Qərbi Azərbaycan İcması Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi Edmond Marukyanın Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı açıqlaması barədə bəyanat yayıb.
İcmadan verilən məlumata görə bəyanatda deyilir:
"Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi Edmond Marukyan Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı savadsız, sarsaq və təxribatçı açıqlama vermişdir.
Sovet dövründə bolşevik Şaumyana görə adı dəyişdirilmiş şəhərin yenidən qanuni şəkildə Xankəndi adlandırılmasına irad tutmağa çalışan Ermənistan rəsmisi öz ölkəsinin ərazisində ədalətsizcəsinə dəyişdirilmiş, yüzlərlə Azərbaycan toponiminin bərpası haqqında danışmalıdır.
Azərbaycanı etnik təmizləmə aparmaqda ittiham etməyə çalışan Marukyanın diqqətinə çatdırmaq istərdik ki, əsl etnik təmizləməni Ermənistan hökuməti Göyçədə, Zəngəzurda, Dərələyəzdə, İrəvanda və digər yerlərdə edib.
Qərbi Azərbaycan İcması tarixi ədalətin tam bərqərar olacağına – Ermənistandan qovulmuş azərbaycanlıların dinc şəkildə, ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinə qayıdacaqlarına inanır.
Yalandan tez-tez sülhdən danışan Ermənistan hakimiyyəti Vardan Oskanyan, Arman Tatoyan, Artak Beqlaryan ağlında olan E.Marukyan kimi “diplomatlar”ın Azərbaycanın suverenliyini təhdid edən fəaliyyətinə son qoymalı və Qərbi azərbaycanlıların qayıdışlarına şərait yaratmalıdır".