“Berlində Bakı ilə sülh sazişi üzrə irəliləyiş əldə olunacağına ümid edirəm” -xa0Paşinyan
Siyasət
2685
27 Feb 2024 | 15:38

“Berlində Bakı ilə sülh sazişi üzrə irəliləyiş əldə olunacağına ümid edirəm” -xa0Paşinyan

Ermənistan baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin fevralın 28-29-da Berlində sülh sazişi üzrə irəliləyişə nail olacaqlarına ümidvar olduğunu bildirib.
 
O, bu barədə Afinada Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə görüşdə deyib.
 
“Siz bilirsiniz ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin daha bir görüşü gözlənilir. Ümid edirəm ki, bu görüş nəticəsində irəliləyiş əldə olunacaq”, - deyə Paşinyan qeyd edib.
 
Mənbə: TASS
 
Link kopyalandı!
Son xəbərlər