Azay Quliyev Riqa sammitindən Azərbaycanın gözləntilərini açıqladı
Siyasət
Oxunub: 1933
18 May 2015 | 14:48
Azay Quliyev Riqa sammitindən Azərbaycanın gözləntilərini  açıqladı
Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının üzvü Azay Quliyev mayın 21-22-də Avropa İttifaqının liderləri və şərq tərəfdaşları ölkələri rəhbərlərinın iştirakı ilə Riqada keçiriləcək “4-cü Şərq Tərəfdaşları Sammiti”ndən Azərbaycanın gözləntilərini açıqlayıb.

Moderator.az-ın trend-ə istinadən məlumatına görə, A.Quliyev mətbuata açıqlamasında qeyd edib ki, Avropa İttifaqı bu zirvə toplantısını təşkil etməklə “Şərq Tərəfdaşlıq Proqramı”nın (ŞTP) ittifaq üçün hələ də əhəmiyyət kəsb etdiyini bildirmək və bu layihəyə dəstəyini təkrar ifadə etmək istəyir:

“Bu sammitin keçirilməsini həm də Azərbaycan, Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistanın daxil olduğu ŞTP-ni xilas etmək cəhdi də adlandırmaq olar. Bu gün real mənzərəyə baxsaq, görərik ki, Avropa İttifaqının bu layihəsi ciddi böhran keçirir və demək olar ki, gələcək perspektivi şübhə altındadır. Belə ki, Ermənistan və Belarus şərq tərəfdaşlıq proqramının prinsip və məqsədləri ilə ziddiyyət təşkil edən Rusiyanın Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə qoşulmaqla faktik olaraq bu layihədən çıxmış oldular. Azərbaycan isə ərazi bütövlüyünün dəstəklənməsi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinin dəyişdirilməməsi kimi həyati əhəmiyyət daşıyan müddəaların Avropa İttifaqının təklif etdiyi assosiasiya sazişində nəzərə alınmamsına etiraz əlaməti olaraq bu sənədi imzalamaqdan imtina etdi. Ukrayna, Gürcüstan və Moldovanın isə istəkləri nəzərə alındığına görə onlar Avropa İttifaqı ilə assosasiya sazişini imzaladılar”.

A.Quliyevin sözlərinə görə, göründüyü kimi, ŞTP iştirakçısı olan 6 ölkə içərisində yalnız Azərbaycana qarşı ayrı-seçkilik və ədalətsizlik edilib və milli maraqlarımız Avropa İttifaqı tərəfindən nəzərə alınmayıb:

“Buna isə təəssüflənməmək və üzülməmək mümkün deyil. Ona görə ki, ölkəmiz 2009-cu ildə bu təşəbbüsə qoşulanda ümid edirdik ki, Avropaya inteqrasiya yolunu tutmuş Azərbaycanın etdiyi bu strateji seçim Brüssel tərəfindən adekvat qiymətləndiriləcək və milli maraqlarımızın təminatında Avropa İttifaqından haqq etdiyimiz dəstəyi ala biləcəyik. Biz həm də ona görə belə düşünürdük ki, bütün təhdidlərə və risklərə rəğmən Azərbaycan Avropa İttifaqını alternativ enerji ilə təmin edən və götürdüyü beynəlxalq öhdəliklərə tam sadiqlik nümayiş etdirən yeganə tərəfdaş ölkədir. Təəssüf ki, bu gözləntilər özünü doğrultmadı və tam əksinə, bir çox hallarda ölkəmizə qarşı haqsızlığın, qərəzli mövqeyin və ikili standartların şahidi olduq”.

Millət vəkilinin sözlərinə görə, bundan başqa Ukraynada baş verən hadisələrə Avropa İttifaqı tərəfindən sərt reaksiyanın verilməsi, bu ölkənin ərazi bütövlüyünün tam olaraq dəstəklənməsi və ən önəmlisi isə beynəlxalq hüququn bu prinsipini pozan Rusiyaya qarşı iqtisadi və siyasi sanksiyaların tətbiq edilməsi fonunda birliyin Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını uzun müddət işğalda saxlamasına səssiz qalması və bu işğalçı ölkəyə qarşı adekvat addımlar atmamasını nə izah etmək, nə də anlamaq mümkün deyil:

“Bu azmış kimi Ermənistanın Putinin göstərişi ilə assosiasiya sazişinin imzalanması ilə əlaqədar 3 ildən çox müddət ərzində Avropa İttifaqı ilə apardığı danışıqların yekunundan və götürdüyü öhdəlikdən bir gecənin içində imtina edərək Gömrük İttifaqına qoşulmasına Brüsselin “dişsiz” reaksiyası və əksinə şərq tərəfdaşlıq proqramının parlament ölçüsü olan Avronest Parlament Assambleyasının illik sessiyasının bu ilin martında İrəvanda keçirilməsi haqqında qərar verməsinin isə bir adı var: siyasi riyakarlıq və ikiüzlülük”.

A.Quliyev əlavə edib ki, ŞTP-nın hazırkı durumunun qısa analizindən sonra bizi bir sual düşündürür. Riqa sammitindən Azərbaycanın konkret gözləntiləri nədir və biz Avropa İttifaqından nəyi tələb etməliyik? Məncə ölkəmizin istək və gözləntilərini aşağıdakı kimi qruplaşdırmaq olar:

“1) Avropa İttifaqı Azərbaycanla milli maraqlarımızı özündə ehtiva edən və ölkəmizin geosiyasi və strateji əhəmiyyətinə adekvat olan yeni bir sənədin, strateji əməkdaşlıq sazişinin imzalanmasının zəruriliyini rəsmən bəyan etməlidir;

2) Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız beynəlxalq hüquq normaları, xüsusilə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində dəstəklədiyini açıq və birmənalı bildirməlidir;

3) Avropa İttifaqı Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz və təxirəsalınmadan çıxarılması haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını Ermənistandan tələb etməli və əks təqdirdə Rusiyaya qarşı istifadə etdiyi sanksiyaları Ermənistana qarşı tətbiqini gündəmə gətirməlidir. Avropa İttifaqı şərq tərəfdaşlığı proqramına daxil olan 6 ölkədən yalnız Ermənistanın işğalçılıq siyasəti yürüdərək digər iştirakçı dövlətin- Azərbaycanın ərazisini işğal etməsi faktını xüsusi vuğulamalı və bunun qəbul edilməz olduğunu bildirərək işğala son qoyana kimi Ermənistanın bu platformada fəaliyyətini dayandırmalıdır;

4) Avropa İttifaqı Avropa Parlamenti və digər Avropa institutları tərəfindən Azərbaycana qarşı sərgilənən ikili standartların, qərəzli və ədalətsiz qərar və qətnamələrin yolverilməz olduğunu bildirməli, bu qurumları Azərbaycanla konstruktiv əməkdaşlığa və dialoqa səsləməlidir”.

Millət vəkilinin sözlərinə görə, Riqa sammitində bütün bu qeyd olunan 4 bəndə uyğun addımlar atılarsa və yaxud bu istiqamətdə müəyyən fəaliyyətə başlanılarsa, bu regionun lider dövləti olan Azərbaycana qarşı indiyə kimi Avropa İttifaqı tərəfindən yol verilmiş haqsızlığa son qoymuş olar və Aİ-Azərbaycan arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldər:

“Bu yazı Latviya Xarici İşlər Nazirliyinin “Şərq tərəfdaşlığı” məsələlərinə dair xüsusi tapşırıqlar üzrə səfiri Yuris Poykansın “sonrakı əməkdaşlıqla bağlı Azərbaycandan təkliflər gözləyirik” fikrinə cavab kimi də qəbul edilə bilər”.
Oxşar xəbərlər
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
GÜNLÜK
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı