Rəsmi Bakı Malayziyaya başsağlığı verdi
Siyasət
2563
23 Apr 2024 | 13:40

Rəsmi Bakı Malayziyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bayram paradının məşqi zamanı Malayziyanın Hərbi Dəniz Qüvvələrinin helikopterlərinin toqquşması nəticəsində vətəndaşların həlak olması ilə əlaqədar bu ölkəyə başsağlığı verib.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
 
“Malayziya Hərbi Dəniz Qüvvələrinin helikopterlərinin toqquşması xəbərindən dərindən kədərlənərək, bu dəhşətli faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - paylaşımda qeyd edilib.
 
Xatırladaq ki, Malayziyada Hərbi Dəniz Qüvvələrinin 90 illiyi münasibətilə keçirilən paradın məşqi zamanı iki helikopter havada toqquşub. Ölkənin yanğınsöndürmə və xilasetmə xidmətinin məlumatına görə, hadisə nəticəsində 10 ekipaj üzvü həlak olub.
 
Link kopyalandı!
Son xəbərlər