Klassik və milli geostrateji hədəflər: Nəqliyyat dəhlizləri
Siyasət
Oxunub: 1363
10 Jul 2024 | 17:38
Klassik və milli geostrateji hədəflər: Nəqliyyat dəhlizləri

İnformasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafına, regional və qlobal inteqrasiya prosesinin milli suverenliyə münasibətdə getdikcə artan təsir imkanlarına baxmayaraq, dövlətlər hələ də geosiyasi məkanın həlledici və əvəzolunmaz oyunçuları sayılırlar.


Geosiyasi məkanda bütün dövlətlər eyni nüfuza və təsir imkanlarına malik olmadıqları kimi onların dünyanın müasir geosiyasi xəritəsinin formalaşması prosesində oynadıqları rol da eyni deyil. Dövlətlərin geosiyasi proseslərə təsir imkanları ilk növbədə onların geosiyasi resurslarından, milli maraqların və identikliyin nə dərəcədə rasional ifadə edilməsindən və həyata keçirilməsindən asılıdır.


Dövlətlərin geosiyasi resursları deyiləndə ilk növbədə iqtisadi güc, hərbi sənaye və nüvə potensialı, enerji resursları və digət təbii ehtiyatlar, ərazinin ölçüləri, demoqrafik vəziyyət, dövlət idarəçiliyi modeli və siyasi resurslar, geosiyasi mövqe, informasiya və kommunikasiya imkanları, mədəniyyət, dil və digər amillər yada düşür. Bu amillərin hər biri öz növbəsində bu və ya digər dövlətin geosiyasi proseslərə təsiri və manevr imkanları baxımından müstəsna əhəmiyyətə malikdir.


Geosiyasətdə hərbi güc, nüvə potensialı və enerji resurslarının rolu, eləcə də bu amillərin dövlətlərin geosiyasi manevr imkanlarına təsir imkanları barədə ötən buraxılışlarımızda söhbət açdığımız üçün mövzuya yenidən qayıtmayacağam. Bu baxımdan digər amillərə, xüsusilə də geosiyasi təhlillərdə diqqətdən kənarda qalan istiqamətlərə nəzər salmağın daha doğru olacağını düşünürəm.


Geosiyasi proseslərdə iqtisadi güc, hərbi sənaye və nüvə potensialı, enerji resursları kimi amillər adətən daha qabarıq şəkildə nəzərə çarpa bilər. Amma bu o demək deyil ki, məsələn, mədəniyyət və dil amili geosiyasi resurs kimi son sıralarda dayanır. Müasir dövrdə təkcə ingilis dilinin beynəlxalq münasibətlər sistemində oynadığı rola diqqət çəksək, bu amilin nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini başa düşmüş olarıq. Hazırda dünyanın bir çox güc mərkəzlərinin mədəniyyət və dil amilinə xüsusi diqqət yetirmələri, mədəniyyət və dil ekspansiyası siyasətlərini gücləndirmələri də söylədiklərimin təsdiqi kimi qəbul oluna bilər.


Bu bağlamda geosiyasi mövqe amilinə də diqqət çəkməyin də vacib olduğunu düşünürəm. Bir çox hallarda dövlətin yerləşdiyi geosiyasi mövqe onun ərazisinin böyüklüyündən daha çox əhəmiyyət kəsb edir. Düçünürəm ki, bununla bağlı nümunə gətirmək üçün çox da uzağa getmək lazım deyil. Elə öz ölkəmizin geosiyasi mövqeyini misal göstərə bilərik. Dövlətlərin geosiyasi mövqeləri ilə bağlı bütün araşdırmalarda Azərbaycanın adı, Çin, Rusiya, Hindistan, Türkiyə kimi ölkələrlə eyni sırada çəkilir. Azərbaycanın yerləşdiyi coğrafiyanın tarixin bütün dövrlərində böyük güclərin diqqət mərkəzində olması da şübhəsiz ki, əlverişli geosiyasi mövqe amilindən qaynaqlanır.

Dövlətlərin geosiyasi proseslərdəki rolunu əhəmiyyətli dərəcədə artıra biləcək daha bir önəmli məqam onların malik olduqları siyasi resurslarla, dövlət idarəçiliyi mödelinin effektivliyi və çevikliyi ilə bağlıdır. Klassik dövlətçilik modelləri nəzəri baxımdan öz ömürlərini başa vurmasa da, artıq nəinki Platon, Aristotel, Makiovelli, hətta Maks Veberin nəzəriyyələrinin belə qlobal inteqrasiya prosesindən qaynaqlanan müasir çağırışlara cavab vermədiyini söyləyə bilərik. İndi bu və ya digər dövlətin idarəçilik modelinin effektivliyi təkcə onun sərhədləri çərçivəsində mövcud olan siyasi sistem və toplum üçün deyil, bütövlükdə həmin ölkənin yerləşdiyi region və bəlkə də daha qlobal coğrafiya üçün önəmlidir. Xüsusilə də təhlükəsizlik baxımından...


Şübhəsiz ki, hər bir dövlətin idarəçilik modeli onun gələcəyinə, qonşuları ilə münasibətlərinə və təbii ki, geosiyasi məkandakı mövqelərinə həlledici təsir göstərə bilər.

 

Dövlətlərin geosiyasi məkandakı rolu və yeri isə bir çox hallarda milli maraqların doğru dərk olunması və müəyyənləşdirilməsindən keçir. Milli maraq ilk növbədə dövlətin ərazi bütövlüyünün və müstəqilliyinin qorunması, təhlükəsizliyin təmin olunması, xalqın rifahı və inkişafı deməkdir. Milli maraq, dövlət maraqları cəmiyyətin obyektiv maraqlarının subyektiv şəkildə ifadə olunmasıdır.


Və təbii ki, milli maraq geosiyasi proseslərdə öz-özlüyündə təzahür etmir. Geosiyasət milli maraqların hədəfə, yəni geostrategiyaya çevrildiyi məqamdan başlayır.
Hazırda dünyada baş verən kəskin geosiyasi qütbləşmələr və dəyişikliklər fonunda klassik nəzəriyyələr nəinki ö əhəmiyyətini itirmir, əksinə ön plana çıxır. Bu baxımdan, mövcud və perspektiv nəqliyyat dəhlizləri üzərində nəzarətin ələ keçirilməsi hazırda geosiyasi rəqabətin əsas istiqamətlərini təşkil edir.

 

Yol geostrategiyası

 

Nəqliyyat dəhlizləri və onların təhlükəsizliyi bu gün dünyanın bütün regional və qlobal güc mərkəzlərini düşündürən əsas amillərdən biridir. Dünyanın müxtəlif bölgələrində baş verən qanlı toqquşmalar, münaqişələr, geosiyasi tarazlığın pozulması, ayrı-ayrı güc mərkəzləri arasında mövcud olan ziddiyyətlərin dərinləşməsi daha əlverişli və daha təhlükəsiz nəqliyyat dəhlizlərinə nəzarət və onların şaxələndirilməsi amilinin ön plana çıxarılmasını zəruri edir.


Müasir dünyada ərzaq və enerji təhlükəsizliyi, regional və qlobal nəqliyyat dəhlizləri kimi geoiqtisadi amillər bir çox hallarda geosiyasi reallıqların formalaşmasında aparıcı mövqedə dayanır.


Yol iqtisadiyyatın, iqtisadi inkişafın təməlini, ana xəttini təşkil edir. Bu reallıq dövlətlərin meydana gəldiyi, iqtisadi münasibətlərin formalaşmağa başladığı ilk dövrlərdən nəinki dəyişməyib, əksinə zaman keçdikcə öz əhəmiyyətini daha da artırıb, mühim geosiyasi, geoiqtisadi faktora çevrilib. Nəqliyyat dəhlizlərinin xalqların və dövlətlərin taleyində oynadığı rolu bütün incəliklərinədək dərk etmək üçün sadəcə tarixi Böyük İpək Yolunun keçdiyi ərazilərə nəzər salmaq yetərlidir.


Böyük İpək Yolu İlə yanaşı «Ətir yolu», «Hökmdar yolu», «Via Sajra», «Varyaqlardan yunanlara gedən yol» və bu kimi ticarət yolları qədim dövrdə və orta əsrlərdə məşhur olub. Amma onların içərisində ən əzə¬mətlisi, böyük imperiyaları bir-birinə qarşı qoyub özü bu mübarizələrdən qalib çıxan və daha uzun müddət mövcud olan, təkcə ticari deyil, həm də siyasi hadisə olan yol Böyük İpək yoludur.


Böyük İpək yolu Avrasiyanın ən ucqar bölgə¬lərindən başlayaraq, mərkəzi ərazilərindən keçməklə mate¬rikin qərbinədək uzanırdı və əksər ölkələri maraqlı tərəfə çevirirdi. Böyük İpək yolu həm də siyasi hadisə idi: bu yolun üzərində nəzarəti ələ keçirmək həm xammalın və əmtəələrin qiymətini müəyyən etmək, həm satış bazarları qazanmaq, həm də böyük diplomatik təzyiq vasitəsini əldə saxlamaq demək idi.


Hələ eramızın II əsrindən başlayaraq, Çinin Loyan şəhəri Koqurö (Koreya) ölkəsinə, Hind-Çin yarımadasına, onun vasitəsilə Hindistana gedən yolların başlanğıc məntəqəsinə çevrilir. Yançcou – Kayfın – Loyan şimal-şərq istiqamətində Lolan (Pxenyan) – Lyaodun – Yan (Pekin) – Tayyuan xətti ilə davam edirdi; bu xətt Tayyuyandan yenidən cənuba istiqamət götürərək Çan-ana gəlirdi. Çan-andan Çinin daxili yolları ikiyə haçalanırdı: birincisi Fanyuy – Szyaoçci xətti idi ki, o, Çinin daxili bölgələrini əlaqələndirirdi, digər xətt isə İçcoudan Birmanın Prome şəhərinə yönəlmişdi.


Prome – Pequ yolu ilə Çin tacirləri Benqal körfəzi sahili şəhərlərinə çıxış əldə edirdilər ki, bu da Mərkəzi Asiyanın Cənubi Asiya ilə nəhəng ticarət yolları sistemini yaradırdı. Bu magistral Pequnun vasitəsilə Tamralipti – Çampa –Patra – Benares –Madra –Dehli – Txanesar – Taksila – Peşavar – Kabil xəttinə qatılaraq Orta Asiyaya istiqamət götürürdü. Doğrudur, bu yol məsafəcə Böyük İpək yolunun klassik istiqamətindən uzun və ağır idi, amma fil sümüyü, səndəl ağacı, ədviyyat, şəkər və pambıq parçaların ixracı ilə məşğul olan Hindistan şəhərləri ilə ticarət böyük gəlir gətirdiyindən, tacirləri cəlb edirdi. Üstəlik, Hindistanın Malayya ilə sıx əlaqələri var idi: Malayya isə Hind okeanından Sakit okeana və əks istiqamətdə gedən dəniz yollarının qovşağı olub, Cənub-Şərqi Asiyanın qitə hissəsi ilə adaları arasında vasitəçi funksiyanı yerinə yetirirdi.


Cənub-Qərbi Asiyanın daxili rayonlarını Mərkəzi Asiya ilə əlaqələndirən yollara gəlincə, V-VII əsrlərin ən iri iki dövlətinin – Sasani şahlığının və Şərqi Roma imperiyasının şəhərləri arasındakı yolları əhatə edən bu qrup çoxşaxəli olub Fars körfəzi, Ərəbistan dənizi və Qırmızı dəniz ticarəti ilə əlaqələnirdi. Mərvdən başlayan bu karvan yolu şimala, qərbə və cənuba haçalanırdı. Şimala yönələn yollar Mərv – Tahiriyyə – Dərgan – Xəzərasp – Xivə – Ürgənc, buradan isə Xəzər dənizinin cənub-şərq sahili boyunca Dehistan – Curcan – Amul xətti üzrə Rey şəhərində yekunlaşırdı.


Mərvdən qərbə yönələn Tus – Nişapur yolu da Reyə gəlirdi və buradan ticarət yolları 4 yerə ayrılırdı:

1) Rey – Ərdəbil –Bərdə;
2) Rey – Gəncə – Dvin;
3) Rey – Həmədan – Ktesifon – Veh-Ərdəşir (Selevkiya) – Kufə – Nəcəf – Xirə – Qadisiyyə – Yəsrib – Məkkə – Ciddə və ya Məkkə – Taif – Səna – Mokka və ya – Səna – Ədən. Bu yolun böyük əhəmiyyəti onda idi ki, Ktesifondan həm Ərəbistanın daxili bölgələrinə, həm də Ktesifon – Şiraz – Hörmüz xətti ilə Fars körfəzi limanlarına çıxmaq olurdu;
4) Rey – İsfahan – İstəxr – Şiraz – Dərabcird – Hörmüz yolu da Fars körfəzi limanları ilə əlaqələnirdi.

 

Nəhayət, Mərvdən cənuba Xorasanın, Kuhistanın və Kərmanın şəhərlərini ehtiva edən yollar ayrılırdı ki, onlar da əsasən Mərv – Herat – Zərənc – Kərman – Dərabcird – Hörmüz və ya birbaşa – Kərman – Hörmüz yollarını təşkil edirdi.


Bu iki mühüm karvan sistemini - Qərbi və Şərqi Asiya magistrallarını - əlaqələndirən yollar əslində elə Böyük İpək yolu idi.


Hələ «neolit inqilabı»ndan əvvəl meydana gələn ticarət mübadiləsi zaman keçdikcə diplomatiyanın vacib hissəsinə çevrildi, satış bazarları, karvan və dəniz yolları, qiymətlərin təyini üzərində nəzarətin ələ keçirilməsi bu və ya digər dövlətin üstünlüyünü və imtiyazlarını təmin etməyə başladı. Məhz qədim dünyada beynəlxalq ticarət uğrunda rəqabətin ilkin geosiyasi təzahürləri yarandı: Qara dəniz və Aralıq dənizi bölgələrinin hegemonu olan yunanlarla Fars körfəzinin üstün qüvvəsi olan Əhəmənilərin rəqabəti sonralar Roma – Parfiya, Roma – Sasani və Bizans – Sasani rəqabəti ilə əvəz olundu.


Lakin dövlətlərarası ziddiyətlərin əvvəlki mərhələsindən fərqli olaraq, ticarət Bizans – Sasani ziddiyətlərinin müəyyən elementini deyil, əsas motivini təşkil edirdi.


Bizansın və Sasani imperiyasının ticarət maraqları daha çox İpək yolu və Ətir yolu ilə bağlı toqquşurdu və əslində bir böyük problemin – Hind okeanına çıxış əldə etmənin tərkib hissələri idi. Şübhəsiz, bu mübarizədə digər qüvvələr, o cümlədən Çin imperiyası və Göytürk xaqanlığı kimi əhəmiyyətli dövlətlər də iştirak edirdi.


Göytürklərin hadisələrin ən qızğın mərhələsində ortaya gəlməsi də ipək ticarəti ilə bağlı baş vermişdi. 565-ci ildə eftalitləri darmadağın edən Göytürk xaqanı qənimət kimi təkcə geniş əraziləri deyil, ipək ticarətinin məşhur məntəqələrini və bu ticarət¬dəki əsas vasitəçiləri – soqdları da qazanmışdı. Əslində bu, göy¬türklərə hər şeydən əvvəl, böyük iqtisadi qüdrət, ikinci bir tərəfdən, siyasi və diplomatik üstünlük də verirdi.


Nəqliyyat dəhlizlərinin tarixi nə qədər qədim olsa da müasir nəqliyyat dəhlizləri sistemi 1970-ci illərdən etibarən daha fəal şəkildə yaradılmağa başlanıb. Nəqliyyat dəhlizləri onu yaradanların məqsəd və hədəflərindən asılı olaraq, ticarət, tranzit və inkişaf etməkdə olan nəqliyyat dəhlizləri kimi təsnif olunur.


Nəqliyyat dəhlizləri həm milli, həm regional, həm də beynəlxalq ola bilər. Amma nəzərə almaq lazımdır ki, bu bölgülərin özü də nisbi xarakter daşıyır. Çünki milli nəqliyyat dəhlizləri əksər hallarda regional, yaxud beynəlxalq nəqliyyat dəlizlərinin bir parçasına çevrilirlər. Məsələn Astara-Astara dəmir yolu öz-özlüyündə regional nəqliyyat dəhlizidir. Lakin həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsidir.


Yaxud Bakı-Tiflis-Qars dəmir yolu layihəsi. Bu iki layihəyəyə münasibətdə nəqliyyat dəhlizləri ilə bağlı klassik siniflərə bölmə ənənəsi də öz əhəmiyyətini itirir. Çünki eyni layihə həm lenbric, həm minibric, həm də mikrobric funksiyasını yerinə yetirmək üçün nəzərdə tutulub. Yəni quru daşınmaları öz yerini su yolu ilə daşınmalara verir. Və yaxud əksinə...


Əgər Avropa İttifaqına üzv ölkələrin həm milli, həm regional, həm də beynəlxalq nəqliyyat dəhlizlərinə nəzər salsaq, burada da inteqrasiya prosesinin sürətlə getdiyinin və ənənəvi anlayışların sıradan çıxdığının şahidi olarıq. Bu nəqliyyat dəhlizlərinin çoxşəhəli funksiyalarına münasibətdə digər ənənəvi bölgü – ticarət, tranzit və inkişaf etməkdə olan nəqliyyat dəhlizləri bölgüsü də öz əhəmiyyətini itirir. Buna misal olaraq Avropa İttifaqının Transavropa Nəqliyyat Şəbəkəsi, Panavropa Nəqliyyat Dəhlizi sistemini göstərmək olar.


Milli nəqliyyat dəhlizləri adətən böyük şəhərləri, yaxud dəniz limanlarındakı logistik mərkəzləri bir-birinə birləşdirir. Amma daha öncə də qeyd etdiyim kimi bu kiçik dəhlizlər eyni zamanda nəhəng nəqliyyat dəhlizləri sisteminin tərkib hissəsi funksiyasını yerinə yetirirlər.


Nəqliyyat dəhlizləri əsasən 2 hissəyə bölünür: Quru və su nəqliyyat dəhlizləri.


Quru nəqliyyat dəhlizlərinə dəmir yolu və avtomobil yolları, su nəqliyyat dəhlizlərinə isə çay və dəniz nəqliyyat dəhlizləri aid edilir. Okean və hava yolları beynəlxalq nəqliyyat dəhlizləri sisteminə daxil deyil.


Hazırda dünyada quru nəqliyyatına daxil olan avtomobil yollarının uzunluğu, təxminən 29 milyon kilometr təşkil edir. Bütün dünya üzrə sərnişin daşınmalarının 82 faizi avtomobil yollarının payına düşür. Dəmir yolu ilə yük daşınmaları ümumi həcmin 9 faizini təşkil etsə də bu nəqliyyat vasitəsinin əhəmiyyəti getdikcə daha da artır.


Dünya üzrə yük dövriyyəsinin 62 faizi isə su nəqliyyat dəhlizləri vasitəsilə həyata keçirilir.


Mendeleyevin sözlərinə görə, nəqliyyat ölkənin ağırlıq mərkəzidir. Məşhur alimin bu sözləri indi öz aktuallığını qoruyur. Geosiyasi proseslərin intensivləşdiyi, ziddiyyətlərin dərinləşdiyi zaman kəsiyində nəqliyyat dəhlizlərinin önəmi daha da artır və onlar sadəcə yük daşınmaları üçün nəzərdə tutulan vasitə rolunu oynamırlar, həm də mühüm təhlükəsizlik faktoruna çevrilirlər.


Məhz bu baxımdan da nəqliyyat dəhlizlərinə yatırılan sərmayələrin miqdarı ildən-ilə artır. İqtisadi Əməkdaşlıq Təşkilatının ekspertlərinin hesablamalarına görə, 2030-cu ilədək ümumdünya nəqliyyat sisteminə yatırılacaq vəsaitlərin miqdarı 11 trilyon dollar təşkil edəcək. Bunun 5 trilyonu isə dəmir yollarının payına düşəcək. Yerdə qalan 6 trilyon dollar avtomobil yollarının, logistik mərkəzlərin və limanların inşasına sərf olunacaq.


Göründüyü kimi, hazırda yük daşınmalarının 62 faizi su nəqliyyatının payına düşsə də dəmir yollarının inşasına yatırılması nəzərdə tutulan vəsait daha çoxdur. Bu isə beynəlxalq nəqliyyat dəhlizləri sitemində dəmir yolunun çəkisinin daha da artacağını göstərir. Bu müstəvidə Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin nə qədər strateji önəm daşıdığını söyləsək, düşünürəm ki, mübaliğəli görünməz.


Müasir dövrdə nəqliyyat dəhlizlərinin qısaldılması və səmərəliliyinin artırılması üçün yeni kanalların çəkilməsi, su hövzələrinin bir-birinə birləşdirilməsi prioritet sayılmır. Prioritet olan bu dəhlizlərin çoxfunksiyalılığı, effektivliyidir. Bu amil Azərbaycanın “Orta dəhliz”ə verdiyi əhəmiyyətin və bu istiqamətdə həyata keçirdiyi siyasətin mahiyyətini anlamaq üçün yetərlidir.


Ölkəmizin apardığı siyasətin xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin marşrutlarının konkret coğrafi və yükdaşıma çərçivəsi olsa da, gələcəkdə onlar arasında sinerji yaradılsın. Onların hər biri digərini tamamlayaraq, bu siyasətin təməlində duran yükdaşımalarının şaxələndirilməsini təmin edə bilər. Azərbaycan ərazisindən keçən marşrutların təkmilləşdirilməsi dəniz və dəmir yolu nəqliyyatı üçün uzunmüddətli etibarlı bazarın formalaşmasında, ticarət əlaqələrinin genişləndirilməsində, yük daşımaları ilə bağlı infrastruktur sahələrinin inkişafında faydalı olacaq. Nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə, həmçinin gələcəkdə bu sahənin qeyri-neft sektorunda xüsusi çəkisinin kifayət qədər artması ilə nəticələnəcək.

Elçin Mirzəbəyli

Oxşar xəbərlər
00:17, Bu gün
Bakıda iki nəfər dənizdə bataraq ölüb
20 Jul 2024 | 23:25
Bodrumda +45 dərəcə: Asfalt əridi
20 Jul 2024 | 23:19
Çinli kişi dron sayəsində həyat yoldaşının öz rəisi ilə ona xəyanət etdiyini üzə çıxarıb
20 Jul 2024 | 23:15
Ərdoğan: "Şimali Kipr Türkiyənin göz bəbəyidir"
20 Jul 2024 | 23:10
Arıqlamağa kömək edəcək 3 gündəlik vərdiş
20 Jul 2024 | 23:05
Evləri külə dönən ailə 16 gündür çöldə gecələyir
20 Jul 2024 | 22:58
Şuşada qonaqlara maraqlı sürpriz
20 Jul 2024 | 22:50
Stres keçirən hər kəs xərçəngə tutulur? – ARAŞDIRMA
20 Jul 2024 | 22:44
"Qlobal xəta bütün dünyanın həssas olduğunu göstərib" - "Bloomberg"
20 Jul 2024 | 22:38
Rumıniyada zoopark fermasında taun xəstəliyi aşkar edilib
20 Jul 2024 | 22:30
Qocalmanı gecikdirmək üçün yay mövsümündən yararlanın! - Alimlərdən məsləhət
20 Jul 2024 | 22:25
Aysel Şükür üçüncü dəfə ərə getdi - FOTO
20 Jul 2024 | 22:18
Dünyanın ən yaxşı baş məşqçiləri - Qurban Qurbanov neçənci yerdədir?
20 Jul 2024 | 22:11
Kolera: 1 milyard insanı gözləyən TƏHLÜKƏ
20 Jul 2024 | 22:03
Qanda maqneziumun optimal səviyyədə olması demensiya riskini azaldır
20 Jul 2024 | 21:55
NATO ölkələrinə haker hücumu: Saxlanılanlar var
20 Jul 2024 | 21:53
Naxçıvanda avtomobil ana və azyaşlı qızını vurub
20 Jul 2024 | 21:46
Bu vitaminin çatışmazlığı çəki artımına səbəb olurmuş
20 Jul 2024 | 21:38
Dietoloq duzdan imtinanın hipertoniyaya təsir etmədiyini açıqladı
20 Jul 2024 | 21:30
Dünyanın ən faydalı bitkisi - Xərçəngin dərmanı
20 Jul 2024 | 21:24
İstidə kondisionersiz otağı necə sərinləşdirmək olar?
20 Jul 2024 | 21:16
“Messi Ronaldodan üstündür”
20 Jul 2024 | 21:08
Antalyada meşə yanğını başladı
20 Jul 2024 | 21:03
Prezident: "Pakistan mediasında hər zaman qardaş dəstəyi görmüşük"
20 Jul 2024 | 20:55
Ermənistanda partlayış: Ölən var
20 Jul 2024 | 20:47
Bakıda qəza: Sürücü maşını yol nişanına çırpdı
20 Jul 2024 | 20:40
“Azəriqaz” Zəngilanda qaztənzimləyici məntəqə qurur
20 Jul 2024 | 20:35
Prezident: "Biz gözəl bilirik, ən çox karbon tullantıları istehsal edən böyük ölkələr hansılardır"
20 Jul 2024 | 20:27
"Pul sıçrayışı": 20 iyuldan sonra 4 bürcdə gəlir artımı olacaq
20 Jul 2024 | 20:27
Belarusda alman tibb işçisinə ölüm cəzası verilib
20 Jul 2024 | 20:23
Prezident: Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmaslarımız var
20 Jul 2024 | 20:22
"Mən öz keçmişimi unutmuram" — Roza Zərgərli (VİDEO)
20 Jul 2024 | 20:17
Tələbələrin NƏZƏRİNƏ: Bütün əməliyyatlar tək kartla həyata keçiriləcək
20 Jul 2024 | 20:10
Prezident: Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik
20 Jul 2024 | 20:02
Azərbaycanda arvadı evdən gedən kişi özünü öldürdü
20 Jul 2024 | 19:55
Bakıda evdən meyit tapıldı
20 Jul 2024 | 19:50
Prezident: "Bəlkə də gün gələcək, bizə yaşıl enerjini də irad tutacaqlar"
20 Jul 2024 | 19:44
Ələt-Osmanlı-Astara dəmir yolu xətti yenidən qurulur
20 Jul 2024 | 19:37
Baş həkim boy probleminin əsas səbəblərini AÇIQLADI
20 Jul 2024 | 19:31
Prezident: "Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik"
20 Jul 2024 | 19:25
Azərbaycan BRİCS-ə niyə üzv olmaq istəyir?-  EKSPERT AÇIQLADI
20 Jul 2024 | 19:20
"İnsanlara nə işlə məşğul olduğumu deyəndə, qərəzli münasibət görürəm" —Tatu ustası
20 Jul 2024 | 19:12
Ölkənin yeganə "qanuni oğru"suna HÖKM OXUNDU
20 Jul 2024 | 19:06
Siyasi fərari, yaxud nə istədiyini bilməyən adam!
20 Jul 2024 | 19:05
İlham Əliyev: "Anti-Azərbaycan fəaliyyətin bir hissəsi prezident seçkisi ilə bağlıdır"
20 Jul 2024 | 19:00
Həkim deputatlığa namizəd Azərbaycan dilində bilmir?
20 Jul 2024 | 18:55
Livandan İsrailə raket "yağışı"
20 Jul 2024 | 18:50
"İnsanlar da "kukla"dır"
20 Jul 2024 | 18:45
Azərbaycan universiteti qlobal reytinqdə 684 pillə irəlilədi
20 Jul 2024 | 18:39
Pula qənaət etməyin ən sadə yolu
20 Jul 2024 | 18:35
Dövlət başçısı: Avropa bir tərəfdən bizdən qaz hasilatını artırmağı xahiş edir, digər tərəfdən bunu maliyyələşdirmir
20 Jul 2024 | 18:25
Uşağa hansı yaşda telefon almaq lazımdır? - Valideynlərə məsləhət
20 Jul 2024 | 18:19
Həzmi yaxşılaşdıran və bağırsaqları sağaldan ÇAY
20 Jul 2024 | 18:13
“Neft Daşları”na səfər təşkil olunub
20 Jul 2024 | 18:12
Arvadı ilə dalaşan kişi oğlunu vurub öldürdü
20 Jul 2024 | 18:10
Prezident: "Bizim COP heyətimiz çox səmərəli işləyir"
20 Jul 2024 | 18:07
İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə DANIŞDI
20 Jul 2024 | 18:00
Çinarə Məlikzadə "Gəl" dedi - VİDEO
20 Jul 2024 | 17:55
Azərbaycan Prezidenti: "Sülh sazişinin mətninin 80-90 faizi razılaşdırılıb"
20 Jul 2024 | 17:50
Ukraynalı siyasətçi İrina Farion sui-qəsddən sonra dünyasını dəyişib - FOTO
20 Jul 2024 | 17:45
Türk dövlətlərinin ortaq hədəfləri
20 Jul 2024 | 17:40
“Bayden, yoxsa Tramp?” sualına Əliyev belə cavab verdi
20 Jul 2024 | 17:35
Prezident: "Bəzi ölkələr hələ də kolonializmdən əziyyət çəkir və biz onlara kömək etmək istəyirik"
20 Jul 2024 | 17:31
İlham Əliyev: "Biz öz üzərimizdə çalışdıq, diqqətimizi xalqımıza, ölkəmizə yönəltdik" - VİDEO
20 Jul 2024 | 17:27
Səidə dəyişdi - FOTOLAR
20 Jul 2024 | 17:26
Bank kartlarına kiber hücumlar edən şəbəkə üzvləri həbs edilib - VİDEO
20 Jul 2024 | 17:23
Vətən Müharibəsi Qəhrəmanı rəis TƏYİN EDİLDİ - FOTO
20 Jul 2024 | 17:19
"Biz nə işğalı, nə verdiyimiz qurbanları, nə də Qələbəmizi heç zaman unutmayacağıq" - Prezident
20 Jul 2024 | 17:14
Zəngəzur gündəmi dəyişdi - ABŞ və Britaniya yeni planla hərəkətə keçdi
20 Jul 2024 | 17:08
"Halal" standartları ilə bağlı uyğunluğu yoxlayan şirkətlərdən TƏLƏB
20 Jul 2024 | 17:00
Dərmanların qeydiyyatı ilə bağlı qərar imzalandı
20 Jul 2024 | 16:55
Prezident: "İstərdik, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın"
20 Jul 2024 | 16:51
Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında 19 terrorçunu zərərsizləşdirib
20 Jul 2024 | 16:50
Dərman vasitələrinin təqib və izləmə sistemi yaradılacaq
20 Jul 2024 | 16:48
Azərbaycan Prezidenti: "Rusiya ilə İkitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil"
20 Jul 2024 | 16:41
Piterdə Priqojinin heykəli təhqir edilib - VİDEO
20 Jul 2024 | 16:33
İlham Əliyev: "Biz uzun illər ərzində faktların manipulyasiyasının qurbanı olmuşuq"
20 Jul 2024 | 16:26
Prezident: "Biz Cənubi Qafqaz regionunda tarixi transformasiyanın şahidiyik"
20 Jul 2024 | 16:20
ARAF kuboku uğrunda konkur yarışları başa çatıb
20 Jul 2024 | 16:10
Hökumət gənclər arasında sorğu keçirdi: Niyə evlənmirsiniz?
20 Jul 2024 | 16:05
Prezident İlham Əliyev Şuşada II Qlobal Media Forumunda çıxış edir - CANLI
20 Jul 2024 | 16:04
Pasinyan London küçələrində  də velosiped sürdü...-VİDEO
20 Jul 2024 | 15:58
Azərbaycanı Paris-2024-də təmsil edəcək daha bir idmançı müəyyənləşdi
20 Jul 2024 | 15:52
Ən zəngin planet: Almaz cənnətidir
20 Jul 2024 | 15:45
İrəvana sərt xəbərdarlıq: "Bu xəyanət cavabsız qalmayacaq"
20 Jul 2024 | 15:38
Bayden gələn həftədən seçkiöncəsi kampaniyasını davam etdirəcək
20 Jul 2024 | 15:32
“Paşinyanın İlham Əliyevlə görüşdən imtinasını Qərbin guya Ermənistanı müharibəyə təhrik etməsi ilə bağlamaq qeyri-ciddidir...”
20 Jul 2024 | 15:30
Sülhü yox, silahlanmanı seçənlər - İrəvan ikitərəfli görüşdən niyə qaçdı?
20 Jul 2024 | 15:24
75 yaşlı Xalq artisti: "Altı rejissor işdən çıxarıldı, nazirlik isə buna səssiz yanaşdı" - MÜSAHİBƏ + FOTO
20 Jul 2024 | 15:17
Nəhəng siyasətçinin “nəhəng” menyusu – sağlam həyat tərzindən uzaq olan Çörçillin mətbəx sevgisi...  
20 Jul 2024 | 15:11
Bayılda köməksiz vəziyyətdə qalan vətəndaşla bağlı RƏSMİ AÇIQLAMA
20 Jul 2024 | 15:05
Əməkdar artistdən şok sözlər: "Hər şeydən bezmişəm, ölmək istəyirəm"
20 Jul 2024 | 14:58
Ərdoğan Kipr məsələsindən danışdı: "Problemin həlli..."
20 Jul 2024 | 14:52
Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək
20 Jul 2024 | 14:46
Dünyanın ən faydalı bitkisi - Xərçəngin dərmanı
20 Jul 2024 | 14:40
Qəzza zolağında ölənlərin sayı açıqlandı
20 Jul 2024 | 14:34
YAP Mərkəzi Aparatında müşavirə keçirildi - FOTO
20 Jul 2024 | 14:28
UNEC qlobal reytinqdə yenə BİRİNCİDİR
20 Jul 2024 | 14:22
"Bank kart məlumatları verməyin, risklidir" – DİN-dən vətəndaşlara ÇAĞIRIŞ
20 Jul 2024 | 14:16
"Tramp qalib gələcəyi təqdirdə ABŞ-ın dəstəyi olmadan Ukrayna tab gətirə biləcəkmi?" - Blinken
GÜNLÜK
20 Jul 2024 | 08:43
Bu gündən 70 yaşını tamamlamış pensiyaçıları SÜRPRİZ GÖZLƏYİR 
20 Jul 2024 | 10:52
Tanınmış xanəndə buna görə efirlərə çıxmır: “O müğənnilərlə bir verilişdə otura bilmərəm”-FOTO+ÖZƏL
20 Jul 2024 | 09:06
ABŞ Azərbaycanla bağlı filmi niyə hər yerdən sildi? – FOTO
20 Jul 2024 | 09:28
İli varlanmadan başa vurmayacaqlar: Pula pul deməyəcək BÜRCLƏR
20 Jul 2024 | 11:03
“Sükan arxasında özü olsaydı bəlkə də...”-  Tanınmış müğənni avtomobil qəzasında itirdiyi övladından danışdı-ÖZƏL+FOTO
20 Jul 2024 | 06:51
Zelenski Trampla nələrdən danışdı?..
20 Jul 2024 | 08:01
Rusiya bu ölkənin sərhədini pozdu - ARTIQ ÜÇÜNCÜ DƏFƏDİR...
20 Jul 2024 | 07:17
Beynəlxalq Ədalət Məhkəməsi İsrailin Fələstin ərazisində mövcudluğunun qanunsuz olması haqda  qərar verdi...-"ƏL-CƏZİRƏ"
20 Jul 2024 | 08:20
Çimərlikdə uzun müddət qalmaq ZƏRƏRLİDİR - Huşunuzu itirə...
20 Jul 2024 | 09:03
Rusiyada satışa üzərində 1000 rublluq əskinas təsviri olan tualet kağızı buraxıldı və...
HƏFTƏLİK
16 Jul 2024 | 07:34
Separatçı rejimin ləğvindən sonra Qarabağda qalmış bahalı avtomobil kimə hədiyyə edildi?..- “333 OD 33” nömrəli- FOTO
19 Jul 2024 | 11:24
Daha bir Azərbaycan jurnalisti Makronu "şillə"lədi - Oksfordda hesab günü - VİDEO
14 Jul 2024 | 11:51
“Qaraca qız” filminin Xədicəsi: “Həmin görüşə Sevil gəlmədi, illər sonra...”- FOTOLAR
14 Jul 2024 | 09:49
Pisixoloq Nərmin Şahmarzadə ÖZÜNÜ ASIB? - FOTO
17 Jul 2024 | 08:34
Taksilərdə sui-istifadə artdı: Bu sürücülər artıq pul alır
16 Jul 2024 | 00:09
Aşıq Ələsgərin 10 aydır hazır olan heykəli niyə ucaldılmır?- “Ailəsi olaraq bizə məlum deyil”-Nazirlikdən AÇIQLAMA-ÖZƏL
16 Jul 2024 | 12:12
Ərdoğan “bozqurd” işarəsi göstərən Azərini alqışladı - FOTO/VİDEO
18 Jul 2024 | 13:58
“Atam rəhmətə gedəndə həmin dükan sahibi gəlib dedi ki, məndən gödəkçə alıb, amma”-Telman Adıgözəlovun oğlu-ÖZƏL
15 Jul 2024 | 18:47
ABŞ və Avropada niyə qarabaşaq yarması yemirlər? – SƏBƏB
16 Jul 2024 | 08:30
Təhsilimizdə ciddi çatışmazlıq Yararsız diplomların yaranma səbəbləri-TƏHLİL
AYLIQ
20 Jul 2024 | 08:43
Bu gündən 70 yaşını tamamlamış pensiyaçıları SÜRPRİZ GÖZLƏYİR 
20 Jul 2024 | 10:52
Tanınmış xanəndə buna görə efirlərə çıxmır: “O müğənnilərlə bir verilişdə otura bilmərəm”-FOTO+ÖZƏL
20 Jul 2024 | 09:06
ABŞ Azərbaycanla bağlı filmi niyə hər yerdən sildi? – FOTO
20 Jul 2024 | 09:28
İli varlanmadan başa vurmayacaqlar: Pula pul deməyəcək BÜRCLƏR
20 Jul 2024 | 11:03
“Sükan arxasında özü olsaydı bəlkə də...”-  Tanınmış müğənni avtomobil qəzasında itirdiyi övladından danışdı-ÖZƏL+FOTO
20 Jul 2024 | 06:51
Zelenski Trampla nələrdən danışdı?..
20 Jul 2024 | 08:01
Rusiya bu ölkənin sərhədini pozdu - ARTIQ ÜÇÜNCÜ DƏFƏDİR...
20 Jul 2024 | 07:17
Beynəlxalq Ədalət Məhkəməsi İsrailin Fələstin ərazisində mövcudluğunun qanunsuz olması haqda  qərar verdi...-"ƏL-CƏZİRƏ"
20 Jul 2024 | 08:20
Çimərlikdə uzun müddət qalmaq ZƏRƏRLİDİR - Huşunuzu itirə...
20 Jul 2024 | 09:03
Rusiyada satışa üzərində 1000 rublluq əskinas təsviri olan tualet kağızı buraxıldı və...