Bakıda COP29 çərçivəsində Mərkəzi Asiya üçün İnvestisiya Forumu keçiriləcək
Siyasət
2717
16 Apr 2024 | 19:35

Bakıda COP29 çərçivəsində Mərkəzi Asiya üçün İnvestisiya Forumu keçiriləcək

Azərbaycan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə Şərq Tərəfdaşlığı ölkələri üçün Bərpa Olunan Enerji üzrə Yol Xəritələri təşəbbüsü üzrə tədbirin keçirilməsini müzakirə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
 
Müzakirələr P. Şahbazovun IRENA-nın baş direktoru Françesko La Kamera ilə keçirdiyi görüşdə aparılıb
 
"Françesko La Kamera ilə görüşdə COP29 çərçivəsində Mərkəzi Asiya üçün İnvestisiya Forumuna Azərbaycanın ev sahibliyi, həmçinin digər birgə təşəbbüslərin reallaşdırılması və ikitərəfli əməkdaşlıqla bağlı müzakirələr apardıq", - nazir qeyd edib.
Link kopyalandı!
Son xəbərlər