Səudiyyə Ərəbistanının Həcc və ümrə naziri Azərbaycana gəlib
2604
26 Feb 2024 | 23:10

Səudiyyə Ərəbistanının Həcc və ümrə naziri Azərbaycana gəlib

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc və ümrə naziri Töfiq bin Fouzan əl-Rəbian Azərbaycana rəsmi səfərə gəlib.
 
Moderator.az xəbər verir ki, fevralın 26-da Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağın qarşılanma mərasimi olub.
 
Səudiyyə Ərəbistanı Krallığının Həcc və ümrə naziri Tofiq bin Fouzan əl-Rəbianı səmimi salamlayan Şeyxülislam həzrətləri dəvəti qəbul etdiyinə görə minnətdarlıq edib.
 
Səudiyyəli nazirin ölkəmizdə rəsmi görüşləri nəzərdə tutulub.
 
Link kopyalandı!
Son xəbərlər