"Azərbaycan-Türkiyə birliyi bütün istiqamətlərdə dünyaya nümunədir" - Vüqar Rəhimzadə
Oxunub: 2090
20 Feb 2024 | 17:03
Dünyanın diqqəti növbəti dəfə dostluğu, qardaşlığı, müttəfiqliyi nümunə olan Azərbaycan-Türkiyə münasibətlərinə yönəldi. Dövlət başçısı İlham Əliyevin 7 fevral prezident seçkilərində qələbəsindən sonra ilk rəsmi səfərini  fevralın 18-də  qardaş Türkiyəyə etməsi əlaqələrimizin bu günü və sabahı barədə aydın təsəvvür yaratdı.  Belə ki, iki dost ölkənin liderlərinin prezident seçkilərində qələbələrindən sonra ilk səfərlərini məhz Azərbaycana və Türkiyəyə etmələri dünyanın diqqətindən kənarda qalmır. Prezidentlər istər təkbətək, istər geniş tərkibdə görüşlərində, istərsə də mətbuata birgə bəyanatlarında bu mühüm addımın bir ənənə halını alaraq münasibətlərimizin göstəricisi olduğunu xüsusi vurğuladılar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  yeni dövrdə mükəmməl səviyyədə davam edən əməkdaşlığımızın həmişəkindən daha yüksək səviyyəyə çatdırılacağına əminliyini ifadə etdi. 
 
Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurlu inkişafı ilə diqqətdədir. Nəzərə alsaq ki, ölkələrarası münasibətlərdə enerji amili xüsusi əhəmiyyət kəsb edir, bu halda iki dost ölkənin sözügedən sahədə əməkdaşlığının xronologiyasına diqqət yetirmək bir zərurətə çevrilir. İlk olaraq regional çərçivədə başlayan  enerji əməkdaşlığının bu gün coğrafiyasının daha da genişləndirilməsi əsas hədəflər sırasındadır. 2018-ci ildə çoxtərəfli əməkdaşlığın  başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən olan TANAP istifadəyə veriləndə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu mühüm hadisəni növbəti layihələrin müjdəçisi kimi dəyərləndirmişdi. Azərbaycan Prezidentinin fevralın 18-də reallaşdırdığı rəsmi səfər çərçivəsində qardaş ölkənin Prezidenti TANAP-ın imkanlarının artırılmasının, Xəzərin təbii qazının Türkiyəyə və Avropaya çatdırılmasının prioritetlər sırasında olduğunu xüsusi qeyd etdi. Ötən ilin sentyabr ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan səfəri çərçivəsində İğdır-Naxçıvan təbii qaz boru kəmərinin təməlinin qoyulması  ilə enerji sahəsində əməkdaşlığımız yeni bir səviyyəyə çatdırıldı. Hər iki ölkənin tranzit imkanları xüsusi qeyd edilməlidir. Nəqliyyat sahəsində əməkdaşlığın mühüm göstəricilərindən biri kimi  Bakı-Tbilisi-Qars dəmir yolunu xüsusi qeyd etmək lazımdır. Bu uğurlu nəticələr Azərbaycan və Türkiyənin  eyni köklər üzərində böyüyən ulu bir çinara bənzədilməsinin səbəbsiz olmadığını təsdiqləyir. Çünki  həmin çinarın kölgəsi qardaş ölkələrin birgə  həyata keçirdikləri layihələrlə  Qafqazdan Avropayadək  uzanır.
 
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında  bildirib.
 
Vüqar Rəhimzadə vurğulayıb ki, ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərlə yanaşı,  imzalanan sənədlər də əhəmiyyətli rol oynayır. Bu sənədlər münasibətlərin inkişafında möhkəm hüquqi baza rolunu oynayır. Tarixi Zəfərimizin dünyaya təqdimatında öz sözünü deyən 10 dekabr 2020-ci il tarixində Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycanın dövlət başçısı İlham Əliyevin sənədlərin imzalanması mərasimindən sonra mətbuata birgə bəyanatlarında qardaş ölkə liderinin səsləndirdiyi bu fikirləri yada salmaq istərdik: “Bu gün atılan imzalar, əslində, simvolik imzalardır. Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəkdir”. Həmin vaxt imzalanan sənədlər arasında Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasını xüsusi qeyd etmək istərdik. İnformasiya cəbhəsində üstünlüyümüzu qorumaq, beynəlxalq səviyyədə aparılan qərəzli təbliğatları əsaslı şəkildə cavablandırmaq üçün belə bir addımın atılması vacib idi. Ortaq Media Platformasının yaradılması fonunda müasir dövrün yaratdığı imkanlardan maksimum istifadə etməklə qərəzi, əsassız təbliğatları tutarlı faktlarla cavablandırmaq, yalanın həqiqət üzərində qələbəsinin mümkünsüzlüyünü bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün imkanlar əldə edirik. Media əməkdaşlığı Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə böyük töhfə olmaqla yanaşı, mövcud əlaqələrin inkişafında yeni bir səhifə açdı. Prezident İlham Əliyevin bu səfəri çərçivəsində isə Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu imzalandı. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  bu mühüm addım sadəcə olaraq, təhsil məsələsi deyil. Bu,  birliyimizin növbəti rəmzidir. Belə bir əminlik də ifadə edildi ki,  yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.  
 
YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Azərbaycan və Türkiyənin bütün sahələrdə əlaqələrinin yüksələn xətlə inkişafı, ümumilikdə münasibətlərimizin dünyaya bir qardaşlıq nümunəsi olması dövlət başçısı İlham Əliyevin  “Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib” fikirlərinin təqdimatıdır. O da qeyd edildi ki,  Azərbaycan və Türkiyə xalqları əcdadların bütün ənənələrinə sadiqdirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  mətbuata bəyanatında xüsusi qeyd etdi ki, Azərbaycan ilə əməkdaşlığımızın Ümummilli Lider Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyini görürük.
 
Vüqar Rəhimzadə bildirib ki, dünya bu qardaşlığın, dostluğun sarsılmazlığının  2020-ci ildə 44 günlük  İkinci Qarabağ müharibəsi, eyni zamanda, ötən ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı  şahidi oldu. Hər iki hadisə sübut etdi ki, Türkiyə və Azərbaycan həm sevincli, həm də kədərli anlarında biri-birinin yanında olmalarını sözdə deyil, əməldə təsdiqləyirlər. İkinci Qarabağ müharibəsinin başlandığı  ilk anlardan  Türkiyənin siyasi və mənəvi dəstəyini hiss edən və bundan böyük güc alan Azərbaycanın sonrakı addımlarına diqqət yetirdikdə qardaş ölkənin Prezidentinin daim cənab İlham Əliyevin yanında olduğunu görürük. Zəfər paradı, onun ardınca Qarabağın tacı Şuşanın şahidliyi ilə müttəfiqlik sənədinin imzalanması, daha sonra iki dost ölkənin prezidentlərinin iştirakı ilə Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının dünyaya açılması və sair kimi biri-birindən mühüm hadisələr dostluğumuzun təqdimatlarıdır. Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək  bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.  Azərbaycan Prezidenti əməkdaşlığımızın önəmli istiqamətlərindən biri  kimi  hərbi sahədə işbirliyimizi də xüsusi vurğuladı. Bildirdi ki, ordularımız bir yumruq anlamına gəlib. Hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm də Azərbaycanda keçirilir,  hərbi gücümüz daha da artır.  İkinci Qarabağ müharibəsi, ötən il həyata keçirilən antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub.
 
YAP Xətai rayon təşkilatının sədri ötən ilin fevralında Türkiyədə dəhşətli zəlzələ baş verərkən Azərbaycanın qardaşlıq dəstəyindən də bəhs edib. Bildirib ki, hazırda Azərbaycanın maliyyə dəstəyi əsasında   Kahramanmaraşda 32 hektar ərazidə 1000 evin və 799 iş yerinin  inşa edilməsi bunun bariz nümunəsidir. Onu da qeyd edək ki, zəlzələnin baş verdiyi andan Azərbaycan yalnız dövlət deyil, sıravi vətəndaşları səviyyəsində belə bu  qardaşlığı humanitar yardımları ilə təsdiqlədi. Həmçinin ötən ilin mart  ayında Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün Qarabağın tacı Şuşada keçirilməsi nəzərdə tutulduğu halda Prezident İlham Əliyev qardaş ölkədə zəlzələnin baş verməsini nəzərə alaraq dəstək məqsədilə bu tədbirin Türkiyədə keçirilməsi təşəbbüsü ilə çıxış etdi və bu təşəbbüs dəstəkləndi. 
 
Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, Azərbaycan-Türkiyə qardaşlığını təsdiqləyən hadisələrin miqyasını bir yazıda əhatə etmək mümkünsüzdür. Azərbaycan-Türkiyə dostluğu tarixin sınaqlarından şərəflə çıxan və bu gün dünyaya nümunə olan birlik, həmrəylikdir. Bu fikir daim böyük qürur hissi ilə qeyd edilir ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ölkələr yoxdur. Bu birlik bütün istiqamətlərdə qurulub və nümunədir. Hər bir səfər münasibətlərdə yeni səhifənin açılmasına imkanlar yaradan mühüm məqamlarla zəngin olur. Bu baxımdan dövlət başçısı İlham Əliyevin Prezident seçildikdən sonra ilk rəsmi səfərini qardaş ölkəyə reallaşdırması sarsılmaz birliyimizə, həmrəyliyimizə yeni əlavələr edəcək. Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində göstərdiyi səyləri dəstəkləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu fikirləri Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj kimi dəyərləndirilməlidir: “Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram. Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik.”    
 
Oxşar xəbərlər
00:16, Bu gün
“O kadrlar yayılandan sonra hamı biləcək ki, mənim günahım yoxdur”- Aytən Səfərova+ÖZƏL
16 Sep 2024 | 23:30
Özünümüalicə ilə məşğul olan qorillalar yeni müalicəvi bitki növlərini kəşf etməyə kömək edib
16 Sep 2024 | 23:08
Bürclər nəyi xəyal edir? Tərəzi  və Əqrəb bürcü
16 Sep 2024 | 23:00
"Qarabağ" Avropa Liqasında pley-off oynayacaq - FMT
16 Sep 2024 | 22:55
Sıyığı süd, yox su ilə bişirək? – Həkim İZAH ETDİ
16 Sep 2024 | 22:48
Yeni “SamsungGalaxy S25”: “iPhone 16” rəqibi vacib bir yeniləmə alacaq - FOTOLAR
16 Sep 2024 | 22:40
Çin iqtisadiyyatı zəif daxili tələb fonunda yavaşlayır
16 Sep 2024 | 22:33
Polşada daşqın: iki şəhərin sakinləri təxliyə edilir
16 Sep 2024 | 22:25
Bu tərəvəz hər gün yeyilməlidir - təbii antibiotikdir
16 Sep 2024 | 22:18
Məni o müğənni narkoman etdi - VİDEO
16 Sep 2024 | 22:10
"Yataqxanada qalırdım, amma ən son model maşınları sürürdüm" - Zamiq Hüseynov - VİDEO
16 Sep 2024 | 22:02
"Neftçi"-"Qarabağ" oyunu ilə bağlı qərar
16 Sep 2024 | 22:01
Ərmən (Arman) və Arsak sözünün etimologiyası... - Öz damğası
16 Sep 2024 | 21:56
"Sərhədsiz həkimlər" təşkilatı 32 ildən sonra Rusiyada fəaliyyətini dayandırıb
16 Sep 2024 | 21:55
Bəstəkar İmruzə Hüseynovanın "Mübarəkdir Zəfərim" adlı yaradıcılıq gecəsi keçiriləcək
16 Sep 2024 | 21:50
Maşın almaq istəyənlərin nəzərinə! Qiymətlərin ucuz olması üçün...
16 Sep 2024 | 21:42
Paşinyan Tbilisiyə niyə gedib? – Detallar bəlli oldu
16 Sep 2024 | 21:28
Şifrəni tapmaq üçün cəmi 60 saniyə - Profillərimizi belə qoruya bilərik
16 Sep 2024 | 21:21
ABŞ Gürcüstana sanksiya tətbiq etdi
16 Sep 2024 | 21:18
Vaşinqton ABŞ qoşunlarının Nigerdən çıxarılması prosesinin başa çatdığını elan edib
16 Sep 2024 | 21:13
Bu ölkədən Ukraynaya 40 milyonluq hərbi yardım
16 Sep 2024 | 21:08
"Ukraynanın "qələbə planı" nədən ibarətdir?" - Ukrayna prezidenti Ofisi
16 Sep 2024 | 21:07
Prezident canlı efirdə olarkən ZƏLZƏLƏ BAŞ VERDİ-VİDEO
16 Sep 2024 | 21:00
Putindən Silahlı Qüvvələrlə bağlı fərman
16 Sep 2024 | 20:53
"Belə kişini heç bir arvad evə buraxmaz" - FOTO
16 Sep 2024 | 20:45
Dünyanın ən yaxşı ölkələrinin adları açıqlandı - SİYAHI
16 Sep 2024 | 20:40
Qaynar çay içənlərə XƏBƏRDARLIQ: xərçəngə səbəb olur
16 Sep 2024 | 20:33
Britaniyalı supermodel: Bakı səfərim əla keçdi
16 Sep 2024 | 20:27
10 günə parlament seçkilərinin nəticələri təsdiq olunacaq
16 Sep 2024 | 20:25
“Pirreli”nin idman direktoru: “Bakıda, demək olar ki, hamı eyni strategiyanı seçdi”
16 Sep 2024 | 20:20
Gürcüstan-Rusiya sərhədindəki məntəqə bağlanır
16 Sep 2024 | 20:19
Rusiya təbliğatı nüvə şantajının yeni mərhələsinə keçib
16 Sep 2024 | 20:15
İnsan öz-özünə niyə danışır? - BUNDAN XƏBƏR VERİR
16 Sep 2024 | 20:07
Bu ölkədə təyyarə qəzaya uğradı, sərnişinlərdən xəbər yoxdur
16 Sep 2024 | 20:03
Sevdiyinizi sevindirməyə ÇALIŞMAYIN - SƏBƏB
16 Sep 2024 | 19:57
İsrail HHQ “Hizbullah”ın silah anbarlarına və infrastrukturuna hücum edib
16 Sep 2024 | 19:55
Ukrayna gələn il vergiləri artıra bilər
16 Sep 2024 | 19:48
Onlar "Yalı çapkını"ndan ayrılıb?
16 Sep 2024 | 19:44
Müəllimlərə vahid geyim forması MƏCBURİDİRMİ?-EKSPERT AÇIQLADI 
16 Sep 2024 | 19:40
"Komedixana"nın aktrisası tələbə oldu - FOTOLAR
16 Sep 2024 | 19:35
Qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə qalxdı
16 Sep 2024 | 19:28
Türkiyədə zəlzələ baş verdi
16 Sep 2024 | 19:20
Bu bürclərin atdığı hər addım şansla dolu olacaq
16 Sep 2024 | 19:13
Əliyevdən Blinkenə: Bölgədə yeni reallıqlar yaranıb
16 Sep 2024 | 19:05
Asqırma və öskürmənin mexanizmləri AÇIQLANDI
16 Sep 2024 | 19:00
Birinci sinifə gedən uşağı məktəbə necə uyğunlaşdırmaq olar?
16 Sep 2024 | 18:53
Blinken İlham Əliyevə zəng etdi
16 Sep 2024 | 18:49
Ən yaxşı qlobal iş elanı saytları - TOP 5
16 Sep 2024 | 18:43
Bakıda kirayə mənzil axtaranlara MÜHÜM XƏBƏR - VİDEO
16 Sep 2024 | 18:40
Avstraliya İrana sanksiyaları genişləndirdi
16 Sep 2024 | 18:37
Nazim Bəydəmirlidən XƏBƏR VAR
16 Sep 2024 | 18:33
“Vəkildən tələbəyə” layihəsinə start verildi
16 Sep 2024 | 18:32
Yuxuda pul qazanmaq: Uğurlu milyonçudan 5 məsləhət
16 Sep 2024 | 18:30
"Xaricdən 500 min erməni gətirilir- bunları təmin etmək  tək Ermənistanın gücündə deyil...”
16 Sep 2024 | 18:29
Putindən Rusiyanın Silahlı Qüvvələri ilə bağlı yeni fərman
16 Sep 2024 | 18:28
Pezeşkian: İran nüvə silahı əldə etməyə çalışmır
16 Sep 2024 | 18:27
İkinci sui-qəsd: Trampın reytinqi yenə qalxdı
16 Sep 2024 | 18:25
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
16 Sep 2024 | 18:23
Təyyarədə hansı yeməklər sifariş edilməlidir?
16 Sep 2024 | 18:22
Zəngəzur dəhlizi bu şərtlə açılır: Kremlin Fars körfəsinə çıxmaq planı işə düşdü
16 Sep 2024 | 18:21
ADNSU-da “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib
16 Sep 2024 | 18:19
Yeni tədris ilində 1 milyondan çox şagird təhsil alacaq
16 Sep 2024 | 18:18
57 yaşlı aktyor 3-cü dəfə ata olacaq - FOTO
16 Sep 2024 | 18:15
Fərid Səfərli ilə bağlı ŞOK detallar ortaya çıxdı: “Vəkil bizdən 5 min avro aldı, özü isə...” - FOTO
16 Sep 2024 | 18:12
YAP Xətai rayon təşkilatı yazı müsabiqəsi elan edir  
16 Sep 2024 | 18:10
Nəqliyyatda inqilab: "Tesla" innovativ ELEKTRİKLİ QATARINI təqdim edir
16 Sep 2024 | 18:07
Qaynadılmış yumurta yeyərkən ehtiyyatlı olun
16 Sep 2024 | 18:00
Suqovuşanı azad edən qəhrəman zabitimiz...
16 Sep 2024 | 17:58
Polis Akademiyasında Bilik Günü və andiçmə mərasimi keçirildi - FOTO/VİDEO
16 Sep 2024 | 17:56
Xocalı və Xankəndiyə açılan avtobus reyslərindən kimlər istifadə edə bilərlər?
16 Sep 2024 | 17:52
İki qardaş maşınlardan və terminaldan 14 min manat oğurladı - VİDEO
16 Sep 2024 | 17:46
"Şəhərin yüngülləşməsi üçün paytaxtın köçürülməsinə ehtiyac var" - Fazil Mustafa
16 Sep 2024 | 17:40
Kübra Əliyevanın səhhətində problem yarandı
16 Sep 2024 | 17:34
Bu şəxslərə həbs TƏTBİQ OLUNACAQ- EKSPERT AÇIQLADI 
16 Sep 2024 | 17:32
Azərbaycanda sabiq deputatın oğlu qəfil vəfat etdi – FOTO
16 Sep 2024 | 17:26
Əfqanların sevdiyi, sovet hökumətinin öldürmək istədiyi yapon – Dünyanın danışdığı idmançı indi haradadır?
16 Sep 2024 | 17:19
"Böyük Britaniya və İtaliya Ukraynanı müdafiə etmək vədinə sadiqdir..."
16 Sep 2024 | 17:12
Paşinyanın Kobaxidze ilə müzakirə etdiyi məsələlər AÇIQLANDI
16 Sep 2024 | 17:05
Bakıda "Formula-1"ə görə bağlanan bütün yollar açıldı
16 Sep 2024 | 16:58
Mehriban Əliyevadan Bilik Günü ilə bağlı PAYLAŞIM - VİDEO
16 Sep 2024 | 16:51
Xərçəngdən qorunmaq üçün nə etməliyik?
16 Sep 2024 | 16:44
"Yəhya Sinvar tezliklə Fələstin xalqına və bütün dünyaya müraciət edəcək" - HƏMAS nümayəndəsi
16 Sep 2024 | 16:37
Bakıda sahibkar yeni gətirilən avtobusların təkərlərini deşdi - FOTO
16 Sep 2024 | 16:30
Hava ilə bağlı xəbərdarlıq - Sabahdan...
16 Sep 2024 | 16:23
Azərbaycanlı aparıcı getdiyi restorandan şikayətləndi: "Mənə Allahın çörəyini də vermədilər"
16 Sep 2024 | 16:16
COVID-in yeni versiyası dünyada sürətlə yayılır
16 Sep 2024 | 16:10
Məktəblilərə də təqaüd verilsin - Tahir Kərimli
16 Sep 2024 | 16:03
"Rusiyalıların başçısı, sadəcə, oyunçudur" - Zelenski
16 Sep 2024 | 15:57
Nəvələri mərhum sənətkarın arzusunu yerinə yetirdi-FOTOLAR
16 Sep 2024 | 15:51
Ekspert nəqliyyatdakı tıxaclara görə qurumları qınadı: “Lazımi tədbirləri görsəydilər...” - VİDEO
16 Sep 2024 | 15:44
BDU-nun SABAH Mərkəzinə yeni rəhbər təyin olunub
16 Sep 2024 | 15:38
Qarabağ və Şərqi Zəngəzurda ilk dəfə fəaliyyətə başlayan məktəblər - VİDEO
16 Sep 2024 | 15:32
"Şvabe kimilər anti-Azərbaycan dairələrin cızdıqları ssenarinin oyunçularıdır" - Vüqar Rəhimzadə
16 Sep 2024 | 15:26
Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) prezidenti UNEC-də olub - FOTO
16 Sep 2024 | 15:20
Bakı-Xocalı-Xankəndi-Şuşa reysinin ilk sərnişini o oldu - FOTO
16 Sep 2024 | 15:15
AAYDA sədri Böyükşor-Pirşağı avtomobil yolunun tikintisinə baxış keçirdi - FOTO/VİDEO
16 Sep 2024 | 15:10
BDU-da Bilik Günü qeyd olundu - FOTOLAR
16 Sep 2024 | 15:05
XIII əsrə aid “vampir məzarı” qazıldı – Qorxunc olay gün üzünə çıxdı - FOTO
16 Sep 2024 | 15:00
Azərbaycanda bu vəzifəli şəxslər cərimələndi
16 Sep 2024 | 14:55
"Putinin Türkiyəyə səfəri ətrafında müəmmalar..." - "Medya Günlügü"
GÜNLÜK
16 Sep 2024 | 08:45
“O vaxt kanallar bəstəkarı dinləyirdi, indi isə bəstəkarların əksəriyyəti müğənnilərin əlinə baxır..”-ÖZƏL
16 Sep 2024 | 09:30
Əhalinin DİQQƏTİNƏ – Sentyabrın 17-si saat 13:00-dək
16 Sep 2024 | 08:49
Övladları birinci sinfə gedən JURNALİSTLƏR – FOTOLAR
16 Sep 2024 | 07:48
"Putin boş-boş danışır... Bu imperialist faşist bizi yoldan çıxara bilməz..."-Britaniya XİN rəhbəri
16 Sep 2024 | 12:54
ŞAD XƏBƏR: Dövlət bu şəxslərin ipoteka kreditlərinin bir hissəsini ödəyəcək
16 Sep 2024 | 08:17
Bakıda bu prospekt və küçələrdə svetoforlara “yaşıl dalğa” tətbiq edilir - Siyahı
16 Sep 2024 | 07:07
Trampa sui-qəsd cəhdində saxlanılan şəxs Ukraynaya dəstək ifadə edib... - "CNN"
16 Sep 2024 | 15:57
Nəvələri mərhum sənətkarın arzusunu yerinə yetirdi-FOTOLAR
16 Sep 2024 | 09:25
Bakı sərhədi necə müəyyən edəcək? - İrəvanla razılaşmanın sirri açıldı
16 Sep 2024 | 07:50
Saxta sənədlərlə məktəbə yazılıb qızlarla cinsi əlaqəyə girdi
HƏFTƏLİK
11 Sep 2024 | 20:21
"Arvadım məni pul qarşılığında qadınlarla görüşdürürdü" - FOTO
12 Sep 2024 | 14:00
“Mən müəllim idim, Zeynəb Xanlarova isə tələbə, amma indi məni heç yada salmır”- FOTO+ÖZƏL
15 Sep 2024 | 21:53
Azərbaycanda bəy atasını və açıq-saçıq geyinən müğənnini toydan qovdu
13 Sep 2024 | 21:50
"Birdən çaşıb yazarsınız ki, Fuad Nəcəfli Naxçıvanı İsveçə çevirib"
12 Sep 2024 | 19:23
Zəngəzur dəhlizi bu səbəbdən İranın “Qırmızı xətti” İMİŞ
13 Sep 2024 | 02:33
Bu bürclər varlanacaq - Pul, sevgi, sağlamlıq…
13 Sep 2024 | 18:43
Pensiya yaşı artırılır: Qadınlarınkı 8 il, kişilərinki isə...
11 Sep 2024 | 11:30
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar: “Onları parçalasaq”...
13 Sep 2024 | 23:31
“Qadın məhkəmədə dedi ki, bu yeri 5 milyon rüşvət verib ondan almışam”-QALMAQAL+ŞİKAYƏT
15 Sep 2024 | 00:05
“Babam deyirdi ki, məni öldürsə o öldürəcək” - nəvəsi Hacıbaba Hüseynovun düşmənlərindən danışdı-ÖZƏL
AYLIQ
16 Sep 2024 | 08:45
“O vaxt kanallar bəstəkarı dinləyirdi, indi isə bəstəkarların əksəriyyəti müğənnilərin əlinə baxır..”-ÖZƏL
16 Sep 2024 | 09:30
Əhalinin DİQQƏTİNƏ – Sentyabrın 17-si saat 13:00-dək
16 Sep 2024 | 08:49
Övladları birinci sinfə gedən JURNALİSTLƏR – FOTOLAR
16 Sep 2024 | 07:48
"Putin boş-boş danışır... Bu imperialist faşist bizi yoldan çıxara bilməz..."-Britaniya XİN rəhbəri
16 Sep 2024 | 12:54
ŞAD XƏBƏR: Dövlət bu şəxslərin ipoteka kreditlərinin bir hissəsini ödəyəcək
16 Sep 2024 | 08:17
Bakıda bu prospekt və küçələrdə svetoforlara “yaşıl dalğa” tətbiq edilir - Siyahı
16 Sep 2024 | 07:07
Trampa sui-qəsd cəhdində saxlanılan şəxs Ukraynaya dəstək ifadə edib... - "CNN"
16 Sep 2024 | 15:57
Nəvələri mərhum sənətkarın arzusunu yerinə yetirdi-FOTOLAR
16 Sep 2024 | 09:25
Bakı sərhədi necə müəyyən edəcək? - İrəvanla razılaşmanın sirri açıldı
16 Sep 2024 | 07:50
Saxta sənədlərlə məktəbə yazılıb qızlarla cinsi əlaqəyə girdi