51, Bu gün
Elgizin həyat yoldaşı görün kim imiş - BU DA FOTOSU
09:46, Bu gün
Bakının bu qəsəbəsi qazsız qalacaq
09:40, Bu gün
Bu sahə üzrə Azərbaycan dünyada  BİRİNCİ YERDƏDİR
09:34, Bu gün
Uşaqlara travma yaşadır, ailəsinə nifrət oyadırlar - Dəhşətli metod
09:28, Bu gün
İli varlanmadan başa vurmayacaqlar: Pula pul deməyəcək BÜRCLƏR
09:20, Bu gün
Ərinin qətlini sifariş verən qadın HAKİM QARŞISINDA
09:15, Bu gün
Neymar üçüncü övladının FOTOlarını paylaşdı
09:08, Bu gün
Türkiyə yenidən SİLKƏLƏNDİ
09:06, Bu gün
ABŞ Azərbaycanla bağlı filmi niyə hər yerdən sildi? – FOTO
09:03, Bu gün
Rusiyada satışa üzərində 1000 rublluq əskinas təsviri olan tualet kağızı buraxıldı və...
GÜNLÜK
19 Jul 2024 | 18:11
Avqust ayında bürcləri nə gözləyir?
19 Jul 2024 | 17:52
Bu yaşda qadınlar doğuş zamanı ölə bilər - XƏBƏRDARLIQ
19 Jul 2024 | 22:33
Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?
19 Jul 2024 | 20:25
Azərbaycanda qızdan hərbi sənəd tələb etdilər, "kişi" olduğunu öyrəndi
19 Jul 2024 | 17:35
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
19 Jul 2024 | 20:17
II ixtisas qrupu üzrə 700 bal toplayan abituriyent məlum oldu
19 Jul 2024 | 18:16
Qatığı dondurun - İsti hava üçün mükəmməl DESERT
19 Jul 2024 | 18:40
“Ermənistan müttəfiqlərinin dəstəyindən məhrum olacaq, səbəb...”
19 Jul 2024 | 19:20
Dəniz sahilində uşaq meyitinin tapılmasının TƏFƏRRÜATI: Ata azyaşlı övladını suda boğaraq öldürübmüş
19 Jul 2024 | 17:41
"Qəzza bölgəsində müharibədən sonra təhlükəsizlik BƏƏ hərbçiləri tərəfindən təmin edilə bilər" - "Financial Times"
HƏFTƏLİK
16 Jul 2024 | 07:34
Separatçı rejimin ləğvindən sonra Qarabağda qalmış bahalı avtomobil kimə hədiyyə edildi?..- “333 OD 33” nömrəli- FOTO
19 Jul 2024 | 11:24
Daha bir Azərbaycan jurnalisti Makronu "şillə"lədi - Oksfordda hesab günü - VİDEO
14 Jul 2024 | 11:51
“Qaraca qız” filminin Xədicəsi: “Həmin görüşə Sevil gəlmədi, illər sonra...”- FOTOLAR
14 Jul 2024 | 09:49
Pisixoloq Nərmin Şahmarzadə ÖZÜNÜ ASIB? - FOTO
16 Jul 2024 | 00:09
Aşıq Ələsgərin 10 aydır hazır olan heykəli niyə ucaldılmır?- “Ailəsi olaraq bizə məlum deyil”-Nazirlikdən AÇIQLAMA-ÖZƏL
16 Jul 2024 | 12:12
Ərdoğan “bozqurd” işarəsi göstərən Azərini alqışladı - FOTO/VİDEO
17 Jul 2024 | 08:34
Taksilərdə sui-istifadə artdı: Bu sürücülər artıq pul alır
18 Jul 2024 | 13:58
“Atam rəhmətə gedəndə həmin dükan sahibi gəlib dedi ki, məndən gödəkçə alıb, amma”-Telman Adıgözəlovun oğlu-ÖZƏL
15 Jul 2024 | 18:47
ABŞ və Avropada niyə qarabaşaq yarması yemirlər? – SƏBƏB
16 Jul 2024 | 08:30
Təhsilimizdə ciddi çatışmazlıq Yararsız diplomların yaranma səbəbləri-TƏHLİL
AYLIQ
19 Jul 2024 | 18:11
Avqust ayında bürcləri nə gözləyir?
19 Jul 2024 | 17:52
Bu yaşda qadınlar doğuş zamanı ölə bilər - XƏBƏRDARLIQ
19 Jul 2024 | 22:33
Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?
19 Jul 2024 | 20:25
Azərbaycanda qızdan hərbi sənəd tələb etdilər, "kişi" olduğunu öyrəndi
19 Jul 2024 | 17:35
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
19 Jul 2024 | 20:17
II ixtisas qrupu üzrə 700 bal toplayan abituriyent məlum oldu
19 Jul 2024 | 18:16
Qatığı dondurun - İsti hava üçün mükəmməl DESERT
19 Jul 2024 | 18:40
“Ermənistan müttəfiqlərinin dəstəyindən məhrum olacaq, səbəb...”
19 Jul 2024 | 19:20
Dəniz sahilində uşaq meyitinin tapılmasının TƏFƏRRÜATI: Ata azyaşlı övladını suda boğaraq öldürübmüş
19 Jul 2024 | 17:41
"Qəzza bölgəsində müharibədən sonra təhlükəsizlik BƏƏ hərbçiləri tərəfindən təmin edilə bilər" - "Financial Times"