İtaliya XİN başçısının müavini: “Təəssüf ki, Avropada erməni millətçiliyini və revanşizmini qızışdıranlar var”
Siyasət
Oxunub: 1793
02 Dec 2023 | 13:42
İtaliya XİN başçısının müavini: “Təəssüf ki, Avropada erməni millətçiliyini və revanşizmini qızışdıranlar var”
“Təəssüf ki, Avropada erməni millətçiliyini və revanşizmini qızışdıranlar var”.
 
Bunu İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli ölkəsinin aparıcı kütləvi informasiya vasitələrindən olan “Formiche” qəzetinə müsahibəsində deyib.
 
Avropa parlamentinin İtaliyanın müxalifət “5 Ulduz hərəkatı” Partiyasından üzvü Fabio Massimo Kastaldonun Avropa İttifaqı və Avropa Parlamentinin rəsmilərinə ünvanlanmış ədalətsiz və əsassız çağırışlarına münasibətdə E.Çirielli bunun uyğunsuz bir hərəkət olduğunu və indiyədək əldə olunan sülh razılaşmalarına xələl gətirmək riski daşıdığını, həm tarix, həm də beynəlxalq münasibətlər nöqteyi-nəzərindən az məlum olan hadisələrlə əlaqədar fəaliyyətə keçmək və ya birbaşa müdaxilə etmək üçün ən pis üsul olduğunu, habelə Avropa və İtaliyanın xüsusi tərzdə Azərbaycan və Ermənistan arasında yumşalma mühiti yaratmaq üçün çalışmalı olduğunu bildirib.
 
Avrodeputat F.M.Kastaldonun 19-20 sentyabr lokal antiterror tədbirlərinə dair ”azərbaycanlıların hücumu” iddialarına münasibətdə nazir müavini E.Çirielli bildirib ki, belə bir iddianı irəli sürə biləcək nə siyasi, nə də hərbi xarakterli heç bir qiymətləndirmə yoxdur, bu, doğrudan da dəlilikdir. E.Çirielli əlavə edib ki, Azərbaycan heç vaxt Ermənistan ərazisinə qarşı hərəkətlər həyata keçirməyib və bu, BMT-nin müstəqil komissiyalarının təsdiq etdiyi məlum faktdır. İtaliya nazir müavini bildirib ki, baş vermiş köçü Azərbaycan qoşunları yox, bölgədə repressiyaları həyata keçirən separatçılar təhrik ediblər və bu bunda separatçıların məqsədi gərginliyə əlavə bir səbəb yaratmaq olub.
 
Bakının dəfələrlə sülh çağırışları etməsi ilə bağlı E.Çirielli bildirib ki, ikinci Qarabağ müharibəsində Azərbaycan Prezidenti İlham Əliyev döyüş meydanında qalib gəldiyinə baxmayaraq, Azərbaycan qoşunlarını dayandırdı və bununla da məsələnin sülh yolu ilə həllini tapmağa imkan verdi, habelə son üç il ərzində problemi sülh yolu ilə həll etməyə çalışdı. İtaliya nazir müavini əlavə edib ki, təəssüf ki, Avropada həmişə erməni revanşizmini və erməni millətçiliyini qızışdıran, obyektiv olaraq beynəlxalq hüquqda belə nəzərdə tutulmayan məsələlərdə İrəvanı çaşdıranlar oldu.
 
E.Çirielli bildirib ki, Prezident İlham Əliyevin çox praqmatik liderdir və Azərbaycan beynəlxalq hüquqa zidd olan hər hansı bir addımı qəti şəkildə istisna edir. “Hər şeydən öncə bu, Ermənistanın təkcə Qarabağı deyil, eləcə də əvvəllər azərbaycanlıların məskunlaşdığı, sonra isə həmin torpaqlardan çıxarıldığı Qarabağdan da böyük olan ətraf zonaları işğal etməsi ilə əlaqədar Azərbaycanın otuz ildə tutduğu davamlı mövqeyinə ziddir. Bu işğalla bağlı Azərbaycan həmişə çoxtərəfli forumlarda, beynəlxalq məhkəmələr qarşısında bütün mövqelərini ortaya qoymağa çalışıb. Bu işğal Qızıl Ordunun himayəsi altında Ermənistan tərəfindən həyata keçirilib”, deyə İtaliya xarici işlər naziri vurğulayıb.
 
E.Çirilelli qeyd edib ki, N.Paşinyan Ermənistanın rəsmiləri arasında BMT-nin müxtəlif qətnamələrinin dəfələrlə təsdiq etdiyi kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyan ilk şəxsdir və ondan öncəki Ermənistan hökumətlərinin heç biri heç vaxt belə bir mövqe tutmayıb, lakin hələ də Ermənistanda çox millətçi olan hakim sinif, Ermənistandan kənarda da Qafqazda sabitliyi pozmaq məqsədi daşıyan qüvvələr, Ermənistanın hüdudlarından kənarda yaşayan, problemlərdən və mövcud vəziyyətdən həqiqətən xəbərsiz olan güclü erməni icmaları var. “Onlar həm də insanların daha asan qəbul etdikləri səbəblərə istinad edirlər, çünki onlar erməni diasporunun çox millətçi və şovinist baxışlara malik övladları və nəsilləridir”, deyə E.Çirielli vurğulayıb.
 
 
O əlavə edib ki, ermənilərə münasibətdə ötən əsrin əvvəllərində baş verənlərlə azərbaycanlıların heç bir əlaqəsi yoxdur, buna görə azərbaycanlılar heç bir məsuliyyət daşımırlar və azərbaycanlılar sadəcə müsəlman olduqları üçün başqalarının günahlarını ödəyə bilməzlər. “Üstəlik, biz yaxşı bilirik ki, Azərbaycan müsəlman dünyasının ən dünyəvi və tolerant ölkələrindən biridir: bu, onların fərqləndirici xüsusiyyətidir. Odur ki, dindən xalqlar arasında münaqişə elementi kimi istifadə etməməyə çalışaq”, - E.Çirielli bildirib.
 
Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın Qarabağ üzərində ərazi bütövlüyünü bir daha təsdiqləməsi fonunda İtaliyanın bu məsələ ilə bağlı mövqeyinə münasibətdə E.Çirielli qeyd edib: “Bu məsələ bizim beynəlxalq mövqeyimizin əsasını təşkil edir: Meloni hökuməti eyni vəziyyətdə olan Ukraynaya hərbi yardım etməkdədir. Rusiya Ukrayna hökuməti tərəfindən ayrı-seçkiliyə məruz qalan rusları qorumaq bəhanəsi ilə Ukraynaya qarşı müharibə aparır. Ermənistanla Azərbaycan arasında müharibə ona görə baş verdi ki, Ermənistan Qızıl Ordunun dəstəyi ilə Azərbaycan ərazisi olan Qarabağı, eləcə də yalnız azərbaycanlıların yaşadığı digər bufer zonanı işğal etdi. Ukraynanı dəstəklədiyimiz halda, biz Ermənistanı necə dəstəkləyəcəyik? Əlbəttə ki, biz bunu edə bilməzdik və bu, sırf dini faktdan asılı olsaydı kobud səhv olardı”.
 
E.Çirilelli əlavə edib ki, Ermənistan tərəfindən aparılmış və otuz il davam etmiş təcavüzkar müharibə beynəlxalq hüququ açıq şəkildə pozmuşdur və Ermənistan da bunu dolayı yolla qəbul etdi, halbuki, Ermənistan gərginliyi başqa cür və daha əlverişli şəkildə həll edə də bilərdi, lakin Ermənistan hökumətlərinin düşüncəsizliyi BMT qətnamələrinə əsaslanaraq Azərbaycanın bu məsələni həll etməsinə gətirib çıxardı. “Bu gün məsələ hərbi müstəvidə bitmişdir və mən hesab edirəm ki, hər hansı başqa bir dövlət silahlı işğalı həll etmək üçün bəlkə də otuz il gözləməzdi: təsəvvür edin ki, Alto Adicedə ordunun, könüllülərin və ya daha doğrusu Avstriya ordusunun dəstəyi ilə özünü Cənubi Tirol separatçıları adlandıranların silahlı işğalına məruz qalmış olsa idik, düşünmürəm ki, bu, otuz il çəkə bilərdi”, deyə İtaliya xarici işlər nazirinin müavini bildirib.
 
İtaliyanın diplomatik roluna münasibətdə E.Çirielli əminliyini ifadə edib ki, ölkəsi bu işdə mühüm rol oynaya bilər. “Amma azərbaycanlılar ermənilərə qarşı güc tətbiq edənlər kimi göstərilməyə davam edilsə, bu, sülhə kömək etməyəcək. Ən yaxşı yol, Gürcüstanın bir müddətdir etdiyi kimi, yumşalma mövsümünə başlamaqdır: xristian ölkəsi olmasına baxmayaraq, o, eyni zamanda Azərbaycan üçün imtiyazlı tərəfdaşdır və İtaliya kimi, böyük vasitəçilik potensialı roluna malikdir, çünki o, həmişə Azərbaycanın hüquqi və beynəlxalq maraqlarını müdafiə edib. Beynəlxalq hüququn və BMT prinsiplərinin müdafiəçisi olan İtaliyanın bu xətti dəstəkləməməsi qəribə görünərdi”, - E.Çirilelli fikirlərini tamamlayıb. /Report/
 
Oxşar xəbərlər
00:41, Bu gün
Qışın sonunda həyatınız çökə bilər: İki bürcə XƏBƏRDARLIQ
00:38, Bu gün
Ən ağıllı uşaqların hansı ayda doğulduğu AÇIQLANDI
00:37, Bu gün
Fevral ayında bürcünüz NƏ VƏD EDİR? - VİDEO
00:35, Bu gün
Antalyada zəlzələ oldu
00:18, Bu gün
ABŞ konqresmenləri hökumətin maliyyələşdirilməsinin uzadılmasını dəstəkləyiblər
29 Feb 2024 | 23:59
Lənkəranda qəza: Ölən və xəsarət alanlar var
29 Feb 2024 | 23:57
Məşhur şirkətin gəlirləri azalıb
29 Feb 2024 | 23:55
Macarıstanın XİN rəhbəri: “Ursula fon der Lyayenin dövründə Avropanın təhlükəsizliyi pisləşib”
29 Feb 2024 | 23:50
Sabiq prezident vəfat etdi - FOTO
29 Feb 2024 | 23:47
Bakının daha bir ərazisində söküntü başlayılır - Kompensasiya veriləcək
29 Feb 2024 | 23:39
Şimali Makedoniya Ukraynanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib
29 Feb 2024 | 23:29
Meyxanaçı Kərimin oğlu: “Qapımızın yerini tanımayan meyxanaçılar yalan danışırlar”
29 Feb 2024 | 23:25
Naməlum kişi qəsdən 2,5 milyon avro dəyərində şərabı yerə axıtdı
29 Feb 2024 | 23:23
Qərbi Azərbaycan Xronikası: Səhər bir, axşam bir söz deyən Paşinyanın gizli planı
29 Feb 2024 | 23:20
Sərvətlərinə inanmayacaqsınız -  Türkiyənin milyonçu aktyorları 
29 Feb 2024 | 23:14
Azərbaycanlı futbolçu evləndi
29 Feb 2024 | 23:05
"Yəhya Sinvar hələ də müharibədən qalib çıxacağını düşünür" - "The Wall Street Journal"
29 Feb 2024 | 23:02
Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib
29 Feb 2024 | 23:02
Depressiyaya qalib gəlmək üçün mühüm KƏŞF
29 Feb 2024 | 22:34
Bakıda avtobus sürücülərindən təhlükəli hərəkət: Aidiyyəti qurumlar hərəkətə keçdi - VİDEO
29 Feb 2024 | 22:33
"Yaylaq" MMC-yə protokol yazıldı
29 Feb 2024 | 22:26
Almaniyada yaşayan vətəndaşlarımızın NƏZƏRİNƏ
29 Feb 2024 | 22:24
Rəqəmsal texnologiyada 699 dollarlıq görünməmiş yenilik, kompüterlər ovuclara sığacaq
29 Feb 2024 | 22:23
Pentaqondan etiraf: Rusiya bütün dünyada ən böyük nüvə arsenalına malikdir
29 Feb 2024 | 22:21
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
29 Feb 2024 | 22:16
Benzinin qiyməti ilə bağlı YENİ XƏBƏR - Martın 1-dən...
29 Feb 2024 | 22:09
Kakaonun qiyməti rekord həddə çatdı, Qərb istehsalçıları alternativ tapdı
29 Feb 2024 | 22:06
Arda Turan illər sonra etiraf etdi: “O günlər üçün çox darıxıram” - FOTO
29 Feb 2024 | 22:06
Ermənsitan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri istefa verdi
29 Feb 2024 | 22:04
COP29-un prezidenti BMT-nin Ətraf Mühit Assambleyasının 6-cı sessiyasında çıxış edib
29 Feb 2024 | 22:03
Səbinə Babayevanın konsertdə geyindiyi paltar müzakirələrə səbəb oldu - VİDEO
29 Feb 2024 | 22:02
Evliliyi məhv edən ÜÇ SƏHV
29 Feb 2024 | 21:45
Bakının daha bir ərazisində binaların söküntüsünə başlanılır: Sakinlərə kompensasiya veriləcək - VİDEO
29 Feb 2024 | 21:31
“Müharibəni yalnız dollar və döyüş sursatı ilə udmurlar”
29 Feb 2024 | 21:30
Əməkdar artist Elza Seyidcahan: “Mən şeirlərimi bəşəriyyət üçün yazıram” - VİDEO
29 Feb 2024 | 21:26
“Parkovşik”lərin dövranı yenidən qayıdır? - AÇIQLAMA
29 Feb 2024 | 21:08
“Sürdüyüm maşın kirayə, geyindiyim paltarlar isə mənim deyil” - Mehriban Xanlarova
29 Feb 2024 | 21:05
"Səhnəmizin ən estetiksiz müğənnisi" - Elnarə özü haqqında NƏLƏR YAZDI?
29 Feb 2024 | 20:59
Mart ayının qeyri-iş günləri açıqlanıb
29 Feb 2024 | 20:52
“Boşanmış qadın nə qədər təmiz olsa da, ona kənardan pis gözlə baxırlar”
29 Feb 2024 | 20:44
Sərnişinlərin NƏZƏRİNƏ: Bir marşrut xəttinin istismarı dayandırılır
29 Feb 2024 | 20:34
Sabah Azərbaycanın 27 kəndində qaz təchizatında fasilə yaranacaq
29 Feb 2024 | 20:26
Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha bir azyaşlının qalıqları çıxarılıb
29 Feb 2024 | 20:25
Rektorun avtomobili cərimələndi
29 Feb 2024 | 20:19
"Vəfa sevgilisindən küsəndə 100 min xərcə salır" - Zaur Kamal
29 Feb 2024 | 20:18
Səfalət içində sağlamlıq: Bu mümkündürmü?
29 Feb 2024 | 20:16
Sevgiyə yox, pula “hə” deyən bürclər – Milyonçu ilə evlənmək yeganə hədəfdir
29 Feb 2024 | 20:12
Şəkidə avtomobil 68 yaşlı qadını vuraraq öldürüb
29 Feb 2024 | 20:04
Saxtalaşdırılan Xocavənd abidələri - VİDEO
29 Feb 2024 | 19:59
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
29 Feb 2024 | 19:41
Əfsanəvi komandirin heykəlinin qoyulacağı yer bəlli oldu - VİDEO
29 Feb 2024 | 19:40
"PİZZA MİZZA" cərimələndi
29 Feb 2024 | 19:38
İran hökuməti qadın jurnalisti həbs etdirib - FOTO
29 Feb 2024 | 19:25
Gəncədə 64 yaşlı qadını yük maşını vurub
29 Feb 2024 | 19:20
Masallıda 16 yaşında ərə verilən qızın toyundan görüntülər - YENİLƏNİB + VİDEO
29 Feb 2024 | 19:17
Acun Ilıcalının klubu Pikeni transfer etdi - FOTO
29 Feb 2024 | 19:12
Azərbaycanlıların boy problemi: Niyə qısalırıq? - VİDEO
29 Feb 2024 | 19:09
Dilarə ərə gedir? - “Onu dolandıracağam” - VİDEO
29 Feb 2024 | 19:07
Azərbaycanın dövriyyədə ümumi dəyəri 2 milyard dollardan çox olan avrobondları var
29 Feb 2024 | 19:04
İsrailin Baş naziri Azərbaycan Prezidentini təbrik edib
29 Feb 2024 | 18:58
"Sovetdən qalma "stavka" sistemindən çıxa bilmirik..." - Nazir 
29 Feb 2024 | 18:38
Martda bizi gözləyən ciddi təhlükə: Bu tarixlərdə diqqətli olun
29 Feb 2024 | 18:36
Şagirdlərə şad xəbər
29 Feb 2024 | 18:35
Natiq Şirinov və Alim Qasımovun fantastik TOY QİYMƏTLƏRİ – FOTO
29 Feb 2024 | 18:25
Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlanıb
29 Feb 2024 | 18:22
Orqanizmə faydalı olan içkilər
29 Feb 2024 | 18:13
Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlanıb
29 Feb 2024 | 18:10
Məşhur aparıcı ilə ailə quran icra başçısı toyda qonaqlara qadağa qoydu - FOTO
29 Feb 2024 | 18:05
İran hökuməti qadın jurnalisti həbs etdirib - FOTO
29 Feb 2024 | 18:02
BDU-da “Enterprise Azerbaijan” portalının “Startup School 2” layihəsinin təqdimatı keçirilib - FOTO
29 Feb 2024 | 17:59
"Gurbetçi Şaban" filmi gerçək olu: 24 uşaq üçün ildə 1,5 milyon avro alır - FOTO
29 Feb 2024 | 17:55
Korrupsiyaya bulaşmış Avroparlament: erməni lobbisindən yemlənənlərin hədəfi - ŞƏRH + FOTO
29 Feb 2024 | 17:55
Azərbaycanda soğan əkinlərinin sığorta mövsümünə start verilib
29 Feb 2024 | 17:52
Ceyhun Bayramov Türkiyəyə getdi
29 Feb 2024 | 17:50
Azərbaycanda icra başçısının birinci müavini işdən çıxarıldı
29 Feb 2024 | 17:48
Avropa Parlamentinin Azərbaycana qarşı bu cür qərəzinin arxasındakı kimlər dayanır?- Millət vəkili AÇIQLADI 
29 Feb 2024 | 17:46
"Bayden sağlam və enerjilidir" - ABŞ prezidenti tibbi müayinədən keçib
29 Feb 2024 | 17:43
Azərbaycan Türkiyə şirkətini natrium sianid istehsalına cəlb etmək istəyir - FOTO
29 Feb 2024 | 17:39
Azərbaycanda psixoloqlara inamsızlığın səbəbi nədir? - VİDEO
29 Feb 2024 | 17:36
Bakıda 6 evdən oğurluq edən şəxs SAXLANILDI - VİDEO
29 Feb 2024 | 17:33
Məktəblərdə imtahanların sayı azaldıla bilər
29 Feb 2024 | 17:30
Fransanın gözündə qalacaq savaş arzusu: Azərbaycan müharibə istəmir - ŞƏRH + FOTO
29 Feb 2024 | 17:27
Məktəblərdə iş dəftərlərinin ödənişsiz olması müzakirə edilir - RƏSMİ
29 Feb 2024 | 17:25
Türkiyədə imtahana Qənirə Paşayeva ilə bağlı sual salındı - FOTO
29 Feb 2024 | 17:23
Rövşanə yayılan videolardan danışdı: “Daha abırlı, daha həyalı...”
29 Feb 2024 | 17:20
"Neftçi" - "Qarabağ" matçını FIFA referisi idarə edəcək
29 Feb 2024 | 17:16
Bakı metrosunda gediş haqqı artırılacaq? - AÇIQLAMA
29 Feb 2024 | 17:12
Dövlət Gömrük Komitəsi Hökumət Ödəniş Portalına alternativ yenilik tətbiq edib
29 Feb 2024 | 17:08
XİN başçıları arasında sülh müqaviləsi layihəsi üzrə danışıqlar aparılıb - YENİLƏNİB + FOTO
29 Feb 2024 | 17:07
Azərbaycanda bu universitet BAĞLANIR - RƏSMİ
29 Feb 2024 | 17:03
Azərbaycan və ABŞ Cənub Qaz Dəhlizinin genişləndirilməsini müzakirə edib
29 Feb 2024 | 16:58
Audiovizual Şuranın əməkdaşları BDU tələbələrinə mühazirə oxuyublar - FOTO
29 Feb 2024 | 16:54
Ceyhun Bayramov Almaniyanın dövlət katibi ilə görüşüb - YENİLƏNİB + FOTO
29 Feb 2024 | 16:50
Azərbaycanda məktəblərdə mobil telefondan istifadə qadağan edilə bilər? - AÇIQLAMA + FOTO
29 Feb 2024 | 16:47
Azərbaycanda 300-dən çox məktəbdə smartfonların istifadəsi qadağan edilib
29 Feb 2024 | 16:43
"Türkiyə və Çin Ukrayna ilə Rusiya arasında danışıqlar üçün platformalar hazırlayır" - ISW
29 Feb 2024 | 16:38
"Qarabağ Universitetində tələbələr ilk illərdə dövlət hesabına təhsil alacaq" - Nazir
29 Feb 2024 | 16:35
Azərbaycanda bu şəxslər evlə təmin olunacaq - RƏSMİ
29 Feb 2024 | 16:31
Ağıza çıxan yaralardan necə xilas ola bilərik? - ƏTRAFLI
29 Feb 2024 | 16:25
Siyasət və geosiyasət böyük güclərin biznes maraqlarına xidmət edən alətlərdi…
GÜNLÜK
29 Feb 2024 | 11:11
Pensiya ilə bağlı daha bir RƏSMİ MƏLUMAT
29 Feb 2024 | 13:50
Millət vəkili dönərxana sahiblərinə SƏSLƏNDİ: "Əti hardan alırsınız ki?"
29 Feb 2024 | 09:05
Novruzda rayonlarda dincəlmək neçəyə başa gələcək? - QİYMƏTLƏR/VİDEO
29 Feb 2024 | 07:55
Mobil telefonlar necə izlənilir? – VİDEO
29 Feb 2024 | 06:41
Telefonunuzda olan təhlükəli bakteriyalar – XƏBƏRDARLIQ
29 Feb 2024 | 10:44
Prokuror tanınmış blogerə bu qədər cəza istədi
29 Feb 2024 | 06:59
Soyuq su içməyin! Sağlamlıq üçün 5 ZİYANI
29 Feb 2024 | 08:33
5 min ildir xəstəliklərə çarə olan çay - Resept
29 Feb 2024 | 09:17
Xalq artisti: “Ulduz xəstəliyinə tutulublar, elə bilirlər ki, oxumasalar da aktyordurlar”
29 Feb 2024 | 08:16
Stresi azaldan 10 qida - Mütləq sınayın!
HƏFTƏLİK
23 Feb 2024 | 13:25
Maaş və pensiyalar yenidən artacaq? - Nazirlikdən CAVAB
24 Feb 2024 | 13:15
“Böyüyümdür, nə etməli idim?” - Nüşabə Ələsgərli xalq artisti ilə yayılan ARXİV görüntüsündən danışdı - VİDEO+ÖZƏL
26 Feb 2024 | 09:31
“Məni it kimi boğazımdan unitaza zəncirləmişdilər, Allahverdi Bağırov ona dedi ki, qızları...”-Xocalının 8 günlük əsiri-FOTO+ÖZƏL
26 Feb 2024 | 08:00
“Atama o qədər işgəncə vermişdilər ki, yanımızda olsa da onu günlərlə tanımamışıq”-ÖZƏL+FOTO
27 Feb 2024 | 09:32
“Heç kimə demirdim ki, “Uzundraz Oqtay” mənəm”- məşhur filmin qəhrəmanı-EKSKLÜZİV
28 Feb 2024 | 08:42
“İlyas Əfəndiyev “Xurşidbanu Natəvan” əsərində səhvə yol verib; yazıb ki, guya o, evli ola-ola ərə gedib”-Xurşidbanunun kötücəsi ETİRAZ ETDİ
29 Feb 2024 | 11:11
Pensiya ilə bağlı daha bir RƏSMİ MƏLUMAT
23 Feb 2024 | 09:49
Məşhur aktyor: “Azərbaycan deyəndə göz önümdə qardaş canlanır, Oktay Kaynarca ilə 35 ildir dostuq”-EKSKLÜZİV
28 Feb 2024 | 18:23
Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ: Vakansiya elan olundu
24 Feb 2024 | 19:01
Azərbaycanda xanım həkimə yüksək VƏZİFƏ VERİLDİ
AYLIQ
29 Feb 2024 | 11:11
Pensiya ilə bağlı daha bir RƏSMİ MƏLUMAT
29 Feb 2024 | 13:50
Millət vəkili dönərxana sahiblərinə SƏSLƏNDİ: "Əti hardan alırsınız ki?"
29 Feb 2024 | 09:05
Novruzda rayonlarda dincəlmək neçəyə başa gələcək? - QİYMƏTLƏR/VİDEO
29 Feb 2024 | 07:55
Mobil telefonlar necə izlənilir? – VİDEO
29 Feb 2024 | 06:41
Telefonunuzda olan təhlükəli bakteriyalar – XƏBƏRDARLIQ
29 Feb 2024 | 10:44
Prokuror tanınmış blogerə bu qədər cəza istədi
29 Feb 2024 | 06:59
Soyuq su içməyin! Sağlamlıq üçün 5 ZİYANI
29 Feb 2024 | 08:33
5 min ildir xəstəliklərə çarə olan çay - Resept
29 Feb 2024 | 09:17
Xalq artisti: “Ulduz xəstəliyinə tutulublar, elə bilirlər ki, oxumasalar da aktyordurlar”
29 Feb 2024 | 08:16
Stresi azaldan 10 qida - Mütləq sınayın!