Prezident İlham Əliyev: Azərbaycan COP çərçivəsində Çinlə əməkdaşlığa hazırdır
Siyasət
1875
13 Mar 2024 | 20:31

Prezident İlham Əliyev: Azərbaycan COP çərçivəsində Çinlə əməkdaşlığa hazırdır

Azərbaycan COP çərçivəsində Çin ilə yaxından əməkdaşlıq etməyə hazırdır.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edərkən deyib.
 
Dövlət başçısı Çinin bərpaolunan enerji sahəsində mükəmməl texnoloji nailiyyətlərə imza atdığını, bu sahədə Azərbaycanın Çinlə əməkdaşlığa hazır olduğunu deyib.
 
Prezident İlham Əliyev yaşıl keçidin Azərbaycanın prioritetlərindən biri olduğunu qeyd edərək, bu sahədə birgə istehsal müəssisələrinin yaradılmasında da ölkəmizin maraqlı olduğunu bildirib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər