Milli Məclis hökumətin hesabatını qəbul edib - YENİLƏNİB - 3
Siyasət
3044
15 Mar 2024 | 16:52

Milli Məclis hökumətin hesabatını qəbul edib - YENİLƏNİB - 3

Milli Məclis Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını qəbul edib.
 
Moderator.az-ın  xəbərinə görə, hesabat parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
 
Sənədi Baş nazir Əli Əsədov təqdim edib.
 
Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılıb.
 
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
 
11:53
Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb.
 
Moderator.az-ın xəbərinə görə, hesabatı Baş nazir Əli Əsədov təqdim edib.
 
Hazırda isə Milli Məclisin komitə sədrləri hesabat ətrafında çıxış edirlər.
 
11:12
Milli Məclisdə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunur.
 
"Report"un xəbərinə görə, hesabatı Baş nazir Əli Əsədov təqdim edir.
 
Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılacaq.
 
İclasda hökumət üzvləri də iştirak edir.
 
11:02
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.
 
Moderator.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə bir məsələnin müzakirəsi daxil edilib.
 
İclasda Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabat dinləniləcək.
 
Baş nazir Əli Əsədov və hökumət rəsmiləri toplantıda iştirak edirlər.
 
Hesabatı Ə.Əsədov təqdim edəcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər