Türkiyənin milli müdafiə naziri İranın yeni səfirilə görüşüb
Siyasət
1991
09 Dec 2023 | 19:10

Türkiyənin milli müdafiə naziri İranın yeni səfirilə görüşüb

İranın Türkiyədəki yeni səfiri Məhəmməd Həsən Həbibollahzadə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​ilə görüşüb.

Görüşdə iranlı diplomatla Türkiyənin müdafiə naziri İran və Türkiyə əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

Hər iki tərəf ölkələr arasındakı tarixi əlaqələr və ortaq cəhətlərə toxunaraq, İran-Türkiyə əlaqələrinin bütün sahələrdə maksimum dərəcədə gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Link kopyalandı!
Son xəbərlər