Prezident Aşağı Gövhər Ağa məscidinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
Siyasət
Oxunub: 2063
05 Jul 2024 | 17:15
Prezident Aşağı Gövhər Ağa məscidinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib.
 
Moderator.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
 
Bildirildi ki, Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalmış Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri başa çatıb. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Aşağı Gövhər Ağa məscidi şəhərin tarixi-memarlıq rəmzlərindən biridir. Şuşa şəhəri tarixən yuxarı və aşağı olmaqla 17 məhəllədən ibarət olub. Aşağı Gövhər Ağa məscidi şəhərin aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılıb. Məscidi daha uca və cəlbedici etmək üçün memar minarələri arxa fasadda yerləşdirib. İkimərtəbəli məscidin silindrşəkilli minarələri kərpicdən hörülüb, ibadət zalı çatma tağ günbəzlə örtülüb.
 
Şuşanın işğalı zamanı məscidin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmiş, məscid vandalizmin qurbanına çevrilmişdi.
 
2021-ci ilin dekabr ayından məsciddə Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə bərpa işlərinə başlanılmışdı. Layihəyə Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislər cəlb olunmuşdu. Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq məhz Aşağı Gövhər Ağa məscidində aparılıb.
 
İlkin memarlıq üslubunun qorunması ilə həyata keçirilən bərpa işləri məscidlə yanaşı ərazidəki mədrəsə binasını da əhatə edib. Məscidin daxilində qazıntı işləri, qruntun çıxarılması və çınqıl qatının hazırlanması işləri aparılıb. Bundan əlavə, damdakı günbəzlərin üst səthinin xüsusi qatqılı suvaqla suvanması işləri də görülüb. Xarici mütəxəssislərin iştirakı ilə qübbələrin daxili səthində tarixi naxış hissələri mikroinyeksiya üsulu ilə bərkidilib. Mədrəsə bölməsində sonradan əlavə edilmiş divarlar aradan qaldırılıb, əsas divarların inyeksiya ilə doldurulması işləri aparılıb.
 
Bərpa işləri zamanı Aşağı Gövhər Ağa məscidində erməni vandalizminə dair bir sıra faktlar aşkarlanıb. Belə ki, məscid divarlarında müxtəlif yazılar, müdaxilələr, o cümlədən divara həkk olunmuş xaç işarəsi müəyyən edilib. İşğal dövründə erməni vandalizminə məruz qalmış mədrəsə binasının dağıntılarının bir qismi də konservasiya olunub. Məscidə gələn hər bir ziyarətçi tarixi-dini abidəyə qarşı erməni vandalizminə dair bu faktların şahidi ola bilər.
 
Qeyd edək ki, məscid ərazisindəki tarixi mədrəsə binasında hazırda muzey yaradılıb. “Qarabağ və Şərqi Zəngəzur Muzeyi: İşğaldan Əvvəl və Sonra. Dirçəliş.” mövzusundakı bu ekspozisiyada Qarabağın və Şərqi Zəngəzurun işğaldan əvvəlki dövrü, işğal illərində ermənilər tərəfindən dağıdılmış dini abidələr, tarix və mədəniyyət abidələri, ekosid barədə faktlar, o cümlədən hazırda Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə dair məlumatlar, foto və videomateriallar yer alıb.
 
Muzeydə dünyada tolerant ölkə kimi tanınan Azərbaycanda tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunmasına, dini abidələrin bərpası və mühafizəsinə daim diqqət yetirilməsinə dair məlumatlar əks olunub. Ölkəmizdə ayrı-ayrı dinlərin məbədləri bütün dövrlərdə yüksək səviyyədə mühafizə olunub, məscid, kilsə və sinaqoqlar təmir və bərpa edilib. Azərbaycan xalqının qədim mədəniyyətinin təşəkkül tapdığı Qarabağ və Şərqi Zəngəzur əraziləri öz tarixi, maddi-mədəniyyət və dini abidələri ilə hər zaman zəngin olub. Təəssüf ki, 30 ilə yaxın davam edən işğal dövründə əzəli Azərbaycan torpaqlarında olan bütün dini abidələrə qarşı vəhşiliklər törədilmişdir. Erməni təcavüzkarları şəhər və rayonları, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətləri talan etmiş, bu ərazilərdəki dini, tarix və mədəniyyət abidələrini vandalizm aktlarına məruz qoymuşdur.
 
İşğalın ən ağır fəsadlarından biri bəşəri əhəmiyyətə malik mədəni irsin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsidir. İlkin araşdırmalara görə, işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər getdikcə artmaqdadır. Muzeydə Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirmək və həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə foto və videomateriallar nümayiş olunur.
 
Muzeyin “İşğal dövründə dağıdılmış tarix və mədəniyyət abidələri” bölməsində isə işğal dövründə vandalizmə məruz qalmış tarix və mədəniyyət abidələrini əks etdirən foto və videomateriallar təqdim edilir. Hələ Birinci Qarabağ müharibəsinə kimi bölgədə 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Qarabağın, Şərqi Zəngəzurun, həmçinin Ermənistanla sərhəd olan Qazaxın 7 kəndinin və Naxçıvanın Kərki kəndinin işğal olunması nəticəsində 100 mindən çox artefaktın saxlanıldığı 22 muzey, 4,6 milyon kitabdan ibarət 927 kitabxana, 85 musiqi məktəbi, 4 teatr, 2 konsert zalı, 4 incəsənət qalereyası və 808 istirahət məkanı məhv edilib. İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad olunmuş ərazilərdə 400-ə yaxın abidə dağıdılıb.
 
“İşğal dövründə ekosid” bölməsində ziyarətçilərə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, 30 ilədək davam edən işğalın insan hüquqlarının və çoxsaylı beynəlxalq hüquq normalarının pozulması, sosial-iqtisadi fəsadlar və mədəni irsə vurulan ziyanla yanaşı, misli görünməmiş ekoloji terror, təbii sərvətlərin genişmiqyaslı və uzunmüddətli talanı ilə nəticələnməsinə dair faktlar çatdırılır.
 
“30 illik həsrətin sonu” bölməsində Müzəffər Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı şanlı Zəfər, 30 ilə yaxın doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan insanların Vətən həsrətinə son qoyulmasına dair məlumatlar, fotolar və videomateriallar yer alıb.
 
“Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi” bölməsində Qarabağda və Şərqi Zəngəzurda bu gün canlanan həyata dair materiallar əksini tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq tədbirləri istər Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə, istərsə də Azərbaycan xalqının milli yaddaşının bərpasına, zəngin tarixi ənənələrin və milli-mənəvi dəyərlərin dünyaya təqdim olunmasına yönəlib. Muzeydə məhz bu dirçəlişi əks etdirən fotolar və videomateriallar da nümayiş olunur.
 
Burada Qarabağa və Şərqi Zəngəzura dair müxtəlif nəşrlərlə tanış olmaq mümkündür. Muzeydə “Şuşada dörd fəsil” beynəlxalq fotolayihəsi çərçivəsində Qarabağın incisi olan Şuşanın mənzərələrini əks etdirən əsərlər də təqdim olunur.
 
11:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib.

Moderator.az-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Oxşar xəbərlər
01 Jan 1970 | 04:00
17:45, Bu gün
Saray qəsəbəsinə giriş-çıxış məhdudlaşdırılacaq
17:42, Bu gün
Pakistan Azərbaycana neft emalı zavodunda pay təklif edir
17:40, Bu gün
Ata 13 yaşlı qızına təcavüz etdi: 18 il həbs olundu
17:38, Bu gün
Sərdar Aziz "Fənərbağça" ilə yolları ayırıb
17:35, Bu gün
Ötən həftə azad olunan ərazilərdə 135 mina zərərsizləşdirilib
17:34, Bu gün
Bakıda 10 günlük “karantin” olacaq? - VACİB AÇIQLAMA
17:32, Bu gün
"Turist tələsi" - Səyahət zamanı bu yerlərə getməyin
17:29, Bu gün
"Bəzi Qərb ölkələri üçüncü dünya müharibəsinə təhrik edir" - Ərdoğan
17:24, Bu gün
Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO
17:20, Bu gün
Küləkli hava ilə bağlı SARI XƏBƏRDARLIQ
17:16, Bu gün
Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib
17:15, Bu gün
“Onun yarısı” adlı gənc rəssamların qrup sərgisi keçirildi - FOTOLAR
17:12, Bu gün
Qarabağ Universitetinə mətbuat katibi təyin edildi - FOTO
17:11, Bu gün
Rəşid Mahmudovdan kondisonerin zərərləri barədə AÇIQLAMA:  "Bütün əzələləri qıc edir və ..."
17:07, Bu gün
Kamal Abdullanın “Seçilmiş əsərləri”nin yeddinci cildi çap olunub
17:02, Bu gün
Ötən ay xaricdə təhsil almış 71 nəfərin diplomu tanınmayıb
16:57, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
16:52, Bu gün
Tələbələrə şad xəbər: Kafedə, mağazada, klinikada güzəştlər gəlir - Tarix açıqlandı
16:47, Bu gün
Sabah Neftçalada qaz olmayacaq
16:43, Bu gün
Paşinyan Təhlükəsizlik Şurasını topladı
16:40, Bu gün
Andrey Zeltın: "Pezeşkian Rəisinin siyasətini davam etdirməyəcək" - MÜSAHİBƏ
16:35, Bu gün
Orbanın dörd ölkəyə səfəri: Avropa İttifaqına yenilənmə göstəricisi - ŞƏRH + FOTO
16:29, Bu gün
Azərbaycanın bu silahları erməniləri niyə təşvişə salıb? - Polkovnik açıqladı
16:27, Bu gün
Roman Qriqorçukun "Neftçi"dəki köməkçiləri açıqlandı
16:24, Bu gün
Hakan Fidanın Şuşada verdiyi təklifə Kremldən təpki: “Putin də razıdır”
16:20, Bu gün
"Qarabağ"ın oyunlarının keçiriləcəyi yer dəqiqləşib - FOTO
16:16, Bu gün
Bakının 12 rayonunda təhlükə: İcra hakimiyyəti hərəkətə keçdi - FOTO
16:12, Bu gün
"Ukraynanın qələbəsi NATO üçün başlıca vəzifədir" - Stoltenberq
16:08, Bu gün
Kamran Əliyev Vyanada işgüzar səfərdədir - FOTO
16:05, Bu gün
"Neftçi" Türkiyədə dörd yoxlama oyunu keçirəcək
16:04, Bu gün
Pensiyaların ödəniləcəyi vaxt açıqlanıb
16:00, Bu gün
Rayonlarda leysan olacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
16:00, Bu gün
Döyüş yoldaşlarını xilas edən 20 yaşlı azərbaycanlı həlak oldu
15:57, Bu gün
Saç tökülməsi B2 vitamini çatışmazlığının əlamətidir
15:54, Bu gün
Hövsan və Türkan sahillərində balıqlar bu səbəbdən tələf olub - RƏSMİ
15:51, Bu gün
Ötən həftə azad olunan ərazilərdə nə qədər mina zərərsizləşdirilib?
15:48, Bu gün
“Kömək” məqsədilə vətəndaşın kartındakı pulu ələ keçirən şəxs saxlanıldı
15:44, Bu gün
Azərbaycan millisinin futbolçusu: "28 yaşım var, özümü kiməsə sübut edən vaxtım deyil"
15:40, Bu gün
"Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsi yekunlaşdı - FOTO
15:36, Bu gün
Ümumvətəndaş pasportu almaq üçün DÖVLƏT RÜSUMLARI
15:33, Bu gün
Naxçıvanda 40 tona yaxın yabanı çətənə məhv edilib
15:30, Bu gün
Sizə gələn zəngdə bu sözlər deyilirsə dərhal söndürüb, polisə xəbər verin - DİQQƏT
15:27, Bu gün
Elektrik Avtomobillərin Festivalı keçirildi - FOTO/VİDEO
15:23, Bu gün
Prezident Fikrət Əzizovu təltif etdi
15:19, Bu gün
Pianoçu Mark Demişin Heydər Əliyev Mərkəzində konserti olacaq
15:15, Bu gün
Futbol əfsanəsinin qızı atası ilə o biri dünyadan əlaqə saxlayır
15:11, Bu gün
Gömrükçülər 120 000 ədəd aksiz markasız tütün məmulatları aşkar etdi
15:08, Bu gün
Suraxanının yeni icra başçısı: keçmiş polis rəisi və deputat - DOSYE
15:04, Bu gün
Ödəmə terminalını oğurlayıb qaçan zaman qəzaya düşdülər - ANBAAN görüntülər + FOTO
15:02, Bu gün
Bu şəxslərə verilən təqaüdün məbləği iki dəfə azaldıldı
14:59, Bu gün
Prezidentin Beyləqana təyin etdiyi icra başçısı kimdir? - DOSYE
14:56, Bu gün
“O günləri mən görməsəm də, sizlər görəcəksiniz”- xalq artistinin Ağdamla bağlı arzusu - FOTO+ÖZƏL
14:55, Bu gün
Azərbaycanda kvotadan əlavə iş yerləri yaradılır
14:50, Bu gün
DİM bu abituriyentlərə müraciət etdi
14:46, Bu gün
Prezidentin Qusara təyin etdiyi icra başçısı kimdir? - DOSYE
14:42, Bu gün
Azərbaycan gimnastları İtaliyadan medallarla qayıtdılar - FOTO
14:37, Bu gün
Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verildi - SİYAHI
14:33, Bu gün
Qusara yeni icra başçısı təyin edildi
14:29, Bu gün
Əziz Əzizov Suraxanıdan Beyləqana göndərildi
14:26, Bu gün
Prezident Adil Əliyevə vəzifə verdi
14:22, Bu gün
"Dronlar dünya müdafiə sənayesinə meydan oxuyur: iri istehsalçılar dəyişməlidir" - "Financial Times"
14:17, Bu gün
Qızı 17 yaşında silikon etdi, tənqid edildi - FOTOLAR
14:12, Bu gün
İki gündə Ermənistana ikinci şok: Sülh təcili bağlanmasa...
14:07, Bu gün
İtkin Rasimlə bağlı sensassion iddia: Xoşqədəm Hidayətqızı saxta ssenari qurubmuş?
14:04, Bu gün
“1991-1995-ci illərdə ÜDM 60% azalmış, manat dəyərini 13 dəfə itirmişdi...”-TARİX
14:02, Bu gün
“Ərim məni əxlaqsızlıq etməyə, pul qazanmağa məcbur edirdi” – Dəhşətli qətlin şok təfərrüatı
13:57, Bu gün
Sabah hava belə olacaq - PROQNOZ
13:52, Bu gün
Paytaxtla bağlı inanılmaz açıqlama: Vəziyyət ağırlaşır... - BAKINI GÖZLƏYƏN TƏHLÜKƏ
13:47, Bu gün
Prezident onu "Dostluq” ordeni ilə təltif etdi
13:42, Bu gün
Bu həftədən başlayır: Deputatlığa namizədliyin qeydə alınması üçün...
13:37, Bu gün
"Brend" adı altında satılan geyimlər Azərbaycanda istehsal OLUNUR? - İDDİA
13:32, Bu gün
Paytaxtda "BMW"nin hissələrini oğurlayan 5 yeniyetmə saxlanıldı
13:28, Bu gün
"Nefçi Azarkeş Dərnəyi"nin rəhbəri: “Bu kimi əngəllər futbolu meydanlardan çıxarıb siyasi masalara daşıyır”
13:24, Bu gün
İctimaiyyəti bu məsələyə yönəltmək istəyirik - Hulusi Kılıç
13:23, Bu gün
Bakıdakı restoranda İYRƏNC MƏNZƏRƏ: Mətbəxində siçovul gəzir
13:21, Bu gün
Ofeliya Mədətqızı vəfat etdi
13:17, Bu gün
Sinan Oğan: "Bir gün ata-babalarımın qovulduğu Qərbi Azərbaycan torpaqlarına qayıdacağıq" - FOTO
13:13, Bu gün
"Tarixi abidələrimiz ya erməniləşdirilib, ya da..." - Əziz Ələkbərli
13:10, Bu gün
AQTA bioloji aktiv qida məhsulları ilə bağlı xəbərdarlıq etdi
13:07, Bu gün
Gimnastımız Portuqaliyadakı Dünya Kubokunda qızıl medal qazandı
13:03, Bu gün
Azərbaycanda tələbə qəfil ürəktutmadan vəfat etdi - FOTO
13:00, Bu gün
Pezeşkian Xameneinin “qorxunc ssenarisidir” - Sensasion iddia
12:55, Bu gün
Azərbaycanda sünnət edilən 4 aylıq körpə öldü
12:53, Bu gün
Azərbaycanlılar Gürcüstana axın edir- 2 mindən başlayan maaş...
12:50, Bu gün
Şagirdlərə summativ qiymətləndirmə ilə bağlı VACİB XƏBƏR
12:48, Bu gün
Əməkdar artist Cıdır düzündə poza verdi - FOTO
12:45, Bu gün
Sərhəddə "yatan" maşınlar, qərar və qadağalar - Avtomobillər gömrükdən necə keçirilir? - FOTO/VİDEO
12:40, Bu gün
Qromıkoya irad tutan, kommunist təbliğatına əngəllik törədən amerikalı GENERAL
12:39, Bu gün
“Məni qatı cinayətkar kimi həbs etdilər” - Polkovnik-leytenant
12:36, Bu gün
Nazir: TDT liderlərinin Şuşadakı sammitinin tarixi mənası var
12:33, Bu gün
İkinci dəfə ailə quran azərbaycanlı məşhur yarıçılpaq qızla BELƏ RƏQS ETDİ - VİDEO
12:29, Bu gün
İspaniya - Fransa matçını bu hakim idarə edəcək
12:26, Bu gün
TÜRK DÜNYASININ GÜCÜ
12:25, Bu gün
14 qurdun ABŞ parkında yaratdığı möcüzə - Dünya heyrətdə
12:24, Bu gün
BDU-da təkrar ali təhsil almaq istəyənlərin sənəd qəbulu prosesi davam edir
12:21, Bu gün
AFFA rəsmisi Avropa çempionatının seçmə mərhələsinin oyununa təyinat aldı
12:19, Bu gün
Ceyhun Bayramov sülhlə bağlı ƏSAS ŞƏRTLƏRİ AÇIQLADI
12:16, Bu gün
İyulun 8-i ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - RƏSMİ
12:15, Bu gün
Bayramov İranın yeni Prezidenti ilə bağlı danışdı: "İnanırıq ki..."
GÜNLÜK
00:00, Bu gün
Marketlərdə satılan bu yağlar ömrü qısaldır: “Bir çox ölkələrdə satışı qadağan olunub”-ARAŞDIRMA+ÖZƏL
07 Jul 2024 | 21:26
Varlanması asan olan 3 bürc
07 Jul 2024 | 21:22
İranda prezident seçkisinin nəticələri rəsmən təsdiqlənib
07 Jul 2024 | 18:27
Ərdoğandan UEFA-ya cavab: "Almanların qartalı, fransızların xoruzu var, cəzalandırırsan?"
12:53, Bu gün
Azərbaycanlılar Gürcüstana axın edir- 2 mindən başlayan maaş...
07 Jul 2024 | 18:47
Bayburt Universitetində Türkiyə, Azərbaycan, Qırğızıstan və Özbəkistandan olan mütəxəssislərin iştirakı ilə tədbir keçirilib
07 Jul 2024 | 23:44
Bəysiz "ərə getmək" indi dəbdədir... - Solo-toylar (MARAQLI)
07 Jul 2024 | 19:17
“Ağdam və Xankəndi kimin kim olduğunun ən böyük isbatıdır”
07 Jul 2024 | 22:05
Əməkdar artist Cıdır düzündə poza verdi - FOTO
07 Jul 2024 | 18:48
Güney Azərbaycanda qələbə şənlikləri keçirilir
HƏFTƏLİK
07 Jul 2024 | 09:12
Paşinyan Azərbaycanla sərhədə - düz tikanlı məftillərin yanına gəldi və belə yazdı...-VİDEO
04 Jul 2024 | 06:40
Bakıda bu tarixdə yeni metrostansiya açılacaq
06 Jul 2024 | 08:26
İranın yeni prezidenti Məsud Pezeşkiyan kimdir?- Döyüşçü, həkim, rektor... DOSYE  
00:00, Bu gün
Marketlərdə satılan bu yağlar ömrü qısaldır: “Bir çox ölkələrdə satışı qadağan olunub”-ARAŞDIRMA+ÖZƏL
02 Jul 2024 | 12:32
Avtobus və metroda bu şəxslərə güzəşt edilə bilər: İki kateqoriya müəyyənləşir...
02 Jul 2024 | 16:50
“Evdə uşaqlarımla türkcə danışmışıq, farscaya icazə verməmişəm” - VİDEO
07 Jul 2024 | 15:07
“Polisə silahlı müqavimət göstərməyə görə cəza  sərtləşdirilməlidir”
04 Jul 2024 | 12:18
“İranda ən böyük səlahiyyət sahibi Əli Xameneinin də Azərbaycan türkü olduğu deyilir: nəsə dəyişibmi?..”
04 Jul 2024 | 09:22
“Rusiyanın texnika anbarları, demək olar ki, boşdur...”-Hərbi ekspert
04 Jul 2024 | 07:17
"Azərbaycan bayrağı addım-addım irəliləyir..."- Vardanyan...- FOTO
AYLIQ
00:00, Bu gün
Marketlərdə satılan bu yağlar ömrü qısaldır: “Bir çox ölkələrdə satışı qadağan olunub”-ARAŞDIRMA+ÖZƏL
07 Jul 2024 | 21:26
Varlanması asan olan 3 bürc
07 Jul 2024 | 21:22
İranda prezident seçkisinin nəticələri rəsmən təsdiqlənib
07 Jul 2024 | 18:27
Ərdoğandan UEFA-ya cavab: "Almanların qartalı, fransızların xoruzu var, cəzalandırırsan?"
12:53, Bu gün
Azərbaycanlılar Gürcüstana axın edir- 2 mindən başlayan maaş...
07 Jul 2024 | 18:47
Bayburt Universitetində Türkiyə, Azərbaycan, Qırğızıstan və Özbəkistandan olan mütəxəssislərin iştirakı ilə tədbir keçirilib
07 Jul 2024 | 23:44
Bəysiz "ərə getmək" indi dəbdədir... - Solo-toylar (MARAQLI)
07 Jul 2024 | 19:17
“Ağdam və Xankəndi kimin kim olduğunun ən böyük isbatıdır”
07 Jul 2024 | 22:05
Əməkdar artist Cıdır düzündə poza verdi - FOTO
07 Jul 2024 | 18:48
Güney Azərbaycanda qələbə şənlikləri keçirilir