İlham Əliyev BMT ilə imzalanmış sazişi təsdiqlədi
Siyasət
2226
14 Mar 2024 | 15:16

İlham Əliyev BMT ilə imzalanmış sazişi təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycanla Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının Bakıda keçirilməsinə dair sazişi təsdiqləyib.
 
Moderator.az xəbər verir ki, dövlət başçısı bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş”in təsdiq edilməsi haqqında qanunu imzalayıb.
 
Sənəd 2023-cü il dekabrın 22-də Bakı şəhərində imzalanıb.
 
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər