Ərdoğan: “İki dövlət, bir millət” şüarına əsaslanan bənzərsiz qardaşlıq telləri gələcəkdə də güclü bünövrə olacaq
Siyasət
2306
24 Dec 2023 | 14:46

Ərdoğan: “İki dövlət, bir millət” şüarına əsaslanan bənzərsiz qardaşlıq telləri gələcəkdə də güclü bünövrə olacaq

Türkiyə ilə Azərbaycan arasında “İki dövlət, bir millət” şüarına əsaslanan bənzərsiz qardaşlıq və həmrəylik telləri bu günə qədər olduğu kimi, gələcəkdə də münasibətlərimiz baxımından güclü bünövrə təşkil etməyə davam edəcək.

Bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevi təbrikində yer alıb.

"Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi nailiyyətlər və beynəlxalq miqyasda get-gedə artan nüfuzu bizim üçün iftixarverici hadisədir", - Ərdoğan qeyd edib.

Türkiyə lideri Azərbaycan xalqının xoş günləri və rifahı üçün ən səmimi arzularını ifadə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər