ŞƏT missiyası Azərbaycanda prezident seçkilərini müşahidə edəcək
2037
24 Jan 2024 | 17:54

ŞƏT missiyası Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) dəvəti ilə prezident seçkilərini izləmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidə missiyası ölkəyə gələcək.

Moderator.az bu barədə təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hazırda missiyanın tərkibi formalaşdırılır.

Qeyd edək ki, Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər