Prezidentin Xocalıdan Ermənistana və canilərə ismarışı - ŞƏRH + FOTO
Oxunub: 1486
29 May 2024 | 15:20
Prezidentin Xocalıdan Ermənistana və canilərə ismarışı - ŞƏRH + FOTO
Azərbaycan müstəqilliyini 106 ildə ilk dəfə ərazi bütövlüyü təmin olunmuş halda qeyd edib
 
Dövlət başçısı İlham Əliyevin 28 May - Müstəqillik Gününü hər il işğaldan azad olunmuş bir bölgədə qeyd etməsi artıq ənənə halını alıb. O, iki il əvvəl bu günlə bağlı Zəngilan rayonunun Ağalı kəndinə, ötən il Laçına, bu il isə Xocalıya səfər edib.
 
Bu şəhər işğal dövründə böyük məhrumiyyətlərə, ermənilərin və havadarlarının törətdiyi vəhşiliklərə, dinc və silahsız sakinlərin işgəncə və soyqırımına məruz qalıb.
 
Prezident İlham Əliyev şəhərə köçən sakinlərlə söhbəti zamanı bu məsələyə toxunaraq bildirib ki, fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu: “Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın".
 
Prezident Xocalıda memorial kompleksin yaradılmasını həmişə istədiyini bildirib. O, Bakıda “Ana fəryadı” abidəsi yanında bu məqsədlə yer seçildiyini, hətta layihə hazırlandığını da söyləyib: “Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu memorial kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik”.
 
 
Dövlət başçısı torpaqların işğaldan azad olunması istiqamətində yürütdüyü siyasətin və görülən işlərin uğurlu sonluğunu da vurğulayıb.
 
Son zamanlar Ermənistanda Xocalı soyqırımını törədən və təşkil edən Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyanın himayədarlıq etdiyi “Vətən Tavuş uğrunda” yürüş keçirilir. Bu aksiyaya keşiş Baqrat Qalstanyan başçılıq edir. Azərbaycan Respublikası Hərbi Prokurorluğu Robert Koçaryan və Serj Sarqsyan barədə axtarış elan edib. Onlar 1988-ci ilin fevral ayından etibarən Azərbaycan və erməni xalqları arasında milli düşmənçilik salmaq, nifrət oyatmaq niyyəti ilə Xankəndi şəhərinin təşkilat və müəssisələrində erməni milliyyətindən olan işçiləri yığıb iclaslar keçirib, Qarabağın ermənilərə məxsus olduğunu və orada yalnız ermənilərin yaşamalı olduğunu bildirib, azərbaycanlıları işdən qovub, Dağlıq Qarabağdan zorla köçürərək evlərini yandırmağı təbliğ ediblər. Həmin şəxslər qondarma “Dağlıq Qarabağ Respublikası”nın elan olunması barədə qanunsuz qərar qəbul etdiklərinə və digər cinayətlər törətdiklərinə görə Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və axtarışa veriliblər.
 
Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyalarının əsl mahiyyəti həm də Koçaryan, Sarqsyan və əlaltılarının cinayət məsuliyyətindən xilas olması, yaxud yayınması məqsədi daşıyır. Çünki bu aksiyanın hədəfi tam bəlli olmayıb, sonradan hədəf olaraq baş nazir seçilib.
 
 
Koçaryan və Sarqsyan 2008-ci ilin martında Ermənistanda keçirilən dinc aksiyanın silah və zorakılıq yolu ilə yatırtmaqda da suçlu bilinirlər. Bundan başqa, 1999-cu il oktyabrın 27-də ölkə parlamentinə silahlı hücumu təşkil etməkdə Koçaryan və Sarqsyanın adı əsas fiqur olaraq hallanır.
 
Azərbaycan Prezidentinin Xocalı faciəsi ilə bağlı ”Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir” ifadəsi qatillərin cəzalanması üçün bir ismarışdır.
 
Çünki onlar 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakininin qətlə yetirilməsinə, 8 ailənin tamamilə məhv edilməsinə, 25 uşağın hər iki və 130 uşağın valideynlərindən birini itirməsinə, 76-sı uşaq olmaqla, 487 nəfər yaralanmasına və 1275 nəfər əsir götürülməsinə görə cinayət məsuliyyətinə cəlb olunmaqla ədalət bərqərar olar. Əsir götürülən 150 nəfərdən 68 qadın və 26 uşaq olmaqla bu günədək məlumat yoxdur. Ancaq soyqırımı qurbanlarının sayı daha çoxdur. Bu ilin fevralında Azərbaycan Respublikası Baş Prokurorluğu yaydığı açıqlamada bildirib ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqları aşkar olunub. Bu vaxtadək aparılan işlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı dörd nəfərə (onlardan biri azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib.
 
 
Yeri gəlmişkən, bu gün “müsəlman təəssübkeşliyindən” hikkə və iddia ilə danışanlar ermənilərin Qarabağda, ətraf rayonlarda o cümlədən Xocalıda törətdikləri soyqırımı yada salmırlar. Bunu yad etmək istəyənlər isə həmin iddialı ölkələrdə təqib olunurlar.
 
Prezidentin Xocalıdan verdiyi açıqlamadan aşağıdakı qənaətə gəlmək olar:
 
- İşğaldan azad edilmiş ərazilərdə həyat bərpa olunur;
 
- Azərbaycan bütün istiqamətlər üzrə bölgəyə nəzarət edir;
 
- regionların təhlükəsizliyi təmin olunub;
 
- keçmiş qaçqınlar köçdükləri ərazidə əmin-amanlıq şəraitində yaşaya bilər;
 
- dağıdılmış, məhv edilmiş ərazilər işğalçı Ermənistanın və havadarlarının vandallığını bir daha beynəlxalq ictimaiyyətə nümayiş etdirir;
 
- Azərbaycan torpaqlarını işğal edənlər və orada soyqırımı törədənlərin məsuliyyətə cəlb olunacağı ismarışını verir;
 
- Ermənistan normallaşmanın uğurla davam etməsi üçün bu cinayətlərə görə üzr istəyəcək, caniləri cəzalandıracaq və s.
 
Artıq Xocalıda da həyat davam edir. Bu şəhərdə Azərbaycanın müstəqilliyi qeyd olunur. İndiyədək burada 66 ailə, 257 nəfərin daimi məskunlaşması təmin edilib. /Report/
Oxşar xəbərlər
17 Jun 2024 | 23:56
Bu qidalar çox tərləməyə səbəb olur
17 Jun 2024 | 23:42
Mövsümi gəlsə də ucuzlaşmayan meyvələr – SƏBƏB NƏDİR?
17 Jun 2024 | 23:31
Sabiq Baş Qərargah rəisi evində ölü tapıldı
17 Jun 2024 | 23:20
İnsanlar niyə kədərli musiqi dinləməyi sevirlər?
17 Jun 2024 | 23:10
Soyadınızdakı hərflər təhsilinizə təsir edirmiş
17 Jun 2024 | 23:00
SƏSSİZ GƏLƏN TƏHLÜKƏ: Bakını bu il quraqlıq gözləyirmi? - Suitilərin kütləvi qırğınının SƏBƏBİ
17 Jun 2024 | 22:44
Kəlbəcərdə yaylaqları zəbt edən şəxsə BU CƏZA VERİLDİ 
17 Jun 2024 | 22:37
İsti hava ilə bağlı XƏBƏRDARLIQ - Bu şəxslər üçün ölüm RİSKİ ARTIR
17 Jun 2024 | 22:29
Hava çirkliliyi son 40 ildə nə qədər can alıb? – DƏHŞƏTLİ STATİSTİKA
17 Jun 2024 | 22:19
AVRO-2024: Belçika millisi ilk oyunda məğlub oldu
17 Jun 2024 | 22:09
Azərbaycanda vəzifəli şəxsin üstünə benzin TÖKDÜLƏR
17 Jun 2024 | 21:59
23 ildir həbsdə olan məşhur qardaşlar azadlıq istədilər - Hakim hansı qərarı verdi?
17 Jun 2024 | 21:51
Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı artdı
17 Jun 2024 | 21:42
Nəsrinin bu hərəkəti tənqid edildi - Video
17 Jun 2024 | 21:33
Türkiyə İranla sərhədində 173 kilometrlik divar hördü
17 Jun 2024 | 21:23
Mahsun Kırmızıgülün yeni serialı gəlir - Kimlər rol alacaq?
17 Jun 2024 | 21:21
ABŞ hipersəs silahlarını bu tarixdə istifadəyə verəcək
17 Jun 2024 | 21:06
Türkiyədə bu ada yanaraq külə döndü
17 Jun 2024 | 20:59
Ən çox əhali artımı bu rayonda qeydə alındı
17 Jun 2024 | 20:52
Səni sevimmi, küsümmü, inciyimmi bilmirəm – BAŞLIBEL 
17 Jun 2024 | 20:48
Bölmənin qarşısında ölən şəxslə bağlı RƏSMİ AÇIQLAMA
17 Jun 2024 | 20:39
Bakıda doqquzmərtəbəli binada yanğın oldu
17 Jun 2024 | 20:30
Bu şəxs "Neftçi"yə rəhbərlik edəcək - İDDİA 
17 Jun 2024 | 20:21
Ukrayna millisinin baş məşqçisi: Heç kim bu nəticəni gözləmirdi
17 Jun 2024 | 20:17
“Heç bir kişiyə inanmıram, o sevgi də başına dəysin” - VİDEO
17 Jun 2024 | 20:00
“Elə şeylər var ki, ərimin xoşuna gəlmirsə..." - VİDEO
17 Jun 2024 | 19:53
Aİ 55 min ukraynalı hərbçiyə təlim keçib
17 Jun 2024 | 19:51
Əsgərlikdən gəlib imtahan verdi, ölkə birincisi adını qazandı
17 Jun 2024 | 19:33
"Nədən Qlobal Cənub ölkələri sülh sammitinin Birgə Bəyanatını imzalamayıb?" - "Financial Times"
17 Jun 2024 | 19:18
Maşının yanacaq çəni partladı: Yaralanan var
17 Jun 2024 | 19:05
Uşakov: Putinin Türkiyəyə səfər vədi qüvvədə qalır
17 Jun 2024 | 18:47
Çexiyada hərbi poliqonda partlayış: Ölən və yaralananlar var
17 Jun 2024 | 18:39
Duyğuları oxuya bilən 4 BÜRC: Onlar...
17 Jun 2024 | 18:37
61 yaşlı Xalq artisti 18 yaşlı qızla evlənir
17 Jun 2024 | 18:34
ABŞ çempionatında 157 km/saat sürətlə uçan top rəqibin qolunu sındırdı
17 Jun 2024 | 18:10
Palçıqla "bəzənən" insanlar: Bakıda qeyri-adi gölə axın başlayıb - FOTOREPORTAJ
17 Jun 2024 | 18:05
Quba-Qusar yolunda maşın aşdı: ÖLƏN VAR - VİDEO
17 Jun 2024 | 18:02
Putin müdafiə nazirinə yeni müavinlər təyin edib
17 Jun 2024 | 18:00
Sertifikatsiyanın test mərhələsinin keçiriləcəyi imtahan mərkəzləri - SİYAHI
17 Jun 2024 | 17:53
"Qərb Çini daha özünün tərəfdaşı deyil, potensial düşməni hesab edir" - "The New York Times"
17 Jun 2024 | 17:45
Yoxsul tələbələrin bahalı layihəsi - 10 min dollar qazanmağın yolu - FOTO
17 Jun 2024 | 17:38
Cəmiyyətdə siqaret çəkən qadınlara münasibət - VİDEOSORĞU
17 Jun 2024 | 17:30
İzmirdə meşə yanır
17 Jun 2024 | 17:25
Moskvada kütləvi zəhərlənmə: 121 nəfər xəstəxanaya düşdü
17 Jun 2024 | 17:19
Ağdamda 10 tüfəng polisə təhvil verildi
17 Jun 2024 | 17:12
Türkiyəli deputat: "Azərbaycan-Türkiyə qardaşlığı TDT-nin gücünə güc qatır"
17 Jun 2024 | 17:06
AVRO-2024: Rumıniya - Ukrayna oyunu başladı - CANLI
17 Jun 2024 | 16:59
"Aygün səhnəni toya gətirdi" - Zaur Baxşəliyev
17 Jun 2024 | 16:52
"Azərbaycanla ərazilərin mübadiləsinə dair razılaşma olarsa..." - Paşinyan
17 Jun 2024 | 16:47
"Putinə ultimatumlarından sonra yerini göstərdilər" - Kuleba
17 Jun 2024 | 16:40
İnsan ömrü belə uzadılacaq: Görün 10 ildən sonra robotlar nə edəcəklər...
17 Jun 2024 | 16:32
Ceyhun Bayramov Hakan Fidanla danışdı
17 Jun 2024 | 16:25
Xaçmazda avtomobil aşıb, ölən və xəsarət alanlar var
17 Jun 2024 | 16:18
Salyanda şəhid qardaşı yeni avtomobil modelinin dizaynını hazırladı - FOTOLAR
17 Jun 2024 | 16:11
Paşinyan nəyə və niyə güvənir?
17 Jun 2024 | 16:04
Rusların Xocalıda gizli obyekti aşkarlandı - VİDEO
17 Jun 2024 | 15:53
Evini satmaq istəyən şəxsin başına iş gəldi: Əlavə 3000 manat ödəməsən...
17 Jun 2024 | 15:45
Bakının iki rayonunda su kəsiləcək
17 Jun 2024 | 15:38
Ukraynadan sensasiyalı açıqlama: Rusiya ilə danışıqlara gedirik, müharibə bitir
17 Jun 2024 | 15:31
Putin Şimali Koreya və Vyetnama gedəcək
17 Jun 2024 | 15:24
“Qarabağ”ın Avropadakı mövqeyi açıqlandı
17 Jun 2024 | 15:17
Sabiq deputat vəfat etdi - FOTO
17 Jun 2024 | 15:13
"İnsanların hər gün dəyənəklə döyüldüyü ölkədə demokratiyanın inkişafından  necə danışmaq olar?”
17 Jun 2024 | 15:10
Leysan yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17 Jun 2024 | 15:06
Bu çayları acqarına için! – Xroniki xəstəlik riskini azaldırlar
17 Jun 2024 | 15:02
“Deyirdim ki, mən qala-qala, sən onları niyə öpürsən?” - VİDEO
17 Jun 2024 | 15:00
Biri ilə yazışarkən bu səhvləri etmək qadağandır
17 Jun 2024 | 14:57
Azərbaycan və Rusiya parlamentlərarası komissiyasının növbəti iclası keçiriləcək
17 Jun 2024 | 14:54
Azərbaycan millisinin olimpiadada oyunlarının təqvimi bəlli oldu
17 Jun 2024 | 14:50
Bakıdan son tələb: 34 min kv km-lik ərazi məsələsi masaya qoyuldu - Kritik gəlişmə
17 Jun 2024 | 14:45
Azərbaycandakı sürət qatarıdırsa, Yaponiyadakı nədir?
17 Jun 2024 | 14:45
ABŞ dövlət katibinin müavini İrəvandadır
17 Jun 2024 | 14:42
Kreml Rusiyaya dost ölkələrin Ukrayna ilə bağlı sənədi dəstəkləməsinə münasibət bildirib
17 Jun 2024 | 14:41
Bərdədə altı uşaq xəstəxanalıq oldu
17 Jun 2024 | 14:34
Müharibə vaxtı yalnız bayraq tikən pakistanlı dərzi - Lahordan Astaraya uzanan ÖMÜR YOLU - FOTO
17 Jun 2024 | 14:24
Hacıqabulda dəhşətli ölüm: Beton panelin altında qalaraq can verdi
17 Jun 2024 | 14:18
Taekvondoçumuz klublararası Avropa çempionatında gümüş medal qazandı
17 Jun 2024 | 14:13
Moskvanın gizli nüvə sığınacağından REPORTAJ - FOTO
17 Jun 2024 | 14:06
Böyük müharibə olacaq: 3-4 ay sonra... - ŞOK PROQNOZ
17 Jun 2024 | 14:00
Bill Qeyts Çinə görə nüvə enerjisinə milyardlarla dollar sərmayə qoymaq istəyir
17 Jun 2024 | 13:57
Xoşqədəmdən qaynanasını itirmək istəyənlərə MƏSLƏHƏT - VİDEO
17 Jun 2024 | 13:52
Zəngəzurla bağlı MÜHÜM XƏBƏR: Naxçıvana quru yolu BELƏ AÇILIR
17 Jun 2024 | 13:45
Yol qəzasına düşən xarici turistlərin SON DURUMU açıqlandı
17 Jun 2024 | 13:41
Azərbaycanda işləyəcək tanınmış məşqçiyə bu şəxs köməkçi oldu
17 Jun 2024 | 13:35
Ermənistan niyə “Ukrayna sənədini” imzalamadı - səbəblər  
17 Jun 2024 | 13:27
İtkin düşən 20 nəfər tapıldı
17 Jun 2024 | 13:21
Ermənistan parlamentində Paşinyanın istefası müzakirəyə çıxarılacaq
17 Jun 2024 | 13:18
Hindistanda iki qatarın toqquşması nəticəsində 15 nəfər ölüb - VİDEO
17 Jun 2024 | 13:17
Netanyahu hərbi kabineti buraxdı
17 Jun 2024 | 13:15
Yazıçı Oqoltsov Xankəndidəki yeddiaylıq həyatından danışıb - Erməni TV-si onu təhrik etsə də...
17 Jun 2024 | 13:11
“Azərbaycanlılar bu sahələrdə “sosialist qulları” kimi işlədilirdi...”- Tariximizə fərqli baxış
17 Jun 2024 | 13:10
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanıldı - DİN
17 Jun 2024 | 13:06
Millimiz Türkiyədə hazırlıq keçəcək
17 Jun 2024 | 13:05
Qəbələdən Bakıya helikopterlə təxliyə olundu – FOTOLAR
17 Jun 2024 | 13:03
“Azərbaycan Ermənistanın havadarlarına son xəbərdarlığını etməlidir” – Qüdrət Həsənquliyev
17 Jun 2024 | 13:01
Sabaha olan hava proqnozu - 39 dərəcə isti olacaq
17 Jun 2024 | 12:58
Bala köpəkbalığı həvəskar balıqçının qarmağına ilişdi
17 Jun 2024 | 12:55
İsmayıllıda avtomobil qəzası olub, üç nəfər yaralanıb
17 Jun 2024 | 12:47
Alban azarkeş azərbaycanlı aparıcını stadionda ÖPDÜ - VİDEO
17 Jun 2024 | 12:42
ANS-də “yarpaq tökümü” - Heç biri 50 yaşa çatmadı...
GÜNLÜK
17 Jun 2024 | 08:11
61 yaşlı müğənni 18 yaşlı tələbə qızla evlənir - FOTO
17 Jun 2024 | 10:08
Sərxan Kamallının ölüm səbəbi açıqlandı - Yenilənib
17 Jun 2024 | 08:14
İyunda sevgi və romantika gözləyən 4 BÜRC: İNANILMAZ EŞQ...
17 Jun 2024 | 06:51
Braziliya millisinin əfsanəsi AVRO-2024-dəki favoritini AÇIQLADI
17 Jun 2024 | 07:17
37 mindən çox şəhid vermiş Qəzzada Qurban bayramını necə qeyd edildi?..-FOTOLAR+VİDEO
17 Jun 2024 | 09:22
Xalq artistindən televiziyalara İRAD: “Dəfələrlə zəng edib demişəm ki, bu nədir göstərirsiniz?”
17 Jun 2024 | 08:00
Yemək yeyəndə uşağa telefonverməyin! - VALİDEYNLƏRİN ƏN BÖYÜK SƏHVİ 
17 Jun 2024 | 08:04
İŞİD üzvü Rusiyada həbsxananı ələ keçirdi - YENİ GÖRÜNTÜLƏR
17 Jun 2024 | 08:00
Ermənistan sərhəddə nə daşıyır? - Aşağı Əskipara kəndindən GÖRÜNTÜLƏR
17 Jun 2024 | 08:10
Türkiyədə Qurban bayramında 16 min nəfər xəsarət alıb
HƏFTƏLİK
14 Jun 2024 | 12:32
“Müəllimlərin sertifikasiya imtahanındakı uğursuz nəticələrini kaş deməzdilər...” - 53 ilin müəllimi - FOTOLAR + ÖZƏL
13 Jun 2024 | 22:04
“Bakı ən az 15 faiz bizim ömrümüzü qısaldır” — Paytaxtın köçürülməsi təklif edilir
15 Jun 2024 | 17:36
"Bu dövlətin uzun əsrlərdən bəri Azərbaycan türkləri tərəfindən idarəçiliyinə son qoyuldu...”
13 Jun 2024 | 12:01
Pensiya ilə bağlı mühüm xəbər: Məbləğ artır... - Yeni sistem belə olacaq
12 Jun 2024 | 15:48
Müharibə iştirakçılarının müavinəti artırılacaqmı?- Millət vəkili AÇIQLADI 
12 Jun 2024 | 09:10
Xuraman Muradovanın “Əsrə bərabər 20 il” kitabı təqdim edildi- FOTOLAR 
12 Jun 2024 | 16:33
"Rusiyalıları ölkəmizdən qovmağın zamanı yetişib"
12 Jun 2024 | 14:18
Bakıda dəhşətli qətl: Oğul evdə dözülməz əxlaqsızlıq etdi, atası... – ŞOK TƏFƏRRÜAT
12 Jun 2024 | 14:35
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ - 15 iyundan...
12 Jun 2024 | 17:12
Hava ilə bağlı SARI XƏBƏRDARLIQ - Növbəti iki gündə...
AYLIQ
17 Jun 2024 | 08:11
61 yaşlı müğənni 18 yaşlı tələbə qızla evlənir - FOTO
17 Jun 2024 | 10:08
Sərxan Kamallının ölüm səbəbi açıqlandı - Yenilənib
17 Jun 2024 | 08:14
İyunda sevgi və romantika gözləyən 4 BÜRC: İNANILMAZ EŞQ...
17 Jun 2024 | 06:51
Braziliya millisinin əfsanəsi AVRO-2024-dəki favoritini AÇIQLADI
17 Jun 2024 | 07:17
37 mindən çox şəhid vermiş Qəzzada Qurban bayramını necə qeyd edildi?..-FOTOLAR+VİDEO
17 Jun 2024 | 09:22
Xalq artistindən televiziyalara İRAD: “Dəfələrlə zəng edib demişəm ki, bu nədir göstərirsiniz?”
17 Jun 2024 | 08:00
Yemək yeyəndə uşağa telefonverməyin! - VALİDEYNLƏRİN ƏN BÖYÜK SƏHVİ 
17 Jun 2024 | 08:04
İŞİD üzvü Rusiyada həbsxananı ələ keçirdi - YENİ GÖRÜNTÜLƏR
17 Jun 2024 | 08:00
Ermənistan sərhəddə nə daşıyır? - Aşağı Əskipara kəndindən GÖRÜNTÜLƏR
17 Jun 2024 | 08:10
Türkiyədə Qurban bayramında 16 min nəfər xəsarət alıb