“Bu xilas deyil, bu tələdəki yemdir”
Siyasət
2555
29 Nov 2023 | 19:34

“Bu xilas deyil, bu tələdəki yemdir”

“Qərbin şirin vədləri Ermənistan üçün xilas yox, sadəcə tələdəki yemdir”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, Qərb yalan vədlərlə sadəcə regionla bağlı maraqlaırnı təmin etməyə çalışır:

 

“Qərb müxtəlif vədlərlə Ermənistanda özünə maraq yaratmağa çalışır. Məqsəd onu Rusiyadan uzaqlaşdırmaq, Qərbin Cənubi Qafqaza gəlişini, burada möhkəmlənməsini təmin etməkdir. Qərbin yeganə məqsədi bundan ibarətdir. Buna nail olmaq üçünsə onlar Ermənistandan istifadə edirlər. Ermənistana müxtəlif vədlər verirlər və onu inandırmağa çalışırlar ki, guya İrəvan onların dediklərini eləsə, o zaman Ermənistan nicat tapacaq. Əslində isə, bütün bunlar yalandan başqa bir şey deyil və proses Ermənistanın daha ağır böhranla üzləşməsi ilə nəticələnəcək”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər