Kremldən Ermənistan və Azərbaycana ÇAĞIRIŞ
Siyasət
1902
13 Feb 2024 | 14:00

Kremldən Ermənistan və Azərbaycana ÇAĞIRIŞ

Rusiya sərhədyanı bölgədə törədilən təxribatla bağlı Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
 
“Hər iki tərəfi təmkinli olmağa çağırırıq. Biz diqqətlə izləyəcəyik”, - Kreml sözçüsü qeyd edib.
 
D.Peskov əlavə edib ki, belə hadisələr danışıqlar prosesinin irəliləməsinə kömək etmir və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına yaxınlaşdırmır. Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb ki, sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinin davam etdiriləcəyinə ümidvardır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər