"Xarici siyasət uğurlarımız Azərbaycan Prezidentinin beynəlxalq arenada nüfuzunun ifadəsidir"
Siyasət
Oxunub: 280
18:10, Bu gün
2023-cü ilin sentyabrında rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində bütün ərazilərimizdə suverenliyimiz tam bərpa edildi. Ötən ilin 20 sentyabr tarixi yeni dövrün başlanğıcı oldu. Bu yeni dövrün ilk mühüm və qürurverici hadisəsi isə müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən 7 fevral 2024-cü il tarixdə keçirilən növbədənkənar prezident seçkiləri oldu. Bu seçkilər 20 ilin hesabatı, verilən bütün vədlərin reallıqda öz əksini tapmasının təqdimatı oldu. Təbii ki, yeni dövrün öz hədəfləri olmalıdır. Dövlət başçısı İlham Əliyev  növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində bu hədəfləri açıqladı. Bu mühüm çağırış diqqətə çatdırıldı ki, indi  yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq.  
 
Qarşıdakı dövrün hədəfləri sırasında bu mühüm məqam da xüsusi qeyd edildi ki, bundan sonra da xarici siyasətimiz çox aydın, açıq olacaq. Bu gün dünya ictimaiyyəti siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə Azərbaycanı  BMT Təhlükəsizlik Şurasına üzv,   120 ölkə Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçməz, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.
 
Moderator.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
 
Vüqar Rəhimzadə qeyd edib ki, 44 günlük  İkinci Qarabağ müharibəsi, həmçinin lokal  antiterror əməliyyatı zamanı beynəlxalq ictimaiyyət ölkəmizi dəstəklədi. Bu gün Azərbaycanın beynəlxalq nüfuzu, möhkəmlənən mövqeyi göz qabağındadır. Reallıq budur ki, tarixi Zəfərimiz Azərbaycanın bütün sahələrdə, xüsusilə xarici siyasətdə davamlı uğurlarına stimul oldu. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə beynəlxalq dəstək  hazırkı dövrün reallıqlarında özünün aydın ifadəsini tapır. Təkcə cari ilin iyul ayı ərzində Azərbaycanın xarici siyasət uğurlarına diqqət yetirmək kifayətdir.  Qarşılıqlı səfərlərin  davamlılğı, dövlət başçısı İlham Əliyevin beynəlxalq tədbirlərdə fəxri qonaq qismində iştirakı, tədbirlər çəçivəsində qarşı tərəflərin müraciətləri əsasında görüşlərin keçirilməsi, günümüzün aktual məsələləri ətrafında geniş fikir mübadiləsinin aparılması, Azərbaycanın, eyni zamanda, onun döyünən ürəyi, Qarabağın tacı Şuşanın  diplomatik mərkəzə çevrilərək beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi və sair kimi biri-birindən mühüm hadisələr iyul ayında ölkə və dünya mətbuatında geniş müzakirə edilən mövzulardandır.  Dövlət başçısı cari ilin hədəfləri sırasında beynəlxalq təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edərkən Türk Dövlətləri Təşkilatı daxilində səylərimizin daha da artırılacağını bildirmişdi. İyul ayında Şuşanın ev sahibliyi etdiyi Türk Dövlətləri Təçkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi bunun təsdiqi oldu. Qeyri-rəsmi Zirvə görüşlərinin ildə bir dəfə keçirilməsi təşəbbüsü Prezident İlham Əliyevə məxsusdur. Həmin Zirvə görüşündə Azərbaycanın, dövlətimizin başçısı İlham Əliyevin türk dünyasının birliyinə, regionda və dünyada əməkdaşlığa, sülhün və təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfələr yüksək dəyərləndirildi. Prezident İlham Əliyevin hər bir addımı, təşəbbüsü bu reallığın  nümayişidir - Bizim ailəmiz Türk dünyasıdır.
 
YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Prezident İlham Əliyevin uğurlu və çoxşaxəli xarici siyasətinin göstəricilərindən biri  kimi Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə iştirakını qeyd edə bilərik. İyulun 3-4 tarixlərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə bu ölkədə səfərdə olan Prezident İlham Əliyevin  Zirvə görüşü çərçivəsində keçirdiyi görüşlərin hər biri Azərbaycanın nüfuzunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin təqdimatı oldu. Astanada Rusiya Prezidenti ilə keçirilən görüş, Azərbaycan-Türkiyə-Pakistan formatında əməkdaşlığın möhkəmlənməsi üçün  yeni imkanların yaranması, Çinlə imzalanan sazişlər bunun bariz nümunəsidir. Qeyd edək ki, Prezident İlham Əliyev ikinci dəfədir ki, Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə fəxri qonaq qismində dəvət olunurdu. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun, dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir. Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, özünü bütün dünyada mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib. Əvvəldə də qeyd etdiyimiz kimi,  2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycanın BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurlu sədrliyi, ölkəmizin bu il COP29 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycan Prezidentinin dünyada böyük hörmət və nüfuz sahibi olmasının təsdiqidir.
 
Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki,  dövlətimizin başçısının təşəbbüsləri ilə son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən ölkəmizin rolu getdikcə artmaqdadır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Çin-Avropa-Çin arasında əsas körpüyə çevrilib. Dünyada və regionda baş verən geosiyasi hadisələrlə əlaqədar Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Bu amil Orta Dəhlizin önəmini artırmaqla yanaşı, geniş bir regionda yerləşən ölkələr arasında əməkdaşlığın daha da inkişafı baxımından mühüm  imkanlar təqdim edir. Bu baxımdan  Prezident İlham Əliyevin  Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirakı, “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı xüsusi diqqətdə oldu. Dövlət başçısının Zirvə toplantısı çərçivəsində Oksfordda qarşı tərəflərin müraciətlərinə əsasən Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden, İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd,  Macarıstanın Baş naziri Viktor Orban, Litva  Prezidenti Gitanas Nauseda, Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb və  Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşləri oldu. Prezident İlham Əliyev “Enerji və bağlantı” mövzusunda dəyirmi masadakı çıxışında Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsini şərtləndirən amilləri diqqətə çatdırdı. Bildirdi ki, enerji sahəsində  müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq  Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə  qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir. Azərbaycanın təbii qazını səkkiz ölkə alır. Onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə.    Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir.
 
YAP Xətai rayon təşkilatının sədri ölkəmizin  iyul ayında  mühüm xarici siyasət uğurları sırasında dövlətimizin başçısı İlham Əliyevin Pakistana dövlət səfərinə də diqqəti yönəldib. Vurğulayıb ki, ölkələrimiz arasında əməkdaşlığın yeni və daha güclü formatlarının yaranması üçün mövcud imkanlar yüksək dəyərləndirilir. Bu baxımdan Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə  üçtərəfli görüşün keçirilməsi  əhəmiyyəti ilə diqqətdədir. Görüşdə, iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıqla yanaşı, “Üç qardaş” şüarı altında keçirilən hərbi təlimlərin əhəmiyyətinin vurğulanması və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklifinin irəli sürülməsi, müdafiə sənayesi sahəsində birgə istehsalın təşkili məsələsinin gündəmə gətirilməsi üç ölkə arasında hərbi-siyasi sahədə əlaqələrin bundan sonra daha da dərinləşəcəyini deməyə əsas verir. Bu sırada  Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən Qazaxıstanın Aktau şəhərində  "Birləşdik-2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin keçirilməsini də xüsusi qeyd etməliyik. Bu mühüm addım Azərbaycanın  Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin təqdimatıdır.
 
Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, tarixi Zəfərimizdən  sonra Azərbaycan daha qlobal xarici siyasət həyata keçirir, müxtəlif beynəlxalq platformalarda aktiv iştirak edir. Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması və mövqeyini möhkəmləndirməsi ölkəmizin münasibətlərdə qarşılıqlı etimada böyük önəm verdiyni, bunu sözdə deyil, əməldə sübut etdiyini təsdiqləyir. Azərbaycanın ev sahibliyi edəcəyi COP29 bütün bu reallıqların, eyni zamanda,  ölkəmizin təşəbbüskarı və iştirakçısı olacağı əməkdaşlıq formatlarının təqdimatı olacaq. Bütün bunlar Azərbaycanın zəngin təcrübəyə, böyük potensiala, ən əsası onların uğurlara yol açmasını təmin edən düzgün və gələcəyə hesablanmış siyasətə malik olmasının göstəricisidir.
 
Oxşar xəbərlər
21:22, Bu gün
İstanbul Hava Limanı dünyanın ən yaxşısı seçildi
21:16, Bu gün
İyul ayında yeyə biləcəyiniz sağlamlığa ən faydalı meyvələr
21:10, Bu gün
"Bu yüzilliyi udmaq Ukraynada qalib gəlmək deməkdir..."
21:06, Bu gün
Türkiyənin Milli Hərbi Dəniz Qüvvələri Şimali Kiprdə parad keçirəcək
21:00, Bu gün
Ayran pəhrizi ilə sağlam arıqlayın
20:56, Bu gün
Sabahdan etibarən II Şuşa Qlobal Media Forumu başlayır
20:55, Bu gün
2021-2023-cü illərdə işğaldan azad torpaqlardakı bərpa işlərinə 7 milyard dollar sərf edildi…-TARİX
20:50, Bu gün
İranda silahlı hücum: 1 polis öldürüldü
20:44, Bu gün
İmtahanda 8 nəfərin nəticəsi ləğv edilib
20:40, Bu gün
"Buna görə də qadınlarla dostluq etmirəm"
20:33, Bu gün
Vyetnamın sabiq prezdenti vəfat etdi
20:25, Bu gün
Azərbaycanda qızdan hərbi sənəd tələb etdilər, "kişi" olduğunu öyrəndi
20:17, Bu gün
II ixtisas qrupu üzrə 700 bal toplayan abituriyent məlum oldu
20:11, Bu gün
Dünyanın ən dəyərli 10 markası - Siyahıda hansı adlar var?
20:06, Bu gün
COP29 Akademiyasının rəsmi açılış mərasimi keçirilib
20:00, Bu gün
Maşını istidə yuyan sürücülərin səhvi – Nəticələr faciəli ola bilər
19:52, Bu gün
"Netflix"in abunəçiləri 8 milyon, qazancı 2,1 milyard artıb
19:47, Bu gün
Kapitan siqaretə görə Olimpiya yığmasından qovuldu
19:40, Bu gün
"Samsung" dünyanın ən nazik qatlana bilən smartfonunu buraxmaq istəyir
19:36, Bu gün
CV-də yanlış məlumat yazanda müsahibədə üzə çıxır?
19:30, Bu gün
Alma sirkəsi xərçəngdən qoruyur? - EKSPERT CAVABI
19:25, Bu gün
Millinin futbolçusu zorlamada şübhəli bilindi: Saxlanıldı
19:20, Bu gün
Dəniz sahilində uşaq meyitinin tapılmasının TƏFƏRRÜATI: Ata azyaşlı övladını suda boğaraq öldürübmüş
19:15, Bu gün
Kəlbəcərdə 55 yaşlı kişi minaya düşdü
19:10, Bu gün
Bakıda yaşayış kompleksindən OĞURLUQ: işçilər tutuldu
19:04, Bu gün
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başa çatıb
18:57, Bu gün
56 min dollara təqdim edilən “Caviar” telefonu
18:53, Bu gün
İli varlanmadan başa vurmayacaqlar: Pula pul deməyəcək BÜRCLƏR
18:45, Bu gün
"Cavanşirsiz çox tənhayam" - VİDEO
18:40, Bu gün
“Ermənistan müttəfiqlərinin dəstəyindən məhrum olacaq, səbəb...”
18:39, Bu gün
İş adamının ağacdan asılmış meyiti tapıldı
18:35, Bu gün
Limon suyu mikrodalğalı sobada qızdırın – SƏBƏB
18:33, Bu gün
Zaqatalada siçan əleyhinə dərman içən qızın məktubu tapıldı: "Məni heç kim istəmir"
18:31, Bu gün
Dubay şahzadəsi boşandı - "Sən başqa işlərlə məşğulsan"
18:21, Bu gün
Bakıda ŞOK OLAY: maşını qəsdən aşırdıb qadını öldürdü
18:16, Bu gün
Qatığı dondurun - İsti hava üçün mükəmməl DESERT
18:11, Bu gün
Avqust ayında bürcləri nə gözləyir?
18:10, Bu gün
"Xarici siyasət uğurlarımız Azərbaycan Prezidentinin beynəlxalq arenada nüfuzunun ifadəsidir"
18:05, Bu gün
Elektron Təhlükəsizlik Xidməti “Windows” əməliyyat sistemini yeniləməməyi tövsiyə edir
18:02, Bu gün
COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 tərəfdaşlıq proqramını təqdim etdi - FOTO
17:57, Bu gün
İstirahətə gedən ailə Şabranda qəzaya düşdü
17:52, Bu gün
Bu yaşda qadınlar doğuş zamanı ölə bilər - XƏBƏRDARLIQ
17:47, Bu gün
Böyükşor gölündən gələn üfunətin səbəbi nədir? - Rəsmi AÇIQLAMA
17:41, Bu gün
"Qəzza bölgəsində müharibədən sonra təhlükəsizlik BƏƏ hərbçiləri tərəfindən təmin edilə bilər" - "Financial Times"
17:35, Bu gün
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
17:30, Bu gün
Birinci sinfə qəbulla bağlı valideynlərə ÇAĞIRIŞ
17:25, Bu gün
DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
17:20, Bu gün
Deputatlığa namizədlik üçün müraciət edənlərin sayı AÇIQLANDI
17:15, Bu gün
Tanışı itələyib yıxdı - Xəstəxanada öldü
17:12, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza - Nənə və nəvəsi öldü
17:10, Bu gün
“Sumqayıt” – “Fehervar” oyununun hakimləri müəyyənləşdi
17:06, Bu gün
Parlament seçkiləri ilə bağlı bu tələblər təsdiqləndi
17:00, Bu gün
Bu partiyaların səlahiyyətli nümayəndələri qeydə alındı
16:54, Bu gün
Taksi xidmətindən kənarlaşdırılan sürücülərlə bağlı RƏSMİ TƏKLİF
16:48, Bu gün
"Qapalı geyindim, amma yenə seksualam" - VİDEO
16:42, Bu gün
“Elit star” Cəmilə efirdə Ruhəngizi PƏRT ETDİ: “Elə bil çimərliyə gəlmisən” - VİDEO
16:37, Bu gün
Kəlbəcərin zəngin meşələri - Qoruyaq, böyüdək! - FOTO
16:30, Bu gün
“Qəbul imtahanları sadələşdirilməlidir”
16:24, Bu gün
Ermənistan riskli ölkəyə çevrilir: İrəvan regional təhlükəsizliyi təhdid edir - TƏHLİL + FOTO
16:18, Bu gün
"Bu gün əmək bazarında böyük sayda ixtisassız işçi qüvvəsi var" - Sahil Babayev
16:12, Bu gün
“Azəriqaz” Zəngilanda qaz tənzimləyici məntəqə qurur
16:06, Bu gün
Ursula fon der Lyayen ikinci müddətə Avropa Komissiyasına başçılıq edəcək
16:00, Bu gün
Qara maskalı şəxs mağazadakı ödəmə terminalından oğurluq etdi - VİDEO
15:55, Bu gün
Bu ölkədə rəsmi namizəd əleyhinə səs vermək xəyanət kimi qəbul edilir və bunu edənlər...
15:53, Bu gün
Bakıda quru və qəzalı ağaclar götürülür - FOTOLAR
15:47, Bu gün
Füzulidə yanğın: Helikopter cəlb olundu - VİDEO
15:41, Bu gün
Baş prokuror Qusarda vətəndaşları qəbul etdi - FOTOLAR
15:35, Bu gün
"Ukrayna bu müharibədə qalib gələ bilməz" - ABŞ vitse-prezidentliyinə namizəd
15:28, Bu gün
Milli Mətbuatın 149 illiyinə həsr olunmuş konfrans keçirildi - FOTO
15:22, Bu gün
Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
15:17, Bu gün
Bu ərazilərə yağış yağacaq - XƏBƏRDARLIQ
15:12, Bu gün
Bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı
15:07, Bu gün
Polietilen torbaların istehsalı kəskin ARTDI - Qadağa niyə əks-effekt verir?
15:01, Bu gün
Dünyada xaos: Məşhur türkiyəli astroloq gözlənilməz hadisələr barədə xəbərdarlıq etmişdi…
14:56, Bu gün
Müşviqin verilişi BAĞLANDI
14:50, Bu gün
Bakının BU KÜÇƏSİ təmir olunur - VİDEO
14:46, Bu gün
Birinci Qarabağ müharibəsinin şəhidi Bəxtiyar Hümbətov dəfn edildi - FOTO
14:41, Bu gün
Bütün dünya boyunca IT-nin işində qlobal fasilə yaranıb
14:35, Bu gün
23 yaşlı qadın qocalar evində yaşayan 80 yaşlı kişi ilə evləndi - FOTO
14:28, Bu gün
Paşinyana Əliyevlə görüşə kim imkan vermədi? - Sensasion ŞƏRH
14:22, Bu gün
Analitik Londonda Əliyev-Paşinyan görüşünün baş tutmamasının ilginc səbəbini açıqladı...
14:16, Bu gün
İdman müəllimi ilə dostlarından dəhşətli əməl: Kişini dəniz qırağına aparıb... – ŞOK
14:09, Bu gün
Yayda çay və kofe içərkən bunlara DİQQƏT EDİN
14:05, Bu gün
"Güclü parlament islahatların aparılmasına töhfə verə bilər”
14:03, Bu gün
Azərbaycandakı işsizlərin sayı açıqlandı
13:57, Bu gün
XİN rəhbərlərinin "3+3" formatında növbəti görüşünün məkanı açıqlandı
13:51, Bu gün
Bakıda istintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alındı
13:45, Bu gün
Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdən hamı ucuz ev ala biləcək
13:38, Bu gün
22 nəfərə professor elmi adı verildi
13:32, Bu gün
Ofeliya Şabanova ağır xəstəliyə tutuldu - "İki körpəm var"
13:26, Bu gün
"CineMastercard" kinoteatrında Milli Mətbuat Günü
13:20, Bu gün
"Qızıl top"un qapıçılar arasında yeganə qalibi futbol tarixinin ən yaxşısı seçildi - SİYAHI
13:14, Bu gün
Tikinti obyektlərinin istismarına icazə verilməsi üçün xidmət haqları müəyyən edildi - FOTO
13:07, Bu gün
“Qarabağ”ın bütün potensial rəqibləri
13:00, Bu gün
Makron azərbaycanlı jurnalistin sualına qərəzli cavab verdi - VİDEO
12:54, Bu gün
Bir qrup jurnalist mükafatlandırılacaq
12:48, Bu gün
Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ
12:42, Bu gün
“Sadə profilaktika tədbirlərinə əməl edərək, osteoxondroz xəstəliyinin yaranmasının qarşısını almaq olar”
12:36, Bu gün
Bu müəllimlərin əmək haqlarına dəyişiklik ediləcək
12:30, Bu gün
Prezident İlham Əliyev Böyük Britaniya kralı ilə görüşdü - FOTO
GÜNLÜK
11:24, Bu gün
Daha bir Azərbaycan jurnalisti Makronu "şillə"lədi - Oksfordda hesab günü - VİDEO
18 Jul 2024 | 21:43
Paşinyan geri addım atdı: Rusiyanı Zəngəzura buraxmır
18 Jul 2024 | 22:21
Taleh Yüzbəyova ağır itki üz verdi
18 Jul 2024 | 23:07
Nadir Türkiyədəki qiymətlərdən şikayətləndi - "Tövbə edirəm"
07:00, Bu gün
Xəstəlikdən əziyyət çəkən məşhur aktyor VƏFAT ETDİ
18 Jul 2024 | 22:33
Xoşbəxt olmaq istəyənlər bunları etsin
18 Jul 2024 | 22:27
Zaxarova Ermənistanı təhqir etdi: İstifadə edib, atırlar!
18 Jul 2024 | 22:40
Geyim mağazasında İNTİHARA CƏHD: 20 yaşlı satıcı məktub yazıb canına qıymaq istədi
18 Jul 2024 | 22:07
Aytən Səfərova düşdüyü ağır qəzadan sonra ilk dəfə görüntüləndi - FOTO
18 Jul 2024 | 21:36
Müğənni matçda himni sərxoş halda oxudu - VIDEO
HƏFTƏLİK
16 Jul 2024 | 07:34
Separatçı rejimin ləğvindən sonra Qarabağda qalmış bahalı avtomobil kimə hədiyyə edildi?..- “333 OD 33” nömrəli- FOTO
14 Jul 2024 | 11:51
“Qaraca qız” filminin Xədicəsi: “Həmin görüşə Sevil gəlmədi, illər sonra...”- FOTOLAR
14 Jul 2024 | 09:49
Pisixoloq Nərmin Şahmarzadə ÖZÜNÜ ASIB? - FOTO
16 Jul 2024 | 12:12
Ərdoğan “bozqurd” işarəsi göstərən Azərini alqışladı - FOTO/VİDEO
16 Jul 2024 | 00:09
Aşıq Ələsgərin 10 aydır hazır olan heykəli niyə ucaldılmır?- “Ailəsi olaraq bizə məlum deyil”-Nazirlikdən AÇIQLAMA-ÖZƏL
17 Jul 2024 | 08:34
Taksilərdə sui-istifadə artdı: Bu sürücülər artıq pul alır
18 Jul 2024 | 13:58
“Atam rəhmətə gedəndə həmin dükan sahibi gəlib dedi ki, məndən gödəkçə alıb, amma”-Telman Adıgözəlovun oğlu-ÖZƏL
15 Jul 2024 | 18:47
ABŞ və Avropada niyə qarabaşaq yarması yemirlər? – SƏBƏB
16 Jul 2024 | 08:30
Təhsilimizdə ciddi çatışmazlıq Yararsız diplomların yaranma səbəbləri-TƏHLİL
15 Jul 2024 | 11:23
Nuran Abdullayev: Biz yola inananlarla davam edirik - MÜSAHİBƏ
AYLIQ
11:24, Bu gün
Daha bir Azərbaycan jurnalisti Makronu "şillə"lədi - Oksfordda hesab günü - VİDEO
18 Jul 2024 | 21:43
Paşinyan geri addım atdı: Rusiyanı Zəngəzura buraxmır
18 Jul 2024 | 22:21
Taleh Yüzbəyova ağır itki üz verdi
18 Jul 2024 | 23:07
Nadir Türkiyədəki qiymətlərdən şikayətləndi - "Tövbə edirəm"
07:00, Bu gün
Xəstəlikdən əziyyət çəkən məşhur aktyor VƏFAT ETDİ
18 Jul 2024 | 22:33
Xoşbəxt olmaq istəyənlər bunları etsin
18 Jul 2024 | 22:27
Zaxarova Ermənistanı təhqir etdi: İstifadə edib, atırlar!
18 Jul 2024 | 22:40
Geyim mağazasında İNTİHARA CƏHD: 20 yaşlı satıcı məktub yazıb canına qıymaq istədi
18 Jul 2024 | 22:07
Aytən Səfərova düşdüyü ağır qəzadan sonra ilk dəfə görüntüləndi - FOTO
18 Jul 2024 | 21:36
Müğənni matçda himni sərxoş halda oxudu - VIDEO