TÜRKSOY-un teatr rəhbərləri Şuşanı gəziblər
1982
31 Oct 2023 | 18:20

TÜRKSOY-un teatr rəhbərləri Şuşanı gəziblər

TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 9-cu toplantısının iştirakçılarının Şuşa şəhərinə gəzintisi təşkil edilib.

İştirakçılar əvvəlcə Şuşa qalasını, Xan qızı bulağını, Molla Pənah Vaqifin məqbərəsini, Cıdır düzünü və bir sıra gəzib-görməli yerləri ziyarət ediblər.

Qeyd edək ki, TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 9-cu toplantısı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşəcək.

İclasda türk dünyasının tanınmış teatr mütəxəssisləri, səhnə xadimləri qardaş ölkələrdə bu sahənin inkişaf məsələlərini müzakirə edəcək.

Sabah isə Bakıda Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılış mərasimi olacaq. Festival noyabrın 4-dək davam edəcək.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər