Seçkinin favoriti bəllidir: Əsas 7 fevraldan sonrakı gözləntidir – Pənah Hüseyn
Siyasət
1835
23 Jan 2024 | 13:34

Seçkinin favoriti bəllidir: Əsas 7 fevraldan sonrakı gözləntidir – Pənah Hüseyn

"Növbədənkənar prezident seçkilərinin favoriti məlumdur. Əsas etibarı ilə adamları fevralın 7-dən sonrakı dövrdə nə baş verəcəyi maraqlandırır".
 
Bunu Teleqraf.com-a Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.
 
O qeyd edib ki, bir qrup pessimist düşünənlər dəyişikliyin olmayacağı fikrindədir, amma mənim də daxil olduğum bir xeyli qisim güman edir ki, bu il ciddi dəyişikliklərin, reformların başlanması üçün yaxşı imkandır.
 
"Hərbi-siyasi istiqamətdə, müharibədə qazanılan nailiyyətlərin ölkə daxilində də davam etdiriləcəyini, yəni xarici siyasətin davamı olaraq daxili siyasətin qurulacağını gözləyirik və istəyirik”, - Pənah Hüseyn bildirib.
 
Partiya sədri özünün seçkiyə qatılmadığını Azərbaycan Xalq Partiyasının idarə heyətinin qərarına əsasən müəyyən edildiyini söyləyib: “Mənim hazırkı prezidentliyə namizədlərlə münasibətim var. Onlarla bağlı heç nə deyə bilmərəm, hər kəsə uğurlar arzulayıram”.
 
Link kopyalandı!
Son xəbərlər