Oğuzun yeni icra başçısı kollektivə təqdim olundu
Siyasət
1784
17 Jul 2024 | 13:13

Oğuzun yeni icra başçısı kollektivə təqdim olundu

Azərbaycan Prezidentinin Sərəncamı ilə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Cavid Teyrun oğlu Əbdul-Qədirov bu gün kollektivə təqdim olunub.
 
Moderator.az xəbər verir ki, onu kollektivə Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə təqdim edib.
 
Təqdimatda Z.Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
 
C.Əbdul-Qədirov ona göstərilən etimada görə minnətdarlıq edib.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər