Zaxarova: “Üçtərəfli razılaşmaların həyata keçirilməsi Cənubi Qafqazda sülhün təminatıdır” - VİDEO
Siyasət
2113
31 Jan 2024 | 15:38

Zaxarova: “Üçtərəfli razılaşmaların həyata keçirilməsi Cənubi Qafqazda sülhün təminatıdır” - VİDEO

“Cənubi Qafqazda sülhün ən yaxşı təminatı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin əldə etdikləri üçtərəfli razılaşmaların prinsiplərindən istifadə edilməsidir”.

Bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

Brifinqdə çıxışı edən M.Zaxarova qeyd edib ki, Cənubi Qafqazda sabitliyin və uzunmüddətli sülhün bərqərar olmasının ən yaxşı təminatı 2020-2022-ci illər arasında bağlanmış üçtərəfli razılaşmaların icrasının tezliklə bərpa olunmasıdır.

M.Zaxarovanın sözlərinə görə, bu razılaşmalara Bakı və İrəvan arasında barışıq üçün alternativ olmayan yol xəritəsi, eləcə də ölkələr arasında sülh sazişinin hazırlanması daxildir.

Mənbə: TASS

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər