03:29
3°C
Bakı
BMT Azərbaycana minatəmizləmə sahəsində dəstəyini əsirgəməyəcəyini bildirib.
Bunu BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuchi dekabrın 6-da Bakıda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumunda deyib.
"Biz ANAMA-nın fəaliyyətini dəstəkləyirik, minatəmizləmə sahəsində əlimizdən gələni əsirgəməyəcəyik. Çünki Azərbaycan ərazilərinin minalardan təmizlənməsi təbiət, inkişaf üçün önəmlidir. Bu sahədə BMT və Azərbaycan hökuməti birgə işləyir. Qarşıda görüləsi işlər çoxdur".