İlham Əliyev bu halda Paşinyanla görüşəcək – Rusiyalı diplomat
761
17 May 2022 | 16:24

İlham Əliyev bu halda Paşinyanla görüşəcək – Rusiyalı diplomat

Moskva Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üzbəüz üçtərəfli görüşünün keçiriləcəyini istisna etmir. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko səsləndirib.

“Biz 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində üçtərəfli sazişlərin ən yüksək səviyyədə həyata keçirilməsi üçün bütün səviyyələrdə sistemli işi davam etdiririk. Liderlər daimi təmasdadırlar.

Əgər belə bir zərurət yaranarsa, üzbəüz görüşün təşkil olunmasını istisna etmirik”, - deyə o bildirib.

Rudenko xatırladıb ki, mayın 12-də Düşənbədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurası çərçivəsində Ermənistan və Azərbaycandan olan həmkarları ilə danışıqlar zamanı Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələlərinin bütün spektrini müzakirə edib.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər