“Hər kəs öz hərbi kontingentini Cənubi Qafqaza gətirmək istəyir, bəhanələri də odur ki...”
Siyasət
1911
05 Dec 2023 | 05:23

“Hər kəs öz hərbi kontingentini Cənubi Qafqaza gətirmək istəyir, bəhanələri də odur ki...”

“Bu gün ABŞ-dan tutmuş Qərbin bir çox ölkəsinə kimi hər kəs öz hərbi kontingentini Cənubi Qafqaza gətirmək istəyir. Bəhanələri də odur ki, guya Ermənistan üçün hansısa təhdid var, ona qarşı ədalətsizlik olub və s.”

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildrib. Ekspert qeyd edib ki, əslində Qərbin regionda hərbi kontingent yerləşdirmək niyyətinin arxasında burada möhkəmlənmək siyasəti dayanır:

 

“Əlbəttə ki, Ermənistana qarşı heç kim hər hansı ədalətsiz etməyib. Əksinə, Ermənistan özü 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb, xalqımıza qarşı silsilə soyqırımları törədib. Sadəcə, Qərb Cənubi Qafqazda möhkəmlənmək, öz maraqlarını burada ifadə etmək üçün başqa bir bəhanə tapa bilmir. Buna görə də Ermənistandan faktorundan istifadə edərək bölgədə öz maraqlarını təmin etməyə çalışır.

 

Təbii, Qərbin regionda hərbi baxımdan möhkəmlənmək arzusu Ermənistan dövlətinin yanlış siyasətindən və iradəsizliyindən qaynaqlanır”.

 

Seymur ƏLİYEV

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər