Qırğızıstanın Qarabalta şəhərində Türkdilli dövlətlərin beynəlxalq simpoziumu keçirildi
Siyasət
Oxunub: 1492
19 Jul 2024 | 08:22
Qırğızıstanın Qarabalta şəhərində Türkdilli dövlətlərin beynəlxalq simpoziumu keçirildi
18 iyun 2024-cü il tarixində Qırğızıstanın Qarabalta şəhərində Türkdilli dövlətlərin beynəlxalq simpoziumu keçirildi. Simpoziuma Azərbaycandan qatılan “Mahmud Kaşğari adına Beynəlxalq Fond”un Prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev və Beynəlxalq Türk Mədəni İrsi Fondunun Prezidenti Aktoti Raimkulovanın məruzələri olduqca maraqla dinlənildi. Türk dünyasının böyük alimi Cavanşir Feyziyevin “Azərbaycan-Qırğızıstan ədəbi-mədəni əlaqələri”nə həsr olunmuş məruzəsini oxuculara təqdim edirik:
 
Cavanşir Feyziyev
Azərbaycan Respublikası
Milli Məclisin deputatı
 
Cavanşir Feyziyev: “Təməlində mədəniyyətin dayandığı əlaqələr Azərbaycanla Qırğızıstan arasında birlik və bərabərliyin daha da möhkəmlənməsinə xidmət edəcək”
 
Türk dövlətləri ilə elmi-ədəbi-mədəni əməkdaşlığın daim inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq siyasətinin prioritet istiqamətlərindəndir. Türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix dövlətlər arasındakı münasibətlərdə  daim öz müsbət təsirini göstərir. Azərbaycanın eyni kökə, ortaq milli-mənəvi dəyərlərə bağlı olduğu Qırğızıstanla çox uğurlu əməkdaşlıq tarixçəsi var. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. 1 aprel 2002-ci ildə Qırğızıstan Azərbaycanda Fəxri Konsulunu təyin edib. 16 may 2007-ci ildə Azərbaycan Respublikasının Qırğızıstanda səfirliyi açılıb, 18 yanvar 2008-ci ildə isə Qırğızıstan Azərbaycana səfirini təyin edib. Müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. 
 
Azərbaycan Qırğızıstanın çox vacib tərəfdaşıdır. Bu tərəfdaşlıq həm iqtisadi- həm də sosial-mədəni sahələri əhatə edir. Bu münasibətlərin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.
 
1993-cü ilin dekabrında Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası zamanı Azərbaycan Prezidenti Heydər Əliyevlə Qırğızıstan Prezidenti Əsgər Akayevin ikitərəfli görüşü keçirilib. Görüş zamanı iki ölkə arasında münasibətləri möhkəmlətmək üçün ənənələrin, mədəniyyətin, dinin ümumiliyi, dil yaxınlığı kimi möhkəm bünövrənin olduğu vurğulanıb.
 
Ulu Öndər Heydər Əliyev 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının üçüncü sammitində iştirak etmək üçün Qırğızıstana gedib və Qırğızıstan Prezidenti Əsgər Akayevlə görüşüb. Görüş zamanı iki dövlət arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsinə ciddi ehtiyac olduğu bildirilib.  Səfər çərçivəsində Heydər Əliyev Bişkekdə Manas dastanının 1000 illik yubileyinə həsr edilmiş bayram tədbirlərində iştirak edib.
 
Bu cür sağlam təməllər üzərində bərqərar olan bugünkü münasibətlər ölkələrimiz arasındakı birlik və bərabərliyin təntənəsidir.
Qırğızıstan Prezidenti Sadır Japarovun təşəbbüsü ilə Qırğızıstan dövləti adından işğaldan azad olan Qarabağda - Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisidir.
 
Azərbaycan- Qırğızıstan arasında ədəbi-mədəni müstəvidə əlaqələr sovet imperiyasının qurulması ilə yaranmış, 1950-1960-cı illərdən sonra inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu əlaqələrin inkişafında mərhum lider Heydər Əliyev və dünya şöhrətli yazıçı Çingiz Aytmatov mühüm rol oynamışlar. Çingiz Aytmatovun Azərbaycana səfərləri, görkəmli ədiblərimiz haqqında etdiyi çıxışlar, yazdığı məqalələr, qarşılıqlı teleqram və məktublar, sənətkarlarımızla Azərbaycanda, Qırğızıstanda və birliyin müxtəlif şəhərlərində keçirilən iclaslarda baş tutan görüşlər Azərbaycan-Qırğız ədəbi əlaqələrinin sovet dövründə inkişafını təmin etmişdir.  
SSRİ-nin tarixə qovuşması, Azərbaycanın və Qırğızıstanın müstəqillik qazanması nəticəsində qarşılıqlı əlaqələrin milli ideyalar işığında yeni mərhələsinin əsası qoyulmuşdur. İstər sovet dövründə, istərsə müstəqillik illərində Azərbaycan- qırğız ədəbi əlaqələrinin inkişafında görkəmli dövlət xadimi Heydər Əliyev əvəzsiz xidmətlər göstərmişdir. Ümummilli liderin 1995-ci ilin 28 avqustunda Qırğızıstanda “Manas” dastanının 1000 illik yubiley tədbirində çıxışını ədəbi əlaqələrimizin müstəqillik dövrünün uğurlu başlanğıcı hesab etmək olar. Yubiley tədbirində etdiyi çıxışında Heydər Əliyev qırğız xalqının müdrikliyinin, zəkasının, qəhrəmanlığının rəmzi olan “Manas” dastanını bütün dünya sivilizasiyasının sərvəti adlandırmış, Azərbaycan-Qırğız əlaqələrindən bəhs etmişdir: “Qırğız və Azərbaycan xalqlarını ümumi köklərimizdən, tarixi keçmişimizdən, adət və ənənələrimizdən, dilimizdən və dinimizdən, bir çox başqa xüsusiyyətlərdən doğan çoxəsrlik dostluq telləri bağlayır. Biz qırğız xalqı ilə olan bu dostluğumuzu əziz tuturuq. Qırğız xalqı dövlət müstəqilliyi qazandıqdan sonra Qırğızıstan torpağında gedən prosesləri biz dostcasına müşahidə edirik. Dünən və bu gün biz Qırğızıstanda baş vermiş və indi də davam edən böyük dəyişikliklərin şahidi oluruq. Bütün bu dəyişikliklər onu göstərir ki, böyük Manasın vəsiyyətləri həyata keçir. Bu həm də qırğız xalqının, Qırğızıstan dövlətinin öz müstəqiliyini və suverenliyini möhkəmləndirmək üçün gördüyü böyük işlərlə bağlıdır”.  
 
Heydər Əliyevin siyasi arenada həyata keçirdiyi dünya miqyaslı fəaliyyəti Çingiz Aytmatov ədəbiyyat müstəvisində, yazdığı əsərlərlə uğurla davam etdirmişdir. İki dühanın, fenomenal şəxsiyyətin ötən əsrin ikinci yarısında həyata keçirdiyi işlər türk xalqlarının qarşılıqlı əməkdaşlığının mükəmməl nümunəsini təşkil etmişdir. Çingiz Aytmatov hələ sovet dövründə Heydər Əliyevlə dəfələrlə görüşmüş və onun böyüklüyünün, dahiliyinin fərqində olmuşdur. Yazıçı Heydər Əliyevi əfsanəvi lider adlandıraraq onu həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan xalqının, türk xalqlarının maraqlarını dünya səviyyəsində qoruyan lider adlandırmışdır: “Heydər Əliyev, həqiqətən də, tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bu günkü MDB məkanında, xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur” .  
 
Prezident İlham Əliyevin dövründə Azərbaycan – qırğız ədəbi əlaqələri daha da genişlənmişdir. Böyük sənətkar Çingiz Aytmatovun 2008-ci ildə Azərbaycana son gəlişi möhtəşəmliyi ilə seçilmişdir. Yazıçının 80 illik yublieyinin Bakıda təntənəli surətdə qeyd olunması, ölkə başçısı İlham Əliyevin “Dostluq” ordeninin ilk sayının Çingiz Aytmatova təqdim etməsi Çingiz Aytmatovun xatirəsində əbədi olaraq həkk olunmuşdur. Ölkə başçısı İlham Əliyev görüş zamanı Çingiz Aytmatovun hər zaman Azərbaycanın ən yaxın dostlarından olduğunu vurğulamışdır. Çingiz Aytmatov da çıxışlarında ölkə başçısı barədə yüksək fikirlər bildirmiş, onu qloballaşan dünyanın lider etalonu adlandırmışdır.  
 
Çingiz Aytmatov ortaq mif yaradıcılığı və şifahi xalq yaradıcılığından başlayaraq Nizami, Nəsimi, Füzuli, Cəlil Məmmədquluzadə, Səməd Vurğun və müasirləri Rəsul Rza, Bəxtiyar Vahabzadə, İmran Qasımov, Anar haqqında qiymətli fikirlər bildirmiş, bu ədiblər haqqında müsahibələr vermiş, məqalələr yazmışdır. Ədəbiyyat müstəvisində Çingiz Aytmatovla Azərbaycan arasında olan əlaqələr dərin və genişdir. Eyni zamanda, Azərbaycan ədibləri Azərbaycan-Qırğızıstan arasında körpünün, ədəbi əlaqələrin yaranıb inkişafında müstəsna xidmətlər göstərmişlər.  
 
Çingiz Aytmatovun əsərlərinin Azərbaycan dilinə tərcüməsi və nəşrini ədiblərimiz sanki bir missiya olaraq yerinə yetirmişlər. Yazıçı Azərbaycan ədəbiyyatı və onun tarixini yüksək qiymətləndirərək demişdir: “Məni Azərbaycana ümumən həm xalqınıza olan dərin sevgi, həm də buradakı dəyərli dostlarım birləşdirir. Azərbaycan Dədə Qorqudun, Səməd Vurğunun vətənidir. Mərhum Rəsul Rzanı vaxtilə biz türkdilli yazarlar özümüzə ustad bilirdik. Bəxtiyar Vahabzadənin yubileyində iştirak etmişəm. Mərhum şair Şahmar Əkbərzadə ilə Bişkekdə və Bakıda unudulmaz görüşlərimiz olub. Anar – sizin böyük yazıçınız, mənim dəyərli dostumdur. Sizin musiqini, rəssamlığı yüksək qiymətləndirirəm . 
 
Müstəqillik illərində Azərbaycan – qırğız ədəbi əlaqələrinin inkişafına töhfə verən bir sıra mühüm kitablar ölkəmizdə nəşr olunmuşdur. Adil Cəmil “Manas” dastanının parçalarını poetik tərcümə etmiş (1995), həm də eposun qısaldılmış nəsr variantını nəşrə hazırlamışdır. Eyni zamanda müəllif dastanı Azərbaycanda ilk dəfə olaraq tədqiqata cəlb edərək “Manas eposu və türk dastançılıq ənənəsi” adlı monoqrafiya qələmə almışdır.  
 
Müstəqillik illərində Azərbaycanda qırğız ədəbiyyatına dair çap olunan kitabların əksər hissəsini Çingiz Aytmatovun əsərləri təşkil etmişdir. Müstəqilliyin ilk illərində, 1992-ci ildə “Çingiz xanın ağ buludu” povesti Məti Osmanoğlunun tərcüməsində nəşr olunmuşdur.  
 
Ölkə prezidenti cənab İlham Əliyevin 2004-cü il 12 yanvar Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında Sərəncamından sonra Çingiz Aytmatovun əsərləri də yenidən latın əlifbası ilə mükəmməl şəkildə nəşr olunmuşdur. 2004-cü ildə “Çaşıoğlu” nəşriyyatı tərəfindən yazıçının “Seçilmiş əsərləri” AMEA-nın müxbir üzvü Nizami Cəfərovun redaktorluğu və ön sözü ilə çap olunmuşdur. Eyni ildə yazıçının iki cildlik “Seçilmiş əsərləri” işıq üzü görmüşdür. 2009-cu ildə “Dünya ədəbiyyatı” seriyasının bir cildində Çingiz Aytmatovun əsərləri yer almışdır. 
 
Şair İbrahim İlyaslının tərcüməsində Çingiz Aytmatovun müxtəlif illərdə qələmə aldığı hekayələr 2014-cü ildə ölkəmizdə kitab halında çap edilmişdir.  
“Ədəbiyyat” qəzetinin səhifələrində Mehman Həsənin tərcüməsində Çingiz Aytmatovun “Ağ yağış” hekayəsi, “Üz-üzə povesti, “Kassandra damğası” romanından bir parça və Nərgiz Cabbarlının tərcüməsində “Kassandra damğası” romanı dərc edilmişdir.  
 
2016-cı il mart ayında Çingiz Aytmatov daha bir yeni kitabı ölkəmizdə işıq üzü görmüşdür. Mehman Həsənov tərəfindən rus dilindən dilimizə tərcümə olunan “Üz-üzə” povesti akademik İsa Həbibbəylinin “İnsan mənəviyyatının böyük ədəbiyyatı” adlı ön sözü ilə, Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilmişdir. 
2009-cu ildə Südabə Sərvinin tərtibi ilə Azərbaycan Yazıçılar Birliyi tərəfindən “Çingiz Aytmatov. Mən Manas oğluyam” kitabı aytmatovşünaslığa böyük bir töhfə olmuşdur. Kitab yazıçının 85 illik yubileyi çərçivəsində Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun dəstəyi ilə qırğız dilinə tərcümə olunaraq Bişkekdə nəşr olunmuşdur.  
 
2013-cü ildə çıxan “Çingiz Aytmatov. Türk ruhunun qələbəsi” kitabı Azərbaycan – Qırğızıstan ədəbi əlaqələrinin öyrənilməsi baxımından mühüm mənbə olmuşdur. Elnarə Akimovanın tərtibi və “Bitməyən yol, susmayan dua” ön sözü ilə nəşr olunan kitabın elmi redaktorluğunu AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli etmişdir. 
 
TÜRKSOY 2014-cü ili qırğız akın poeziyasının görkəmli nümayəndəsi olan Toqtoqul Satılqanovun 150 illiyinə həsr etmişdir. Şairin “Seçilmiş əsərləri” Qırğızıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Özbəkistanla yanaşı, Ramiz Əskərin tərcüməsində Azərbaycanda da nəşr olunmuş və dövlət səviyyəsində təqdimatı keçirilmişdir. 
 
Azərbaycanda qırğız ədəbiyyatı ilə bağlı bir sıra elmi monoqrafiyalar yazılmışdır. Leyla Gərayzadənin “Rusdilli yazıçıların yaradıcılığında etno-epik yaddaş problemi” adlı elmlər doktorluğu dissertasiyasının böyük bir qismi Çingiz Aytmatovun yaradıcılığının təhlilinə həsr olunmuşdur. 
Azərbaycanda Çingiz Aytmatovun yaradıcılığı dilşünaslıq baxımından da öyrənilmişdir. Ülviyyə Hüseynova Bakı Dövlət Universitetində “Çingiz Aytmatovun rusdilli əsərlərində türkizmlər” adlı dilçilik yönlü filologiya üzrə fəlsəfə doktorluğu işi yazmışdır. 2008-ci ildə tədqiqatçının eyniadlı kitabı işıq üzü görmüş və yazıçının 80 illik yubileyinə həsr olunmuşdur.  
 
Azərbaycan-qırğız ədəbi əlaqələrinin inkişafında dramaturgiya və teatr sənəti mühüm əhəmiyyət kəsb edir. Belə ki, Çingiz Aytmatovun əsərləri üzərində qurulan tamaşalar Azərbaycan səhnələrində hələ sovet dövründən başlayaraq dəfələrlə nümayiş olunmuşdur. Teymur Elçinin tərcüməsində “Ana tarla” pyesi Akademik Dram teatrın səhnəsində bir neçə dəfə tamaşaya qoyulmuşdur. “Gün var əsrə bərabər” romanının əsasında hazırlanmış “Manqurt” tamaşası müstəqillik illərində ölkəmizin ayrı-ayrı teatrlarında, fərqli quruluşlarda dəfələrə nümayiş olunmuşdur. 1988-ci ildə Çingiz Aytmatovun görkəmli qazax şairi Muxtar Şaxanovla birlikdə qələmə aldığı “Sokratı anma gecəsi” adlı pyesi Akademik Milli Dram Teatrında səhnəyə qoyulmuş və uzun müddət teatrın uğurlu tamaşalarından biri olmuşdur.  
2013-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Manqurt” tamaşası səhnəyə qoyulmuşdur. Tofiq Seyidovun quruluş verdiyi tamaşanın bədii tərtibatçısı əməkdar rəssam Əbülfəz Axundov, musiqi yozumu verən Şəmsəddin Qasımov olmuşdur. “Manqurt” pyesi Lənkəran Dövlət Dram Teatrında da dəfələrlə nümayiş olunmuşdur. Müstəqillik illərində Dövlət Pantomima Teatrının repertuarında “Manqurt” pyesi özünəməxsus yer tutmuşdur.  
5-8 sentyabr 2006-cı il tarixlərində Bakıda kecirilən "Şərq-Qərb" kinofestivalında Qırğızıstan və Qazaxıstan kinematoqrafçılarının birgə istehsalı etdiyi "Cənnət quşları" kinofilmi nümayiş etdirilib.
 
 Qırğız şairi Eqemberdi Ermatov dahi şairimiz Nizami Gəncəvinin "Yeddi gözəl" əsərini qırğız dilinə tərcümə edib. 2008-ci ildə Bişkekdəki "Salam" nəşrlər evi "Azərbaycanlılar Qırğızıstanda" kitabını rus dilində çap edib.
 
Azərbaycan-Qırğızıstan ədəbi əlaqələri müstəqillik işığında özünün parlaq mərhələsinə qədəm qoymuş və aparılan uğurlu dövlət siyasətinin nəticəsində qarşılıqlı əməkdaşlıq hər gün daha da genişlənməkdədir.  
 
Oxşar xəbərlər
00:11, Bu gün
Fabreqas baş məşqçi təyin olundu
00:02, Bu gün
Ərinə xəyanət edən qadın qonşusu ilə tutuldu - Bir qətlin TARİXÇƏSİ
00:00, Bu gün
Bu yolda nişan yoxdur - Sürücülər bilmədən 150 manatlıq qayda pozurlar - VİDEO
19 Jul 2024 | 23:49
Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - YENİLƏNİB
19 Jul 2024 | 23:03
ABŞ-nin xəbərdarlığı: İran nüvə silahının bir addımlığındadır
19 Jul 2024 | 23:02
Makronun pıçıltısı, Zaxarovanın diplomatik hədəsi Ermənistanı hara aparır?
19 Jul 2024 | 22:57
Binəqədidə yol problemi nə vaxt həll ediləcək? - RƏSMİ AÇIQLAMA
19 Jul 2024 | 22:50
Məhkəmə Google-u 4 milyon cərimələdi
19 Jul 2024 | 22:42
Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
19 Jul 2024 | 22:36
13 yaşlı uşaq yatarkən güllələndi - FOTO
19 Jul 2024 | 22:33
Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?
19 Jul 2024 | 22:25
Uşaqların internetə çıxışı qadağan olunur - Təklif irəli sürüldü
19 Jul 2024 | 22:18
Babanın sükan arxasında yuxulaması nəvəsinin və yoldaşının ölümü ilə nəticələndi
19 Jul 2024 | 22:10
İsrail parlamenti Fələstin dövlətinin yaradılmasının əleyhinə çıxıb
19 Jul 2024 | 22:07
"Tiktok-da ilk "mavi tık" alan aparıcıyam"
19 Jul 2024 | 22:03
Şəhid oğlu: "Atam məni görmək üçün Füzuliyə gəlib, elə orada da mühasirəyə düşüb"
19 Jul 2024 | 21:57
Ukraynada keçmiş deputat güllələnib
19 Jul 2024 | 21:50
ƏHD Partiyasının deputatlığa xanım namizədinin sənədləri DSK-a verilib
19 Jul 2024 | 21:43
"Hotellərdə bir stəkan çay od qiymətinə, vicdanınız var?!" - Sabiq nazirdən SƏRT açıqlamalar - VİDEO
19 Jul 2024 | 21:35
Əhaliyə  XƏBƏRDARLIQ – İyulun 21-i axşamadək…
19 Jul 2024 | 21:30
Brilliant yeni klipi üçün imicini dəyişdi - VİDEO
19 Jul 2024 | 21:22
İstanbul Hava Limanı dünyanın ən yaxşısı seçildi
19 Jul 2024 | 21:16
İyul ayında yeyə biləcəyiniz sağlamlığa ən faydalı meyvələr
19 Jul 2024 | 21:10
"Bu yüzilliyi udmaq Ukraynada qalib gəlmək deməkdir..."
19 Jul 2024 | 21:06
Türkiyənin Milli Hərbi Dəniz Qüvvələri Şimali Kiprdə parad keçirəcək
19 Jul 2024 | 21:00
Ayran pəhrizi ilə sağlam arıqlayın
19 Jul 2024 | 20:56
Sabahdan etibarən II Şuşa Qlobal Media Forumu başlayır
19 Jul 2024 | 20:55
2021-2023-cü illərdə işğaldan azad torpaqlardakı bərpa işlərinə 7 milyard dollar sərf edildi…-TARİX
19 Jul 2024 | 20:50
İranda silahlı hücum: 1 polis öldürüldü
19 Jul 2024 | 20:44
İmtahanda 8 nəfərin nəticəsi ləğv edilib
19 Jul 2024 | 20:40
"Buna görə də qadınlarla dostluq etmirəm"
19 Jul 2024 | 20:33
Vyetnamın sabiq prezdenti vəfat etdi
19 Jul 2024 | 20:25
Azərbaycanda qızdan hərbi sənəd tələb etdilər, "kişi" olduğunu öyrəndi
19 Jul 2024 | 20:17
II ixtisas qrupu üzrə 700 bal toplayan abituriyent məlum oldu
19 Jul 2024 | 20:11
Dünyanın ən dəyərli 10 markası - Siyahıda hansı adlar var?
19 Jul 2024 | 20:06
COP29 Akademiyasının rəsmi açılış mərasimi keçirilib
19 Jul 2024 | 20:00
Maşını istidə yuyan sürücülərin səhvi – Nəticələr faciəli ola bilər
19 Jul 2024 | 19:52
"Netflix"in abunəçiləri 8 milyon, qazancı 2,1 milyard artıb
19 Jul 2024 | 19:47
Kapitan siqaretə görə Olimpiya yığmasından qovuldu
19 Jul 2024 | 19:40
"Samsung" dünyanın ən nazik qatlana bilən smartfonunu buraxmaq istəyir
19 Jul 2024 | 19:36
CV-də yanlış məlumat yazanda müsahibədə üzə çıxır?
19 Jul 2024 | 19:30
Alma sirkəsi xərçəngdən qoruyur? - EKSPERT CAVABI
19 Jul 2024 | 19:25
Millinin futbolçusu zorlamada şübhəli bilindi: Saxlanıldı
19 Jul 2024 | 19:20
Dəniz sahilində uşaq meyitinin tapılmasının TƏFƏRRÜATI: Ata azyaşlı övladını suda boğaraq öldürübmüş
19 Jul 2024 | 19:15
Kəlbəcərdə 55 yaşlı kişi minaya düşdü
19 Jul 2024 | 19:10
Bakıda yaşayış kompleksindən OĞURLUQ: işçilər tutuldu
19 Jul 2024 | 19:04
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başa çatıb
19 Jul 2024 | 18:57
56 min dollara təqdim edilən “Caviar” telefonu
19 Jul 2024 | 18:53
İli varlanmadan başa vurmayacaqlar: Pula pul deməyəcək BÜRCLƏR
19 Jul 2024 | 18:45
"Cavanşirsiz çox tənhayam" - VİDEO
19 Jul 2024 | 18:40
“Ermənistan müttəfiqlərinin dəstəyindən məhrum olacaq, səbəb...”
19 Jul 2024 | 18:39
İş adamının ağacdan asılmış meyiti tapıldı
19 Jul 2024 | 18:35
Limon suyu mikrodalğalı sobada qızdırın – SƏBƏB
19 Jul 2024 | 18:33
Zaqatalada siçan əleyhinə dərman içən qızın məktubu tapıldı: "Məni heç kim istəmir"
19 Jul 2024 | 18:31
Dubay şahzadəsi boşandı - "Sən başqa işlərlə məşğulsan"
19 Jul 2024 | 18:21
Bakıda ŞOK OLAY: maşını qəsdən aşırdıb qadını öldürdü
19 Jul 2024 | 18:16
Qatığı dondurun - İsti hava üçün mükəmməl DESERT
19 Jul 2024 | 18:11
Avqust ayında bürcləri nə gözləyir?
19 Jul 2024 | 18:10
"Xarici siyasət uğurlarımız Azərbaycan Prezidentinin beynəlxalq arenada nüfuzunun ifadəsidir"
19 Jul 2024 | 18:05
Elektron Təhlükəsizlik Xidməti “Windows” əməliyyat sistemini yeniləməməyi tövsiyə edir
19 Jul 2024 | 18:02
COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 tərəfdaşlıq proqramını təqdim etdi - FOTO
19 Jul 2024 | 17:57
İstirahətə gedən ailə Şabranda qəzaya düşdü
19 Jul 2024 | 17:52
Bu yaşda qadınlar doğuş zamanı ölə bilər - XƏBƏRDARLIQ
19 Jul 2024 | 17:47
Böyükşor gölündən gələn üfunətin səbəbi nədir? - Rəsmi AÇIQLAMA
19 Jul 2024 | 17:41
"Qəzza bölgəsində müharibədən sonra təhlükəsizlik BƏƏ hərbçiləri tərəfindən təmin edilə bilər" - "Financial Times"
19 Jul 2024 | 17:35
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
19 Jul 2024 | 17:30
Birinci sinfə qəbulla bağlı valideynlərə ÇAĞIRIŞ
19 Jul 2024 | 17:25
DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
19 Jul 2024 | 17:20
Deputatlığa namizədlik üçün müraciət edənlərin sayı AÇIQLANDI
19 Jul 2024 | 17:15
Tanışı itələyib yıxdı - Xəstəxanada öldü
19 Jul 2024 | 17:12
Bakı-Sumqayıt yolunda ağır qəza - Nənə və nəvəsi öldü
19 Jul 2024 | 17:10
“Sumqayıt” – “Fehervar” oyununun hakimləri müəyyənləşdi
19 Jul 2024 | 17:06
Parlament seçkiləri ilə bağlı bu tələblər təsdiqləndi
19 Jul 2024 | 17:00
Bu partiyaların səlahiyyətli nümayəndələri qeydə alındı
19 Jul 2024 | 16:54
Taksi xidmətindən kənarlaşdırılan sürücülərlə bağlı RƏSMİ TƏKLİF
19 Jul 2024 | 16:48
"Qapalı geyindim, amma yenə seksualam" - VİDEO
19 Jul 2024 | 16:42
“Elit star” Cəmilə efirdə Ruhəngizi PƏRT ETDİ: “Elə bil çimərliyə gəlmisən” - VİDEO
19 Jul 2024 | 16:37
Kəlbəcərin zəngin meşələri - Qoruyaq, böyüdək! - FOTO
19 Jul 2024 | 16:30
“Qəbul imtahanları sadələşdirilməlidir”
19 Jul 2024 | 16:24
Ermənistan riskli ölkəyə çevrilir: İrəvan regional təhlükəsizliyi təhdid edir - TƏHLİL + FOTO
19 Jul 2024 | 16:18
"Bu gün əmək bazarında böyük sayda ixtisassız işçi qüvvəsi var" - Sahil Babayev
19 Jul 2024 | 16:12
“Azəriqaz” Zəngilanda qaz tənzimləyici məntəqə qurur
19 Jul 2024 | 16:06
Ursula fon der Lyayen ikinci müddətə Avropa Komissiyasına başçılıq edəcək
19 Jul 2024 | 16:00
Qara maskalı şəxs mağazadakı ödəmə terminalından oğurluq etdi - VİDEO
19 Jul 2024 | 15:55
Bu ölkədə rəsmi namizəd əleyhinə səs vermək xəyanət kimi qəbul edilir və bunu edənlər...
19 Jul 2024 | 15:53
Bakıda quru və qəzalı ağaclar götürülür - FOTOLAR
19 Jul 2024 | 15:47
Füzulidə yanğın: Helikopter cəlb olundu - VİDEO
19 Jul 2024 | 15:41
Baş prokuror Qusarda vətəndaşları qəbul etdi - FOTOLAR
19 Jul 2024 | 15:35
"Ukrayna bu müharibədə qalib gələ bilməz" - ABŞ vitse-prezidentliyinə namizəd
19 Jul 2024 | 15:28
Milli Mətbuatın 149 illiyinə həsr olunmuş konfrans keçirildi - FOTO
19 Jul 2024 | 15:22
Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
19 Jul 2024 | 15:17
Bu ərazilərə yağış yağacaq - XƏBƏRDARLIQ
19 Jul 2024 | 15:12
Bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı
19 Jul 2024 | 15:07
Polietilen torbaların istehsalı kəskin ARTDI - Qadağa niyə əks-effekt verir?
19 Jul 2024 | 15:01
Dünyada xaos: Məşhur türkiyəli astroloq gözlənilməz hadisələr barədə xəbərdarlıq etmişdi…
19 Jul 2024 | 14:56
Müşviqin verilişi BAĞLANDI
19 Jul 2024 | 14:50
Bakının BU KÜÇƏSİ təmir olunur - VİDEO
19 Jul 2024 | 14:46
Birinci Qarabağ müharibəsinin şəhidi Bəxtiyar Hümbətov dəfn edildi - FOTO
19 Jul 2024 | 14:41
Bütün dünya boyunca IT-nin işində qlobal fasilə yaranıb
19 Jul 2024 | 14:35
23 yaşlı qadın qocalar evində yaşayan 80 yaşlı kişi ilə evləndi - FOTO
GÜNLÜK
19 Jul 2024 | 11:24
Daha bir Azərbaycan jurnalisti Makronu "şillə"lədi - Oksfordda hesab günü - VİDEO
19 Jul 2024 | 07:00
Xəstəlikdən əziyyət çəkən məşhur aktyor VƏFAT ETDİ
19 Jul 2024 | 07:27
Sən demə limon infarkt və insultun dərmanı imiş- Dünyaca məşhur alim AÇIQLADI
19 Jul 2024 | 08:35
Hərbi xidmətdən yayınmaq istəyənlər üçün PİS XƏBƏR - Artıq mümkün olmayacaq... - VİDEO
19 Jul 2024 | 09:24
Nura Suri 18+ FOTOLARI ilə diqqət çəkdi
19 Jul 2024 | 13:32
Ofeliya Şabanova ağır xəstəliyə tutuldu - "İki körpəm var"
19 Jul 2024 | 06:51
Rusiyanın bu mərkəzi şəhərində rus partizanlar hərbi texnikaları yandırdı...-FOTOLAR+VİDEO
19 Jul 2024 | 07:55
“Dünyanın hansı ölkəsində deputatlıq da irsən ötürülür?..”- OXUCU SUALI
19 Jul 2024 | 08:20
Qadın "nadzorun" məhbusla həbsxanada eşq yaşadığı ORTAYA ÇIXDI - FOTO
19 Jul 2024 | 08:22
Qırğızıstanın Qarabalta şəhərində Türkdilli dövlətlərin beynəlxalq simpoziumu keçirildi
HƏFTƏLİK
16 Jul 2024 | 07:34
Separatçı rejimin ləğvindən sonra Qarabağda qalmış bahalı avtomobil kimə hədiyyə edildi?..- “333 OD 33” nömrəli- FOTO
14 Jul 2024 | 11:51
“Qaraca qız” filminin Xədicəsi: “Həmin görüşə Sevil gəlmədi, illər sonra...”- FOTOLAR
14 Jul 2024 | 09:49
Pisixoloq Nərmin Şahmarzadə ÖZÜNÜ ASIB? - FOTO
16 Jul 2024 | 12:12
Ərdoğan “bozqurd” işarəsi göstərən Azərini alqışladı - FOTO/VİDEO
16 Jul 2024 | 00:09
Aşıq Ələsgərin 10 aydır hazır olan heykəli niyə ucaldılmır?- “Ailəsi olaraq bizə məlum deyil”-Nazirlikdən AÇIQLAMA-ÖZƏL
17 Jul 2024 | 08:34
Taksilərdə sui-istifadə artdı: Bu sürücülər artıq pul alır
19 Jul 2024 | 11:24
Daha bir Azərbaycan jurnalisti Makronu "şillə"lədi - Oksfordda hesab günü - VİDEO
18 Jul 2024 | 13:58
“Atam rəhmətə gedəndə həmin dükan sahibi gəlib dedi ki, məndən gödəkçə alıb, amma”-Telman Adıgözəlovun oğlu-ÖZƏL
15 Jul 2024 | 18:47
ABŞ və Avropada niyə qarabaşaq yarması yemirlər? – SƏBƏB
16 Jul 2024 | 08:30
Təhsilimizdə ciddi çatışmazlıq Yararsız diplomların yaranma səbəbləri-TƏHLİL
AYLIQ
19 Jul 2024 | 11:24
Daha bir Azərbaycan jurnalisti Makronu "şillə"lədi - Oksfordda hesab günü - VİDEO
19 Jul 2024 | 07:00
Xəstəlikdən əziyyət çəkən məşhur aktyor VƏFAT ETDİ
19 Jul 2024 | 07:27
Sən demə limon infarkt və insultun dərmanı imiş- Dünyaca məşhur alim AÇIQLADI
19 Jul 2024 | 08:35
Hərbi xidmətdən yayınmaq istəyənlər üçün PİS XƏBƏR - Artıq mümkün olmayacaq... - VİDEO
19 Jul 2024 | 09:24
Nura Suri 18+ FOTOLARI ilə diqqət çəkdi
19 Jul 2024 | 13:32
Ofeliya Şabanova ağır xəstəliyə tutuldu - "İki körpəm var"
19 Jul 2024 | 06:51
Rusiyanın bu mərkəzi şəhərində rus partizanlar hərbi texnikaları yandırdı...-FOTOLAR+VİDEO
19 Jul 2024 | 07:55
“Dünyanın hansı ölkəsində deputatlıq da irsən ötürülür?..”- OXUCU SUALI
19 Jul 2024 | 08:20
Qadın "nadzorun" məhbusla həbsxanada eşq yaşadığı ORTAYA ÇIXDI - FOTO
19 Jul 2024 | 08:22
Qırğızıstanın Qarabalta şəhərində Türkdilli dövlətlərin beynəlxalq simpoziumu keçirildi