ADP təkrar dövlət qeydiyyatına alındı
1739
22 Dec 2023 | 17:47

ADP təkrar dövlət qeydiyyatına alındı

ADP üzvlərinin reyestri Ədliyyə Nazirliyi tərəfindən qəbul edildikdən sonra “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə görə partiyanın Nizamnaməsi və Proqramı həmin Qanunun tələblərinə uyğunlaşdırılaraq Ədliyyə Nazirliyinə təqdim edilməli idi. 
 
Bunununla bağlı 03 dekabr 2023-cü il tarixdə ADP XI fövqəladə Qurultayını keçirmişdi. Həmin Qurultayda Siyasi Partiyalar Haqqında qəbul edilmiş yeni Qanuna uyğun olaraq ADP-nin Nizamnaməsi 3-cü redaksiyada qəbul edilmiş və Proqramına əlavə və dəyişikliklər edilmişdi. Qəbul edilən Nizamnamə, əlavə və dəyişikliklər edilmiş Proqram və digər hüquqi sənədlər Ədliyyə Nazirliyində Ədliyyə sahəsində xidmətlər baş idarəsinə təqdim olunmuşdu. 21 dekabr 2023-cü il il tarixində Ədliyyə Nazirliyində Ədliyyə sahəsində xidmətlər baş idarəsi tərəfindən ADP-nin yeni Nizamnaməsi qeydiyyata alınıb. Bununla da ADP “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə görə qeydiyyatla bağlı hüquqi prosedurları başa çatdırıb. 
 
Link kopyalandı!
Son xəbərlər