
Cümşüd Nuriyev: “Fransanın da, ABŞ-ın da səyləri nəticəsiz qalacaq”
“Ermənistanın əli ilə Rusiyanı regionda bloklamaq cəhdi mənasızdır”.
Bunu Moderator.az-a açıqlamasında siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib. Ekspert qeyd edib ki, bu gün Fransa və ABŞ Ermənistana yarınmaqlaRusiyanı Cənubi Qafqazdanu zaqlaşdırmağa səy göstərir ki, bu da əbəsdir:
“Bu gün Fransa, ABŞ kimi dövlətlər Ermənistana dəstək verməklə öz mövqelərini Cənubi Qafqazda möhkəmləndirməyə, Rusiyanı bu regiondan çıxarmağa cəhd edirlər. Halbuki, bu cəhdlərin nə qədər cəfəng və absurd olduğunu göz önündədir.
Ermənistanın əli ilə Rusiyanı regiondan çıxarmaq siyasəti iflasa məhkumdur və əsla gözləntiləri doğrultmayacaq. Bu siyasətin özü Fransa və ABŞ-ın siyasi proqnozlaşdırma sahəsində sayıqlığı və obyektivliyi itirdiyini sübut edir”.
Seymur ƏLİYEV


























