Azərbaycan nümayəndə heyəti Gürcüstanda keçirilən beynəlxalq konfransda iştirak edib
Siyasət
1619
13 Oct 2023 | 18:35

Azərbaycan nümayəndə heyəti Gürcüstanda keçirilən beynəlxalq konfransda iştirak edib

Azərbaycan nümayəndə heyəti Gürcüstanın paytaxtı Tbilisidə "Cinayət məsələlərində bərpaedici ədliyyənin rolu" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.

Tədbirə Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Baş Prokurorluğun, UNICEF-in Azərbaycan nümayəndəliyinin əməkdaşları qatılıblar.

Nümayəndə heyətinin üzvləri toplantı iştirakçılarına Azərbaycanda uşaq hüquqlarının, cinayət və inzibati xəta törətmiş uşaqların məsuliyyətə cəlb olunması, işlərin araşdırılması, istintaq və məhkəmə zamanı onların hüquqlarının qorunması, cəzasını çəkdikdən sonra azadlığa çıxanların adaptasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən layihələr barədə məlumat veriblər.

Konfransda Avropa ölkələrinin və Gürcüstanın bu sahədəki təcrübəsi ilə bağlı məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.

Link kopyalandı!
Son xəbərlər