Hücumçunun telefonundan Tramp və Bayden haqqında məlumatlar tapıldı
Siyasət
1815
18 Jul 2024 | 22:52

Hücumçunun telefonundan Tramp və Bayden haqqında məlumatlar tapıldı

ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdini həyata keçirən 20 yaşlı Tomas Metyu Kruksa məxsus telefonların tədqiqi davam edir. 
 
Moderator.az Demokrat.az-a istinadən xəbər verir ki, FTB rəsmiləri hücumçunun telefonunda Tramp və hazırkı prezident Co Bayden haqqında məlumatın tapıldığını açıqlayıb. 
 
Hücumçunun telefonunda müxtəlif yüksək vəzifəli məmurları, həmçinin Trampın rəsmi tədbir tarixlərini axtardığı bildirilib.
 
Hücumçunun telefonunda həm Trampa, həm də Baydenə aid məlumatlar var. 
 
O, telefonundan Tramp və Baydenin, eləcə də digər ictimai xadimlərin şəkillərini axtarmaq üçün istifadə edib.
Link kopyalandı!
Son xəbərlər