Cavanşir Feyziyev: “Abay Kunanbayev qazax xalqının milli-mənəvi kimlik rəmzidir”
Siyasət
Oxunub: 2202
30 Jun 2024 | 22:14
Cavanşir Feyziyev: “Abay Kunanbayev qazax xalqının milli-mənəvi kimlik rəmzidir”
 
Qazax ədəbiyyatının, mədəniyyətinin görkəmli nümayəndəsi Abay Kunanbayevin bütün külliyatını özündə əks etdirən “İşıq varsa könüldə...” kitabı Azərbaycanda işıq üzü görüb. Mahmud Kaşğari adına Beynəlxalq Fondun layihəsi əsasında çap olunan kitabın layihə rəhbəri Fondun Prezidenti, Milli Məclisin deputatı, Dr. Cavanşir Feyziyevdir.  Türk dünyasının dəyərli alimi C.Feyziyev kitaba yazdığı ön sözdə Abay Kunanbayevin yaradıcılığı fonunda Azərbaycan-qazax ədəbi-mədəni əlaqələrini geniş müstəvidə təhlil edərək, Abay Kunanbayevin qazax xalqının milli dirçəlişi uğrunda mübarizəsinin Mirzə Fətəli Axundzadənin mövqeyi ilə yaxından səsləşdiyini vurğulayır:
Cavanşir Feyziyev 
Milli Məclisin deputatı
     Abay Kunanbayevin  “İşıq varsa könüldə...” kitabına Ön Söz...
 
 
 
Hər bir xalqın taleyində elə şəxsiyyətlər var ki, onların adı xalqın adı, milli-mənəvi kimliyi kimi səslənir. Belə adamlar mənsub olduqları xalqın simvolu - pasportu hesab olunurlar. Məsələn: Şekspir deyəndə gözlərimiz önündə ingilislər, Robert Börns deyəndə şotlandlar, Puşkin deyəndə ruslar, Şota Rustaveli deyəndə gürcülər, Taras Şevçenko deyəndə ukraynalılar canlanır. Qazax xalqından danışanda isə yada düşən ilk böyük şəxsiyyət Abay Kunanbayev olur. Bu xalqın özü də varlığını Abaysız təsəvvür edə bilmir. Avrasiyanın nəhayətsiz ərazilərinə yayılmış çoxsaylı qazax tayfaları Abay işığına yığışaraq vahid bir xalq, millət halına gəldiklərini etiraf edirlər. Çox az sayda şairlər var ki, öz xalqı tərəfindən Abay qədər sevilir və yada salınır. 
Təkcə ana vətəni Qazaxıstanda deyil, bütün türk dünyasında şəxsiyyəti böyük sevgiylə anılan, yaradıcılığı rəğbətlə qarşılanan qazax xalqının böyük şairi, mütəfəkkiri, bəstəkarı, maarifçisi, yazılı qazax ədəbiyyatının banisi Abay Kunanbayev 1845-ci ildə Semey (əski Semipalatinsk) vilayətində, Tobıklı nəslinin başçısı Kunanbay Oskenbayevin ailəsində dünyaya gəlib.  Arqın tayfasından olan Kunanbay rus rəhbərliyinin müəyyən etdiyi Karkaralı dairəsinin baş sultanı vəzifəsini daşıyırdı, bu vəzifənin sahibləri ərazidə inzibati və məhkəmə hakimiyyətinə malik idilər. Abayın əsl adı İbrahim olub, Abay isə nənəsi Zereninin ona əzizləmə mənasında verdiyi addır. O nənəsinin verdiyi bu adı  1886-cı ildə qələmə aldığı “Yay” şeirində  ilk dəfə ədəbi təxəllüs olaraq işlətməklə qazax xalqının tarixi-mənəvi yaddaşına “Abay” kimi öz adını həkk edib. 
Həyatda və əsərlərində ictimai ədalətsizliklərə qarşı çıxmış Abay Kunanbayev xalqın nicat yolunu maarifətlənməkdə, milli-mənəvi özünüdərkdə axtarmışdır. Buna görə də hakim təbəqələr tərəfindən təqib olunmuş, hətta ona qarşı sui-qəsd təşkil edilmişdir. Sui-qəsddən xilas olmaq mümkün olsa da, ümumiyyətlə, təzyiqlərdən yaxa qurtara bilməmişdir. Hakim təbəqələr onu cəmiyyətdən təcrid etmək, təkləmək, xalqın gözündən salmaq üçün müxtəlif təxribatlara əl atmaqdan çəkinməmişlər. Buna baxmayaraq, Abay Kunanbayev akın poeziyası, yəni xalq şeiri ruhunda poeziya nümunələri yaratmaqla ölkəsini və doğma xalqını cəmiyyətdə gedən prosesləri dərk etməyə çağırmışdır.
Qazax ədəbiyyatının əsas yaradıcılarından biri olan Abay Kunanbayev çoxsaylı lirik və satirik şeirlərin, lirik-epik poemaların və maarifçi-realist şeirlərin müəllifidir. Dünyagörüşü etibarilə maarifçi olan Abay Kunanbayevin bütün əsərləri həyatdakı ictimai ədalətsizliklərin tənqid edilməsinə, nadanlıq və cəhalətin aradan qaldırılmasına, elm və maarifin təbliğinə həsr olunmuşdur.
Abay Kunanbayev  ilk növbədə şair kimi şöhrət qazanmışdır. Qazax ədəbiyyatında XVIII əsrdən başlanmış xalq akın poeziyası ənənələrinin genişlənməsi və yazılı poeziyada xəlqiliyin qüvvətlənməsinə təsir göstərməsi proseslərinin dalğasında ədəbiyyata qədəm qoymuş sənətkar  öz ölkəsində yeni ruhlu şeirin əsas yaradıcılarından biri kimi ədəbiyyat meydanına gəlmişdir. Azərbaycan ədəbiyyatında olduğu kimi, XIX əsr Qazax ədəbiyyatında, o cümlədən, Abayın əsərlərində də maarifçiliklə xəlqilik üzvü surətdə bir-birini tamamlamış və qüvvətləndirmişdir. 
 Abay Kunanbayevin qazax xalqı arasında «Qara söz» kimi tanınan dərin məzmunlu kitabı mənsub olduğu xalqı ağ günə çıxarmaq uğrunda mübarizəyə ruhlandıran mühüm maarifçi-didaktik çağırışlardan ibarətdir. 
Göründüyü kimi, Abayın şeirlərində öz əksini tapmış ictimai mətləblər XIX əsr Azərbaycan ədəbiyyatında Mirzə Fətəli Axundzadədən, Abbasqulu ağa Bakıxanovdan Qasım bəy Zakirə və Seyid Əzim Şirvaniyədək ifadə olunan ictimai və maarifçi problemlərlə yaxından səsləşir. Bu şeirlərdə didaktikadan maarifçi realizmə doğru ciddi bir yolun ibrətamiz məqamları ifadə olunmuşdur. 
Qazax tayfalarının parçalanması ilə bağlı vətəndaş narahatlığı Abayın əsərlərində aparıcı xətlərdən birini təşkil edir. Bu məqamda Abay xalqının dərdlərini dərindən başa düşən, birləşmək üçün ona çarə axtaran və yol göstərən mütəfəkkir şair kimi çıxış edir. 
 «İsgəndər», «Maqsud» və «Əzim haqqında nağıl» poemaları XIX əsrdə qazax ədəbiyyatında meydana çıxmış mənzum hekayətçiliyin poemaya doğru inkişafını əks etdirən yeni tipli bədii əsərlərdir. Şeirlərində cəhaləti və ədalətsizliyi poetik cəhətdən ümumiləşdirilmiş şəkildə mənalandıran Abay poemalarında həmin motivləri canlı və ibrətamiz həyat hadisələri vasitəsi ilə təsvir etmişdir. Bu poemalar qazax ədəbiyyatını didaktik maarifçilik səviyyəsindən maarifçi-realist ədəbiyyat mərtəbəsinə qaldırmağın bariz nümunələridir. Bu, XIX əsrdə türk xalqları ədəbiyyatının, o cümlədən, qazax ədəbi fikrinin gəlib çatdığı mühüm bir mərhələ idi.
Abay Kunanbayevin yaradıcılığının zirvəsi «Əqliyyə» romanı hesab olunur. «Əqliyyə» romanında məşhur hind ədəbi abidəsi «Kəlilə və Dimnə» müdrikliyi ilə Mirzə Fətəli Axundzadənin «Kəmalüddövlə məktubları» fəlsəfi traktatındakı tənqidi ruh vəhdətdə ifadə olunmuşdur. «Əqliyyə» romanı Abayın əxlaq nəzəriyyəçiliyindən maarifçi realizmə doğru təkamül proseslərini bütün reallığı ilə əks etdirir. Bu, ümumi nəsihətçilikdən uzaq olub, cəmiyyətdə baş verən hadisələrdən, ictimai münasibətlərdən çıxarılan ümumiləşdirilmiş nəticələri meydana qoyan, çıxış yollarını diqqətə çatdıran mükəmməl sənət nümunəsidir. Bu mənada, XIX əsr qazax nəsrinin şah əsəri olan «Əqliyyə» romanı dünya maarifçi-realist ədəbiyyatının mühüm və əhəmiyyətli örnəklərindən biri sayılmağa layiqdir. 
 Abay Kunanbayevin «Qara söz» adlandırdığı «Əqliyyə» romanı böyük və müdrik söz kimi qazax xalqını ağ günə çıxarmağın ibrətamiz dərsləri və çağırışlarıdır. Bu əsər bir daha sübut edir ki, Abay qazax maarifçilik hərəkatının ən böyük ideoloqu olmuşdur. O, cəmiyyətin inkişafını sosial ədalətin təmin olunmasında, idrak yolunda və elmə yiyələnməkdə axtarmışdır. Əsərlərindəki didaktik-maarifçi ideyalar böyük mütəfəkkirin əsas qayəsini və məramını ifadə edən baxışların təcəssümüdür.
Bütün bunlara görə, Abay Kunanbayev indiyədək ədəbiyyatşünaslıq əsərlərində qeyd edildiyi kimi, heç də tənqidi realizmin yox, qazax ədəbiyyatındakı maarifçi realizmin görkəmli nümayəndəsi və əsas yaradıcılarından biridir.
Abay Kunanbayevin həyatı və yaradıcılığını Azərbaycanla bağlayan xeyli məqamlar vardır. Belə ki, Abayın ədəbi dünyagörüşünün formalaşmasında Nizami Gəncəvinin və Məhəmməd Füzulinin əsərlərinin mühüm rolu olmuşdur. Əsərlərindən də aydın görünür ki, Abay XIX əsrin yetmiş-səksəninci illərində Orta Asiyada geniş yayılmış Mirzə Fətəli Axundzadənin dram əsərləri və fəlsəfi baxışlarını əks etdirən «Kəmalüddövlə məktubları» fəlsəfi traktatı ilə də tanış imiş.
Tərcümeyi-halından aydın olur ki, Abayın dünyagörüşünün formalaşmasında Qərb mədəniyyəti və Şərq ədəbiyyatı ilə yanaşı, zəngin ənənələrə malik rus ədəbiyyatının da böyük rolu olmuşdur. «Əqliyyə» romanında müşahidə edirik ki, Abay tarix baxımından və coğrafi ərazi etibarilə Qazaxıstana yaxın olan Rusiya ilə əlaqələri, rus dili və mədəniyyətini öyrənməyi öz dövrü üçün faydalı hesab etmişdir. Abay  rus dili və maarifçiliyinə yiyələnməyi o zamankı feodal geriliyindən inkişafa doğru mühüm addım kimi dəyərləndirmişdir: «Rus dilini öyrənmək, rus məktəblərində oxumaq, rus elminə yiyələnmək bu xalqın ən yaxşı keyfiyyətlərini mənimsəməyə və onun nöqsanlarından uzaq olmağa imkan yaradır. Rus dilini bilmək - gözüaçıq dünyanı görməkdir. ...Rus elmi və mədəniyyəti dünyanı dərk etməyin açarıdır. Onlara yiyələnməklə xalqımızın həyatını xeyli yüngülləşdirmək olar».
Çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan Abay Kunanbayevin fəaliyyətində tərcüməçilik  özünəməxsus yer tutur. O, rus ədəbiyyatı klassiklərinin əsərlərini qazax dilinə tərcümə etməklə həm öz xalqını Aleksandr Puşkin və Mixail Lermantov kimi böyük sənətkarların əsərləri ilə tanış etmək istəmiş, həm də onların əsərlərindəki ibrətamiz, tərbiyəvi, maarifçi fikirləri cəmiyyətin diqqət mərkəzinə çəkmişdir. Abayın rus ədəbiyyatından tərcümə üçün müraciət etdiyi bədii nümunələr maarifçi-didaktik fikirlərin və vətənpərvərlik duyğularının geniş üstünlük təşkil etdiyi əsərlərdir. Abay Aleksandr Puşkinin «Yevgeni Onegin» poemasını çox sevmiş, bu əsərin bir çox hissələrini əzbər söyləməklə qazax xalqı arasında yaymışdır. O, «Yevgeni Onegin» poemasındakı Tatyananın məktublarından  seçilmiş parçalardan mahnı mətni tərtib etmiş və onun əsasında musiqi əsəri bəstələnmişdir.
Ümumiyyətlə, Abay musiqi və nəğmənin böyük təsir gücündən maarifçi məqsədlərini xalqa çatdırmaq üçün bacarıqla istifadə etmişdir. O, məşhur qazax akını Cambul Cabayevlə dostluq edərək onun oxuduğu mahnıları dinləmiş və yüksək qiymətləndirmişdir.
Abayın bəstələdiyi mahnılar el-akın nəğmələri kimi səslənir və xalq tərəfindən rəğbətlə qarşılanır. Onun mahnıları bu gün də milli-mənəvi özünüdərk baxımından mühüm əhəmiyyətə malikdir. Abay Kunanbayevin sözlərinə bəstələnmiş mahnılar doğma xalqını aydın sabahlara səsləyən nəğmələrdir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Qazax ədəbiyyatının görkəmli klassiki Abay Kunanbayevin anadan olmasının 125 və 150 illik yubileylərində iştirak və çıxış etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev  Abayın yaradıcılığına həmişə yüksək qiymət vermişdir: «Abay, onun yaradıcılığı... qazax xalqının fəxri, qazax xalqının xoşbəxtliyidir. Çünki onun belə görkəmli övladı, alimi, maarifçisi var və o, öz xalqının xoşbəxtliyinə və firavanlığına aparan düzgün yol göstərmişdir. Bununla yanaşı, o bütün bəşəriyyətə, eyni zamanda, Azərbaycan xalqına məxsusdur. Biz Azərbaycanda Abayın yaradıcılığının əhəmiyyətini yüksək qiymətləndiririk».
Abay Kunanbayevin həyat yolu haqqında Muxtar Auezov 1942-1947-ci illərdə «Abay» adlı roman yazmış, daha sonra bu əsər üzərində yenidən işləyərək  genişləndirmiş və 1952-ci ilə onu «Abay yolu» epopeyası şəklində oxuculara təqdim etdirmişdir. Muxtar Auezovun «Abay yolu» qazax xalqının milli oyanış və dirçəlişinin mükəmməl epopeyasıdır. Təsadüfi deyildir ki, dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov «Abay yolu» epopeyasını «türk xalqlarının ortaq estetik və sosial ensiklopediyası» adlandırmışdır. Qazax xalqının taleyində oynadığı mühüm rola, dərin ictimai məzmununa və yüksək sənətkarlıq xüsusiyyətlərinə görə Muxtar Auezovun «Abay yolu» epopeyasını görkəmli rus yazıçısı Mixail Şoloxovun «Sakit Don» trilogiyası ilə müqayisə etmək olar. Obrazlı şəkildə belə demək olar ki, Muxtar Auezovun «Abay yolu» epopeyası qazax ədəbiyyatının «Sakit Don»udur. 
Azərbaycanda Abay Kunanbayevin həyatı və yaradıcılığına dair əhəmiyyətli tədqiqat əsərləri yazılmışdır. Xalq yazıçısı Mirzə İbrahimovun «Xalqın böyük ədibi» məqaləsi (1977) Abay Kunanbayevin xidmətlərinə Azərbaycandan mütəfəkkir yazıçı baxışının ifadəsidir. Xalq yazıçısı Anar “Ağaclar quruyur qocalar kimi» adlı məqaləsində (2020) Abayın mükəmməl elmi-ədəbi portretini yaratmışdır.
 Abayın yaradıcılığında Azərbaycan klassik ədəbiyyatı motivləri və müasiri olmuş azərbaycanlı şair və yazıçıların yaradıcılıq idealları ilə səsləşən şeirləri təhlil edən Anar doğru olaraq belə qənaətə gəlmişdir ki: «Azərbaycan türkləriylə qazaxların dərdləri, bəlaları da dilləri və taleləri kimi yaxın idi. Odur ki, bu xalqların şairləri də eyni oda yanırdılar». Həqiqətən, Abayın qazax xalqının oyanışı və dirçəlişi uğrunda apardığı mübarizə Azərbaycan ədəbiyyatında Mirzə Fətəli Axundzadə ilə başlanan və mollanəsrəddinçilərə qədər davam edən maarifçi-demokratik hərəkatı təmsil edən görkəmli şair və yazıçıların baxışları və fəaliyyəti ilə səsləşir, “eyni oda yanmağın” fəlsəfəsi ilə doğmalıq təşkil edir.
Abay Kunanbayevev Azərbaycan ədəbiyyatşünaslığında «qazax ədəbiyyatının dan ulduzu» (Pənah Xəlilov) və “bədii söz nəhəngi” (Xəlil Rza) kimi yüksək qiymətləndirilmişdir. Ölkəmizdə çap olunmuş kitablar və məqalələr Azərbaycan elminin və ədəbi-ictimai fikrinin dünya Abayşünaslığına əhəmiyyətli töhfələridir.
Böyük qazax mütəfəkkiri və şairi Abayın əsərləri dünyanı ədalətə, insanlığa, bərabərliyə, dostluğa, həmrəyliyə çağırır. Abayın yolu - milli-mənəvi birlik və müstəqillik uğrunda mübarizə aparan xalqların ortaq tale yollarının bədii ifadəsidir. Bütün bunlara görə Abay Kunanbayevin yaradıcılığı ortaq taleyi paylaşan Azərbaycan üçün hər zaman aktual və müasirdir.
 Dövlətimiz Bakının gözəl yerlərinin birində qazax xalqının böyük şairi Abayın əzəmətli heykəlini ucaldıb. Qoy bu kitab da dövlətimiz adına böyük şairə həsr olunan növbəti abidə olsun!
Cavanşir Feyziyev 
Milli Məclisin deputatı
 
 
 
 
                    
Tərcümələrdə Abayın taleyi...
Akılbek Şayaxmet
 Kostanay Dövlət Universitetinin professoru
 
Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, Azərbaycan Respublikası Parlametinin deputatı  Cavanşir Feyziyevin təşəbbüsü və dəstəyi ilə  Qazax ədəbiyyatının klassiki, böyük Qazax mütəfəkkiri və şairi  ABAYın “Seçilmiş əsərləri”nin Azərbaycan dilində nəşrə hazırlanması xəbərini böyük fərəh və sevinc hissi və layihə rəhbərinin ünvanına şükranlıqla  qarşıladım. 
Kitaba ABAYın bütün şeirləri, poemaları və “Qara sözlər” əsəri daxil edilmişdir. Nəşrin keyfiyyətini daha yaxşı öyrənmək üçün onu Qazaxıstanda yaşayan, qazax dilini müəkəmməl bilən azərbaycanlı mütəxəssis dostlarıma göstərdim. Onlarla olan müzakirə və mükaliməmizdən kitabın yüksək səviyyədə tərcümə olunduğu qənaətini hasil etdik. Bu şərəfli işin öhdəsindən yüksək peşəkarlıq və bacarıqları sayəsində layiqincə gələn dostlara təşəkkür edirəm. Əsərlərdə yer alan ən incə mətləblər, sətiraltı ifadələr, qazax atalar məsəlləri və folklor nümunələri belə çox böyük ustalıqla Azərbaycan dilinə tərcümə olunmuşdur. Əlbəttə, bu iş bir qazax şairi və ədəbiyyat adamı olaraq məni hədsiz dərəcədə sevindirdi. ABAYın təkcə Qazaxıstanın deyil, bütün Türk dünyasının bir mütəfəkkir şairi olaraq qəbul edilməsinin və bu məqsədlə onun əsərlərinin bütün türk şivə və ləhcələrində çap olunmasının çoxdan zamanı çatıb. İnanıram ki, Abayın yaradıcılığı ilə bağlı qardaş Azərbaycan tərəfindən belə bir addımın atılması ölkələrimiz arasında ədəbi əlaqələrin yüksəlməsinə, qədim ortaq dəyərlərimizin bir-birimizə tanıdılmasına böyük töhfə olacaqdır.
Abay dünyanın dahi yazarları və mübarizləri sırasında öz layiqli yerini əlbəttə ki, tutmuşdur.  Qazax xalqının bu dahi şairi yeni qazax ədəbiyyatının, eləcə də qazax ədəbi dilinin təməlini qoyanlardan biri olmaqla, eyni zamanda milli ədəbiyyatımızda tərcüməçilik ənənəsini yaratmış, bunlara yeni məzmun və məna vermişdir.
Abayı yalnız dörddə bir hissəsi suyun üzündə qalan aysberqə bənzətmək olar, qalan hissəsi suyun altındadır. Abayı təkcə oxumaq və dinləmək azdır, onu bütün qəlbinlə qəbul etmək və söylədiklərini ağılla idrak etmək lazımdır.
Abay bir çox şeirlərində ürəyin səsinə daha çox üstünlük versə də, bədii əsərlərində ağılın, ürəyin və azad düşüncənin hökmünü bir konteksdə cəmləşdirir. Bu üç anlayış onun baxışlarında bir bütöv halında təcəssüm edir. Abay ruhani dəyərləri hər zaman ön planda görür, tək və qüdrətli Allahı tanıyır və onun rəsulu Məhəmməd peyğəmbərə inam bəsləyir, insanları inanclı olmağa, Allah qarşısında öz borclarını yerinə yetirməyə səsləyir.
Məhz Abayın sayəsində XIX əsrdə Puşkinin, Lermantovun şeirləri qazax çöllərində dombranın müşaiyəti ilə oxunmağa başladı. Krılovun təmsilləri yurtalarda öz yeni dinləyicilərini tapdı. Çox maraqlı faktlardan biri də budur ki, Abayın şeirləri və tər-cümə etdiyi “Yevgeni Onegin” kitabı hələ o zaman ləl-cəvahirat kimi yeniyetmə qızlara peşkəş verilərdi. Böyük çöldə Abayın “Tatyanaya məktub”, “Oneginin cavabı”, “Tatyananın sözləri” adlandırdığı nəğmələr oxunurdu. “Rus həyatının ensklopediyası”nın qəhrəmanı – “Yevgeni Onegin”in Tatyanası eyni zamanda qazaxların da sevimli qəhrəmanına çevrilmişdi. Tatyananın nəğmələri dildən-dilə gəzirdi. Bu könül dualarını, gənclik kədərini kimlər oxumuşdular? Bunlar Abayla Puşkin ruhunun qarşılıqlı ünsiyyətindən yaranmışdı.
Abayı dərin milli kökləri olan palıd ağacına bənzətmək olar. Şair insanın daxili aləmini, əbədi sevgisini və insanların dostluğunu tərənnüm etdiyindəndir ki, onun poeziyası sərhəd tanımaz. Abay yalnız aqil, ustad və ruhani deyil, eyni zamanda müdrik bir mütəfəkkir, böyük çölün filosofudur. 
Abay qazax şeir yaradıcılığının novatorudur. Onun sayəsində, qazax şeirinin, məzmun və ahənginə görə şərqin və qərbin ən yaxşı örnəklərindən geri qalmayan yeni ölçüləri, daxili qafiyələri, müxtəlif formaları yaranmağa başlamışdır. 
İnsanın yaradıcı gücünə dərin inam, həyatın mənasının qavramı Abay şeirləri üçün xarakterik xüsusiyyətlərdir. Özbaşnalığa, qəddarlığa, tənbəlliyə, cəhalətə, yaltaqlığa qarşı kəskin mübarizə apararkən o, ağılın gücünə inanır, doğru yola ancaq elm işığında çıxmağın mümkün olduğunu sanırdı. Abayı dönə-dönə oxuyarkən bu qənaətə gəlmək olar ki, onun poeziyası həm də bu günün poeziyasıdır. İşıq və zülmət, məhəbbət və əzab, doğruluq və hiyləgərlik – bütün bu əbədi mövzuları şair öz qəlbinin süzgəcindən keçirir və işığa gedən yolun idrakdan keçdiyini müəyyən edir. Çünki, əsl Həqiqətə yalnız cəhalətə qalib gəlməklə qovuşmaq mümkündür.
Və Abay həqiqətən ölməzdir. Və qazax xalqı həmişə onun açdığı cığırla gedəcəkdir. Abay qazax xalqının vicdanı olaraq həmişə bizimlə olacaqdır.
Şairin taleyi, başqa xalqlar tərəfindən də tanınması və qəbul edilməsi mənasında, tərcüməçilərin istedad, hissiyat və üslubundan çox asılıdır. İnanıram ki, bu kitabda, bu yeni tərcümələrdə Abayın taleyi gətirib. Bir daha başda Azərbaycan Parlamentinin deputatı hörmətli Cavanşir Feyziyev olmaqla kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. 
 
Oxşar xəbərlər
19:18, Bu gün
Bakı funikulyorunda da gediş haqqı artıb? - Rəsmi AÇIQLAMA
19:13, Bu gün
53 yaşlı kişi özünü öldürdü
19:05, Bu gün
Vladimir Putin İlham Əliyevlə danışıqlar aparacaq
18:53, Bu gün
Xorvatiya millisinin sabiq futbolçusu yığmanın baş məşqçisi təyin olunub
18:45, Bu gün
Göbələklər insanlığın sonunu gətirəcək
18:32, Bu gün
İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?
18:28, Bu gün
YAP İdarə Heyəti sabah toplanır - Seçkilərlə bağlı qərarlar veriləcək
18:25, Bu gün
UEFA Türkiyə və Gürcüstanı cərimələdi
18:23, Bu gün
Bakıda Rinoloqlarının II Beynəlxalq Konqresi
18:22, Bu gün
Bakıda bu küçə təmir olunur
18:20, Bu gün
Həmid Həmidovla "Danışaq?": Sənubər İsgəndərli teatr intriqaları və aktyor maaşı haqqında - VİDEO
18:15, Bu gün
Metroda qadınların davası
18:08, Bu gün
Qarabağ Universiteti prorektorlar AXTARIR
18:03, Bu gün
Barda tanış olduğu qadını 35 manata görə öldürdü - HÖKM + VİDEO
17:59, Bu gün
Səidəni bu geyiminə görə efirə buraxmadılar - FOTO
17:56, Bu gün
Xalq artisti: “Evin kişisi yoxdursa...” - FOTO
17:52, Bu gün
UNEC Abituriyent Məsləhət Mərkəzində 100-dən çox abituriyentə dəstək göstərilib - FOTO
17:47, Bu gün
ADNSU ilə Azərbaycan Tibb Universiteti arasında memorandum imzalandı - FOTOLAR
17:45, Bu gün
Elektron Təhlükəsizlik Xidməti “Qarabağ” Futbol Klubunun əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib - FOTO
17:43, Bu gün
Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib
17:40, Bu gün
Putinin çoxdankı silahdaşı Zelenski ilə görüşmək üçün Kiyevə gəlib
17:35, Bu gün
Bakının bu küçəsində avtobus zolağı təşkil edilib - FOTO
17:32, Bu gün
Azercell yeni Smartfon kampaniyasını təqdim edir!
17:30, Bu gün
Azərbaycanda nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib
17:25, Bu gün
Bəzi seçki məntəqələrinin hüdudlarına dəyişiklik ediləcək
17:20, Bu gün
MSK 30-a yaxın təşkilata dəvət göndərəcək
17:15, Bu gün
Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO
17:10, Bu gün
Məzahir Pənahov seçici siyahıları ilə bağlı tapşırıq verdi
17:06, Bu gün
Prezidentin sülh şərti: Beynəlxalq ictimaiyyətə ismarış - TƏHLİL + FOTO
17:01, Bu gün
Hər gün bir ovuc zirinc yeyənlərin orqanizmində görün nələr baş verir
16:57, Bu gün
Bakıda həbsxanada DAHA BİR ÖLÜM
16:53, Bu gün
Bakıda sələmçi qadının qəribə şantajı - Fotolarını Qabilə göndərdi
16:50, Bu gün
“Evdə uşaqlarımla türkcə danışmışıq, farscaya icazə verməmişəm” - VİDEO
16:47, Bu gün
Bakıda qadın direktor saxlanıldı
16:43, Bu gün
Ağdərədə su anbarı tikiləcək
16:39, Bu gün
Zakir Həsənov Firad Əliyevi təltif etdi - FOTO
16:36, Bu gün
Taksilər azalıb, qiymət qalxıb, sərnişinlər isə... - “35 dərəcə istidə kondisionersiz getmişik”-ARAŞDIRMA+ÖZƏL
16:35, Bu gün
Azərbaycan və NATO arasında əməkdaşlıq məsələləri müzakirə olundu
16:31, Bu gün
“Bakılının deputatı bakılı, gəncəlininki gəncəli, şamaxılınınkı şamaxılı, qarabağlınınkı qarabağlı və s. olmalıdır...”
16:30, Bu gün
Bu partiyaların səlahiyyətli nümayəndələri qeydə alındı
16:25, Bu gün
YAP Xətai rayon təşkilatında görüş keçirilib - FOTOLAR
16:20, Bu gün
Azərbaycanda elektrik mühərrikli avtobusların istehsalı zavodu tikiləcək
16:15, Bu gün
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib - FOTOLAR
16:10, Bu gün
ETSN-nin səlahiyyətlərindən biri “AzerGold”a verildi
16:06, Bu gün
Azadlıq prospektində təmir işləri aparılır - VİDEO
16:02, Bu gün
Gömrük nəzarətindən gizlədilən müxtəlif növ məhsullar aşkarlanıb - FOTO
15:57, Bu gün
"Polisləri təbrik edir, müqəddəs fəaliyyətlərindən məmnunluğumuzu ifadə edirik"
15:52, Bu gün
"Məhərrəm ayında toy etmək olar, çünki..."
15:51, Bu gün
“İndiki verilişlərə valideyn uşağın yanında, uşaq da valideynin yanında baxmağa utanır”-FOTO
15:47, Bu gün
Funikulyorda gediş haqqı artıb? – Rəsmi AÇIQLAMA
15:45, Bu gün
"Qəzza bölgəsində atəşkəs İsrailin strateji maraqlarına cavab verir" - Blinken
15:42, Bu gün
Ərəblərin hamını şoka salacaq RƏQSİ - VİDEO
15:40, Bu gün
Prezident bu sazişləri təsdiqlədi
15:38, Bu gün
Azərbaycanla İordaniya arasında saziş təsdiqlənib
15:37, Bu gün
Azərbaycanlı model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi - VİDEO
15:36, Bu gün
Aqrar universitetin tarixində bir ilk-xanım dekan təyin olundu - FOTO
15:35, Bu gün
Zakir Həsənov Minskdə hərbi paradda iştirak edəcək
15:33, Bu gün
FHN çimərliklərdə monitorinq keçirdi - FOTO
15:28, Bu gün
Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqlədi
15:25, Bu gün
Mars niyə titrəyir? – Alimlər sirri çözdülər
15:20, Bu gün
ABŞ-nin Şimali Dokota Universitetinin professoru Azər Əhmədov BDU-da elmi seminar keçirib - FOTO
15:15, Bu gün
Azərbaycan-Çin partiyalararası əlaqələrin inkişafında yeni mərhələ - FOTO
15:10, Bu gün
Azərbaycanda bu bank əmanət faizlərini azaltdı
15:07, Bu gün
Pensiya artımları kimlərə şamil olunacaq?
15:05, Bu gün
Gürcüstanda hərbi helikopter qəzaya uğrayıb, pilot həlak olub
15:03, Bu gün
Bağ evlərinin kirayə qiymətləri ARTDI
14:59, Bu gün
"Donald Tramp hüquqi təqibdən qismən immunitetə malikdir" - ABŞ Ali Məhkəməsi
14:55, Bu gün
Pakistan səfirinin Azərbaycandakı diplomatik missiyası başa çatdı - FOTO
14:50, Bu gün
Bu il Azərbaycandan Avropaya qaz tədarükünün 79 %-i İtaliyanın payına düşür
14:45, Bu gün
Tələbələrin köçürülməsi (transferi) ilə bağlı vacib məqam
14:40, Bu gün
BDU ilə Türkiyənin Üsküdar Universiteti arasında əməkdaşlıq genişləndirilir - FOTO
14:35, Bu gün
Birləşmiş Ərəb Əmirliklərinin səfiri ADU-nun qonağı olub - FOTOLAR
14:30, Bu gün
Fəzail Ağamalı polisləri peşə bayramı münasibəti ilə təbrik etdi
14:24, Bu gün
"Maarifçi” tələbə-məzun təcrübə proqramını uğurla bitirənlərin 7-si BDU-nun tələbə və məzunudur - FOTO
14:19, Bu gün
Avtomobil bazarında ucuzlaşma olacaq - VİDEO
14:15, Bu gün
İyul ayında bu bürclər sevincdən göylərə uçacaq - Evlilik, toy, sevgi...
14:12, Bu gün
Azay Quliyev yenidən ATƏT PA-da mühüm komitənin sədri seçildi
14:10, Bu gün
Azərbaycanın Tailanddakı səfiri dəyişdi - SƏRƏNCAM
14:08, Bu gün
Günəş və xərçəng: Sağlamlığa zərər vermədən günəşdə nə qədər qalmaq olar?
14:06, Bu gün
Los-Ancelesdəki baş konsulumuz geri çağırıldı
14:04, Bu gün
Tanınmış aparıcı ərini döyüb? - “Bir də gördüm divara dəyib, yerə yapışdı...”
14:00, Bu gün
Qan xəstəsi olan uşaqların valideynlərindən alınan 1 milyonu kim “yeyib”...
13:56, Bu gün
Son sutkada 64 yanğına çıxış olub - FHN
13:52, Bu gün
Doğuma görə "şirinlik" istəyən həkimlərin maaşları azdır?
13:47, Bu gün
Məktəblərdə proses başladılır: Repetitorlar sıradan çıxarılacaq - "İlin sonuna kimi..."
13:43, Bu gün
Bakıda bəzi təhsil müəssisələrində tibb xidməti yoxdur - RƏSMİ
13:38, Bu gün
Uşaqlar üçün ən maraqlı 10 nağıl kitabı - FOTO
13:34, Bu gün
Bu insanları təyyarədən qovmaq olar – Stüardessa açıqladı
13:30, Bu gün
Qadınların xarici görünüşündə kişilərin bəyəndiyi 3 QÜSUR
13:30, Bu gün
Qubada plastik və polietilen məmulatlarının istifadəsi ilə bağlı tədbir keçirildi - FOTO
13:24, Bu gün
"NATO Trampın qalib gələcəyi təqdirdə Ukraynaya hərbi yardımla bağlı yeni tədbirlər hazırlayır" - "The Wall Street Journal"
13:18, Bu gün
“Finex Kredit”də SOYĞUNÇULUQ: Dələduz əməkdaşın mənimsədiyi vəsait müştərinin “belinə yüklənib” – ŞİKAYƏT + FOTOLAR
13:14, Bu gün
Sabahın havası: Yağış yağacaq
13:10, Bu gün
Azərbaycanda 15 yaşlı oğlan bıçaqla dəhşət saçdı: İki yaralı var - VİDEO
13:06, Bu gün
Rəşad Əhmədov vəzifəsindən ayrıldı
13:02, Bu gün
Andropovun əfv etmədiyi polkovnik – milyonlarla yeyintinin arxasında ölkənin birinci şəxsi dayanıb...
12:57, Bu gün
Müharibə riskinə qarşı son şərt: Bakı bu tələbi masadan çəkməyəcək
12:54, Bu gün
Zaqatalalı gənc Rusiyada göldə batdı - VİDEO
12:52, Bu gün
Moskva metrosunda qadın sərnişin bıçaqla hicablı həmcinsinə hücum etdi - VİDEO
12:48, Bu gün
Rusiya Estoniyaya etiraz notası göndərdi
GÜNLÜK
12:32, Bu gün
Avtobus və metroda bu şəxslərə güzəşt edilə bilər: İki kateqoriya müəyyənləşir...
01 Jul 2024 | 20:20
AzTV-nin aparıcısı meyxanaçı ilə ailə qurdu - FOTOLAR
01 Jul 2024 | 19:38
FHN: Nohur gölündə suyun səviyyəsi artıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb
01 Jul 2024 | 19:41
Bu sadə vərdişlər ömrü uzadır
01 Jul 2024 | 20:49
Tarix boyu dünyada nə qədər insan yaşayıb?
01 Jul 2024 | 19:38
İsrail 55 fələstinlini azad edib
01 Jul 2024 | 19:48
Arıqlamaq üçün yayda bu DONDURMALARI YEYİN
01 Jul 2024 | 21:37
“Bu səbəblərdən də parlament seçkilərini Qərbin tələb etdiyi demokratik prinsiplərə arxalanıb keçirməliyik...”-Analitik
01 Jul 2024 | 19:50
Antalya hava limanında uçuşlarda gecikmələr yarandı: qarşıdakı 10 gün...
01 Jul 2024 | 19:51
Qazaxıstanın 4 şəhərində terror təhlükəsi səviyyəsi “sarı”ya qaldırılır
HƏFTƏLİK
01 Jul 2024 | 11:44
“Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək...”
28 Jun 2024 | 07:44
İyul bu bürclərə elə bir sarsıntı verəcək ki, onlar yalnız sentyabrda sağalacaqlar- Qız, Şir, Əkizlər...
26 Jun 2024 | 09:07
Milli qəhrəmanın qardaşı: “Onun şəkilini sosial şəbəkələrdə paylaşıb yazırdılar ki...”-FOTOLAR
29 Jun 2024 | 10:16
“Yaşadığıma görə xəcalət çəkirəm” - Barat Şəkinskayanın 93 yaşlı qızı - FOTO
30 Jun 2024 | 20:14
Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ
26 Jun 2024 | 08:18
Yay bu BÜRCLƏR üçün UĞURLU olacaq: ŞANS, PUL...
26 Jun 2024 | 10:00
İyulun 1-dən Azərbaycanda elektrik enerjisi tarifləri artırılacaq? - Tarif Şurasından CAVAB
26 Jun 2024 | 13:55
“Ermənistanın guya Azərbaycana hücuma hazırlaşması haqda deyilənlər absurddur...”- General-mayor
26 Jun 2024 | 15:33
İyulun 1-dən bu şüşəli eyvanlara QADAĞA QOYULACAQ
27 Jun 2024 | 20:50
İyulun 1-dən etibarən-Yayda qış havası... 
AYLIQ
12:32, Bu gün
Avtobus və metroda bu şəxslərə güzəşt edilə bilər: İki kateqoriya müəyyənləşir...
01 Jul 2024 | 20:20
AzTV-nin aparıcısı meyxanaçı ilə ailə qurdu - FOTOLAR
01 Jul 2024 | 19:38
FHN: Nohur gölündə suyun səviyyəsi artıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb
01 Jul 2024 | 19:41
Bu sadə vərdişlər ömrü uzadır
01 Jul 2024 | 20:49
Tarix boyu dünyada nə qədər insan yaşayıb?
01 Jul 2024 | 19:38
İsrail 55 fələstinlini azad edib
01 Jul 2024 | 19:48
Arıqlamaq üçün yayda bu DONDURMALARI YEYİN
01 Jul 2024 | 21:37
“Bu səbəblərdən də parlament seçkilərini Qərbin tələb etdiyi demokratik prinsiplərə arxalanıb keçirməliyik...”-Analitik
01 Jul 2024 | 19:50
Antalya hava limanında uçuşlarda gecikmələr yarandı: qarşıdakı 10 gün...
01 Jul 2024 | 19:51
Qazaxıstanın 4 şəhərində terror təhlükəsi səviyyəsi “sarı”ya qaldırılır