İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi - YENİLƏNİB + FOTO
Siyasət
Oxunub: 1641
04 Jul 2024 | 17:15
İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi - YENİLƏNİB + FOTO
İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində "ŞƏT plyus" formatında görüş keçirilir.
 
Moderator.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
 
Dövlətimizin başçısı görüşdə çıxış edib.
 
Prezident İlham Əliyevin çıxışı
 
"Hörmətli Kasım-Jomart Kemeleviç.
 
Hörmətli dövlət və hökumət başçıları.
 
Əvvəlcə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısına dəvətə görə Qazaxıstan Prezidentinə təşəkkürümü bildirmək istərdim.
 
Bu, mənim son iki ildə Qazaxıstana dördüncü səfərimdir. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib və bu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.
 
Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Biz bunu Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndiririk.
 
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.
 
Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb.
 
Biz tərəfdaşlarımızla Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyirik.
 
Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir.
 
Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda biz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyirik, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.
 
Hörmətli həmkarlar, 2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi.
 
Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Biz 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdik, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdik, Hərəkatın institusional inkişafına töhfə verdik, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdik, habelə Qadın Platformasının əsasını qoyduq.
 
Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq.
 
Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.
 
Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm.
 
Sağ olun".
 
16:45
 
İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində "ŞƏT plyus" formatında görüş keçirilir.
 
Moderator.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
 
Dövlətimizin başçısı görüşdə çıxış edib.
 
Qeyd edək ki, "ŞƏT plyus" formatında keçirilən Sammitə 16 ölkənin dövlət və hökumət başçıları qatılıb. Dövlətimizin başçısı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ŞƏT-in sədri statusunda dəvəti ilə Zirvə toplantısında iştirak edir. Xatırladaq ki, bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir.
 
"Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq" mövzusuna həsr olunan Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə edəcəklər. Əsas siyasi sənəd olan Astana Bəyannaməsi ŞƏT-in bir çox aktual məsələlərlə bağlı mövqeyini ortaya qoyacaq, təşkilatın fəaliyyətini qiymətləndirəcək və gələcək üçün istiqamətləri müəyyənləşdirəcək.
 
Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Xatırladaq ki, 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilən Zirvə görüşündə Belarusun bu təşkilat çərçivəsində statusunun üzv dövlət səviyyəsinə yüksəldilməsi prosesi başlanıb. Astana Sammitində Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması barədə qərar qəbul ediləcək.
 
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
 
14:44
 
İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində "ŞƏT plyus" formatında görüş keçirilir.
 
Moderator.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

 

Oxşar xəbərlər
01:21, Bu gün
Gənc norveçli velosipedçi yarış zamanı öldü
01:06, Bu gün
Hakimin bu qərarı müzakirələrə səbəb oldu
01:04, Bu gün
Dələduzlar onkoloji xəstənin əməliyyat pulunu oğurladılar - İDDİA
01:02, Bu gün
HƏMAS İsraillə barışığa ilkin razılıq verib
00:59, Bu gün
AVRO-2024: Niderland yarımfinalda İngiltərəyə rəqib oldu
06 Jul 2024 | 22:45
AVRO-2024: İngiltərə millisi yarımfinala vəsiqə qazanıb
06 Jul 2024 | 22:40
"Hazırda hər şagirdə ildə təqribən 1300 manata qədər vəsait sərf olunur, amma bu pulun..." — AÇIQLAMA
06 Jul 2024 | 22:33
Abşeronda 2 yaşlı körpə evin ikinci mərtəbəsindən yıxılaraq ölüb
06 Jul 2024 | 22:28
"Bu həyatda hər şeyin bir bədəli var" — Xatirə
06 Jul 2024 | 22:20
125 min dollara kosmosa hava şarı ilə səyahət
06 Jul 2024 | 22:13
Azərbaycan güləşçiləri Avropa çempionatında 1 qızıl və gümüş medal qazanıb
06 Jul 2024 | 22:05
Bu halda mütləq kardioloqa müraciət edin
06 Jul 2024 | 22:00
Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil
06 Jul 2024 | 21:52
Hakan Fidan: Can Azərbaycanı TDT-nin Zirvə görüşünə uğurla ev sahibliyinə görə təbrik edirəm
06 Jul 2024 | 21:45
İzmirdə meşə yanğını: Dörd təyyarə və beş helikopter cəlb olundu 
06 Jul 2024 | 21:40
Latviya Ukraynaya 2500 dron verir
06 Jul 2024 | 21:35
10 milyon qarşılığında milyarderin oğlu üçün səhnəyə çıxdı
06 Jul 2024 | 21:29
İldırım 19 nəfərin həyatına son qoydu
06 Jul 2024 | 21:22
"HƏMAS girovların azad edilməsi üzrə əsas tələbindən imtina edib" - "Reuters"
06 Jul 2024 | 21:19
İran və Rusiya bir-birinin bank kartlarından istifadəyə başlayır
06 Jul 2024 | 21:15
Axşamlar televizora baxmaq, telefonla oynamaq yerinə bunu edin
06 Jul 2024 | 21:09
Rusiya düyü ixracına qadağanın müddətini uzatdı
06 Jul 2024 | 21:03
Azərbaycanın üç sərbəst güləşçisi Avropa çempionatında finala yüksəlib
06 Jul 2024 | 20:58
Böyrək daşlarının qarşısını alan İÇKİ
06 Jul 2024 | 20:47
Belarus Rusiyaya satılan bu məhsulların qiymətini 6-cı dəfə artırdı
06 Jul 2024 | 20:42
Qarabağ Universitetində -  VAKANSİYA VAR
06 Jul 2024 | 20:37
“iPhone 16 Pro”nun qiyməti və xüsusiyyətləri açıqlandı
06 Jul 2024 | 20:33
Bu psixoloji test bütün sirlərinizi açacaq 
06 Jul 2024 | 20:27
Dörd bürc üçün xoşbəxt dövr başlayır: Kim inanılmaz dərəcədə şanslı olacaq?
06 Jul 2024 | 20:24
"Böyük Britaniya Ukaynaya dəstəyi davam etdirəcək" - Britaniyanın yeni XİN rəhbəri
06 Jul 2024 | 20:20
Məşhur moda brendləri məhkəməyə verildi — SƏBƏB
06 Jul 2024 | 20:15
Niderland azarkeşlərindən Bozqurd işarəsi
06 Jul 2024 | 20:08
Tanınmış bloqer plastik əməliyyatdan sonra öldü
06 Jul 2024 | 20:06
AVRO-2024: İngiltərə - İsveçrə matçına start verilib
06 Jul 2024 | 20:05
Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – SİYAHI
06 Jul 2024 | 19:59
"Aygün çeki verdi ki, qızının 1 illik təhsilhaqqını ödə"
06 Jul 2024 | 19:55
Naxçıvanda qətl törətməkdə şübhəli bilinən şəxs Türkiyədə SAXLANILDI
06 Jul 2024 | 19:50
"Elə tərbiyə görmüşük ki, belə qələt etməmişik"
06 Jul 2024 | 19:47
Bu körpü Azərbaycana qaytarılır
06 Jul 2024 | 19:40
Bu pişik 5 baş naziri yola salıb
06 Jul 2024 | 19:35
"Kaş onların sayı çox olardı"
06 Jul 2024 | 19:31
Saatlıda 72 yaşlı kişi şüşə parçası ilə qətlə yetirilib, oğlu saxlanılıb
06 Jul 2024 | 19:20
"Formula 1" üzrə Böyük Britaniya Qran-prisində sıralama turunun qalibi müəyyənləşib
06 Jul 2024 | 19:13
"Mən təkcə kampaniya aparmıram, həm də dünyanı idarə edirəm" - Bayden
06 Jul 2024 | 19:05
Azərbaycanın dövlət qurumlarının əməkdaşları arasında stend atıcılığı üzrə yarış keçirilib
06 Jul 2024 | 18:58
Məşhurlaşan, sevilən meyvə- AVAKADONUN FAYDALARI
06 Jul 2024 | 18:50
"Yuğ"da ikiadamlıq tamaşa -  P.A.N.D.A
06 Jul 2024 | 18:46
Özbəkistan Prezidentinin Azərbaycana səfəri başa çatıb
06 Jul 2024 | 18:42
Banqladeşli qrossmeyster oyun zamanı dünyasını dəyişib
06 Jul 2024 | 18:37
Bu məhsulların xaricə satışından 130 milyon dollar gəlir əldə olunub
06 Jul 2024 | 18:32
İngiltərə klubunun portuqaliyalı futbolçusu "Əl-Nəsr"dən təklif alıb
06 Jul 2024 | 18:27
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başa çatıb
06 Jul 2024 | 18:22
Yay ərzində necə qidalanmalı?-DİETOLOQ
06 Jul 2024 | 18:15
"Dostoyevski" festival-gəzintisi baş tutacaq
06 Jul 2024 | 18:14
Kasım-Jomart Tokayevin Azərbaycana səfəri başa çatdı
06 Jul 2024 | 18:13
İlham Əliyevin adından TDT-nin dövlət və hökumət başçılarının şərəfinə nahar verildi
06 Jul 2024 | 18:10
Kartofun yanına bu meyvəni qoyun: CÜCƏRMƏYƏCƏK
06 Jul 2024 | 18:06
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
06 Jul 2024 | 18:02
TDT-nin nüfuzu getdikcə artır - RƏY + VİDEO
06 Jul 2024 | 17:58
Şuşada TDT dövlət başçılarının Zirvə görüşü: İlham Əliyev tədbirdə çıxış etdi - YENİLƏNİB + FOTO/VİDEO
06 Jul 2024 | 17:53
İdmançılarımızın Paris-2024 hədəfləri: "Əziyyətlər bizə qızıl medal formasında geri qayıdacaq" - FOTO/VİDEO
06 Jul 2024 | 17:46
Aleksey Dzermant: "Bakının öz milli maraqları naminə hərəkət etmək iradəsi var" - MÜSAHİBƏ
06 Jul 2024 | 17:40
Azərbaycanlı məşhuru zəhərləmək istədilər: Səsi batdı... - FOTO
06 Jul 2024 | 17:35
AzVP Siyasi Şuranın iclasında seçkilər haqda qərarını açıqladı...-FOTOLAR
06 Jul 2024 | 17:30
AZAL ictimaiyyətə müraciət etdi
06 Jul 2024 | 17:25
Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana TƏHVİL VERİLƏCƏK
06 Jul 2024 | 17:20
Azad olunan ərazilərdə yeni seçki məntəqələri yaradılacaq
06 Jul 2024 | 17:15
"Xüsusi hərbi əməliyyat" daha dəbdə deyil, müharibə bundan sonra "Ukrayna münaqişəsi" adlanacaq..."
06 Jul 2024 | 17:10
Tanınmış bloger plastik əməliyyatdan sonra öldü - FOTOLAR
06 Jul 2024 | 17:05
Hüsniyənin Amerikada başına iş gəldi - VİDEO
06 Jul 2024 | 17:00
Deputatlığa namizədliyini irəli sürənlərin SAYI AÇIQLANDI
06 Jul 2024 | 16:55
Paris-2024-də cüdoçularımızın tatamiyə çıxacaqları tarix AÇIQLANDI - SİYAHI
06 Jul 2024 | 16:50
Rusiya TV məkanında ən məşhur verilişin ilk aparıcılarından biri vəfat etdi
06 Jul 2024 | 16:46
Gənclər arasında sürətlə yayılan xəstəlik – SƏBƏB NƏDİR?
06 Jul 2024 | 16:40
Parlament seçkiləri ilə əlaqədar nümayəndələri qeydə alınan partiyaların sayı AÇIQLANDI
06 Jul 2024 | 16:35
Azərbaycan gimnastları İspaniyada qızıl medal qazanıb
06 Jul 2024 | 16:30
"Putin Ukraynanı məhv etmək üçün müharibənin "tam və qəti şəkildə" başa çatmasını istəyir" - ISW
06 Jul 2024 | 16:24
Ordudakı yeyinti ilə bağlı şok ifadələr: "29 ay vəzifədə olmuşam, 30 aydır..."
06 Jul 2024 | 16:22
Türk Dövlətləri Təşkilatını yeni qlobal güc mərkəzinə çevirməyi hədəfləyən QARABAĞ BƏYANNAMƏSİ - Deputatın YAZISI
06 Jul 2024 | 16:19
MSK parlament seçkiləri ilə əlaqədar növbəti iclas keçirir
06 Jul 2024 | 16:14
Abşeronda zəncirvari QƏZA: Yaralılar var - FOTO
06 Jul 2024 | 16:09
Aeroport şosesində DYP avtomobili zəncirvari qəzaya düşdü: "Evakuator vurmamaq üçün əks yola çıxdı" - YENİLƏNİB + VİDEO
06 Jul 2024 | 16:03
"Gənc istedadlar" liseyinin 5 şagirdi Respublika Fənn Olimpiadalarının qalibidir
06 Jul 2024 | 15:59
Türkiyədə hərəkətdə olan avtomobil atəşə tutuldu - Ölən və yaralananlar var
06 Jul 2024 | 15:54
ƏHD Partiyası parlament seçkilərində iştirak edəcək - FOTOLAR
06 Jul 2024 | 15:50
AVRO-2024-də ən çox oyundankənar vəziyyətə düşən futbolçu bəlli oldu
06 Jul 2024 | 15:46
Səmavi siyasət: Bayden "ilahi işarə" gözlədiyini dedi
06 Jul 2024 | 15:40
Müğənninin konsertdən sonra vəziyyəti pisləşdi - xəstəxanaya yerləşdirildi - FOTO
06 Jul 2024 | 15:38
Qubada bir nəfər göldə batdı
06 Jul 2024 | 15:35
Cevdet Yılmazın Azərbaycana səfəri başa çatdı - FOTO
06 Jul 2024 | 15:32
ƏHD Partiyası İranda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı açıqlama yaydı
06 Jul 2024 | 15:26
Qorxunc içkilər marketlərdə... - İntihara səbəb olur
06 Jul 2024 | 15:20
Təcridxanada olan qardaşına narkotik vasitə aparan şəxs SAXLANILDI
06 Jul 2024 | 15:15
İndiyə qədərki ən təhlükəli variant - Dəri ilə təmasda olduqda ötürülür
06 Jul 2024 | 15:11
“Pezeşkian təcrübəli biri kimi zaman və şəraitə uyğun hansısa islahatlara əl ata bilər...”
06 Jul 2024 | 15:05
İlham Əliyevin Merih Demirelə dəstəyi Türkiyə mediasında geniş işıqlandırıldı - VİDEO
06 Jul 2024 | 15:00
Bu gün Türkiyə-Niderland oyunu keçiriləcək - Türk dünyasının gözü və qəlbi Almaniya stadionunda
06 Jul 2024 | 14:53
TDT-nin baş katibi Azərbaycana təşəkkür etdi
06 Jul 2024 | 14:49
Yeni prezident, ya Azərbaycana yönəlmiş siyasət?
06 Jul 2024 | 14:43
İranın budəfəki Azərbaycanəsilli Prezidenti ilə münasibətimiz necə olacaq? -AÇIQLAMA 
GÜNLÜK
06 Jul 2024 | 08:26
İranın yeni prezidenti Məsud Pezeşkiyan kimdir?- Döyüşçü, həkim, rektor... DOSYE  
06 Jul 2024 | 07:19
Köçəryanı Azərbaycanın sərhədinə gətirən SƏBƏB NƏ OLDU?..  -VİDEO
06 Jul 2024 | 07:35
SON DƏQİQƏ: İstanbula meteorit düşdü - FOTO
06 Jul 2024 | 07:47
Pezeşkian İranda keçirilən prezident seçkilərində qalib gəlib
06 Jul 2024 | 08:08
Gənclər arasında sürətlə yayılan xəstəlik...
06 Jul 2024 | 10:22
“Deluxe Residence” MTK gecəyarı tanınmış musiqiçinin evini sökməyə cəhd edib: “Razılığa gələ bilmirik..”-FOTO+VİDEO
06 Jul 2024 | 07:23
NASA-nın iki kosmonavtı Yerə qayıda bilmir
06 Jul 2024 | 11:20
Xalq artisti açıq havada konsert verdi, geyimi gündəm oldu - VİDEO
06 Jul 2024 | 08:59
“Vandal” donuzlar Ukraynada ölmüş işğalçı Rusiya hərbçilərinin məzarlarını oyur...+VİDEO
06 Jul 2024 | 08:55
Aşağı Gövhər Ağa məscidində prezidentin diqqətini çəkən detal - FOTO
HƏFTƏLİK
01 Jul 2024 | 11:44
“Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək...”
04 Jul 2024 | 06:40
Bakıda bu tarixdə yeni metrostansiya açılacaq
06 Jul 2024 | 08:26
İranın yeni prezidenti Məsud Pezeşkiyan kimdir?- Döyüşçü, həkim, rektor... DOSYE  
30 Jun 2024 | 20:14
Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ
02 Jul 2024 | 12:32
Avtobus və metroda bu şəxslərə güzəşt edilə bilər: İki kateqoriya müəyyənləşir...
02 Jul 2024 | 16:50
“Evdə uşaqlarımla türkcə danışmışıq, farscaya icazə verməmişəm” - VİDEO
30 Jun 2024 | 11:36
Zəng edib insanları aldadırlar: Yeni dələduzluq növü yayılıb - XƏBƏRDARLIQ
30 Jun 2024 | 07:40
Bakıda əmək haqqı 40 manat artdı- orta aylıq əmək haqqı 1 282 manat...
04 Jul 2024 | 12:18
“İranda ən böyük səlahiyyət sahibi Əli Xameneinin də Azərbaycan türkü olduğu deyilir: nəsə dəyişibmi?..”
04 Jul 2024 | 09:22
“Rusiyanın texnika anbarları, demək olar ki, boşdur...”-Hərbi ekspert
AYLIQ
06 Jul 2024 | 08:26
İranın yeni prezidenti Məsud Pezeşkiyan kimdir?- Döyüşçü, həkim, rektor... DOSYE  
06 Jul 2024 | 07:19
Köçəryanı Azərbaycanın sərhədinə gətirən SƏBƏB NƏ OLDU?..  -VİDEO
06 Jul 2024 | 07:35
SON DƏQİQƏ: İstanbula meteorit düşdü - FOTO
06 Jul 2024 | 07:47
Pezeşkian İranda keçirilən prezident seçkilərində qalib gəlib
06 Jul 2024 | 08:08
Gənclər arasında sürətlə yayılan xəstəlik...
06 Jul 2024 | 10:22
“Deluxe Residence” MTK gecəyarı tanınmış musiqiçinin evini sökməyə cəhd edib: “Razılığa gələ bilmirik..”-FOTO+VİDEO
06 Jul 2024 | 07:23
NASA-nın iki kosmonavtı Yerə qayıda bilmir
06 Jul 2024 | 11:20
Xalq artisti açıq havada konsert verdi, geyimi gündəm oldu - VİDEO
06 Jul 2024 | 08:59
“Vandal” donuzlar Ukraynada ölmüş işğalçı Rusiya hərbçilərinin məzarlarını oyur...+VİDEO
06 Jul 2024 | 08:55
Aşağı Gövhər Ağa məscidində prezidentin diqqətini çəkən detal - FOTO