Siyasət
2557
22 Feb 2024 | 17:52

"Azərbaycan sülh sazişi ilə bağlı danışıqlar prosesinin başlamasında maraqlıdır" - Ceyhun Bayramov

"Azərbaycan sülh sazişi layihəsi ilə bağlı növbəti şərhlərini Ermənistan tərəfinə təqdim edib və bu istiqamətdə danışıqlar prosesinin başlamasında maraqlıdır".
 
Moderator.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşündə deyib.
 
Bununla yanaşı Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddiaların qəbuledilməz olduğu da vurğulanıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər