![Azay Quliyev: ABŞ Azərbaycan kimi strateji tərəfdaşını itirə bilməzdi](https://moderator.az/cphoto/670x420/2023/11/28/1701195361_az.jpg)
ABŞ Dövlət Katibi cənab Blinkenin Azərbaycanın Prezidenti cənab İlham Əliyevə zəng vurub ikitərəfli münasibətlərin pozulmasının qarşısını almağa çalışması faktını iki aspektdən qiymətləndirmək lazımdır:
1) Azərbaycan ABŞ-ın qərəzli və qeyri-dost addımlarına adekvat və sərt cavab verməklə bir daha nümayiş etdirdi ki, bizimlə ultimatum və ya hədə dilində danışmaq mümkün deyil və bu siyasət ilk növbədə ABŞ-ın özünə ziyan vuracaq. Deyildi ki, ABŞ bu səhvini qəbul edib vəziyyəti xilas etmək üçün müvafiq addımlar atmasa, Azərbaycan Vaşonqtonu bir sıra layihələrdən, o cümlədən sülh yaratma missiyiasından uzaqlaşdıracaq və uzaqlaşdırdı da. Bu məsələdə hadisələrin sonrakı inkişafı ABŞ-ın davranışından asılı olacaq. Bundan başqa, cənab Prezident dəfələrlə sübut edib ki, Azərbaycanla yalnız qarşılıqlı maraqlar əsasında siyasət qurmaq və əməkdaşlıq etmək mümkündür (bu haqda keçən həftə ətraflı şərh yazmışdım).Şübhə yoxdur ki, Dövlət Katibinin təşəbbüsü ilə keçirilən dünənki müzakirələr ikitərfəli münasibətlərin əvvəlki məcraya qayıtmasına və Azərbaycanın maraqlarının nəzərə alınmasına xidmət edəcək.
2) Fransadan fərqli olaraq bu addımı atan ABŞ-da sağlam düşüncə üstünlük təşkil etdi və "körpülərin tam yandırılmasına" imkan verilmədi. Çünki, ABŞ yaxşı bilir ki, Azərbaycansız bölgədə nə sülhə və təhlükəsziliyə nail olmaq, nə Cənubi Qafqazda və Mərkəzi Asiyada strateji layihələri həyata keçirmək, nə də orta dəhlizi və trans xəzər beynəlxalq nəqliyyat qovşağını tam olaraq istismar etmək mümkün deyildir.
ABŞ Dövlət Departamentinin növbəti addımı 907-ci düzəlişlə bağlı verdiyi son qərarın ləğvi olmalıdır. Bunun bizim üçün yardımdan daha çox siyasi və mənəvi tərəfi var. Əminəm ki, münasibətlərin gərginləşdirilmısinin "baş qəhrəmanı" olan Obraynın yaxın günlərdə Bakıya gözlənilən səfəri çərçivəsində bu məsələlərin hamısı müzakirə olunacaq. Blinken problemi "yaradan"a onun həllini də tapşırıb. Hər halda, münasibətlərin normallaşması hər iki ölkənin milli maraqlarına cavab verir və ümid edək ki, yaxın günlərdə ABŞ tərəfindən yeni və müsbət bəyanatların şahidi olacağıq.
![Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB](https://moderator.az/photo/213x120/2024/07/27/1722031902_c9d782bd-fca2-375b-bb80-7bcbd6848d40_850.jpg)
![Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ](https://moderator.az/photo/213x120/2024/07/27/1722032301_634058b7926fd202210224959.jpg)
![Kral III Çarlz Muxtar Babayevi qəbul edib](https://moderator.az/photo/213x120/2024/07/27/1722031387_bdd6236a-55dc-323a-a346-189fa43d0227_850.jpg)
![Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722026407_nh0augyfg4kwilalfnwldeatb3fjjxnt6djazalu_1200.webp)
![Akif Nağının imzaları təqdim olundu](https://moderator.az/photo/213x120/2024/07/27/1722025198_350978782_765918401875518_1222997874362918250_n.jpg)
![Qatardan qalan adam - Anarın yeni hekayəsi](https://moderator.az/photo/213x120/2024/07/26/1722023383_2.jpg)
![Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb](https://moderator.az/photo/213x120/2024/07/26/1722022677_66a3f6920b5c266a3f6920b5c3172202152266a3f6920b5c066a3f6920b5c1.jpg)
![Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO](https://moderator.az/photo/213x120/2024/07/26/1722022685_1.jpg)
![İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib](https://moderator.az/photo/213x120/2024/07/26/1722021579_268705_gvplqhuujd.jpg)
![Tramp prezident seçilərsə, Ukraynaya nə olacaq?](https://moderator.az/photo/213x120/2024/07/26/1722020809_ukrayna-abs.jpg)
![Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı](https://moderator.az/photo/213x120/2024/07/26/1722020565_zeherli-madde.jpg)
![Əfşar Temuçin vəfat etdi - FOTO](https://moderator.az/photo/213x120/2024/07/26/1722020037_efsar-temucin.jpg)
![Ad günü məclisində qan düşdü](https://moderator.az/photo/213x120/2024/07/26/1722019641_nwjrhj0qq4fhzdvy4l4huzcsqp8sjjnbtqf2s2to_1200.webp)
![Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün](https://moderator.az/photo/213x120/2024/07/26/1722019591_photo_97099_08-12-2023_13-27-49jpg-1720840772_26-07-2024_17-06-40.jpg)
![Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!](https://moderator.az/photo/213x120/2024/07/26/1722019442_jiquli.jpeg)
![Repçi qəza keçirtdi, onu çəkmək istəyənlər ölümdən döndü - FOTOLAR](https://moderator.az/photo/213x120/2024/07/26/1722019194_repci-qeza-kecirdi.jpg)
![Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər](https://moderator.az/photo/213x120/2024/07/26/1722018434_qpdn8t4pchko5lnd7ai23bfznv5uuq7i3mviwuuf_1200-1.webp)
![](https://moderator.az/photo/213x120/2024/07/26/1722018560_komputer_notbuk_a3.jpg)
![Təbiətin bizə bəxş etdiyi möcüzəvi meyvə](https://moderator.az/photo/213x120/2024/07/26/1722018328_encir.jpg)
![Rusiya Yutubu bloklamaq qərarı verdi](https://moderator.az/photo/213x120/2024/07/26/1722016647_youtube.jpg)
![Ən bahalı hamburger: 9 min manata satılıb](https://moderator.az/photo/213x120/2024/07/26/1722016454_burger.jpg)
![Röya rəqsi ilə diqqət çəkdi – VİDEO](https://moderator.az/photo/213x120/2024/07/26/1722015771_rya.jpeg)
![Gün ərzində nə qədər şokalad yemək olar?](https://moderator.az/photo/213x120/2024/07/26/1722015372_sokolad.jpg)
![AB Rusiyanın 1,5 milyardını silah üçün Kiyevə verdi](https://moderator.az/photo/213x120/2024/07/26/1722015138_ab.jpg)
![Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR](https://moderator.az/photo/213x120/2024/07/26/1722014711_1722012922_1504550.jpg)
![Hərbi Gürcüstan yolu selə görə bağlandı](https://moderator.az/photo/213x120/2024/07/26/1722014694_herb-gurcustan-yolu.jpg)
![IV qrupun lideri olan Nuray - FOTO](https://moderator.az/photo/213x120/2024/07/26/1722014441_1722013820_424510817_0_62_3071_1789_1920x0_80_0_0_003d2320352b9de786f114dd022d5dba-1.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/26/1722014203_peskov24389.jpg)
![Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub](https://moderator.az/photo/213x120/2024/07/26/1722014186_yagisli_hava_0582.jpg)
![Qəbul imtahanlarının nəticələri açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/26/1722013931_imtahan_1187974.jpg)