07:10
14°C
Bakı
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türk Dünyası Jurnalistlər Federasiyası (TDJF) və Türk İnternet Media Birliyinin (TİMBİR) sədrləri Menderes Demir və Süleyman Basanı qəbul edib.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi sosial şəbəkədə məlumat yayıb.
“Səfir Rəşad Məmmədov Türk Dünyası Jurnalistlər Federasiyasının sədri Menderes Demir ve TİMBİR-in sədri Süleyman Basanı qəbul edib. Görüşdə türk dövlətlərinin mədəniyyət və incəsənətinin təbliği ilə bağlı TDJF-nin fəaliyyəti və gözlənilən layihələr müzakirə olunub”, – səfirlik diqqətə çatdırıb.