Putin: “Moskva Bakı ilə İrəvan arasında danışıqları təşkil etməyə hazırdır”
Siyasət
1730
13 Oct 2023 | 13:46

Putin: “Moskva Bakı ilə İrəvan arasında danışıqları təşkil etməyə hazırdır”

Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır, danışıqlara Moskva ev sahibliyi edə bilər.
 
Bu barədə Rusiya Prezidenti Vladimir Putin MDB Rəhbərləri Şurasının dar tərkibdə keçirilən iclasında bəyan edib.
 
“Gündəmdə uzun müddətdir davam edən münaqişəyə, nəhayət, son qoymaq üçün sülh müqaviləsinin hazırlanması (Bakı və İrəvan) var. Rusiya tərəfi, əlbəttə ki, bu işdə tərəfdaşlarımıza hər cür kömək göstərməyə hazırdır”, - deyə Rusiya dövlətinin başçısı bildirib.
 
O, lazım gələrsə, Moskvada və istənilən formatda danışıqların təşkilinə razı olduqlarını vurğulayıb.
 
Qeyd edək ki, bu gün Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iclasda iştirak edir.
 
Mənbə: TASS
 
Link kopyalandı!
Son xəbərlər