Sülh müqaviləsi Qərbdə imzalanacaq? – 2 liderdən Paşinyana xəbərdarlıq: “Pis məsləhətçilərdən qaç!..”
Siyasət
Oxunub: 2640
21 Nov 2023 | 14:26
Sülh müqaviləsi Qərbdə imzalanacaq? – 2 liderdən Paşinyana xəbərdarlıq: “Pis məsləhətçilərdən qaç!..”

Dildə “sülh” deyib gerçəkdə sülhü əngəlləmək üçün üç ildir əlindən gələni edən Ermənistan rəhbərliyinin qlobal güc mərkəzləri arasında riskli oyunu davam edir. Axır vaxtlar isə İrəvan aşkarcasına Rusiya orbitindən uzaqlaşmaq kursu götürmüş kimi görünür.

Hə halda, faktdır ki, baş nazir Nikol Paşinyan və komanda üzvləri son bir neçə ay ərzində ard-arda MDB, KTMT və MDB Təhlükəsizlik Şurası katiblərinin toplantılarından imtina ediblər. Hərçənd Ermənistan həmin qurumların, eləcə də Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqının üzvü olaraq qalır. Üstəgəl, rus hərbi bazaları hələ də kapitulyant ölkənin ərazisindədir, onun Türkiyə və İranla sərhədlərini rus əsgərləri qoruyur.

İrəvanın Qərbə artan “platonik” sevgisi və reveranslarında əsas hədəfi şübhəsiz, Azərbaycanla özünə sərfəli sülh müqaviləsinə nail olmaqdır. Bundan ötrü o, özəlliklə Fransa və ABŞ-ın hesabına həm hərbi cəhətcə güclənib danışıq masası arxasında daha güvənli status qazanmağa ümid edir, həm də yenə kollektiv Qərbin vasitəsilə Azərbaycan permanent təzyiqlər edib Bakını zəif duruma salmağa çalışır...

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi Qərbdə imzalanacaq”.

Belə bir iddianı Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının sədr müavini Armen Xaçatryan irəli sürüb.

“Hraparak” qəzetinə müsahibəsində onun bu xüsusda gətirtdiyi “arqument” tipik ermənisayağıdır: “Ermənistan 9 noyabr səhvini (10 noyabr 2020 kapitulyasiya sənədi nəzərdə tutulur – red.) təkrarlamayacaq. Məqsədimiz odur ki, sülh müqaviləsi imzalanandan sonra konkret zəmanətlər olsun ki, hər hansı pozuntu baş verərsə, biz hansı beynəlxalq mexanizmlərdən istifadə edəcəyimizi bilək. Rusiyanın bütün zəmanətləri noyabrın 9-dan sonra yoxa çıxdı. Ermənistan bu səhvi ikinci dəfə təkrar etməyəcək”.

Xaçatryana görə, sülh sazişi bir sıra Qərb ölkələrinin zəmanəti ilə bağlanacaq. “Azərbaycan da bunu yaxşı başa düşdüyü üçün həmin zəmanətlərin qarşısını almaq üçün hər şeyi edir”, - erməni deputat sayıqlayıb.

Problem isə əlbəttə ki, zəmanətlərdə deyil. Azərbaycan üçün sülh müqaviləsinin harda, hansı şəhərdə və ya sarayda imzalanması yox, sənədin məzmunu önəmlidir. Bu bir A 4 formatlı kağıza sığacaq yığcam mətn də ola bilər, yetər ki, iki ölkə arasında düşmənçiliyi qapatmaq gücündə olsun. O da o halda mümkündür ki, müqavilə məhz rəsmi Bakının 5 məlum baza prinsipi əsasında bağlansın və orada Qarabağın “Q”-sı belə olmasın. Yaxud bir “Q” olacaqsa, başqa bir “Q” (Qərbi Zəngəzur) da olacaq...

Əfsus ki, rəsmi İrəvanın xəyalındakı sülh müqaviləsi fərqlidir və bunu Qərbdəki havadarları hesabına Bakıya sırıya biləcəyini zənn edir. Təsadüfi deyil ki, ötən həftə ATƏT PA-nın İrəvan sessiyasındakı çıxışı zamanı Nikol Paşinyan “Bakı və İrəvan sülhlə bağlı fərqli diplomatik dillərdə danışır” söyləyib.

Erməni tərəfin hansı dildə danışdığını bilmirik, ancaq Azərbaycan tərtəmiz beynəlxalq hüququn dilində öz mövqeyini izhar edib və edir. 5 prinsip buna bariz sübutdur. Ona görə də Nikol və komandası zəhmət çəkib Bakının “dili”ni öyrənsin. Nə qədər tez öyrənsə, bir o qədər özü və xalqı uduşda olar. Başqa yol(u) yox. Başqa yol olmayacaq...

Yeri gəlmişkən, dünən Azərbaycan Prezidenti İlham Əliyev kapitulyant tərəfi bir daha xam xəyallar və revanşist arzularla yaşamamağa, Fransa başda olmaqla Qərbdəki “pis məsləhətçilərə” qulaq asmamağa və tarixi şansı düzgün dəyərləndirməyə, eyni zamanda tələsməyə çağırıb.

“Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi isteblişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır... Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə”, - Prezident xəbərdarlıq edib.

Eyni gündə Türkiyə lideri Ərdoğan da İrəvana səslənib, Paşinyan hökumətini ağıllı olmağa, tarixi fürsəti qaçırmamağa çağırıb.

Sitat: “Qafqazda yeni oyunların arxasından gedənləri görürük. Qərbin bəzi qüvvələri Qarabağ müharibəsi ilə bölgədə artıq yeni bir dövrün başladığını hələ də dərk edə bilmir. İllərlə Ermənistanı təxribata çəkərək bu coğrafiyada yaşayan bütün insanların əziyyətləri, çətinlikləri və qarşıdurmaları üzərindən özlərinə xeyir güdənlər əslində ən böyük zərəri ermənilərə verdilər. Həyata keçirilməsi mümkün olmayan xam xəyalları ortaya atıb erməniləri istismar və istifadə edərək, etibarsızlığa məhkum etdilər. Bu həqiqətləri artıq Ermənistanın da görməsi və qəbul etməsi zəruridir. Erməni xalqı və rəhbərlərinin təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülhdə və əməkdaşlıqda axtarması daha doğru olacaq. Qərb ölkələri tərəfindən göndərilən heç bir silah-sursat qalıcı sülh mühitinin gətirəcəyi dincliyin yerini tuta bilməz. Bir daha Ermənistanı azərbaycanlı qardaşlarımızın uzatdığı sülh əlini tutmağa çağırırıq”.

Başqa nə cür, hansı anlaşıqlı dildə deyilməlidir, görəsən.

Əlbəttə, ermənilərin ən böyük bəlası üzləşdikləri faciələrə görə günahı həmişə özgələrdə axtarmalarıdır. Onların xəstə düşüncəsinə əsasən başlarına pis nə gəlirsə, hamı günahkardır, özlərindən savayı! Odur ki, bu toplum nəhayət, özünə qayıtmağı, səhvləri boynuna almağı, gözündəki “tiri” götürməyi bacarmalıdır. Heç vaxt reallaşmayacaq sərsəm iddia və miflərdən, revanşist ovqatdan təcili qurtulmalıdır. Əks təqdirdə sülh müqaviləsi ona yalnız müvəqqəti yardımçı olacaq, bəla-müsibətləri bitməyəcək, adam dilini yox, silah dilini anlayacaqlar... /Musavat.com/

Oxşar xəbərlər
N.Tusi adına Klinika
00:58, Bu gün
Yeni istifadəyə verilən məktəb binasında çatlar yaranıb - VİDEO
00:47, Bu gün
Tailand səfiri: “Ölkəmizlə Azərbaycan arasında viza məsələləri sadələşdiriləcək”
00:41, Bu gün
Filippində avtobusun uçurumdan aşması nəticəsində 25 nəfər ölüb
00:40, Bu gün
Ümumdünya Meteorologiya Təşkilatı 2011-2020-ci illəri ən isti onillik adlandırıb
00:38, Bu gün
İsrail Qəzza zolağında əməliyyatların üçüncü mərhələsinə start verdi
00:36, Bu gün
Təhlükə ilə üz-üzə: Sakinlər piyada keçidindən niyə istifadə etmirlər? - VİDEO
00:33, Bu gün
İsrailin müdafiə naziri: “HƏMAS Qəzzaya nəzarəti itirir”
05 Dec 2023 | 23:54
Messi 2023-cü ilin idmançısı seçildi - VİDEO
05 Dec 2023 | 23:45
ÜST alkoqollu və tərkibində şəkər olan içkilərə vergilərin artırılmasını tövsiyə edir
05 Dec 2023 | 23:41
Qətərin vasitəçiliyi ilə altı ukraynalı uşaq Rusiyadan ölkəsinə qayıdıb
05 Dec 2023 | 23:32
Azərbaycan səfiri ABŞ Komissiyasına işlərindəki siyasi korrupsiya barədə dəlillər təqdim edib
05 Dec 2023 | 23:24
ABŞ səfirliyi: ANAMA əməkdaşının Ağdamda mina partlayışı nəticəsində xəsarət alması bizi kədərləndirdi
05 Dec 2023 | 23:23
Musiqi notları necə kəşf edildi? - VİDEO
05 Dec 2023 | 23:22
Bakıda keçirilən beynəlxalq "Təhsil" turnirində 5 çəkidə mükafatçılar müəyyənləşib
05 Dec 2023 | 23:16
“Gənclər “eqo” xəstəliyinə tutulub, özlərini bəyənirlər..”
05 Dec 2023 | 23:15
"Vladimir Zelenskinin yanlışlıqları ABŞ, Böyük Britaniya və Avropa İttifaqını təngə gətirib" - "Aydınlık Gazetesi"
05 Dec 2023 | 23:14
Azərbaycan Prezidentinin dekolonizasiya ilə bağlı müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb
05 Dec 2023 | 23:12
"Beynəlxalq birlik Qəzzada baş verən soyqırıma görə xəcalət çəkməlidir" - Qətər əmiri
05 Dec 2023 | 23:10
Qərbi Azərbaycan Xronikası: Qucaqdan-qucağa gəzməyə öyrəşən ermənilər - VİDEO
05 Dec 2023 | 23:06
Şəhidin həyat yoldaşı: “Səbuhi şəhid olduqdan yeddi gün sonra əkiz qızlarımız dünyaya gəldi” - VİDEO
05 Dec 2023 | 23:04
Dünyada neyroşəbəkə tərəfindən hazırlanmış ilk qanun Braziliyada qəbul edildi
05 Dec 2023 | 23:02
Qod Nisanova ağır itki
05 Dec 2023 | 23:01
Azərbaycanla İran arasında ikitərəfli və regional məsələlər müzakirə olunub
05 Dec 2023 | 22:50
Nigeriya Hərbi Hava Qüvvələri səhvən öz ölkəsində bir kəndi bombalayıb: Çox sayda ölən var - FOTO
05 Dec 2023 | 22:32
Qəzzada ölənlərin ümumi sayı 16 min nəfəri keçib
05 Dec 2023 | 22:31
Sumqayıtda ana qızının ölümündən xəbər tutmayıb, meyiti iki gün evdə qalıb
05 Dec 2023 | 22:20
"Qanuni oğru" Azərbaycanlı avtoriteti VƏHŞİCƏSİNƏ DÖYDÜ, faciəvi şəkildə öldü - FOTO
05 Dec 2023 | 22:12
Oğuzda qızılcaya 10 yoluxma qeydə alınıb
05 Dec 2023 | 21:43
MEDİA: AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşının ölkədən çıxarılmasını qınayırıq
05 Dec 2023 | 21:41
Hindistanda yağan yağışlar yeddi nəfərin ölümünə səbəb olub - VİDEO
05 Dec 2023 | 21:34
Mətbuat Şurası: AZƏRTAC-ın əməkdaşına qarşı nalayiq rəftar Fransa adına utancverici durumdur
05 Dec 2023 | 21:30
Bakıda Xəzəryanı dövlətlərin yüksək səviyyəli işçi qrupun görüşü keçiriləcək
05 Dec 2023 | 21:22
Ağstafada yeniyetmə qızı cərəyan vurdu
05 Dec 2023 | 21:21
Rusiya və İran XİN rəhbərləri deklarasiya imzaladılar
05 Dec 2023 | 21:20
SAF 2023 davam edir
05 Dec 2023 | 21:15
Göygölün Yeni Zod kəndində “ağıllı” işıqlandırma sistemi quraşdırılıb
05 Dec 2023 | 21:12
SOCAR “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na qoşulub
05 Dec 2023 | 21:03
Azərbaycanın qadın futbolçulardan ibarət yığması Millətlər Liqası qələbə ilə başa vurub
05 Dec 2023 | 21:00
Şəmkirin iki kəndində elektrik şəbəkəsi yenilənib
05 Dec 2023 | 20:50
İspaniyada kişi və qadınların siyasətdə bərabər təmsil olunması təşəbbüsü təsdiqlənib
05 Dec 2023 | 20:43
Sumqayıt sakini yüksək dozalı narkotikdən ölüb
05 Dec 2023 | 20:34
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 142-yə çatıb
05 Dec 2023 | 20:31
Filippində avtobus aşıb, 25 nəfər ölüb
05 Dec 2023 | 20:13
Günel Əliyeva: "Naxçıvanda xüsusi münbit biznes mühiti yaradılıb"
05 Dec 2023 | 20:10
Vətəndaş: “36 dəqiqə təcili yardım gözləmişik” - ŞİKAYƏT + AÇIQLAMA
05 Dec 2023 | 20:02
“Bakının Kiyevə hərbi təyinatlı yardımı ilə bağlı tirajlanan xəbər tamamilə yalandır” - RƏSMİ AÇIQLAMA + FOTO
05 Dec 2023 | 20:00
Babək rayonunda 61 yaşlı kişi intihar edib
05 Dec 2023 | 19:57
Şamaxıda bələdiyyə sədri məsuliyyətə cəlb olunub
05 Dec 2023 | 19:55
Canlı yayımda şok hadisə: "Yalan deyir, mən onun əri olmamışam"
05 Dec 2023 | 19:52
Şamaxıda BMW aşıb, bir ailənin üç üzvü həlak olub - FOTO
05 Dec 2023 | 19:50
Güneyli siyasi məhbuslardan xəbər yoxdur - FOTO
05 Dec 2023 | 19:49
Azərbaycan Milli Xalça Muzeyində “Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız” sərgisi açılıb
05 Dec 2023 | 19:48
Məlahət İbrahimqızı: "Azərbaycan xalqı tarixən dəyərli və misilsiz gözəlliyə malik xalçaları ilə məşhur olub"
05 Dec 2023 | 19:47
CEPEJ-in iclasında Azərbaycanın məhkəmə-hüquq sistemindəki islahatlar haqqında məlumat verilib
05 Dec 2023 | 19:40
XİN Jozep Borrellə cavab verib
05 Dec 2023 | 19:30
Moskvada Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü keçirilir
05 Dec 2023 | 19:16
Şamaxıda yol qəzasında bir ailənin 3 üzvü həlak olub
05 Dec 2023 | 19:07
PISA tədqiqatının 2022-ci il üzrə nəticələri açıqlanıb
05 Dec 2023 | 19:05
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti TÜRKPA-nın Baş katibi ilə görüşüb
05 Dec 2023 | 19:03
Qərbi azərbaycanlıların geri qayıdışının təmin edilməsi mövzusunda beynəlxalq konfrans başa çatıb
05 Dec 2023 | 19:00
Azərbaycanda siqaretin qiyməti 1,5-2 manat bahalaşacaq - Ekspert
05 Dec 2023 | 19:00
Körfəz ölkələri Qəzzanın bərpası üçün 1,6 milyard dollar ayıracaq
05 Dec 2023 | 18:59
“Bu gün Laçın şəhərinə bir Rusiya hərbçisinin də daxil olmasından söhbət gedə bilməz...”
05 Dec 2023 | 18:57
“Bavariya”nın təxirə salınan oyununun tarixi müəyyənləşib
05 Dec 2023 | 18:55
Ceyms O’Brayn Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı Azərbaycanda rəsmilərlə görüşəcək
05 Dec 2023 | 18:50
İngiltərə Premyer Liqasında mövsümün ilk baş məşqçi istefası gerçəkləşib
05 Dec 2023 | 18:47
Ekologiyaya zərər vuranlar cəzalandırıldılar - FOTO
05 Dec 2023 | 18:43
Milli Məclisin növbəti iclasının gündəliyində 22 məsələ var
05 Dec 2023 | 18:40
Şamaxı və İsmayıllı sakinləri odlu silahları polisə təhvil veriblər
05 Dec 2023 | 18:35
Hadise: “Eyni dildə danışırıq, bu dəfə tam başqayıq”
05 Dec 2023 | 18:34
“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı təşkil olunub - FOTO
05 Dec 2023 | 18:33
Filippində 5,8 maqnitudada zəlzələ baş verib
05 Dec 2023 | 18:32
Sumqayıtın bir hissəsinə təbii qazın verilişi dayandırılacaq
05 Dec 2023 | 18:31
Dövlət Vergi Xidmətinin keçmiş vəzifəli şəxslərinə hökm oxunub
05 Dec 2023 | 18:30
Qərbi Azərbaycan İcması Jozep Borrelə cavab verib: "Hiddətimizi ifadə edirik"
05 Dec 2023 | 18:27
Yeni Kaledoniyalılar referendum tələb edir, Fransa müstəmləkəçiliyinə qarşı çıxırlar
05 Dec 2023 | 18:26
Qubada xeyli sayda silah-sursat aşkarlanıb
05 Dec 2023 | 18:25
Ekspert: "Tarif Şurasının dərmanlarla bağlı qərarı iş adamlarını sadə ekspertizaya sövq edəcək"
05 Dec 2023 | 18:24
Yalan, cəfəngiyyat, qərəz - Aİ nümayəndəsinin sərsəmləməsi - ŞƏRH
05 Dec 2023 | 18:23
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
05 Dec 2023 | 18:22
Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edib
05 Dec 2023 | 18:21
Bakıda külək güclənib, bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA
05 Dec 2023 | 18:15
BDU-da professor Ədibə Paşayevanın 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib - FOTO
05 Dec 2023 | 18:11
Ekspert: "Tarif Şurasının dərmanlara dair son qərarı rəqabəti artıracaq"
05 Dec 2023 | 18:08
XİN: "Ermənistanın Azərbaycana qarşı mina təhdidinə son qoyulmalıdır"
05 Dec 2023 | 18:07
Ermənistanın “sülh kəsişməsi” şousu - ŞƏRH
05 Dec 2023 | 18:05
İsmayıllıda vələs və fıstıq ağaclarını qanunsuz kəsən şəxslər saxlanılıb
05 Dec 2023 | 18:04
Azərbaycanda daha bir məktəbli qızılcadan ölüb
05 Dec 2023 | 18:03
Qarabağ və Şərqi Zəngəzurda damüstü günəş enerjisi sistemi quraşdırılması üzrə tələblər təsdiqlənib
05 Dec 2023 | 18:00
Azərbaycanlı futbolçunun komandası Bolqarıstan Kubokunda 1/4 finala yüksəlib
05 Dec 2023 | 17:55
Bu uşaqlar artıq köçkün deyil - VİDEO
05 Dec 2023 | 17:50
İrəvanda ictimai nəqliyyatda gedişhaqqı artırılır
05 Dec 2023 | 17:45
Türkiyə ilə Yunanıstan arasında çoxillik "tilsim qırılır", Ankara Qərbin oyununu pozur - ŞƏRH + FOTO
05 Dec 2023 | 17:42
“Nar”dan “Dinlət” xidməti ilə tərzini PAYLAŞ
05 Dec 2023 | 17:40
"Biz ona görə buradayıq ki, qəlbimiz və ruhumuz sizinlədir..."
05 Dec 2023 | 17:35
Elektron tərəzilərin vahid monitorinq mərkəzi yaradılıb - FOTO
05 Dec 2023 | 17:30
Aşıqlı kənd sakinləri "Açıq mikrofon"da - FOTOLAR
05 Dec 2023 | 17:25
“Şamaxı”da üç məşqçi istefa verdi - YENİ TƏYİNATLAR
05 Dec 2023 | 17:20
ADNSU-da Heydər Əliyevə həsr olunmuş elmi konfrans öz işinə başlayıb - FOTOLAR
05 Dec 2023 | 17:15
Erməni cəmiyyətində artan antisemitizm: İsrail narahatdır - ŞƏRH + FOTO
GÜNLÜK
05 Dec 2023 | 05:07
“Hansı xalqın Mübariz kimi qəhrəmanı olsaydı, ondan onlarla film çəkmişdi”
05 Dec 2023 | 15:47
Məşhur seysmoloq ağlayaraq AD ÇƏKDİ - Bu şəhərlərdə 7 baldan yuxarı ZƏLZƏLƏ OLACAQ
05 Dec 2023 | 11:06
"Mənə də efirdə 4 otaqlı ev bağışlasalar, götürərəm, desələr ki, "dombalaq aş"... " - VİDEO
05 Dec 2023 | 12:14
Dekabrdakı görüşlər gərginliyi yüksəldəcək, yoxsa sülh gətirəcək?..
05 Dec 2023 | 05:23
“Hər kəs öz hərbi kontingentini Cənubi Qafqaza gətirmək istəyir, bəhanələri də odur ki...”
05 Dec 2023 | 09:54
“Qarabağdakı ermənilərin sayını üç il bundan əvvəl Putin demişdi...”
05 Dec 2023 | 11:40
Lavrov: “Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan “3+3” platforması getdikcə daha perspektivli olur”
05 Dec 2023 | 06:54
Paşinyan Rusiya üçün loyal siyasətçidir...”- Erməni politoloqdan gözlənilməz açıqlama...
05 Dec 2023 | 14:54
“Bu, hərbçilərin sosial hüquqlarının məhdudlaşdırılmasıdır” - Qüdrət Həsənquliyev
05 Dec 2023 | 08:18
“İslam Rzayevin Xatirənin köməyinə ehtiyacı var idi?”-FOTO
HƏFTƏLİK
30 Nov 2023 | 09:56
Erməni aktyor Azərbaycan ziyalılarıyla görüşə hazır olduğunu bəyan etdi... Amma vasitəçisiz...
29 Nov 2023 | 19:18
“Bilirsiz, Zəngəzur yolunun açılmasından sonra dövriyyədə nə qədər ABŞ dolları olacaq...”
01 Dec 2023 | 00:00
Laçının işğaldan azad edilməsindən üç il ötür
30 Nov 2023 | 11:24
Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixi ilə bağlı açıqladığı yeni faktlar
29 Nov 2023 | 17:53
Metroda ölən şəxs Çinarə Məlikzadənin atası imiş - YENİLƏNİB
02 Dec 2023 | 08:55
"Daxili işlər naziri  vəzifəsindən azad edilməlidir... -Rusiya casusudur..."
30 Nov 2023 | 00:23
"Putin belə şeyləri heç vaxt bağışlamır, bu, onun şəxsi qisasıdır..."
03 Dec 2023 | 00:13
“Toyda yanımda oturan insanlar məni tanımadan haqqımda danışırdılar”-ÖZƏL+FOTO
03 Dec 2023 | 00:38
“Nəsimi roluna təsdiq olunanda sevindiyimdən ağlamışdım, deyirdilər ki, üzün kinoya düşmür”-FOTOLAR
04 Dec 2023 | 23:30
Aurelia Qriqoriu Ermənistandan azərbaycanlıların qovulmasını insan hüquqlarının pozuntusu adlandırıb
AYLIQ
05 Dec 2023 | 05:07
“Hansı xalqın Mübariz kimi qəhrəmanı olsaydı, ondan onlarla film çəkmişdi”
05 Dec 2023 | 15:47
Məşhur seysmoloq ağlayaraq AD ÇƏKDİ - Bu şəhərlərdə 7 baldan yuxarı ZƏLZƏLƏ OLACAQ
05 Dec 2023 | 11:06
"Mənə də efirdə 4 otaqlı ev bağışlasalar, götürərəm, desələr ki, "dombalaq aş"... " - VİDEO
05 Dec 2023 | 12:14
Dekabrdakı görüşlər gərginliyi yüksəldəcək, yoxsa sülh gətirəcək?..
05 Dec 2023 | 05:23
“Hər kəs öz hərbi kontingentini Cənubi Qafqaza gətirmək istəyir, bəhanələri də odur ki...”
05 Dec 2023 | 09:54
“Qarabağdakı ermənilərin sayını üç il bundan əvvəl Putin demişdi...”
05 Dec 2023 | 11:40
Lavrov: “Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan “3+3” platforması getdikcə daha perspektivli olur”
05 Dec 2023 | 06:54
Paşinyan Rusiya üçün loyal siyasətçidir...”- Erməni politoloqdan gözlənilməz açıqlama...
05 Dec 2023 | 14:54
“Bu, hərbçilərin sosial hüquqlarının məhdudlaşdırılmasıdır” - Qüdrət Həsənquliyev
05 Dec 2023 | 08:18
“İslam Rzayevin Xatirənin köməyinə ehtiyacı var idi?”-FOTO