Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
Siyasət
Oxunub: 2069
02 Mar 2024 | 12:45
Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
Berlin platforması Brüssel və Vaşinqton formatlarının uğursuz taleyini yaşayacaq?
 
“Təbii ki, insanlıq ölçüləri bütün hallarda bərabərdir, lakin beynəlxalq hüquq nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ərazisində yerləşir və heç bir halda Rusiyanın başqa bir ölkənin suveren ərazisində açdığı təcavüzkar müharibə ilə müqayisə oluna bilməz”.
 
Bunu Almaniyanın Ermənistandakı səfirliyində keçirilən mətbuat konfransında Almaniya Bundestaqının Hüquq Məsələləri Komissiyasının sədri Elizabet Vinkelmeyer-Bekker deyib.
 
Yerli jurnalistlər alman deputata Almaniyanın Qarabağ erməniləri ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək təşəbbüsü ilə çıxış edib-etməyəcəyi barədə təxribatçı sual ünvanlayıblar. “Bu, xarici siyasət sualıdır və mənim ona cavab vermək səlahiyyətim yoxdur. Ukraynalılara gəlincə, onlar Almaniyada qaçqın kimidirlər, Ukrayna bizim qonşumuzdur və birbaşa yardım göstərmək üçün daha geniş imkanlar var”, - deyə Vinkelmeyer-Bekker söyləyib.
 
Bəs bunu rəsmi Berlinin Azərbaycana münasibətdə davamlı və pozitiv mövqe dəyişikliyi saymaq olarmı? Bu nədir - situativ reverans, yoxsa?.. 
 
Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib ki, Almaniya Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir. O, kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb.
 
“Almaniya qonşuluğunda yerləşən necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir”, - Azərbaycan rəhbəri vurğulayıb.
 
Qeyd edək ki, fevralın son günlərində Berlində uzun fasilədən sonra Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş olub. Almaniyanın sülh prosesinə real töhfə şansı nə dərəcədə realdır, yoxsa onu da ABŞ-ın, Fransanın aqibəti gözləyir?
 
Elşən Musayev də yenidən parlamentə seçilməyə çalışacaq
 
Elşən Musayev 
 
Milli Məclisin deputatı Elşən Musayev “Yeni Müsavat”a bildirib ki,  Vinkelmeyerin mətbuat konfransında söylədiyi fikirlərini, onun müəyyən mənada neytrallıq nümayiş etdirməsini və təxribatçı suallardan yayınmasını müsbət məqam kimi qiymətəndirə bilərik: “Eyni zamanda rəsmi Berlinin ümumilikdə son zamanlar sərgiləmiş olduğu mövqeni də  təqdirəlayiq hal hesab etmək olar. Sadəcə, məsələ burasındadır, Şvabe kimi ədalətsiz təmsilçilər, Bundestaqda Azərbaycan əleyhinə fikir söyləyən bir sıra deputatlar da almandır və arzu edərdik ki, Almaniya dövlətinin  hazırda nəzərəçarpan pozitiv addımları onların da düzgün və adekvat fəaliyyət göstərməsinə, ədalətli qənaət hasil etməsinə öz təsirini göstərsin.
 
Təbii, hazırkı situasiyada Almaniyanı Amerika və Fransa ilə tay tutmaq, eyniləşdirmək olmaz. Hətta onların indiki mövqeyi reverans xarakterlidirsə belə... Çünki ələlxüsus da Fransanın hazırda elədiyi riyakarlıqları kimsə eləmir, Fransanın Qarabağ mövzusundakı absurd və ədalətsiz mövqeyini kimsə sərgiləmir. Amerika isə necə deyərlər, “pambıqla baş kəsməklə” məşğuldur və xarici siyasətlərində də yalnız özlərinə sərf edən, öz maraqlarını təmin edən istiqaməti prioritet kimi qəbul edirlər.
 
Ona görə də bir daha təkrar etmək istəyirəm ki, ən azından indiki situasiyada Almaniyanı digərlərindən fərqləndirmək lazımdır. Eyni zamanda o arzuya köklənmək gərəkdir ki, bu fərqlilik yaxşı anlamda bundan sonra da davam edəcək və Almaniya bölgədəki hadisələrə münasibətdə öz ədalətli mövqeyi ilə seçiləcək".
 
Guya demokratiya ilə bağlı ciddi problemlərin olduğunu deyənlər…” – Aydın  Quliyev – Yeni Çağ Media
 
Aydın Quliyev
 
Siyasi şərhçi Aydın Quliyev isə bildirib ki, Almaniya hakimiyyətində Azərbaycanın ərazi bütövlüyü və süverenlik naminə apardığı mübarizənin mahiyyətinin obyektiv başa düşülməsi yaxşı haldır. Almaniyanın Bakı-İrəvan sülh danışıqlarını irəli aparmaq təşəbbüsləri də yaxşıdır. Sülh prosesi bu anadək dalana girib: “Moskva formatında danışıqları Ermənistan istəmir, Avropa Birliyi və Fransanın qərəzli mövqeyi Brüssel formatını gözdən saldı, Şarl Mişel  yol üstündə olduğu üçün əvvəlki ürəklə çalışmır, ABŞ diplomatiyası  isə erməni lobbisinin təsirinə uyduğu üçün Azərbaycanın etimadını itirib. Yaranmış bu boşluqda Almaniyanın fəallaşması lap yerinə düşür. Şoltsun səyləri ümid yaradır ki, sülh prosesi hərəkətə gəlsin. Lakin Almaniyanın sülh təşəbbüslərinə mane olan müəyyən amillər var.
 
Əvvəla, Şoltsun timsalında federal hökumət Bakı-İrəvan sülhünə çalışdığı halda, Almaniyanın AŞ PA və Avropa parlamentindəki deputatları Azərbaycana qarşı  düşmənçilik işi aparırlar. Almaniyanın Avropa qurumlarındakı  deputatları Ermənistanı müharibəyə təhrik edənlərə dəstək verirlər. Sülh prosesinə Almaniyadan ikili yanaşma görürük. Almaniya hakimiyyəti daxilində  Qafqaz   məsələsinə ziddiyyətli mövqelər var. Bu vəziyyət Almaniyanın sülh prosesini sonadək sabit yürüdə biləcəyini qətiyyətlə söyləməyə mane olur. Ancaq indiki halda deməliyik ki, həqiqətən Almaniya özünün sülh təşəbbüslərində səmimidir. ABŞ, Fransa 30 il ərzində Almaniyanı Qarabağ münaqişəsinin həlli prosesinə buraxmadılar, özləri də yarıtmadılar və sonda Qafqazda hörmətlərini itirdilər.
 
Bu mənada Almaniya indiki şansa fürsət kimi baxır. Almaniya 30 il Qarabağ məsələsində pozucu rol oynamış ABŞ və Fransaya nümunə göstərmək istəyir".
 
Yusif Bağırzadə prezidentliyə namizəd oldu
 
 Yusif Bağırzadə
 
Politoloq Yusif Bağırzadə isə bildirib ki, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra davamlı olaraq Almaniya ilə münasibətlərin yaxşılaşdırılmasına səy göstərib: "İki ölkə arasında bir çox iqtisadi, siyasi, mədəni tədbirlərin birgə keçirilməsinə dair yaxşı nümunələr mövcuddur. Bu da təbiidir, çünki Almaniya Avropanın aparıcı, iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərindən biridir və Azərbaycanın bu dövlətlə əlaqələrin genişləndirilməsinə böyük önəm verməsi təsadüfi deyil. Düzdür, son aylarda xüsusən də antiterror tədbirləri uğurla həyata keçirildikdən sonra Avropa ölkələrində anti-Azərbaycan təbliğatı Almaniyadan da yan keçmədi. Bu prosesdə Almaniyanın siyasi dairələri də bu və ya digər şəkildə iştirak etdilər. Ancaq son günlərdə Almaniyanın hakim dairələrinin reallıqları dərk edərək, Azərbaycana qarşı münasibətdə dönüş etdikləri də ortadadır. 
 
Görünən odur ki, Almaniya öz səhvlərinə müəyyən qədər düzəliş edib və münasibətlərin yaxşılaşdırılmasına səy göstərir. Elə iki gün əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş də bunun bariz sübutudur. Həmin görüş bir sıra mühüm mesajlarla yadda qaldı. 
 
Prezident görüşdə Fransa, ABŞ və Rusiyanın 30 illik fəaliyyətsizliyi haqda da danışdı və bir daha bəyan etdi ki, 30 il ərzində həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Rusiyanın yeni reallıqları qəbul etdiyini amma ABŞ və Fransanın hələ də səhv mövqedə olduqlarını deyən dövlət başçısı konkret və ünvanlı şəkildə ABŞ və Fransanı səhv mövqedən geri çəkilməyə çağırdı. Prezident bəyan etdi ki, əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Azərbaycan bölgənin açar dövlətidir və ölkəmizin regional proseslərdə aparıcı rolu nəzərə alınmadan, bu və ya digər qütbün, xüsusilə də bölgədənkənar qüvvələrin Cənubi Qafqazda maraqlarının uzlaşdırılması, balanslaşdırılması, yaxud təmin edilməsi mümkün deyil. Almaniya da bu reallığın fərqindədir. 
 
Almaniya ilə əlaqələrin genişləndirilməsi hər iki dövlət üçün, xalqların xoşbəxtliyi üçün vacibdir və Prezidentimiz də bunu dəfələrlə qeyd etmişdir. Sözsüz ki, Almaniya rəsmləri ilə keçirilən son görüş də reallıqların çatdırılması, nailiyyətlərimizin təsdiq olunması baxımından əhəmiyyətli görüş oldu. Almaniya sülh danışıqlarında Berlin platformasının Brüssel və Vaşinqton platformalarının uğursuz taleyini yaşamasını istəmirsə tərəf tutmamalı, ədalətli və həqiqi sülh tərəfdarı kimi çıxış etməlidir. Əks halda, Berlin platforması da nəticəsiz platforma kimi kənara qoyulacaq". 
 
Oxşar xəbərlər
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
26 Jul 2024 | 23:20
Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO
26 Jul 2024 | 23:16
İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib
26 Jul 2024 | 23:05
Tramp prezident seçilərsə, Ukraynaya nə olacaq?
26 Jul 2024 | 22:58
Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 22:45
Ad günü məclisində qan düşdü
26 Jul 2024 | 22:43
Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!
26 Jul 2024 | 22:32
Repçi qəza keçirtdi, onu çəkmək istəyənlər ölümdən döndü - FOTOLAR
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 22:14
"Chrome"da yeni funksiya
26 Jul 2024 | 22:06
Təbiətin bizə bəxş etdiyi möcüzəvi meyvə
26 Jul 2024 | 21:50
Rusiya Yutubu bloklamaq qərarı verdi
26 Jul 2024 | 21:42
Ən bahalı hamburger: 9 min manata satılıb
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 21:31
Gün ərzində nə qədər şokalad yemək olar?
26 Jul 2024 | 21:28
AB Rusiyanın 1,5 milyardını silah üçün Kiyevə verdi
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
26 Jul 2024 | 21:20
Hərbi Gürcüstan yolu selə görə bağlandı
26 Jul 2024 | 21:19
IV qrupun lideri olan Nuray - FOTO
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 21:12
Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub
26 Jul 2024 | 20:58
Qəbul imtahanlarının nəticələri açıqlandı
26 Jul 2024 | 20:50
İş axtaran zaman diqqət edilməli nüanslar
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 20:45
Büroda vəkilin meyiti tapıldı - başından vurulub
26 Jul 2024 | 20:39
ABŞ-də bir ildə 4 nəfər siçanlardan yayılan virusdan öldü
26 Jul 2024 | 20:31
Çörəyi bir ay kiflənmədən saxlamağın ASAN ÜSULU
26 Jul 2024 | 20:23
Britaniya qırıcılarına görə Rusiya təyyarəsi havaya qaldırılıb
26 Jul 2024 | 20:15
Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı
26 Jul 2024 | 20:10
Zəncəfilli limonadı belə hazırlayın
26 Jul 2024 | 20:03
Afaq Gəncəli Xəzər TV-dən ayrılıb?
26 Jul 2024 | 19:55
Hansı tərəvəzləri çiy yemək olmaz?
26 Jul 2024 | 19:49
Seysmoloqdan XƏBƏRDARLIQ: Bu 4 şəhəri işarə etdi - FOTO
26 Jul 2024 | 19:41
Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır
26 Jul 2024 | 19:41
Avropa “qapıdakı” rus tankları ilə mübarizəyə hazırlaşır, həm də ABŞ-sız...
26 Jul 2024 | 19:35
Ermənistan NİYƏ İranla sərhəddə TUNEL TİKİR?
26 Jul 2024 | 19:30
Sumqayıtda yaşayış binasında yanğın 
26 Jul 2024 | 19:25
"Android" istifadəçiləri getdikcə daha çox "iPhone" alırlar
26 Jul 2024 | 19:19
Prezident Administrasiyasında avqust ayında vətəndaşların qəbul CƏDVƏLİ
26 Jul 2024 | 19:18
"Bandotdel"dən böyükmiqyaslı ƏMƏLİYYAT: Çox sayda həbs edilən var - ANBAAN GÖRÜNTÜLƏR
26 Jul 2024 | 19:13
Polisdən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO
26 Jul 2024 | 19:05
Ermənistanın son təxribatlarının məqsədi nədir? - Ekspertdən AÇIQLAMA
26 Jul 2024 | 19:00
Üzməyə getməzdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...
26 Jul 2024 | 18:54
Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:50
Tramp FTB-də dindirilə bilər
26 Jul 2024 | 18:45
Diş fırçasını nə vaxt dəyişək?
26 Jul 2024 | 18:40
Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA
26 Jul 2024 | 18:35
Nazirlərin avqust ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb
26 Jul 2024 | 18:30
Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 18:23
“İqtisadi müstəqilliyin təmini media üçün ən vacib şərtdir”
26 Jul 2024 | 18:20
1000-ə yaxın miqrant Rusiyadan qovulur
26 Jul 2024 | 18:15
Vidadi İsayev Bərdənin Ərəblər kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
26 Jul 2024 | 18:10
Yaşar Gülər Rəşad Məmmədovla görüşdü
26 Jul 2024 | 18:05
Dünyanın ən hündür tuneli tikiləcək
26 Jul 2024 | 18:03
Kamal Umudlu UEFA Konfrans Liqasının görüşünə təyinat alıb
26 Jul 2024 | 17:57
Qarabağ Universitetinin yeni dekanı KİMDİR...
26 Jul 2024 | 17:51
Mərdəkan yolunda taksidə əxlaqsızlıq - Həbs olunan var
26 Jul 2024 | 17:45
Qarabağ Universitetində YENİ TƏYİNATLAR - FOTO
26 Jul 2024 | 17:40
MSK seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 17:30
Paşinyan Türkiyə ilə sərhədə getdi
26 Jul 2024 | 17:24
XİN Maldivin Müstəqillik Gününü təbrik etdi - FOTO
26 Jul 2024 | 17:18
İrəvana davam edən hərbi yardımlar: Ermənistanı müharibəyə hazırlayırlar -TƏHLİL + FOTO
26 Jul 2024 | 17:12
Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlandı
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:55
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Qaxda dəyirmi masa keçirdi - FOTOLAR
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi
26 Jul 2024 | 16:45
Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:12
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı LƏĞV OLUNMALIDIR
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 15:50
Flora Kərimova doğum gününü belə keçirdi - VİDEO
26 Jul 2024 | 15:44
Kreditlə bağlı mühüm YENİLİK – Zamin tələbi LƏĞV OLUNUR?
26 Jul 2024 | 15:38
Lisenziyası ləğv olunan bankda hesabı olan vətəndaşların NƏZƏRİNƏ!
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 15:26
Azərbaycanda yaşamaq üçün müaciət edən əcnəbilərin sayı açıqlandı
26 Jul 2024 | 15:22
Qəbələdə orta məktəb yandı
26 Jul 2024 | 15:18
Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib
26 Jul 2024 | 15:14
Vitali Arkov: "Qərb Ermənistanı balaca uşaq kimi aldatmaqda davam edir"
26 Jul 2024 | 15:09
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - FOTO
26 Jul 2024 | 15:03
İranın azərbaycanlı prezidenti: “Məni çox tərifləməyin, səhvlərimi deyin!”
26 Jul 2024 | 14:57
"Rusiya və Çin olmadan Ukrayna müharibəsi üzrə sülh danışıqları mümkün deyil" - Çexiya prezidenti
GÜNLÜK
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
21 Jul 2024 | 20:53
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
AYLIQ
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO