Makron Bakını yeni müharibəyə çəkmək istəyir
Siyasət
Oxunub: 2472
19 Jun 2024 | 12:39
Makron Bakını yeni müharibəyə çəkmək istəyir
Fransa Ermənistana "Caesar-155" özüyeriyəni artilleriya qurğularının (ÖAQ) satışı ilə bağlı İrəvanla saziş imzalayıb. Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornyu deyib.
 
"Müdafiə sahəsində Ermənistanla münasibətlərimizi möhkəmləndirməyə davam edirik. Yeni önəmli mərhələ "Caesar" haubitsalarının satışıdır", - S.Lekornyu X sosial şəbəkəsindəki akkauntunda yazıb.
 
Ermənistanın müdafiə naziri Suren Papikyanın Parisə rəsmi səfəri əsnasında imzalanmış anlaşma barədə təfərrüatlı məlumat verilmir.
 
Bu arada Fransanın bir sıra siyasətçiləri, dövlət və ictimai xadimləri prezident Emmanuel Makrona açıq məktub ünvanlayaraq onu Ermənistana sülhməramlı kontingent yollamağa çağırıblar.
 
Məktubu Parisin meri Ann İdalqo, Fransanın keçmiş xarici işlər naziri Bernard Kuşner və digər məşhur şəxslər imzalayıb.
 
Məktubu imzalayanlar arasında Respublikaçılar Partiyasının sədri Erik Çiotti, Avropa Parlamentinin üzvü Fransua-Ksavye Bellami, regional qanunvericilik assambleyalarının sədrləri Valeri Pekres (İl-de-Frans), Ksavye Bertran (O-de Frans), Loren Vaskes (Overn-Ron-Alp), Nitsa şəhərinin meri Kristian Estrosi, Fransadakı yunan (o cümlədən Kipr) və kürd təşkilatlarının nümayəndələri, həmçinin jurnalistlər, yazıçılar və tarixçilər də var.
 
Sebastyan Lekornyu və Suren Papikyan arasında ötən danışıqlar bu ilin fevralında aparılmışdı. Həmin danışıqlar zamanı Fransanın müdafiə naziri bəyan etmişdi ki, "zərurət yaranarsa" Paris Ermənistana kiçik, orta və uzaq məsafəli hava hücumundan müdafiə raketləri verməyə hazırdır.
 
Aşkardır ki, Fransa prezidenti Emmaenuel Makron Ermənistan silahlı qüvvələrinin qalıqlarını sürətlə silahlandırmaq niyyətindədir.
 
Bununla yanaşı o, Ermənistandan plasdarm qismində istifadə edərək Cənubi Qafqazdakı proseslərə effektiv təsir imkanlarına yiyələnməyə can atır. Onun ümdə geostrateji məqsədləri arasında Ermənistana hərbçilər yollamaq da var.
 
Avropa İttifaqının Müşahidə-Monitorinq Missiyası (EUMA) adlı tragikomik qurum vasitəsilə Parisin regionumuzda bağlı planlarının minimal qismini belə, təmin edə bilməyəcəyini dərk edən E.Makron Azərbaycana təzyiq göstərmək üçün hərbi kontingentin göndərilməsini arzulayır.
 
Fransanın bir sıra siyasətçiləri və ictimai xadimlərinin, yazıçılarının, habelə yunan, Kipr və kürd icmalarının birgə açıq məktubu da əslində Ermənistan vasitəsilə bölgəyə hərbi kontingent yerləşdirmək üçün "ziyalı təşəbbüsü" ilə ictimai rəyin formalaşdırılmasına yönəlmiş cəhddir.
 
Rəsmi Parisin məqsədi bəyan etdiyi kimi, "Ermənistana tam və total dəstək" vermək, ermənilərə hamilik və havadarlıq etmək yox, Ermənistanı növbəti müstəmləkəsinə çevirərək neokolonialist siyasətini Cənubi Qafqazda da davam etdirməkdir.
 
Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası, yekun sülh sazişinin imzalanması, regional kommunikasiyaların bərpası və yeni loqistik marşrutların açılması ilə bağlı birbaşa, vasitəçilərsiz danışıqların aparıldığı zamanda Fransanın yürütdüyü siyasət aşkar təxribat, sülh prosesinə ağır zərbə vurmaq istəyidir.
 
Rəsmi Parisin ölkəmizə qarşı yürütdüyü aşkar düşmənçilik siyasətinin təzahürləri o həddə çatıb ki, Azərbaycan Müdafiə Nazirliyi xüsusi bəyanat yayaraq bütün bu pozuculuq fəaliyyətinə görə məsuliyyət Fransa və Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.
 
Bəyanat əlahiddə önəm daşıdığı üçün təqdim edirik: "Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur.
 
Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür.
 
Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olur. Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir.
 
Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur.
 
Müstəmləkəçi imperiya olaraq Fransanın tarixən dünyanın müxtəlif yerlərində müharibə və münaqişə ocaqları yaratmaq kimi ikrah doğuran zəngin təcrübəsi vardır. Yeni Kaledoniya və digər dənizaşırı müstəmləkə ərazilərində baş verən proseslər, yerli xalqların istismara məruz qoyulması, təbii sərvətlərinin talanması, irqçi siyasət nəticəsində həmin ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi, etiraz aksiyalarının qan və silah gücünə yatırılması Makron rejiminin əsl mahiyyətinin göstəricisidir. Utancverici müstəmləkə irsinin qalığı olan bu kimi köklü problemləri həll etmək və neokolonializmə son qoymaq əvəzinə Fransa Azərbaycana qarşı çirkli təbliğat və dezinformasiya kampaniyası aparır.
 
Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaqdır".
 
Beləliklə, sakramental "Nə baş verir?" sualı səslənir. Suala cavab verməyə çalışaq.
 
Əldə etdiyimiz məlumatlara görə, Fransa Ermənistan hələlik 1 divizion, yəni 16 "Caesar" haubitsası verəcək.
 
155 m çaplı "Caesar" haubitsası 40 km məsafədə hədəfləri vura bilir. Fransa bu haubitsalardan Ukraynaya da yollayıb.
 
Fransanın "Nexter" hərbi konserninin istehsalı olan 155 mm çaplı "Caesar" haubitsaları yüksək dəqiqlik və sürətli atış imkanlarına malik olsa da, böyük ölçüləri baxımından döyüş meydanında asan hədəfə çevrilir.
 
Fransa Ukraynaya 14 "Caesar" verib, amma ukraynalı hərbçilər bu haubitsalardan çox könülsüz istifadə edirlər. Daha dəqiq olsaq, onlar "Caesar"ları ümumiyyətlə, cəbhə xəttinin yaxınlığına çıxarmamağa çalışırlar.
 
Rusiya hərbçiləri bu haubitsaları sadə "kamikadze" PUA-sı olan "Lanset"lərlə asanlıqla vurub sıradan çıxarırlar.
 
Sözügedən haubitsanın ölçüləri böyük olduğundan onun yeri çox qısa müddətdə müəyyənləşdirilir.
 
ABŞ istehsalı olan M777 haubitsasından fərqli olaraq, "Caesar"ı antidron qəfəslə qorumaq mümkün deyil və bu səbəbdən də fransızların ÖAQ-ı "kamikadze" dronların asan hədəfinə dönür.
 
Bütün bunlarla yanaşı, "Caesar" çox ciddi qulluq və xidmət tələb etdiyindən ağır döyüş şəratinə uyğun gəlmir. Haubitsanın önəmli hissələri sürətlə çirkləndiyindən daim təmizlənmə prosedurları yerinə yetirilməlidir.
 
"Caesar"lar əvvəllər üçoxlu "Renault Sherpa 5" avtomobilində olurdusa, indi Çexiya istehsalı olan "Tatra T815"dan istifadə edilir. Haubitsa təriflənsə də, Fransanın Danimarkaya satdığı haubitsalar çoxsaylı texniki nasazlıqlarv ə xətalar səbəbindən geri qaytarılmışdı.
 
Fransa da məhz həmin defektiv haubitsaları Ukraynaya verib.
 
Ermənistana göndəriləcək "Caesar"ların da defektli olduğu vurğulanır.
 
Fransa Ermənistanı sürətlə silahlandırmaqla yanaşı, İrəvanın sülh danışıqlarındakı mövqeyini də nəzarətdə saxlayır. Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası prosesinin davam etdirilməsi, yəni hələ də erməni işğalında olan 4 kəndimizin azad edilməsi üçün də "referendum keçirilməsinə zərurət olması"ndan bəhs edən Nikol Paşinyanın bəyanatı onun dediyi kimi, "erməni xalqının maraqlarına görə" deyil.
 
Paşinyan bu bəyanatı Parisin birbaşa göstərişi ilə səsləndirib.
 
Parisin məqsədi Cənubi Qafqazda gərginlik yaratmaq, yeni müharibə situasiyanı şərtləndirəcək proseslərə təkan vermək, bölgədə genişmiqyaslı iqtisadi layihələrin həyata keçməsinə və ən başlıcası, Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə edilməsinə imkan verməməkdir.
 
Məhz bu baxımdan Ermənistan Müdafiə Nazirliyinin mənsublarının Naxçıvandakı mövqelərimizi atəşə tutması təsadüfi deyil. Parisin təlimatları ilə davranan İrəvan Bakının səbrinin tükənəcəyini, Azərbaycan Ordusunun dəqiq cavab zərbələrindən Ermənistanla şərti dövlət sərhədlərimiz boyu təhlükəsizlik zonasının yaradılmasına keçəcəyini gözləyir. Belə olarsa, Paris dərhal Azərbaycanı "ermənilərə qarşı aqressiya"da suçlayaraq Ermənistana hərbi kontingentini yeridəcəyinə ümid edir.
 
"Caesar" özüyeriyən artilleriya qurğularının satışı ilə bağlı Parislə İrəvan arasında imzalanmış anlaşma da buna dəlalət edir. Sözügedən haubitsalar müdafiə yox, hücum silahıdır.
 
Parisin ssenarisi primitivdir: Ermənistan ilk əvvəl aqressiv şəkildə Rusiyadan tələb etməlidir ki, KTMT çərçivəsində "təhlükəsizliyi tam təmin olunsun". Təbii ki, Moskva İrəvanın bu tələbini tam məntiqlə rədd edəcək və onda Nikol Paşinyanı Moskvanı "Bakı ilə əlbir olmaq"da suçlayaraq Ermənistanın KTMT sıralarını tərk etdiyini bəyan edərək Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılmasını tələb edəcək.
 
Və dərhal "əsl müttəfiq"lərə yardım üçün müraciət edəcək.
 
Fransanın Ermənistana hərbçilər göndərmək, ölkəni yeni müstəmləkəsinə çevirmək istəyi də Nikol Paşinyanı əsla narahat etmir.
 
Erməni generallarla münasibətləri çox sərin olan Paşinyan anlayır ki, ölkədəki etiraz aksiyalarının intensivliyi və miqyası artarsa, onlar radikal forma alarsa, hərbçilərin dəstəyinə bel bağlaya bilməyəcək.
 
Nikol Paşinyan hadisələrinə özü üçün ən pis inkişaf variantında fransız hərbçilərə bel bağlamağı da istisna etmir.
 
Ermənistan Afrikadakı bir sıra ölkələr kimi, Fransadan tam asılı vəziyyətə düşsə belə...
 
Elçin Alıoğlu
TREND
Oxşar xəbərlər
17:11, Bu gün
Putin Polad Bülbüloğlunu təltif etdi - FOTO
17:07, Bu gün
Əli Əsədov qərar imzaladı
17:03, Bu gün
Bu universitetə yeni rektor təyin olundu
16:59, Bu gün
Sevda Yahyayevadan “Sevənlərin ulduzları”na yeni nəfəs - FOTO/VİDEO
16:55, Bu gün
Zarina Qurbanova kimdir? - Zindulladan qorxub adını dəyişən, ata sevgisinə həsrət travmalı aktrisa
16:50, Bu gün
Nazim Bəydəmirliyə 8 il həbs cəzası verildi
16:45, Bu gün
“Təklif edirəm ki Zəfər Bayramına qədər amnistiya aktı qəbul olunsun” -Qüdrət Həsənquliyev
16:40, Bu gün
Azərbaycanlı müğənninin toyu oldu - FOTO/VİDEO 
16:35, Bu gün
Haqq sözə gərəkdir düz qiymət olsun - Musa Urudun yazısı
16:30, Bu gün
“Survivor”da tanış olan cütlük evləndi - VİDEO
16:25, Bu gün
Masazırda hərbi sursatlar aşkarlandı - VİDEO
16:19, Bu gün
Dövlət Komitəsi tərəfindən musiqili fləşmob keçirilib - VİDEO
16:13, Bu gün
Kamran Əliyev Türkiyənin Baş prokuroru ilə görüşdü - FOTO
16:07, Bu gün
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
16:01, Bu gün
“Bir yerdə xidmət etmişik, pulları da...” - Ordudakı yeyinti ilə bağlı yeni faktlar
15:57, Bu gün
Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır
15:51, Bu gün
Xanımlarının telefonları və pultlar: İsrail kəşfiyyatının "Hizbullah"a necə sızdığı açıqlandı - FOTO
15:45, Bu gün
DTX və DSX-dən birgə ƏMƏLİYYAT: İrandan ölkəmizə keçən naməlum uçuş aparatı endirildi - FOTO
15:39, Bu gün
Lalə Azərtaşın Londonda yaşayan qızı - VİDEO
15:34, Bu gün
Oktyabr ayının HAVA PROQNOZU
15:28, Bu gün
Azərbaycan Kubokunda 34 komanda mübarizə aparacaq
15:22, Bu gün
Rusiya Kiyev şəhərini 5 saat ərzində dronlar hücumuna məruz qoyub
15:16, Bu gün
Gülər Mübarizin “İkinci həyat” kitabının təqdimat mərasimi keçirildi – FOTO/VİDEO
15:11, Bu gün
Vəkilliyə qəbulun müraciətləri elektron formada keçiriləcək
15:05, Bu gün
Bakıdan daha üç rayona onlayn bilet satışına başlanılır
15:00, Bu gün
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
14:55, Bu gün
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi - SİYAHI
14:51, Bu gün
İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanladı
14:47, Bu gün
"Eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik" - Dövlət başçısı
14:43, Bu gün
İlham Əliyev XX əsrdə xalqımızın məruz qaldığı deportasiyalardan DANIŞDI
14:39, Bu gün
Prezident: "Aşıq Ələsgərin abidəsinin açılması doğrudan da çox gözəl hadisədir"
14:35, Bu gün
Bəşəriyyətin ortaq dili
14:30, Bu gün
"Zelenski dəstəyin gücləndirilməsini istəyir, ABŞ gözləmə mövqeyindədir" - "The Wall Street Journal"
14:26, Bu gün
Gənc atıcılarımız dünya çempionatında ilkə imza atdı
14:21, Bu gün
İşdən gələn kişi arvadının xəyanət etməsindən şübhələndi: "Həyətə qaçdım..." – ŞOK
14:19, Bu gün
Diplom üçün tələbələrdən rüşvət aldığı iddia edilən müəllim QOVULDU
14:16, Bu gün
Prezident Slutskini qəbul etdi
14:12, Bu gün
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
14:07, Bu gün
Zahid Oruc: "Çevrilişin ləkəsi hələ də..."
14:01, Bu gün
“İstisu” mineral su zavodunun məhsulları xarici bazarlara çıxarılacaq
13:56, Bu gün
"Naxçıvan canavarı" ləqəbli şəhid Vəlinin anası: "Ən yaxın sirdaşımı itirdim" - VİDEO
13:51, Bu gün
2 bürc varlanacaq, 3 bürc işini itirəcək, 4 bürc... - Məşhur astroloqdan həftənin proqnozu
13:46, Bu gün
Azərbaycanda məktəb və universitetlərdə dərslərin başlama saatı dəyişdirilir? - AÇIQLAMA
13:40, Bu gün
Milli Məclisin komitələri formalaşdırıldı
13:35, Bu gün
Varlılar niyə milyonluq tablolar alır? – Zənginlərin vergi hiyləsi
13:29, Bu gün
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi seminar keçiriləcək
13:23, Bu gün
Yüzlərlə yaralını həyata qaytaran həkim: "Dedi ki, canımı Azərbaycana fəda etdim" - VİDEO
13:18, Bu gün
Sabah bu ərazilərdə qar yağacaq - PROQNOZ
13:12, Bu gün
“Bir-birimizə uyğun olmamışıq” - Çinarədən Əlibəyə - VİDEO
13:06, Bu gün
"Putin heç də həmişə adekvat deyil" - Zelenski
13:00, Bu gün
Məşhur aparıcı Amerikadakı həyatından DANIŞDI
12:55, Bu gün
“Turistik Kənd” layihəsinə start verilib
12:50, Bu gün
Avtobusdan istifadə edənlər üçün ŞAD XƏBƏR - Bu tarixdən...
12:45, Bu gün
İsrail ordusunun hücumu nəticəsində Bəşər Əsədin general qardaşı öldü
12:40, Bu gün
İranda bir gündə iki dəfə polis məntəqəsinə hücum olub - FOTO
12:35, Bu gün
"COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələr hücumlarını intensivləşdiriblər" - İcma
12:30, Bu gün
Azərbaycan millisi Avropa Kubokunu dördüncü pillədə başa vurdu
12:25, Bu gün
Bu xanımlara kolleclərdə vəzifə verildi
12:20, Bu gün
“Azərbaycanın milli parklarının tanıtımı” bu dəfə Gəncədə - FOTO
12:15, Bu gün
“İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”...- Ona görə də...”
12:13, Bu gün
Kiber ordular yaradılır, insanlar kütləvi hədəfdə - Ekspertdən həyəcanlı açıqlama
12:08, Bu gün
Milli Məclisin ilk plenar iclası başladı
12:04, Bu gün
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
11:58, Bu gün
Bakıda 5 nəfərdən 13 kq narkotik aşkarlandı - VİDEO
11:54, Bu gün
Əjdər İsmayılov VƏFAT ETDİ
11:50, Bu gün
Aysel boşandığı birinci əri ilə bir arada - VİDEO
11:46, Bu gün
İşdə məhəbbət macərası, başgicəlləndirici uğur vədi və... - Sentyabrın 30-nun ULDUZ FALI
11:40, Bu gün
“Nar” BMT Qlobal Sazişinin Liderlər Zirvəsində iştirak etdi - FOTO
11:35, Bu gün
Nazir müavini: İqlim dəyişikliyi ilə mübarizədə ölkələr və icmalar birgə adaptasiya tədbirləri görməlidir
11:33, Bu gün
Azərbaycanlı milyarder Rusiyadan deport edilir
11:30, Bu gün
Əsl zeytun yağını necə tanıyaq?
11:27, Bu gün
Xankəndidə qapalı tipli yeni yarımstansiya tikilir - VİDEO
11:24, Bu gün
Şəhid övladları Palçıq Vulkanları Turizm Kompleksini ziyarət etdi - FOTO
11:21, Bu gün
UEFA-dan Əliyar Ağayevə növbəti təyinat
11:18, Bu gün
Facebook-dan istifadə edənlərə XƏBƏRDARLIQ - Bu yolla sizi aldada bilərlər
11:15, Bu gün
"İqlim dəyişikliyinin mənfi təsirləri dünyanın hər nöqtəsində hiss olunur"
11:11, Bu gün
DYP sürücülərə MÜRACİƏT EDİB 
11:09, Bu gün
Azərbaycan Premyer Liqasında mövsümün rekordu
11:04, Bu gün
Quranda İslam dialektika qanunu - Görəsən Hegelin xəbəri olubmu?
11:00, Bu gün
Sarımsaq və bal ilə qəhvə içməyin FAYDASI
10:53, Bu gün
Mikayıl Cabbarov: "2011-2023-cü illərdə orta illik iqtisadi artım 1,5 % olub"
10:46, Bu gün
Xaçmazda şagird müəllimləri tərəfindən döyülüb? – Rəsmi açıqlama
10:38, Bu gün
HAMAS Livandakı hərakatın liderinin öldüyünü açıqlayıb
10:26, Bu gün
İsrail kəşfiyyatı “Hizbullah”ın daxilinə necə nüfuz edib? - Təfərrüatlar açıqlandı
10:21, Bu gün
Qudalar əlbəyaxa oldu, toy ləğv edildi - VİDEO - FOTO
10:21, Bu gün
Azərbaycanın axtarışa verdiyi, Ermənistan elektrik şəbəkəsini idarə edən Rusiya oliqarxı suallardan yayındı...
10:15, Bu gün
Vidadi İsgəndərli bıçaqlandı - SON DƏQİQƏ
10:11, Bu gün
Azərbaycan BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün müraciət edib
10:09, Bu gün
Azərbaycanda pensiyaçılar üçün hansı GÜZƏŞTLƏR VAR?
10:00, Bu gün
Xəzər dənizinin səviyyəsinin enməsindən ən çox ziyan çəkən Azərbaycandır - VİDEO
09:52, Bu gün
“Bozbaş” Picturesin Şirini bacısından imtina edibmiş – BACISI GÖRÜN KİM İMİŞ
09:49, Bu gün
Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilir
09:37, Bu gün
Bu şəxslərə birdəfəlik müavinət veriləcək - Məbləğ
09:27, Bu gün
“Hizbullah” yeni baş katibini seçib
09:25, Bu gün
Fulya Öztürkə Livanda hücum etdilər: yoxa çıxdı - VİDEO
09:19, Bu gün
Gəncədə əməliyyat olunan şəxs xəstəxanada ölüb
09:10, Bu gün
Britaniya mətbuatı: Makronun adamları Bakıda istintaqa cəlb olunub - ŞOK FAKTLAR
09:07, Bu gün
Zukerberq altı dəfə zənginləşib
09:01, Bu gün
Tatar partizanlar rusların Kursk bölgəsindəki logistikasına güclü zərbə endirdi... 
08:54, Bu gün
Nepalda son 50 ilin fəlakəti: Azı 112 nəfər öldü
GÜNLÜK
12:04, Bu gün
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
29 Sep 2024 | 21:57
"İran rəhbərliyində İsrailə cavab verilməsi ilə bağlı ixtilaflar yaranıb" -  "The New York Times"
29 Sep 2024 | 17:52
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - FOTO+ÖZƏL MÜSAHİBƏ
29 Sep 2024 | 17:20
Lavrov birbaşa BMT tribunasından dünyanı nüvə silahı ilə təhdid edib
29 Sep 2024 | 19:53
Gəncə Dövlət Universitetində diplom almaq üçün tələbələrdən rüşvət tələb edilir? - İDDİA
29 Sep 2024 | 18:05
Qızıl alarkən aldanmamaq üçün nələrə diqqət etməliyik?
29 Sep 2024 | 17:35
"Tərəqqi" medalına layiq görülən təcrübəli dənizçi vəfat edib
29 Sep 2024 | 18:24
İsrail niyə 27 sentyabrda hücum etdi? – Ovannisyandan ilginc versiya
29 Sep 2024 | 17:23
"ABŞ Ukraynanın uğur qazanması üçün əlavə tədbirlər üzərində işləyir" - Entoni Blinken
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
24 Sep 2024 | 14:09
Maaş və pensiyalar neçə manat artırılacaq? - Dəqiq rəqəm açıqlandı
12:04, Bu gün
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
AYLIQ
12:04, Bu gün
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
29 Sep 2024 | 21:57
"İran rəhbərliyində İsrailə cavab verilməsi ilə bağlı ixtilaflar yaranıb" -  "The New York Times"
29 Sep 2024 | 17:52
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - FOTO+ÖZƏL MÜSAHİBƏ
29 Sep 2024 | 17:20
Lavrov birbaşa BMT tribunasından dünyanı nüvə silahı ilə təhdid edib
29 Sep 2024 | 19:53
Gəncə Dövlət Universitetində diplom almaq üçün tələbələrdən rüşvət tələb edilir? - İDDİA
29 Sep 2024 | 18:05
Qızıl alarkən aldanmamaq üçün nələrə diqqət etməliyik?
29 Sep 2024 | 17:35
"Tərəqqi" medalına layiq görülən təcrübəli dənizçi vəfat edib
29 Sep 2024 | 18:24
İsrail niyə 27 sentyabrda hücum etdi? – Ovannisyandan ilginc versiya
29 Sep 2024 | 17:23
"ABŞ Ukraynanın uğur qazanması üçün əlavə tədbirlər üzərində işləyir" - Entoni Blinken