21:33
11°C
Bakı
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb, iki ölkə arasında əməkdaşlıq imkanları müzakirə edilib.
Bu barədə səfirliyin rəsmi "X" hesabında məlumat verilib.
Bildirilib ki, görüş zamanı hər iki ölkə vətəndaşlarının, şirkətlərinin, eyni zamanda iş adamlarını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Konsulluq sahəsində əlaqələrin qarşılıqlı inkişafı və əməkdaşlıq imkanları müzakirə olunub.