03:32
7°C
Bakı
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Şotlandiyada 52 azərbaycanlı tələbənin təhsil aldığını bildirib.
Bu barədə səfir "X" hesabında yazıb.
O qeyd edib ki, Azərbaycanda yüzlərlə Şotlandiya məzunu var: "Bu il 52 istedadlı gənc dövlət təqaüdçüsü kimi Şotlandiya universitetlərində təhsil alır. Universitetlər arasında ikili diplom və tədqiqat əməkdaşlığının artırılması üzərində işləyirik".